Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   2   3   4   5   6   7   8   9   ...   24

 17.1.5.  onlar  üzərinə  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  nəzərdə  tutulan 

vəzifələr  qoyulmaqla  şərti  məhkum  edildikdə  və  ya  cəzadan  şərti  olaraq  vaxtından  əvvəl  azad 

edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya 

şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; 

 17.1.6.  məhkəmə  qərarı  əsasında  verilmiş  icra  sənədinin  könüllü  icra  üçün  müəyyən 

olunmuş  vaxtda  üzrsüz  səbəbdən  icra  edilməməsinə  görə  onların  ölkədən  getmək  hüququnun 

müvəqqəti  məhdudlaşdırılması  barədə  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı  olduqda  – 

məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 

 17.1.7. onlar inzibati xəta törətdikdə – barələrində qanuni qüvvəyə minmiş inzibati tənbeh 

tədbirləri icra edilənədək. 

 17.2.  Qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  profilaktik  peyvəndlərin  aparılmaması 

Azərbaycan  Respublikasında  daimi  yaşayan  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 

beynəlxalq  tibbi  sanitariya  qaydalarına  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələrə  uyğun  olaraq,  profilaktik  peyvəndlər  tələb  olunan  ölkələrə  gediş-

gəlişinin məhdudlaşdırılması ilə nəticələnir. 

 17.3. Bu Məcəllənin 17.1-ci və 17.2-ci maddələrində nəzərdə tutulmuş hallarda əcnəbilər 

və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada “Giriş-çıxış və 

qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına 

daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. 

  

M a d d ə  18. Azərbaycan Respublikasına pasportsuz və ya vizasız  gələn əcnəbilər və 



vətəndaşlığı olmayan şəxslər 

  

 18.1. Bu Məcəllənin tələblərini pozaraq pasportsuz, vizasız və ya etibarlı olmayan pasport 



və  digər  sənədlərlə  Azərbaycan  Respublikasının  dövlət  sərhədini  keçməyə  cəhd  göstərən 

əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisinə buraxılmadan, 

gəldikləri ölkəyə qaytarılırlar. 

 18.2.  Saxta  və  ya  başqasına  məxsus  sənədlərlə  dövlət  sərhədini  keçməyə  cəhd  göstərən 

əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb 

edilirlər. 

  

M a d d ə   19.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 



Respublikasının ərazisindən tranzit keçidi 

  

 19.1.  Əcnəbinin  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  hər  hansı  bir  dövlətdən  Azərbaycan 



Respublikasının  ərazisinə  girişi  və  Azərbaycan  Respublikasının  ərazisində  müəyyən  olunmuş 

marşrut  üzrə  hərəkət  edərək  üçüncü  ölkəyə  çıxışı  həmin  şəxsin  Azərbaycan  Respublikasının 

ərazisindən tranzit keçidi hesab olunur. 



 19.2. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən əcnəbiyə və ya vətəndaşlığı 

olmayan  şəxsə  bu  Məcəllənin  34–37-ci  maddələrində  nəzərdə  tutulmuş  qaydada  tranzit  vizası 

verilir. 

 19.3. Aşağıdakı hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin tranzit keçidi üçün 

tranzit vizası tələb olunmur: 

 19.3.1. əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının dövlət 

sərhədini keçməyə imkan verən digər vizalar verilmiş olduqda; 

 19.3.2.  hava  nəqliyyatı  sərnişinləri  təyyarə  dəyişmədən  Azərbaycan  Respublikasının 

ərazisindən tranzitlə uçduqda; 

 19.3.3.  əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  hava 

limanında  təyyarə  dəyişməklə  təyinat  ölkəsinə  getdikdə  –  bir  şərtlə  ki,  sərnişinlərin  təyinat 

ölkəsinə  daxil  olmaq  hüququnu  təsdiq  edən  sənədləri,  təyyarə  dəyişmək  üçün  endikləri  hava 

limanından  yola  düşmə  vaxtını  təsdiq  edən  təyyarə  biletləri  olsun  və  Azərbaycan 

Respublikasının ərazisində qalma müddəti 24 saatdan artıq olmasın. Bu zaman sərnişinlər hava 

limanı ərazisində xüsusi olaraq ayrılmış ərazinin hüdudlarından kənara çıxa bilməzlər; 

 19.3.4. Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətin 

vətəndaşları tranzitlə keçdikdə. 

 19.4. Tranzit keçid zamanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vizada göstərilən 

müddətdən  artıq  Azərbaycan  Respublikasının  ərazisində  məcburi  dayanması  aşağıdakı  hallarda 

mümkündür: 

 19.4.1. nəqliyyatın hərəkətinə maneə olan təbii fəlakət baş verdikdə; 

 19.4.2. avtonəqliyyat vasitəsinin (onun hissələrinin) sıradan çıxması, yaxud yol-nəqliyyat 

hadisəsi nəticəsində təmirə ehtiyac yarandıqda (müvafiq sənəd təqdim edildikdə); 

 19.4.3.  Azərbaycan  Respublikasının  ərazisindən  keçən  şəxslər  xəstələndikdə  (bu  halda 

keçidin  davam  etdirilməsinin  xəstənin  səhhəti  üçün  təhlükə  törətdiyinə  dair  həkimin  rəyi 

olmalıdır); 

 19.5.  Bu  Məcəllənin  19.4.3-cü  maddəsində  nəzərdə  tutulmuş  halda  xəstə  şəxslə  birlikdə 

onun yaxın qohumları olduqda, məcburi dayanma onlara da şamil edilir. 

 19.6.  Tranzit  keçid  zamanı  məcburi  dayanma  baş  verdikdə,  əcnəbilərin  və  vətəndaşlığı 

olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bu Məcəllənin 41–43-

cü maddələrinə uyğun olaraq məcburi dayanmanın səbəbləri aradan qalxanadək artırılır. 

 19.7.  Azərbaycan  Respublikasının  ərazisindən  dəmiryol  nəqliyyatı  və  ya  avtonəqliyyat 

vasitəsi  ilə  tranzitlə  keçən  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  sərhədboyu  zonada 

dayanması qadağandır. 

 19.8.  Beynəlxalq  yükdaşımalarda  iştirak  edən  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 

şəxslərin  Azərbaycan  Respublikası  ərazisindən  tranzit  keçidi  beynəlxalq  və  dövlətlərarası 

yükdaşımalar  üçün  müəyyənləşdirilmiş  dövlət  sərhədinin  buraxılış  məntəqələrindən  və 

avtomobil yollarından həyata keçirilir. 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə