110
məxsusi, yəni xüsusi miqrasiya formasını meydana gətirən
ölkələrdaxili və beynəlxalq konkret səbəblər. Bu konkret
səbəblər cəm halda elə miqrasiyanın universal səbəblərini-
səbəb kompleksliliyini formalaşdırır. (Əlavə üçün 18 saylı
qrafikə baxmaq olar).
Universal səbəblər – (cari və dövrü; gözlənilən və
gözlənilməyən; məcburi, qeyri-məcburi və zəruri səbəblər)
Miqrasiyanı meydana gətirən səbəblər universal olmaqla cari,
dövri, gözlənilən, eləcə də məcburi, qeyri-məcburi və zəruri
prosesləri, bu baxımdan universal kriteriyaları özündə əks
etdirir. Bu nöqteyi-nəzərdən də sistemin nəzəri əsaslarla izah
olunmasına dialektik təfəkkür üsulu ilə yanaşmaq daha məqbul
hesab edilməlidir. Universal səbəblər hər iki məkan
formasında, yəni dövlətlərdaxili miqrasiya formasında və
dövlətlərarası miqrasiya formasında baza olaraq oxşar
amilləri özündə cəmləşdirir. (Əlavə olaraq 18 saylı qrafikə
baxmaq olar). Bu amillər dövlət sisteminin sosial, siyasi,
iqtisadi və mədəni amilləridir. Burada iqtisadi, siyasi və
mədəni
amillər
öz-özlüyündə
sosial
amillərə
xidmət
etdiyindən, sosial göstəricilərin faizi daha da yüksəkliyə qalxır.
Deməli, universal amillər baza olaraq sosial amillərə xidmət
edən kriteriyalardan ibarət olur. Nəticə etibarilə dövlət
cəmiyyətə xidmət edir və miqrasiya proseslərinin tarazlı
qaydada tənzim olunması dövlətin resursları səmərəli və tarazlı
əsaslarla istifadə etməsindən, yəni qənaətlə istehsalından və
tarazlı qaydada istehlakından asılı olur. Cari amillər əsasən
qeyri-məcburi və zəruri olur və cəmiyyətin, iqtisadiyyatın
inkişafına müvafiq olaraq tərkibini dəyişən və dövri olaraq
məzmun baxımından təkrarlanan proseslərə çevrilir.
Hər bir insanın layiqli və xoşbəxt həyatı onun yaşadığı
məmləkətin – coğrafi-sosial (sosial məkan, yəni cəmiyyətin
təşəkkül tapdığı ərazi-bu, xalqın öz dövləti ərazisində, ya da
başqa dövlət ərazisində toplum halda yaşadığı zaman
qurduğu cəmiyyət hesab edilməlidir. Sosial məkana həm də
111
sosial tələbatlara müvafiq olaraq sosial strukturların cəm
halda-institut şəkilində fəaliyyət göstərməsi də aid edilməlidir.
Sosial resurslar elə sosial məkan anlayışını yaradır) və siyasi
(təşkilatlandığı və siyasi sistemlərə malik olduqları) ərazinin,
ümumilikdə dövlətin və regionun kompleks ünsürlərindən,
komponentlərindən, ümumiyyətlə, resurslarından və resursların
səmərəli
idarə
olunmasından
və
vasitələrin
layiqli
istifadəsindən asılı olur. İnsanlar rahat və xoşbəxt yaşamaq
üçün layiqli dövlətlər, onların hüquqlarını təmin edən dövlət
quruluşları, liberal məzmunlu siyasi sistemlər, demokratik
idarəetmə rejimlərinin mövcud olduğu quruluşlar, təkmil
iqtisadi sistemli quruluşlar və ümumilikdə isə yüksək inkişaf
etmiş sosial cəmiyyətlər axtarırlar. Bu məsələdə həm müdafiə
olunmaq, həm də yeni imkanlar axtarmaq istəkləri vardır.
İnsanlar öz həyatlarını yüksək təmin olunmuş səviyyəyə
qaldırmaq naminə hətta iradi olaraq arzu və istəklərə düşürlər
və xəyallar belə qururlar. İnsanlar ya özlərinin yaşadıqları
məkanlarda – dövlətlərdə çox yüksək statuslu cəmiyyətlər
(ideal cəmiyyətlər) axtarırlar və bütünlükdə özlərinin
fəaliyyətini bu kimi sosial-siyasi təsisatların formalaşmasına,
qurulmasına yönəldirlər. Hətta bu kimi istiqamətlərdə mövcud
siyasi hakimiyyətlə, rejimlə mübarizə belə aparırlar. Ya da
digər məkanlarda, dövlətlərdə, təbii ki, nisbətən yüksək inkişaf
etmiş cəmiyyətlərdə özlərinin həyatlarını təmin etməyə
çalışırlar. Bu insanların başqa ölkələrə miqrasiyasına gətirib
çıxarır. Məsələn, ABŞ, Kanada, Avropa ölkələri, eləcə də
Avstraliya kimi ölkələrə, son zamanlarda isə Asiya
ölkələrindən, bu baxımdan Türkiyədən, İrandan, Hindistan və
Pakistandan, Gürcüstandan Azərbaycana, Rusiyaya köç
edənlərin sayının çoxalmasını bununla izah etmək olar.
İnsan həyatının ehtiyacları onun tələbatlarını yaradır. Bu
kompleks tələbatlara dövlət sistemindən tutmuş cəmiyyətin
tərkib komponentləri və onun xüsusiyyətləri aid edilir. Müasir
zamanda insanların yüksək həyat tərzinin formalaşması məhz
112
sosial-hüquqi-siyasi komplekslərin qarşılıqlı davranışlarının
səviyyəsindən asılı olur. Resursların qarşılıqlı tənasüblüyü
(təqribi bərabər nisbəti) məhz tələbatların ödənilməsi üçün
müvafiq şəraitləri yaradır. Komplekslərin qarşılıqlı vəhdəti və
sistemlər, eləcə də strukturlararası əlaqələrin faydalı vəhdəti
məhz insan həyatı üçün lazımi şəraitlərin meydana gəlməsinə
səbəb olur. Burada zərurət özü resursların səmərəli istifadəsini
formalaşdırır. İnsanlar bu gün daha yüksək cəmiyyətlər
axtarışında olurlar ki, bu da onların dünya üzrə hərəkətinə
(müxtəlif formada köç etmələrinə) və yerdəyişmələrinə gətirib
çıxarır.
Elmdə əhali hərəkətinin üç əsas forması qeyd olunur:
– təbii (doğuşun və ölümün dinamikası);
– məkan (ərazi üzrə yerdəyişmə);
– sosial (geniş mənada və cəmiyyətin sosial-iqtisadi
strukturunda insanların vəziyyətinin dəyişməsi)
129
Miqrasiya
məhz
əhali
hərəkətinin
məkan
üzrə
dəyişməsidir. Bu məkan üzrə dəyişmə müxtəlif səbəblərdən baş
verir və tərk edilmiş məkanlarda (mənşə dövlətlərində) və
qəbul edən məkanlarda (təyinat dövlətlərdə) müxtəlif nəticələrə
gətirib çıxarır. Miqrasiyaya səbəb olan amillər içərisində
müqayisədə fərqli inkişafı yaşayan dövlətlər də mühüm yer
tuturlar. Burada mövcud olan inkişaf amili (bir məkanın
inkişafı) digər məkanlardan əhalinin bu məkana axmasına
səbəb olan kriteriyaya çevrilir. İnkişaf etmiş cəmiyyətlər
nisbətən zəif cəmiyyətlər üçün miqrasiyanın baş verməsində
psixoloji təsir edən tərəfə çevrilir. İnkişaf etmiş cəmiyyətlərdə
olan yeni texnoloji vasitələr və onların rahat həyat şəraitinin
yaranmasına olan təsirləri məhz nisbətən zəif inkişaf etmiş
129
К.К. Александрович, В.В. Александрович, О.А.Владимирович.
Базовые модели миграциологии. Институт Государственного
управления, права и инновационных технологий. (ИГУПИТ). Интернет
–журнал «НАУКОЗНАНИЕ» №2, 2012.
http://naukoznanie.ru/PDF/02nz212.pdf
Dostları ilə paylaş: |