44
Tələbələr əsasən, B.Britaniya, Kanada, Latviya, Litva, Polşa,
ABŞ və Çexiyaya üz tuturlar. Ukrayna miqrasiya üzrə lider
ölkələr arasında ilk onluğa daxildir. Ölkə inkişaf etmiş ölkələr
üçün tək “beyin donoru” rolunu oynamır, həmçinin “təmiz
qan” mənbəyi rolunda çıxış edir. Ukraynanı ildə 6 min nəfər
həkim tərk edir. Ukraynanın əməkçi miqrantlarının ən çox üz
tutduğu ölkə (miqrantların 49 faizi) Rusiyadır. Sonrakı yerləri
İtaliya (13 faiz), Çexiya (13 faiz), Polşa (7 faiz), İspaniya (4
faiz) və digər ölkələr bölüşürlər.
44
Qeyd:
Rusiyalı tədqiqatçı Yelena Malinovskaya 2014-cü
ilin mart ayında belə bir məlumatla çıxış edirdi ki, Rusiya
ukraynalılar üçün ən böyük xarici əmək bazarı rolunu oynayan
dövlətdir. Lakin Rusiyada işləyən ukraynalıların sayı getdikcə
azalmaqdadır. 2008-ci ildə ukraynalı emiqrantlarının ümumi
nisbətində Rusiyanın payı 48 faiz idisə, hal-hazırda bu rəqəm
43 faizə düşüb. İkinci yerdə isə Polşa dayanır. Polşa
Ukraynanın sərhədətrafı rayonlarına vizasız girişi təmin edir.
Hal-hazırda Rusiyada iki yüz min nəfər rəsmi icazəsi olan
ukraynalı miqrant işləyir. Bundan əlavə Rusiyada işləmək üçün
milyondan çox patent verilib. Hansı ki, verilən patentlərin 7
faizi Ukrayna vətəndaşlarına aiddir.
45
Belə bir fakir var ki, miqrasiya son illərdə açıq şəkildə
etnososial və etnosiyasi xarakter aldığından yerli sosiumların
həyatına korrektivləri gətirir, dövlət siyasətinin suveren
əsaslarla həyata keçməsinə təsirlərini göstərir, ən əsası isə rahat
həyat və yaxşı gələcək axtarışı məqsədilə başqa ərazilərə
44
Количество украинских мигрантов достигло 6 млн человек-
Международная организация по миграции.
http/www.vu.ua/news/4460.html
45
Елена Малиновская. Главный научный сотрудник Национального
института стратегических исследований. Сколько украинских
мигрантов работает в России. И каков их вклад в экономику нашей
страны. 13 март 2014. http://forbes.ua/opinions/1367144-skolko-
ukrainskih-migrantov-rabotaet-rossii
45
məcburən (zərurətdən irəli gələrək) köç edən şəxslərin şəxsi
xüsusiyyətlərini dəyişir.
46
Miqrasiya prosesləri ölkələr arasında qarşılıqlı təzyiq
vasitələrini meydana gətirir. Rusiya bu təzyiq vasitələrindən
keçmiş SSRİ respublikalarına qarşı istifadə edir. Məsələn,
2014-cü ildə Rusiyanın özünün miqrasiya qanunvericiliyinə
dəyişiklik etməsi Rusiyada işləyən digər ölkə vətəndaşları üçün
müəyyən çətinlikləri meydaa gətirib.
Qeyd:
2014-cü ilin fevral ayının 25-də Rusiya Federal
Miqrasiya Xidmətinin rəisi K. Romodanovski Rusiya prezidenti
Vladimir Putinlə görüşü zamanı bildirirdi ki, Xidmət əmək
miqrasiyası ilə bağlı qanunvericiliyə dəyişikliklərlə bağlı
təkiliflər hazırlayıb. Bu təkliflər mart ayında ölkə miqrasiya
siyasəti üzrə Dövlət Komissiyasında müzakirə ediləcək, sonra
isə Dövlət Dumasına göndəriləcək.
47
Rusiyanın miqrasiyadan
mənşə ölkəyə qarşı təzyiqinə misal olaraq belə bir faktı qeyd
etmək olar ki, 2014-cü ilin başlanğıcından 5,5 min nəfər
Moldova vətəndaşı Rusiya ərazisinə daxil ola bilməyib.
Qastarbayterlərin (əməkçi emiqrantların) Moldovaya kütləvi
qayıdışı ölkə iqtisadiyyatına köklü zərbələr vura bilər.
48
Məlumata görə, Rusiya ərazisində 240 min nəfər Moldova
vətəndaşı qeyri-leqal yaşayır. Mütəxəssislər belə hesab edirlər
ki, qastarbayterlərin ölkəyə kütləvi qayıdışı nəinki onların ailə
büdcəsinə, eləcə də Moldova iqtisadiyyatına mənfi təsirlərini
göstərə bilər. Belə ki, tək 2013-cü il ərzində xaricdə yaşayan və
işləyən Moldova vətəndaşları öz ölkələrinə 1 milyard 600
milyon dollar pul köçürüblər. Bu pulların yarıdan çoxu
Rusiyadan köçürülmələrdir. Moldova iqtisadiyyatının demək
46
Проблемы миграции и ее современное состояние.
http://www.migrations.ru/problem of migration/
47
Rusiya 600 min miqrantın ölkəyə girişinə qadağa qoydu. 25.02.2014.
http://news.lent.az/news/157060
48
Изменение миграционных законов России усложнило жизнь
молдован. Кишинев. 14 февраля. http://mir24.tv/news/society/9860110
46
olar ki, üçdə biri pul köçürmələrindən formalaşır.
49
Müqayisə
üçün o da qeyd olunur ki, 2006-2007-ci ildə Rusiya tərəfindən
Moldova şərabına embarqo tətbiq olunması Moldova üçün hər
il 200 milyon dollara yaxın pul itkisi ilə nəticələnmişdi.
50
Onu da sadalamaq yerinə düşər ki, miqrant göndərən ölkə
miqrantın olduğu ölkəyə təsir imkanları əldə edir və nəticə
etibarilə lobbiçilik və diaspora fəaliyyəti meydana gəlmiş
olur. Bu kimi qruplar da miqrant olduğu ölkənin makro və
mikro iqtisadiyyatında və siyasətində iştirak imkanlarının
qazanılmasını təmin edirlər. Deməli, miqrasiya qarşılıqlı təsir
imkanlarını yaradan bir amil kimi əhəmiyyət kəsb edir və bu
baxımdan da dövlətlərarası sülh münasibətlərinin yaranma-
sında şərtləndirici faktor kimi mühüm rola malik olur.
Miqrasiyanın ümumi tərkibi iqtisadi resursların axın
tərkibini genişləndirir, eləcə də sosial əlaqələrin tərkib
strukturunu böyüdür. Miqrasiya özündə tarixi-siyasi prosesləri
cəmləşdirən böyük məna kəsb edir. Miqrasiya anlayışını
konseptual əsaslarla meydana gətirən terminlər (hüquqi və
iqtisadi-sosial, eləcə də siyasi terminlər) çoxluq təşkil edir. Bu,
hər şeydən öncə köç proseslərinin ölkələr daxilində və
xaricində təbii və siyasi-məcburi, eləcə də sosial-siyasi zəruri
xarakter almasından irəli gəlir. Xüsusilə, ölkələr arasında,
həmçinin, ölkələr daxilində vaxtilə baş vermiş müharibələr,
əhalinin bu müharibələrdə məcburən köç etməsi, öz
vətənlərindən və daimi yaşayış yerlərindən məcburən köçmə-
ləri (qaçqına, məcburi köçkünə, eləcə də cinayətkara
çevrilməsi-məsələn, siyasətçilərin və hərbçilərin soyqırımla
bağlı cinayətkara çevrilmələri), sonradan beynəlxalq hüququn
inkişafı sayəsində və beynəlxalq hüququn daxili qanunverici-
liyə geniş tətbiqi ilə dövlətlərin hüquqi-bərpa siyasətini həyata
49
Изменение миграционных законов России усложнило жизнь
молдован. Кишинев. 14 февраля. http://mir24.tv/news/society/9860110
50
Yenə orada.
Dostları ilə paylaş: |