Microsoft Word miqrasiya m?c?ll?si docx



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix29.10.2017
ölçüsü0,59 Mb.
#7526
1   2   3   4   5   6   7   8   9   10   ...   24

  

 23.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi, 

Azərbaycan Respublikasında olması və ya yaşaması Azərbaycan Respublikasının suverenliyinə, 

ərazi  bütövlüyünə,  onun  dünyəvi  xarakterinə,  Azərbaycan  xalqının  vahidliyinə,  ölkənin  milli 

təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, habelə 

Azərbaycan  Respublikası  vətəndaşlarının  və  digər  şəxslərin  hüquqlarının  və  qanuni 

mənafelərinin  qorunması  bunu  tələb  etdikdə,  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən 

həmin  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  ölkədə  olması  arzuolunmaz  hesab  edilə 

bilər. 

 23.2.  Şəxsin  arzuolunmaz  hesab  edilməsi  5  il  müddətinə  müəyyən  edilir  və  müvafiq 



əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. 

 23.3. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti 

və  ya daimi  yaşayan əcnəbi və vətəndaşlığı olmayan  şəxs arzuolunmaz hesab edildikdə, həmin 

şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüququnu itirir. 

 23.4. Şəxsin ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat müvafiq icra 

hakimiyyəti  orqanları  tərəfindən  “Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası  avtomatlaşdırılmış 

məlumat-axtarış sisteminə daxil edilir. 

 23.5.  Azərbaycan  Respublikasının  ərazisində  olan  şəxslərin  ölkədə  olması  arzuolunmaz 

hesab  edildikdə  müvafiq  icra  hakimiyyəti  orqanları  bu  barədə  məlumatı  əcnəbilərin  və 

vətəndaşlığı  olmayan  şəxslərin  uçotunun  aparılması,  habelə  həmin  şəxslər  barəsində  bu 

Məcəllənin  79-cu  maddəsinə  uyğun  olaraq  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara 

çıxarılması  haqqında  qərar  qəbul  edilməsi  üçün  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim 

edirlər. 

  

  



III BÖLMƏ 

  

ƏCNƏBİLƏRƏ VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRƏ AZƏRBAYCAN 



RESPUBLİKASINA GƏLMƏK, AZƏRBAYCAN RESPUBLİKASINDA MÜVƏQQƏTİ 

OLMAQ, YAŞAMAQ VƏ İŞLƏMƏK HÜQUQU VERƏN SƏNƏDLƏR VƏ ONLARIN 

VERİLMƏSİ QAYDALARI 

  

FƏSİL 5 



  

VİZALAR 


  


M a d d ə  24. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizalar 

  

 24.1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizaların giriş və tranzit növləri 



vardır. 

 24.2. Girişlərin sayına görə giriş vizası birdəfəlik və çoxdəfəlik vizalara, tranzit vizası isə 

birdəfəlik və ikidəfəlik vizalara bölünür. 

 24.3. Giriş vizası diplomatik, xidməti və adi kateqoriyalara bölünür. 

 24.4.  Diplomatik  və  xidməti  kateqoriyalı  giriş  vizaları  yalnız  rəsmi  səfər  məqsədi  ilə 

Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. 

 24.5. Adi kateqoriyalı giriş vizaları işgüzar, elm, təhsil, əmək, turizm, mədəniyyət, idman, 

humanitar, müalicə və şəxsi səfər məqsədləri ilə Azərbaycan Respublikasına gələn əcnəbilərə və 

vətəndaşlığı olmayan şəxslərə verilir. 

 24.6. Giriş vizasının etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək, çoxdəfəlik 

giriş-çıxış üçün isə 2 ilədək müəyyən olunur. 

 24.7. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində 

və məqsədlə ölkə ərazisində qala bilərlər. 

 24.8.  Vizada  göstərilən  ölkədə  qalma  müddətindən  vizanın  etibarlılıq  dövrü  ərzində 

istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür. 

 24.9.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  vizalarla 

bağlı  bu  Məcəllədə  nəzərdə  tutulmuş  qaydalardan  (müddətlərdən)  fərqli  qaydalar  (müddətlər) 

müəyyən oluna bilər. 

  

M a d d ə  25. Rəsmi səfər məqsədi ilə verilən giriş vizası 



  

 25.1.  Rəsmi  səfər  vizası  xarici  ölkələrin  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən 

diplomatik 

nümayəndəlik 

və 

konsulluqlarının, 



habelə 

beynəlxalq 

təşkilatların 

nümayəndəliklərinin  əməkdaşlarına,  inzibati-texniki  xidmət  heyətinə  daxil  olan  şəxslərə  və 

onların  ailə  üzvlərinə,  həmçinin  Azərbaycan  Respublikasına  diplomatik  missiya  ilə  və  ya 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulmuş 

hallarda  xüsusi  missiya  ilə  səfər  edən  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  verilir.  Bu 

vizalarda ölkədə qalma müddəti verilən vizanın etibarlılıq müddəti ilə müəyyən edilir. 

 25.2.  Rəsmi  səfər  vizası,  eyni  zamanda  Azərbaycan  Respublikasında  keçirilən  rəsmi 

tədbirlərdə və görüşlərdə iştirak edəcək əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də verilir və 

bu vizalarda ölkədə qalma müddəti 180 günədək müəyyən edilir. 

 25.3.  Rəsmi  səfər  vizasının  rəsmiləşdirilməsi  üçün  əcnəbinin  və  vətəndaşlığı  olmayan 

şəxsin  təmsil  etdiyi  ölkənin  və  ya  beynəlxalq  təşkilatın  rəsmi  notası  və  ya  Azərbaycan 



Respublikasının  müvafiq  qurumlarının  vəsatəti  və  bu  Məcəllənin  36-cı  maddəsində  göstərilən 

sənədlər tələb olunur. 

  

M a d d ə  26. İşgüzar səfər məqsədi ilə verilən giriş vizası 



  

 26.1. İşgüzar səfər vizası Azərbaycan Respublikasında işgüzar əlaqələr və ya əməkdaşlıq 

qurmaq  üçün  Azərbaycan  Respublikasının  dövlət  orqanlarının,  Azərbaycan  Respublikasında 

fəaliyyət  göstərən  hüquqi  şəxslərin  və  ya  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə 

məşğul olan fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin vəsatəti 

əsasında və ya Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı təsdiq edən 

sənədlə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. 

 26.2. İşgüzar səfər vizasında ölkədə qalma müddəti 180 günədək müəyyən edilir. 

 26.3.  İşgüzar  səfər  vizasının  rəsmiləşdirilməsi  üçün  bu  Məcəllənin  36-cı  maddəsində 

göstərilən sənədlər tələb olunur. 

  

M a d d ə  27. Elm və ya təhsil məqsədi ilə verilən giriş vizası 



  

 27.1.  Elm  və  ya  təhsil  vizası  bu  sahədə  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən 

dövlət  orqanlarının,  elmi-tədqiqat  institutlarının,  dövlət  qeydiyyatından  keçmiş  təhsil 

müəssisələrinin vəsatəti əsasında elmi fəaliyyətlə məşğul olmağa, müvafiq konfrans, seminar və 

digər  elmi  tədbirlərdə  iştirak  etməyə,  təhsil  müəssisələrinə  qəbul  olunaraq  təhsil  almağa  və  ya 

ixtisas artırmağa gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. 

 27.2. Elm və ya təhsil vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir. 

 27.3.  Elm  və  ya  təhsil  vizasının  rəsmiləşdirilməsi  üçün  şəxsin  Azərbaycan 

Respublikasında  təhsili  və  yaşayışı  ilə  bağlı  xərcləri  ödəyə  biləcək  maliyyə  vəsaitinə  malik 

olması  haqqında  müvafiq  sənəd  (Azərbaycan  Respublikasında  əcnəbinin  və  vətəndaşlığı 

olmayan  şəxsin  təhsili  vətəndaşı  olduğu  və  ya  daimi  qeydiyyatda  yaşadığı  ölkə  tərəfindən 

maliyyələşdirilmədiyi  halda)  və  bu  Məcəllənin  36-cı  maddəsində  göstərilən  sənədlər  tələb 

olunur. 

  

M a d d ə  28. Əmək məqsədi ilə verilən giriş vizası 



  

 28.1. Əmək vizası Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul 

olmaq  niyyətində  olan  və  bunun  üçün  Azərbaycan  Respublikasının  dövlət  orqanlarının, 

Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan 

sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslərin,  habelə  xarici  hüquqi  şəxslərin  filial  və 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə