Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

 52.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində 

daimi yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 

 52.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində 

daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 

 52.4.  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşamaq  üçün  icazə  vəsiqəsi 

əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasının  ərazisində  daimi 

yaşamaq  üçün  icazə  və  etibarlılıq  müddətində  Azərbaycan  Respublikasından  getmək  və  viza 

almadan  Azərbaycan  Respublikasına  qayıtmaq  hüququ  verən,  habelə  həmin  şəxslərin  ölkə 

ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 

 52.5.  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşamaq  üçün  icazə  vəsiqəsinin 

təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

  

M a d d ə   53.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının  ərazisində  daimi  yaşamaq  icazəsinin  verilməsi  (müddətinin  uzadılması) 

üçün tələb olunan sənədlər 

  

 53.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  ərazisində 



daimi  yaşamaq  icazəsinin  alınması  (müddətinin  uzadılması)  üçün  aşağıdakı  sənədləri  təqdim 

etməlidirlər: 

 53.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 

 53.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti; 

 53.1.3.  doğum  haqqında  şəhadətnamə  və  ya  ona  bərabər  tutulan  digər  sənədin  notariat 

qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün); 

 53.1.4. ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı 

və ya olduğu yer göstərilməklə) arayış; 

 53.1.5. nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti; 

 53.1.6.  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən  təhlükəli  yoluxucu 

xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış; 

 53.1.7.  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  və  onlarla  gələn  ailə  üzvlərinin 

minimal  tələbatını  ödəyə  bilən  vəsaiti  olması  barədə  sənəd  (yaxın  qohumu  olan  Azərbaycan 

Respublikasının vətəndaşı və  ya Azərbaycan Respublikasında daimi  yaşamaq üçün icazə almış 

şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü hallar istisna olmaqla); 

 53.1.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə ixtisası olduğu təqdirdə, bunu 

təsdiq edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surətləri; 



 53.1.9.  Azərbaycan  Respublikasında  müvəqqəti  və  ya  daimi  yaşamaq  üçün  icazə 

vəsiqəsinin surəti; 

 53.1.10.  Azərbaycan  Respublikasında  müvəqqəti  yaşamaq  üçün  icazə  alınmasına  əsas 

olmuş  halların  aradan  qalxmadığını  sübut  edən  sənədlərin  notariat  qaydasında  təsdiq  olunmuş 

surəti; 

 53.1.11. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 

 53.1.12. 14-18 yaşında olan uşaqların notariat qaydasında təsdiq edilmiş razılığı; 

 53.1.13.  qeydiyyata  alınacağı  yaşayış  sahəsinin  sənədi  (mülkiyyət  hüququnun  dövlət 

qeydiyyatına  alınması  haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış,  order,  icarə 

(kirayə)  müqaviləsi  və  ya  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş 

digər sənəd); 

 53.1.14.  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  yaşayış  sahəsi  verən  şəxsin  ərizəsi 

(əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  mülkiyyətində  yaşayış  sahəsinin  olduğu  hallar 

istisna olmaqla); 

 53.1.15.  əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə  yaşayış  sahəsi  verən  şəxsin 

şəxsiyyətini  təsdiq  edən  sənədin  surəti  (əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin 

mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 

 53.1.16. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 

 53.2. Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində 

daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi 

zaman verilir. 

 53.3.  Daimi  yaşama  icazəsinin  alınması  üçün  müraciət  etmiş  şəxsdən  (15  yaşınadək 

uşaqlar  istisna  olmaqla)  biometrik  identifikasiya  tələblərinə  uyğun  olaraq  əl-barmaq  izləri 

götürülür. 

Qeyd:  Bu  Məcəllənin  53.1.2-ci,  53.1.13-cü  və  53.1.15-ci  maddələrində  göstərilən 

sənədlərin  surətləri  həmin  sənədlərin  əsli  ilə  birgə  təqdim  edilir  və  tutuşdurma  aparıldıqdan 

sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır.

xi[11]


 

  

M a d d ə   54.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan 



Respublikasının  ərazisində  daimi  yaşamaq  üçün  icazənin  verilməsi  (müddətinin 

uzadılması) qaydası 

  

 54.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər,  Azərbaycan  Respublikasında  daimi 



yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının 

ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə 

alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 



 54.2.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasında  daimi 

yaşamaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər. 

 54.3.  14  yaşına  çatmamış  uşağın  Azərbaycan  Respublikasında  daimi  yaşamaq  üçün 

icazəsi  valideyninin  və  ya  digər  qanuni  nümayəndəsinin  müraciəti  əsasında,  14-18  yaşı  olan 

uşağın isə razılığı alınmaqla, valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında 

alınır. 


 54.4.  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşamaq  üçün  icazənin  verilməsi 

barədə  ərizə-anket  və  tələb  olunan  digər  sənədlər  elektron  müraciət  formasında  təqdim  edilə 

bilər. 

 54.5.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasında  daimi 



yaşamaq  üçün  icazə  verilməsi  ilə  bağlı  müraciətlərinə  baxılarkən,  onların  Azərbaycan 

Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı 

biliyi  müvafiq  icra  hakimiyyəti  orqanlarının  mütəxəssislərindən  ibarət  komissiya  tərəfindən 

yoxlanılır. 

 54.6. Müvafiq icra hakimiyyəti orqanı müraciət  etmiş şəxslərin sənədlərini baxılması və 

rəy bildirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. 

 54.7.  Müvafiq  icra  hakimiyyəti  orqanı  1  ay  müddətində  daxil  olmuş  sənədlərlə  bağlı 

yoxlama  apardıqdan  sonra  sənədləri  müvafiq  icra  hakimiyyəti  orqanına  qaytarır.  Müvafiq  icra 

hakimiyyəti orqanının 1 ay ərzində rəy bildirməməsi daimi yaşamaq üçün icazənin verilməsinə 

etiraz olunmadığı kimi qəbul edilir. 

 54.8.  Müvafiq  icra  hakimiyyəti  orqanı  daimi  yaşamaq  üçün  icazənin  verilməsi  ilə  bağlı 

müvafiq  icra  hakimiyyəti  orqanına  və  digər  aidiyyəti  qurumlara  müvafiq  sorğular  göndərir  və 

rəsmi arayışlar alır. 

 54.9.  Azərbaycan  Respublikasında  daimi  yaşama  icazəsi  almaq  üçün  müraciət  etmiş 

şəxsin  vəsatətinə  2  ay  müddətində  baxılmaqla,  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müvafiq qərar qəbul edilir. 

 54.10. Həmin qərarda daimi yaşamaq üçün icazə almaq istəyən şəxsin müraciətinin təmin 

edilməsi və ya rədd edilməsi əsaslandırılmalı və bu qərarın surəti ona verilməlidir. 

 54.11.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasında  daimi 

yaşamaq  üçün  icazənin  verilməsindən  imtina  edildikdə,  imtina  edildiyi  gündən  etibarən  bir  ay 

müddətində imtinaya səbəb olan hal aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanına təkrar 

müraciət edilə bilər. Bu halda yalnız imtina edilməsinə səbəb olan halın aradan qalxdığını təsdiq 

edən sənəd təqdim edilir. 

 54.12. Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu 

müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən 

daimi  yaşamaq  üçün  verilmiş  icazə  yenidən  5  il  müddətinə  uzadıla  bilər.  Uzadılmaların  sayı 

məhdudlaşdırılmır. Bu zaman bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən 

təqdim olunur. 

 54.13.  Azərbaycan  Respublikasının  ərazisində  daimi  yaşamaq  üçün  icazə  verilməsi  ilə 

bağlı  müvafiq  məlumatların  toplanması  və  rəylərin  alınması,  daimi  yaşamaq  üçün  icazə 

vəsiqəsinin  fərdi  olaraq  doldurulması  və  verilməsi,  habelə  Azərbaycan  Respublikasının 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə