Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   ...   16   17   18   19   20   21   22   23   24

92.1.5.  Mərkəzdə  saxlanılan  şəxsi  hüquq  və  vəzifələri,  daxili  intizam  qaydaları  ilə  tanış 

etmək və ona bu barədə izah vermək; 

92.1.6.  Mərkəzdə  saxlanılan  şəxsin  müdafiəçisi,  qanuni  nümayəndəsi,  qohumları  ilə, 

habelə  həmin  şəxsə  hüquqi  yardım  göstərən  və  ya  əlaqələri  onun  üçün  maraq  doğuran  digər 

şəxslərlə görüşlərini təşkil etmək;  

92.1.7. Mərkəzdə saxlanılan şəxslərin təhlükəsizliyini təmin etmək; 

92.1.8. Mərkəzdə saxlanılan şəxslərin təklif, şikayət və ərizələrini qeydiyyata almaq; 

92.1.9.  Mərkəzdə  saxlanılan  şəxslərin  məktub,  teleqram,  təklif,  ərizə  və  şikayətlərinin 

göndərilməsini təmin etmək; 

92.1.10. cinayət prosesini həyata keçirən orqanın müraciətinə uyğun olaraq, müvafiq icra 

hakimiyyəti  orqanına  məlumat  verməklə,  Mərkəzdə  saxlanılan  şəxsin  iştirakı  ilə  Mərkəzdə 

istintaq hərəkətlərinin, yaxud digər prosessual hərəkətlərin aparılmasına şərait yaratmaq; 

92.1.11. Mərkəzdə saxlanılan şəxsləri müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən 

digər Mərkəzə köçürmək; 

92.1.12.  Mərkəzdə  saxlanılan  şəxsin  telefonla  danışmaq  hüququnun  təmin  edilməsinə 

şərait yaratmaq; 

92.1.13.  Mərkəzdə  saxlanılan  şəxsin  saxlanılma  müddətinin  başa  çatmasına  1  iş  günü 

qalmış müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat vermək; 

92.1.14.  Mərkəzdə  saxlanılan  şəxsin  notariusun  xidmətlərindən  istifadə  etməsinə  şərait 

yaratmaq.  

92.2.  Mərkəzin  işçiləri  şəxsin  Mərkəzə  qəbul  olunmasından  sonra  keçirilmiş  tibbi 

müayinəsinin  nəticələrinin  onun  sağlamlığı  barədə  qeydə  alınmış  məlumatlarına  əlavə 

olunmasını təmin etməlidirlər. 

  

M a d d ə  93. Mərkəzdə fiziki qüvvənin və xüsusi vasitələrin tətbiqi 



  

93.1.  Hazırlanan  və  ya  törədiləcək  cinayətin  və  ya  digər  hüquqpozmaların  qarşısının 

alınmasının,  habelə  Mərkəz  işçilərinin  qanuni  tələblərinə  müqavimətin  aradan  qaldırılmasının 

başqa üsullarla təmin edilməsi mümkün olmadıqda, fiziki qüvvə tətbiq edilə bilər. 

93.2. Mərkəzdə xüsusi vasitələr aşağıdakı hallarda tətbiq edilə bilər: 

93.2.1.  Mərkəzin  işçilərinə  və  ya  digər  şəxslərə  Mərkəzdə  saxlanılan  şəxslər  tərəfindən 

edilən hücumları dəf edərkən; 

93.2.2.  kütləvi  iğtişaşların  və  ya  Mərkəzdə  saxlanılma  rejiminin  qrup  halında 

pozulmasının qarşısını alarkən; 



93.2.3. Mərkəz işçilərinin və ya Mərkəzdə rejimin təmin edilməsinə cəlb olunmuş müvafiq 

icra  hakimiyyəti  orqanı  işçilərinin  qanuni  tələblərinə  tabe  olmayan  və  ya  onlara  fiziki 

müqavimət göstərən Mərkəzdə saxlanılan şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alarkən; 

93.2.4.  girov  saxlanılan  şəxsləri,  zəbt  olunmuş  binaları,  yerləri,  qurğuları  və  nəqliyyat 

vasitələrini azad edərkən; 

93.2.5.  Mərkəzdə  məcburi  yerləşdirilən  şəxslərin  Mərkəzdən  qaçması  cəhdinin  qarşısını 

alarkən; 

93.2.6. Mərkəzdə saxlanılan şəxslərin özlərinə və ətrafdakılara zərər yetirmək cəhdlərinin 

qarşısını alarkən. 

93.3. Fiziki qüvvə və xüsusi vasitələr tətbiq edilərkən, aşağıdakı şərtlərə riayət edilməlidir: 

93.3.1. insana qarşı fiziki qüvvə, xüsusi vasitələr yalnız son zərurət və ya zəruri müdafiə 

vəziyyətində,  bütün  digər  təsir  imkanlarından  istifadə  lazımi  nəticə  vermədikdə,  hüquq 

pozuntusunun  ağırlıq  dərəcəsindən  və  ya  onu  törədənin  şəxsiyyətindən  asılı  olaraq  tətbiq 

edilməlidir; 

93.3.2.  qrup  halında  basqın  edildiyi,  o  cümlədən  silahlı  müqavimət  göstərildiyi  hallar 

istisna  olmaqla,  xüsusi  vasitələr  qadınlara,  azyaşlılara,  yanında  azyaşlı  uşaqlar  olanlara, 

əlilliyi,  yaxud  digər  fiziki  və  ya  psixi  qüsurları  aşkar  bilinən  şəxslərə  qarşı,  habelə  insanların 

toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə tətbiq edilməməlidir; 

93.3.3. xüsusi vasitələr yalnız real təhlükənin qarşısı alınarkən tətbiq edilə bilər; 

93.3.4. fiziki qüvvənin, xüsusi vasitələrin tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır; 

93.3.5.  hüquq  pozuntusunun  xarakterindən  və  təhlükəlilik  dərəcəsindən,  eləcə  də 

göstərilən  müqavimətin  gücündən  asılı  olaraq,  vurulan  zərərin  minimal  olmasına  cəhd 

edilməlidir; 

93.3.6. bədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın göstərilməsi təmin edilməlidir. 

93.4.  Fiziki  qüvvənin  və  xüsusi  vasitələrin  tətbiqi  haqqında  müvafiq  qeydiyyat  aparılır. 

Mərkəzin işçiləri tərəfindən fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edildiyi hər bir halda Mərkəzin 

rəisi bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. 

93.5. Mərkəzin işçiləri tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin tətbiq edildiyi hər bir 

halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xidməti yoxlama aparılmalı və fiziki qüvvənin, 

xüsusi vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlanmalıdır. 

  

M a d d ə  94. Mərkəzin fəaliyyətinə nəzarət 



  

94.1.  Mərkəzin  fəaliyyətinə  nəzarət  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  həyata 

keçirilir. 



94.2.  Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkilinin  (ombudsmanın)  və 

Milli  preventiv  qrup  üzvlərinin  istənilən  vaxt,  maneəsiz  və  əvvəlcədən  xəbərdarlıq  etmədən 

Mərkəzə daxil olmaq, orada könüllü və ya məcburi yerləşdirilən əcnəbilərlə və ya  vətəndaşlığı 

olmayan  şəxslərlə,  habelə  müvafiq  məlumatı  verə  biləcək  istənilən  digər  şəxslə  təkbətək  və  ya 

zəruri  saydığı  halda  mütəxəssisin,  yaxud  tərcüməçinin  iştirakı  ilə  görüşmək  və  söhbət  etmək, 

onların həmin yerlərdə yerləşdirilməsinin və saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də 

həmin əcnəbilərlə və ya vətəndaşlığı olmayan şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid 

olan  bütün  sənədlərlə  tanış  olmaq  və  surətlərini  almaq,  akt  tərtib  etmək,  həyata  keçirdikləri 

tədbirlərin  gedişini  və  nəticələrini  protokollaşdırmaq,  Mərkəzin  rəisi  tərəfindən  təxirə 

salınmadan  qəbul  edilmək,  Azərbaycan  Respublikası  İnsan  hüquqları  üzrə  müvəkkilinin 

(ombudsmanın) isə həmçinin Mərkəzə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən 

edilmiş müddətdə cavablar almaq hüquqları vardır. 

  

FƏSİL 15 



  

MƏSULİYYƏT 

  

M a d d ə  95. Miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyət 



  

 95.1.  Azərbaycan  Respublikasına  gəlməyin  və  Azərbaycan  Respublikasından  getməyin, 

əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti 

olmasının, müvəqqəti və ya daimi yaşamasının və əmək fəaliyyəti ilə məşğul olmasının, habelə 

Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  ölkələrdə  işə  düzəldilməsinin  bu  Məcəllə  ilə 

müəyyən edilmiş qaydalarını pozmuş fiziki və hüquqi şəxslər qanunla nəzərdə tutulmuş qaydada 

məsuliyyət daşıyırlar. 

 95.2.  Bu  Məcəllənin  tələblərini  pozmuş  dövlət  orqanlarının  vəzifəli  şəxsləri  qanunla 

nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

 95.3.  Əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 

ərazisinə  qanunsuz  gəlməsinin,  onların  Azərbaycan  Respublikasının  ərazisində  qanunsuz 

olmasının,  yaşamasının,  Azərbaycan  Respublikasının  ərazisindən  qanunsuz  olaraq  tranzit 

keçməsinin,  o  cümlədən  qanunsuz  işləməsinin  təşkil  edilməsində  təqsirkar  şəxslər  qanunla 

nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

 95.4. Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati və ya məcburi 

qaydada  çıxarılmış  və  girişinə  müəyyən  müddətə  məhdudiyyət  qoyulmuş  əcnəbilər  və  ya 

vətəndaşlığı  olmayan  şəxslər  həmin  müddət  ərzində  bilərəkdən  sənədlərində  dəyişiklik  edərək 

yenidən ölkəyə daxil olduqda, qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 

 95.5.  İşə  cəlb  edilməsi  məqsədi  ilə  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 

pasportlarını  və  ya  şəxsiyyəti  təsdiq  edən  digər  sənədlərini  götürən,  saxlayan  və  ya  gizlədən 

şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 



  

  

  




İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  



1.

       


17 oktyabr 2014-cü il tarixli 1071-IVQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 

23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11, 

maddə 1351)

 

2.

       



17 oktyabr 2014-cü il tarixli 1079-IVQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 

6  noyabr  2014-cü  il,  №  242;  Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11, 

maddə 1357)

 

3.

       



16 dekabr 2014-cü il tarixli 1143-IVQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 

31  dekabr  2014-cü  il,  №  288,  Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  12, 

maddə 1539)

 

4.

       



24 fevral 2015-ci il tarixli 1207-IVQD  nömrəli  Azərbaycan Respublikasının Qanunu  (“Azərbaycan” qəzeti, 

14 mart 2015-ci il, № 58)

 

5.

       



29 may 2015-ci il tarixli 1295-IVQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 

iyun  2015-ci  il,  №  131,  Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2015-ci  il,  №  06,  maddə 

689)


 

  

 



 

MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

 



 

 

 



 

                                                           

i

[1]


17 oktyabr 2014-cü il tarixli 1071-IVQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu 

(“Respublika”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1351)  ilə  3.0.17-ci  maddədə  “vətənə 

qayıdış  şəhadətnaməsi,”  sözlərindən  sonra  “Azərbaycan  Respublikasının  hüdudlarından 

kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi,” sözləri 

əlavə edilmişdir. 

  

ii



[2]

17  oktyabr  2014-cü  il  tarixli  1079-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının 

Qanunu  (“Azərbaycan”  qəzeti,  6  noyabr  2014-cü  il,  №  242;  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1357)  ilə  15.3-cü  maddədə  “hallarda” 

sözündən  sonra  “,  habelə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş 

hallarda” sözləri əlavə edilmişdir. 

  

iii



[3]

17  oktyabr  2014-cü  il  tarixli  1071-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının 

Qanunu  (“Respublika”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1351) ilə 15.6-cı maddə əlavə edilmişdir. 



                                                                                                                                                                                           

  

iv



[4]

17  oktyabr  2014-cü  il  tarixli  1079-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının 

Qanunu  (“Azərbaycan”  qəzeti,  6  noyabr  2014-cü  il,  №  242;  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1357) ilə 21.1-ci və 21.2-ci maddələrdə “3” 

rəqəmi “10” rəqəmi ilə əvəz edilmişdir. 

17  oktyabr  2014-cü  il  tarixli  1071-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının  Qanunu 

(“Respublika”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1351) ilə 21.1-ci maddədə “alınmalıdırlar” 

sözündən  sonra  “(bu  barədə  ölkəyə  daxil  olan  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə 

dövlət  sərhədinin  buraxılış  məntəqələrində  Azərbaycan,  rus  və  ingilis  dillərində  olan 

müvafiq bildiriş verilir)” sözləri əlavə edilmişdir. 

  

v



[5]

 24 fevral 2015-ci il tarixli 1207-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu 

(“Azərbaycan”  qəzeti,  14  mart  2015-ci  il,  №  58)  ilə  21.2-ci  maddəsində  “informasiya 

ehtiyatı, poçt,” sözləri “informasiya ehtiyatı,” sözləri ilə əvəz edilmişdir. 

  

vi

[6]



29  may  2015-ci  il  tarixli  1295-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının  Qanunu 

(“Respublika”  qəzeti,  20  iyun  2015-ci  il,  №  131,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 689) ilə 38.7-ci maddədə “Turistlər üçün 

elektron  viza  almaq  hüququ  olan” sözləri  “Turistlərə  elektron  viza  almaq  hüququnu  əldə 

etmək üçün” sözləri ilə əvəz edilmişdir. 

  

vii


[7]

17  oktyabr  2014-cü  il  tarixli  1071-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının 

Qanunu  (“Respublika”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1351)  ilə  41-ci  maddəyə  “Qeyd”  hissəsi 

əlavə edilmişdir. 

  

viii


[8]

29 may 2015-ci il tarixli 1295-IVQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu 

(“Respublika”  qəzeti,  20  iyun  2015-ci  il,  №  131,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 689) ilə 45.0.4-cü maddədə “müdafiə” sözü 

“hərbi” sözü ilə əvəz edilmişdir. 

  

ix

[9]



29  may  2015-ci  il  tarixli  1295-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının  Qanunu 

(“Respublika”  qəzeti,  20  iyun  2015-ci  il,  №  131,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 689) ilə 46.1.7-ci maddədə “müdafiə” sözü 

“hərbi” sözü ilə əvəz edilmişdir. 

  



                                                                                                                                                                                           

x

[10]



17  oktyabr  2014-cü  il  tarixli  1071-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının 

Qanunu  (“Respublika”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1351)  ilə  46-cı  maddəyə  “Qeyd”  hissəsi 

əlavə edilmişdir. 

  

xi



[11]

17  oktyabr  2014-cü  il  tarixli  1071-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının 

Qanunu  (“Respublika”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1351)  ilə  53-cü  maddəyə  “Qeyd”  hissəsi 

əlavə edilmişdir. 

  

xii


[12]

17  oktyabr  2014-cü  il  tarixli  1071-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının 

Qanunu  (“Respublika”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 

Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1351)  ilə  64.0.6-1-ci  maddə  əlavə 

edilmişdir. 

  

xiii


[13]

29 may 2015-ci il tarixli 1295-IVQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu 

(“Respublika”  qəzeti,  20  iyun  2015-ci  il,  №  131,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 689) ilə 79.1.3-cü maddənin sonunda nöqtə 

işarəsi  nöqtəli  vergül  işarəsi  ilə  əvəz  edilmişdir  və  yeni  məzmunda  79.1.4-cü  maddə  əlavə 

edilmişdir. 

  

xiv



[14]

29 may 2015-ci il tarixli 1295-IVQD nömrəli

 Azərbaycan Respublikasının Qanunu 

(“Respublika”  qəzeti,  20  iyun  2015-ci  il,  №  131,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 689) ilə 79.5.2-ci maddəyə “ləğv edilmiş” 

sözlərindən  sonra  “,  habelə  qaçqın  statusu  verilməsindən  imtina  edilmiş”  sözləri  əlavə 

edilmişdir. 

  

xv



[15]

16  dekabr  2014-cü  il  tarixli  1143-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının 

Qanunu  (“Respublika”  qəzeti,  31  dekabr  2014-cü  il,  №  288,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1539) ilə80.2-ci və 80.3-cü maddələr yeni 

redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

80.2.  Azərbaycan  Respublikasının  ərazisini  tərk  etməkdən  boyun  qaçıran  əcnəbilər  və  ya  vətəndaşlığı 

olmayan  şəxslər  müvafiq  icra  hakimiyyəti  orqanının  müraciəti  əsasında  məhkəmənin  qərarına  əsasən  tutulur  və 

Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılanadək qanunla müəyyən olunmuş qaydada müvafiq icra 

hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər.

 

80.3.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılması  qərara  alınmış 



əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara 


                                                                                                                                                                                           

çıxarılma üçün Azərbaycan Respublikasının İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrində, 

habelə  bu  Məcəllənin  79.5-ci  maddəsində  nəzərdə  tutulmuş  müddət  ərzində  qanunla  müəyyən 

olunmuş  qaydada  könüllü  olaraq  müvafiq  icra  hakimiyyəti  orqanının  qanunsuz  miqrantların 

saxlanılması mərkəzlərinə yerləşdirilə bilərlər. 

  

xvi



[16]

17  oktyabr  2014-cü  il  tarixli  1071-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının 

Qanunu  (“Respublika”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1351) ilə 80.6-1-ci maddə əlavə edilmişdir. 

  

xvii



[17]

16  dekabr  2014-cü  il  tarixli  1143-IVQD  nömrəli

  Azərbaycan  Respublikasının 

Qanunu  (“Respublika”  qəzeti,  31  dekabr  2014-cü  il,  №  288,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1539) ilə14-cü fəsil 15-ci fəsil, 82-ci maddə 

isə 95-ci maddə hesab edilmişdir və yeni məzmunda 14-cü fəsil əlavə edilmişdir. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə