Microsoft Word miqrasiya kitab doc



Yüklə 423,05 Kb.
Pdf görüntüsü
səhifə9/72
tarix29.10.2017
ölçüsü423,05 Kb.
#7521
1   ...   5   6   7   8   9   10   11   12   ...   72

26 
 
materikinin  ölkələri,  keçmiş  SSRİ  və  sosialist  blokunun 
ölkələri  emiqrant  göndərən  ölkələr  sırasına  aiddirlər.  Məsələn, 
miqrasiyanın 
tranzitləri 
içərisində 
Afro-Avropa, 
Avro-
Amerika, Asiya-Avropa, Asiya-Amerika tranzitləri (qitələrarası 
tranzitlər)  mövcuddur.  Qərbi  Afrikadan  İspaniya  və  Kanar 
adalarına,  Mərakeşdən  İspaniyanın  cənubuna,  Liviyadan 
Maltaya  və  İtaliyanın  cənubundakı  Siciliya  və  Lampeduza 
adalarına,  Türkiyədən  Yunanıstan  adalarına  böyük  miqrasiya 
axını  mövcuddur.  Avropaya  quru  yollar  vasitəsilə  miqrantlar 
daha  çox  Türkiyədən,  Balkanlardan,  Belorus  və  Ukraynadan 
daxil olurlar.
33
 Ön  Asiyadan  Avropaya  axın da  güclüdür.
 
Belə 
bir statistik göstərici mövcuddur ki, 1973-2006-cı illər ərzində 
Almaniyada  türklərin  sayı  artmışdır.  1973-cü  ildə  bu  rəqəm 
616  min  nəfər  təşkil  etmişdirsə,  2006-cı  ildə  onların  sayı  2.4 
milyon nəfər olmuşdur.
34
 
 
Miqrasiyanın  geniş  axını  qitələr  və  regionlardaxili  və 
qitələr  və  regionlararası  tranzit  şəbəkələrini  meydana 
gətirməkdədir.  Məsələn,  Afrika  qitəsinin  daxilində  olan 
tranzitlərdən  biri  Afrikanın  cənubundan  və  mərkəzindən 
Nigerə, Nigerdən qərb regionlarına, şimala-Liviyaya, Əlcəzairə 
axını  təşkil  edir.  Burada  Niger  mərkəzi  tranzit  ölkələrdən  biri 
rolunu oynayır.
35
 
 
Qeyd:
 
Avropada Şimali Afrikadan post-kolonial miqrasiya 
prosesləri  yaşanmışdır.  1950-1960-cı  illərdə  Qərbi  Avropada 
əmək  qıtlığı  yaşanırdı.  Bir  çox  hökumətlər  özlərində  olan 
qıtlığı  aradan  qaldırmaq  üçün  Şimali  Afrikadan  işçi  qəbul 
edirdilər.  Onların  çoxları  öz  ailələri  ilə  gəlirdilər.  Afrika 
miqrantları daha yaxşı həyat və oturuşma axtarırdılar. 1970-ci 
illərə qədər bu iş qaydasında gedirdi. Bu zaman Avropaya giriş 
                                                 
33
 Mixed Migration into Europe.www.unchr.org/pages/4a1d569d6.html 
34
 Esther Ben-David. Europe’s Shifting Immigration Dynamic. Middle East 
Quarterly. Spring 2009, pp.15-24. http://www.meforum.org/2107/europe-
shifting-immigration-dynamic 
35
 Mixed Migration into Europe.www.unchr.org/pages/4a1d569d6.html 


27 
 
qanuni  idi.  Lakin  1980-1990-cı  illərdə  həmin  Avropa  ölkələri 
miqrantlarla  əlaqəli  olaraq  kvotalar  tətbiq  etməyə  başladılar. 
1985-ci  il  tarixli  Şenqen  Sazişi  vizanı  almağı  daha  da 
çətinləşdirdi.
36
 
 
Qeyd:  Tranzit  mərkəzlərindən  biri  də  Meksikadan  ABŞ-a 
olan  axını  təşkil  edir.  Məsələn,  2012-ci  ilin  göstəricilərinə 
görə, ABŞ-da yaşayan 40.8 milyon nəfər immiqrantın təqribən 
28  faizini  Meksikada  doğulanlar  təşkil  etmişdir.  Onlar  ölkədə 
ən böyük immiqrant qrupudur. Hindistan ikinci, Çin və Filippin 
isə  üçüncü  və  dördüncü  yerləri  (hər  biri  təqribən  5  faiz) 
tuturlar.  Sonrakı  yerlərdə  El  Salvador,  Vyetnam,  Kuba, 
Koreya,  Dominikan  Respublikası  və  Qvatamela  bölüşürlər. 
2012-ci  ilin  statistikasına  əsasən,  bu  on  ölkədən  gələn 
immiqrantlar ABŞ-da  yaşayan  ümumi  immiqrantların  təqribən 
60 faizini təşkil edirlər.
37
  
Buradan  görünür  ki,  Mərkəzi  Amerika  regionu  Şimali 
Amerika  materikində  ABŞ-a  immiqrasiyanın  əsas  tranzit 
mərkəzidir və həmçinin mənşə mərkəzlərindən biridir.  
Miqrantların  sayının  çoxalması  iqtisadi-sosial  amillərlə 
yanaşı,  məcburi-humanitar  (humanitar  fəlakətlərin  səbəb 
olduğu)  faktorlardan  da  çox  asılıdır.  Dünyada  məcburi 
miqrantların  da  sayı  çoxalmaqdadır.  Məsələn,  BMT-nin 
Qaçqınların  işləri  üzrə  İdarəsinin  dəstəyi  ilə  Norveçin 
Qaçqınların işləri üzrə Şurasının hesabatında deyilir ki, 2013-
cü  ildə  dünyada  məcburi  köçkünlərin  sayı  4,5  milyon  nəfər 
artaraq  rekord  həddə  –  33,3  milyon  nəfərə  çatıb.  Hesabata 
əsasən,  məcburi  köçkünlərin  65  faizini  Qana,  Konqo 
Demokratik  Respublikası,  Nigeriya,  Suriya  və  Sudan 
                                                 
36
 Post-colonial migration to Europe from North Afrca. 
www.historiana.eu/case-study/post-colonial-migration-europe 
37
 Chiamaka Nwosu, Jeanne Batalova, and Gregory Auclair. Frequently 
Requested Statistics on Immigrants and Immigration in the United States. 
28 april 2014. http://www.migrationpolicy.org/article/frequently-requested-
statistics-immigrants-and-immigration-united-states 


28 
 
vətəndaşları  təşkil  edir.
38
 Hesabata  əsasən,  ən  pis  durum 
Suriyadadır.  Burada  hər  gün  9,5  min  insan  məcburi  köçkünə 
çevrilir.  Dünyada  məcburi  köçkünlərin  ümumi  sayının  43 
faizini  Suriyalılar  təşkil  edir.  Avropa  ölkələrində  isə  məcburi 
köçkünlərin  sayı  2,2  milyon  nəfərə  çatıb.
39
 Hesabat 
Azərbaycanda  qaçqınların  sayını  543  min  nəfər  qeyd  edir. 
Həmin məlumata görə, Ermənistanda 8 min, Gürcüstanda 206 
min,  Rusiyada  34  min,  Türkmənistanda  4  min,  Özbəkistanda 
isə  3  min  məcburi  köçkün  var.
40
 BMT-nin  Qaçqınların  İşləri 
üzrə  Ali  Komissarlığının  hesabatına  görə,  2013-cü  ildə 
qaçqınların  sayı  dünyada  51,2  milyon  nəfərə  çatmışdır.  Bu, 
İspaniya,  yaxud  da  Cənubi  Afrika  Respublikasının  əhalisi 
qədərdir.  Hesabata  əsasən,  2013-cü  ildə  77  ölkədən  25  min 
nəfər uşaq valideynin müşayiəti olmadan qaçqın statusu almaq 
üçün  müraciət  etmişdir.  Hesabat  sənədində  əhalini  öz 
ölkəsindən məcburən köç etməyə və evlərini tərk etməyə vadar 
edən  faktorlar  içərisində  iqlim  dəyişməsi,  əhali  artımı, 
urbanizasiya, ərzaq təhlükəsizliyinin olmaması, su çatışmazlığı 
kimi  amillər  qeyd  olunur.
41
 BMT-nin  Qaçqınların  işləri  üzrə 
Ali  Komissarlığının  məlumatına  əsasən,  Ukraynada  ölkədaxili 
məcburi  köçkünlərin  sayı  böhran  başlayandan  indiyə  kimi 
(2014-cü ilin avqust ayının 5-nə olan məlumat) 117 min nəfərə 
çatıb.  Həmin  vaxtdan  indiyə  kimi  Ukraynanın  şərqindən 
Rusiyaya 730 min nəfər qaçqına çevrilib. Onlardan 168, 7 min 
nəfəri Rusiya Federal Miqrasiya Xidmətinə müraciət edib.
42
 
 
Miqrasiya  proseslərinin  geniş  vüsət  alması  və  səbəblərin 
çoxaspektliliyi  bu  prosesin  elmi  cəhətdən  öyrənilməsi 
                                                 
38
 Dünyada məcburi köçkünlərin sayı rekord həddə-33,3 milyon nəfərə 
çatıb. 15.05.14. http://online.ekspress.az/2014/05/15online=19290  
39
 Yenə orada. 
40
 Yenə orada.  
41
 Отчет ООН: количество беженцев в мире сопоставимо с населением 
Испании. 21.06.2014. http://ria.ru/world/20140621/1012974027.html  
42
 В ООН посчитали количество беженцев в Украине. 05.08.2014. 
www.segodnya.ua/kraine/v-oon-podschitali-kolichestvo-bezhenchev-v-
ukraine-542020.html 


Yüklə 423,05 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə