Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   2   3   4   5   6   7   8   9   ...   24

 Fəaliyyət  qabiliyyətinin  olmaması  məhkəmə  tərəfindən  təsdiq  edilmiş  vətəndaş  ölkədən 

valideynlərinin,  onu  övladlığa  götürən  şəxslərin,  himayəçi  və  ya  qəyyumlarının  notariat 

qaydasında  təsdiq  edilmiş  vəsatəti  əsasında,  yetkinlik  yaşına  çatmış  digər  şəxsin  müşayiəti  ilə 

gedə bilər. 

  

M a d d ə  13. Xarici ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün gedən vətəndaşların 



konsulluqlarda uçotu 

  

 13.1. Xarici ölkəyə müvəqqəti və ya daimi yaşamaq üçün gedən vətəndaşlar Azərbaycan 



Respublikasının 

xaricdəki 

konsulluğunda 

“Giriş-çıxış 

və 

qeydiyyat” 



idarələrarası 

avtomatlaşdırılmış  məlumat-axtarış  sistemi  vasitəsilə  uçota  alınırlar.  Azərbaycan  Respublikası 

konsulluğunun  olmadığı  xarici  ölkələrdə  (yerlərdə)  yaşayan  vətəndaşlar  yaşayış  yeri  barədə 

məlumatı elektron qaydada müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 

 13.2.  Vətəndaşlar  xarici  ölkədə  yaşayış  yeri  üzrə  qeydiyyatdan  çıxaraq  Azərbaycan 

Respublikasına qayıtdıqda, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-

axtarış  sistemi  vasitəsilə  Azərbaycan  Respublikasının  xaricdəki  konsulluğunda  uçotdan 

çıxarılırlar. 

  

M a d d ə  14. Azərbaycan Respublikasının ərazisindən kənarda yaşayan vətəndaşların 



hüquqlarının Azərbaycan dövləti tərəfindən müdafiəsi 

  

 Azərbaycan  Respublikasının  müvafiq  dövlət  orqanları,  diplomatik  nümayəndəlikləri  və 



konsulluqları,  habelə  onların  vəzifəli  şəxsləri  Azərbaycan  Respublikasının  ərazisindən  kənarda 

müvəqqəti  və  ya  daimi  yaşayan  Azərbaycan  Respublikası  vətəndaşlarının  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə,  müvafiq  xarici  dövlətin 

qanunvericiliyinə,  habelə  beynəlxalq  adətlərə  uyğun  olaraq  onlara  verilmiş  bütün  hüquqlardan 

tam  həcmdə  istifadə  edə  bilmələri  üçün  tədbirlər  görməyə,  onların  qanunla  qorunan  hüquq  və 

mənafelərini  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müdafiə  etməyə,  Azərbaycan 

Respublikası  vətəndaşlarının  pozulmuş  hüquqlarının  bərpası  üçün  tədbirlər  görməyə 

borcludurlar. 

  

FƏSİL 4 


  

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN 

RESPUBLİKASINA GƏLMƏSİ, AZƏRBAYCAN RESPUBLİKASINDAN GETMƏSİ VƏ 

AZƏRBAYCAN RESPUBLİKASINDA MÜVƏQQƏTİ OLMASI 

  



M a d d ə   15.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 

Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi 

  

 15.1.  Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  dövlət  sərhədinin  buraxılış 



məntəqələrindən  keçmək  şərti  ilə,  pasportları  və  ya  digər  sərhədkeçmə  sənədləri  əsasında 

Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. 

 15.2. Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər və 

vətəndaşlığı olmayan şəxslər bu Məcəllə ilə müəyyən olunmuş qaydada viza almalıdırlar. 

 15.3.  Xarici  dövlətlərlə  müvafiq  beynəlxalq  müqavilələr  bağlanmış  olduğu  hallarda, 

habelə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  hallarda  əcnəbilər  və 

vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına vizasız qaydada gələ bilərlər.

ii[2]


 

 15.4.  Azərbaycan  Respublikasında  müvəqqəti  və  ya  daimi  yaşamaq  üçün  icazə  almış 

əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  pasportları  və  ya  digər  sərhədkeçmə  sənədləri  və 

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti  orqanı tərəfindən verilmiş müvəqqəti və 

ya  daimi  yaşamaq  üçün  icazə  vəsiqələri  əsasında  Azərbaycan  Respublikasından  gedə  və  viza 

almadan Azərbaycan Respublikasına qayıda bilərlər. 

 15.5. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan 

şəxslər  onlara  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  getmək  üçün  verilən  “Yol 

sənədi”  əsasında  Azərbaycan  Respublikasından  gedə  və  viza  almadan  Azərbaycan 

Respublikasına gələ bilərlər. 

15.6.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılan  və  sərhədkeçmə 

sənədləri  olmayan  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasının 

beynəlxalq  müqavilələrində  nəzərdə  tutulmuş  hallarda,  habelə  həmin  şəxslər  üçün  mənşə 

ölkələrindən  sərhədkeçmə  sənədləri  əldə  etmək  mümkün  olmadığı  hallarda  verilən  səyahət 

sənədi onların ölkə hüdudlarından kənara çıxması üçün əsasdır.

iii[3]


 

  

M a d d ə   16.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər 

  

 16.1.  Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasına  gəlmək 



aşağıdakı hallarda qadağan edilir: 

 16.1.1.  milli  təhlükəsizlik  və  ya  ictimai  asayişin  mühafizəsi,  yaxud  Azərbaycan 

Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması 

bunu tələb etdikdə; 

 16.1.2.  şəxsin  sülh  və  insanlıq  əleyhinə,  terrorçuluq,  terrorçuluğu  maliyyələşdirmə  və 

müharibə  cinayətləri  törətməsi  və  ya  transmilli  mütəşəkkil  cinayətkar  dəstənin  üzvü  olması 

barədə məlumat olduqda; 



 16.1.3.  şəxs  Azərbaycan  Respublikasının  vətəndaşlarına  və  ya  Azərbaycan 

Respublikasının  maraqlarına  (mənafelərinə)  qarşı  cinayət  törətdiyinə  görə  məhkum  olunduqda, 

əgər  məhkumluğu  qanunla  müəyyən  edilmiş  qaydada  ödənilməmişdirsə  və  ya 

götürülməmişdirsə; 

 16.1.4. şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər 

ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə; 

 16.1.5. şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 

 16.1.6. şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş 

məqsədlərini pozduqda; 

 16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya 

səfərinin məqsədi haqqında yalan məlumat verdikdə; 

 16.1.8. şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya 

daha çox inzibati məsuliyyətə cəlb olunduqda. 

 16.2.  Bu  Məcəllənin  16.1.6  –  16.1.8-ci  maddələrində  nəzərdə  tutulmuş  hallarda 

əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasına  gəlişinə  5  il 

müddətinə qadağa qoyulur. 

 16.3.  Bu  Məcəllənin  16.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  haqqında  məlumatlar  müəyyən  olunmuş  qaydada  “Giriş-çıxış  və 

qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına 

daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. 

  

M a d d ə   17.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırılması 

  

 17.1.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasından 



getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 

 17.1.1. onların getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olduqda – bu 

əsas aradan qalxanadək; 

 17.1.2.  onlar  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinə  uyğun  olaraq 

tutulduqda və ya barələrində hər hansı qətimkan tədbiri seçildikdə – azad edilənədək, qətimkan 

tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; 

 17.1.3.  onlar  məhkum  edildikdə  –  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsi  ilə 

müəyyən edilmiş əsas cəzalarını çəkib qurtaranadək  və ya bu Məcəllənin 17.1.5-ci maddəsində 

nəzərdə tutulmuş hal istisna olmaqla cəzadan azad edilənədək; 

 17.1.4.  Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsinə  uyğun  olaraq 

barələrində  tibbi  xarakterli  məcburi  tədbirlər  tətbiq  edildikdə  –  tibbi  xarakterli  məcburi 

tədbirlərin tətbiqi ləğv edilənədək; 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə