Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   2   3   4   5   6   7   8   9   ...   24

  

II BÖLMƏ 

  

AZƏRBAYCAN RESPUBLİKASINA GƏLMƏ VƏ AZƏRBAYCAN 



RESPUBLİKASINDAN GETMƏ 

  

FƏSİL 3 



  

AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ ÖLKƏDƏN GETMƏSİ VƏ 

ÖLKƏYƏ GƏLMƏSİ 

  

M a d d ə   9.  Azərbaycan  Respublikası  vətəndaşlarının  ölkədən  getmək  və  ölkəyə 



gəlmək hüququ 

  

 9.1.  Azərbaycan  Respublikasının  vətəndaşı  (bundan  sonra  -  vətəndaş)  dövlət  sərhədinin 



buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna 

malikdir. 

 9.2. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 

 9.3.  Vətəndaşın  ölkədən  getmək  hüququ  yalnız  aşağıdakı  hallarda  müvəqqəti 

məhdudlaşdırıla bilər: 

 9.3.1.  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinə  uyğun  olaraq 

tutulduqda  və  ya  barəsində  hər  hansı  qətimkan  tədbiri  seçildikdə  -  azad  edilənədək,  qətimkan 

tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; 

 9.3.2.  məhkum  edildikdə  –  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsi  ilə  müəyyən 

edilmiş  əsas  cəzasını  çəkib  qurtaranadək  və  ya  bu  Məcəllənin  9.3.4-cü  maddəsində  nəzərdə 

tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; 

 9.3.3.  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinə  uyğun  olaraq 

barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin 

tətbiqi ləğv edilənədək; 

 9.3.4.  üzərinə  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  nəzərdə  tutulan 

vəzifələr  qoyulmaqla  şərti  məhkum  edildikdə  və  ya  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad 

edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya 

şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; 




 9.3.5.  müddətli  həqiqi  hərbi  xidmətə  çağırıldıqda  –  müddətli  həqiqi  hərbi  xidmət 

keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; 

 9.3.6.  məhkəmə  qərarı  əsasında  verilmiş  icra  sənədinin  könüllü  icra  üçün  müəyyən 

olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun 

müvəqqəti  məhdudlaşdırılması  barədə  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı  olduqda  – 

məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 

 9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və  ya Azərbaycan Respublikasının tərəfdar 

çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-

gəliş zamanı - profilaktik peyvəndlər edilənədək. 

 9.4.  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrində  və  qanunvericilikdə  nəzərdə 

tutulmuş  digər  silahlı  birləşmələrdə  qulluq  edən  hərbi  qulluqçular  (hərbi  attaşelər,  hərbi 

nümayəndələr  və  onların  köməkçiləri  istisna  olmaqla),  habelə  Azərbaycan  Respublikasının 

hüdudlarından  kənarda  beynəlxalq  hərbi  təlimlərə,  antiterror,  xilasetmə  və  xidməti  zərurətlə 

bağlı  digər  tədbir  və  ya  əməliyyatlara  cəlb  olunan  müddətli  həqiqi  hərbi  xidmət  keçən  hərbi 

qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan 

Respublikasından gedə bilərlər. 

 9.5.  Dövlət  sirri  ilə  işləməyə  buraxılmış  şəxslərin  tanış  olmağa  buraxıldığı  məlumatın 

məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa 

getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. 

 9.6.  Ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququ  məhdudlaşdırılan  vətəndaşlar  barədə 

məlumatlar  “Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası  avtomatlaşdırılmış  məlumat-axtarış 

sisteminin  məhdudiyyət  siyahılarına  daxil  edilməli  və  müvafiq  əsaslar  aradan  qalxdıqda 

məlumatların aktiv statusu dəyişdirilməlidir. 

 9.7.  Hər  hansı  bir  ölkədə  fövqəladə  vəziyyət  və  ya  insan  həyatı,  sağlamlığı  və  azadlığı 

üçün  təhlükə  yaranarsa,  müvafiq  icra  hakimiyyəti  orqanı  Azərbaycan  Respublikasının  əhalisini 

dərhal  xəbərdar  etməklə,  vətəndaşlara  həmin  ölkəyə  getməkdən  müvəqqəti  çəkinməyi  tövsiyə 

edir. 

  

M a d d ə   10.  Vətəndaşın  ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququnun  həyata 



keçirilməsi 

  

 10.1.  Vətəndaşın  ölkədən  getmək  və  ölkəyə  gəlmək  hüququ  Azərbaycan  Respublikası 



vətəndaşının  pasportu  əsasında  həyata  keçirilir.  Pasportun  verilməsi  qaydası  müvafiq  qanunla 

tənzimlənir. 

 10.2.  Azərbaycan  Respublikasında  qeydiyyatda  olan  və  dənizçilik  məqsədi  ilə  istifadə 

edilən  gəmilərdə  hər  hansı  dənizçi  vəzifəsində  işləyən  vətəndaşın  ölkədən  getmək  və  ölkəyə 

gəlmək  hüququ  dənizçinin  şəxsiyyət  sənədi  əsasında  həyata  keçirilir.  Xaricdə  işlədiyi  gəmiyə 

çatmaq  üçün  fərdi  qaydada  ölkədən  gedən  vətəndaş  dənizçinin  şəxsiyyət  vəsiqəsi  ilə  birlikdə 

həmin  gəmi  heyətinin  tərkibində  olmasını  təsdiq  edən  sənədi  (tərtib  olunmuş  gəmi  heyətinin 

siyahısından  çıxarış)  sərhəd  nəzarətindən  keçərkən  təqdim  etməlidir.  Dənizçinin  şəxsiyyət 

sənədinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir. 



 10.3. Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və  ya  yararsız hala düşmüş, 

pasportunun  etibarlılıq  müddəti  bitmiş  Azərbaycan  Respublikası  vətəndaşının  və  onunla  birgə 

Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış 

Azərbaycan  Respublikası  vətəndaşı  olan  övladının  ölkəyə  qayıtmaq  hüququ  Azərbaycan 

Respublikasına  qayıdış  şəhadətnaməsi  əsasında  həyata  keçirilir.  Azərbaycan  Respublikasına 

qayıdış şəhadətnaməsinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir. 

  

M a d d ə  11. Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası 



  

 11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik 

yaşına  çatmayan  vətəndaş  ölkədən  valideynləri,  övladlığa  götürəni,  himayəçisi  və  ya  qəyyumu 

ilə gedə bilər. 

 11.2. Yetkinlik  yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər 

valideynin  notariat  qaydasında  təsdiq  edilmiş  razılığı  tələb  olunur.  Yetkinlik  yaşına  çatmayan 

vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu 

övladlığa  götürən  şəxsin,  himayəçisinin  və  ya  qəyyumunun  notariat  qaydasında  təsdiq  edilmiş 

razılığı  tələb  olunur.  Həmin  şəxslərdən  birinin  razılığı  olmadıqda,  yetkinlik  yaşına  çatmayan 

vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. 

 11.3.  Yetkinlik  yaşına  çatmayan  vətəndaşın  valideynlərindən  birinin  ölüm  haqqında 

şəhadətnaməsi,  ölmüş  və  ya  itkin  düşmüş  elan  edilməsi,  valideynlik  hüququndan  məhrum 

edilməsi  barədə  məhkəmənin  qərarı  və  ya  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  verilmiş 

doğum  haqqında  akt  qeydində  ata  barədə  məlumatın  ananın  göstərişi  üzrə  yazılması  haqqında 

arayış  olduqda,  digər  valideynin  razılığı  tələb  olunmur.  Qeyd  olunan  sənədlərlə  birgə  digər 

valideynin  notariat  qaydasında  təsdiq  edilmiş  razılığını  təqdim  edən  yetkinlik  yaşına  çatmayan 

vətəndaş Azərbaycan Respublikasından gedə bilər. 

 11.4.  Əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  övladlığa  götürülmüş 

Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaq  yalnız  onun  övladlığa  götürülməsi  haqqında 

məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi  və  övladlığa  götürmə  haqqında  şəhadətnamə 

təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər. 

 11.5. Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və 

sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə 

məsuliyyət  həmin  şəxsin  valideynlərinin,  onu  övladlığa  götürən  şəxslərin,  himayəçi  və  ya 

qəyyumlarının üzərinə düşür. 

 11.6. Yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, onları 

övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadan getdikdə, qanuni 

nümayəndənin vəzifələrini həmin qrupun rəhbərləri yerinə yetirirlər. 

  

M a d d ə  12. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşın ölkədən getməsi qaydası 



  


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə