Microsoft Word mir celal met doc



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə2/147
tarix08.07.2018
ölçüsü1,64 Mb.
#54166
1   2   3   4   5   6   7   8   9   ...   147

 

B i b l i o q r a f i y a

   

 

5



 

 

 

 

 

Remarkable people of Azerbaijan 

 

 

 

MIR JALAL 

 

(Pashayev Mir Jalal Ali oglu) 



 

Bibliography 

 

 

 

 

 

 

 

 

BAKU–2018

 


M i r   C ə l a l  

 



 

Project manager: 

 

Abulfas Garayev, 

Minister Of Culture And Tourism of 

the Republic of Azerbaijan

 

Ph.D in philosophy 



 

Compiled by:  

 

Medina Veliyeva,  

Matanat Ibragimova 

 

Scientific editor: 

 

Karim Tahirov,  

professor,  

Honored сultural worker 

 

Consultant:

   


 

Shamsaddin Akhundov,

 

Honored сultural worker 



 

Editor:  

 

 

Gulbaniz Safaraliyeva,  

Honored cultural worker 

 

 

Mir  Jalal  Pashayev:  (Pashayev  Mir  Jalal  Ali  oglu): 

bibliography  /compiled  by:  M.Veliyeva,  M.Ibragimova;  project 

manager  A.Garayev;  scientific  editor  K.Tahirov;  consultant 

Sh.Akhundov; editor G.Safaraliyeva.- Baku, 2018. -  496 p. 

 

 

“Mir Jalal” bibliography, compiled by Azerbaijan National Library from 



the  series  of  “Eminent  personalities  of  Azerbaijan”  is  dedicated  to  the  110

th

 



anniversary  of  the  birth  of  Mir  Jalal  Pasahayev,  one  of  the  prominent 

representatives  of  the  Azerbaijani  prose,  Honored  worker  of  science  of 

Azerbaijan, writer, literary-critic and professor. The bibliography contains rich 

material  related  to  the  life  and  work  of  the  outstanding  writer  and  his 

publications that preserved in the world libraries. 

 

 

 

©Azerbaijan National Library named after M.F.Akhundov, 2018 



 

B i b l i o q r a f i y a

   

 

7



 

 

Göstərici haqqında 

 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının “Azər-

baycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı bu bibli-

oqrafiya Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbayca-

nın  Əməkdar  elm  xadimi,  yazıçı-alim,  ədəbiyyatşünas,  professor

 

Mir Cəlal Paşayevə həsr edilmişdir. 



 Dahi Azərbaycan yazıçısı Mir Cəlal haqqında ilk biblioqrafi-

ya  1968-cu  ildə  Milli  Elmlər  Akademiyasının  Mərkəzi  Elmi 

Kitabxanası  tərəfindən  nəşr  olunmuşdur  (tərt.  ed.  N.M.Teymuro-

va; red. M.M.Həsənova, İ.H.Səfərov). 1998-ci ildə M.F.Axundov 

adına Milli Kitabxana tərəfindən görkəmli ədibin anadan olması-

nın    90  illiyi  ilə  əlaqədar  olaraq  2-ci  biblioqrafik  göstərici  tərtib 

edilmişdir (tərt. R.Q.Muradova; red. N.P.Nağıyeva).

 

2006-cı ildə 



Azərbaycan  Milli Kitabxanası tərəfindən yazıçının biblioqrafiyası 

yenidən  çap  edilmişdir  (tərt.-müəl.  N.P.Nağıyeva;  elmi  red. 

Ş.Ə.Axundov; ixt. red. K.M.Tahirov; red. M.Ə.Vəliyeva) 

Son  on  iki  il  ərzində  görkəmli  ədib  haqqında  kifayət  qədər 

əlavə  materialların  çap  olunduğunu  nəzərə  alan  M.F.Axundov 

adına Milli Kitabxana ədibin anadan olmasının 110 illiyi münasi-

bətilə  “Azərbaycanın  görkəmli  şəxsiyyətləri”  seriyasından  daha 

mükəmməl  bir  fundamental  biblioqrafiya  hazırlamağı  qərara 

almışdır. Oxuculara təqdim olunan bu yeni biblioqrafiya daha da 

təkmiləşdirilmiş,  yeni  bölmələr  və  yarımbölmələr  əlavə  edilmiş, 

son  on  iki  ilin  materialları  da  əhatə  olunmuşdur.  Biblioqrafiyada 

Mir Cəlalın kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə 

çap  olunmuş  əsərləri,  uşaqlar  üçün  işlədiyi  kitablar,  elmi-tənqidi 

və  publisistik  məqalələri,  tərcümələri,  redaktə  etdiyi  kitablar, 

rəhbərlik etdiyi dissertasiyalar, rus və başqa dillərdə çap olunmuş 

əsərləri,  habelə  ədibin  həyat  və  yaradıcılığını  əks  etdirən  bütün 

nəşrlər  verilmişdir.Biblioqrafik  göstəricidə  ədəbiyyat  xronoloji 



M i r   C ə l a l  

 



qaydada  qruplaşdırılmış,  xronoloji  çərçivə  daxilində  isə  əlifba 

sırası gözlənilmişdir.  

Biblioqrafiyada ilk dəfə olaraq verilmiş “Mir Cəlalın əsərləri  

dünya  kitabxanalarında”  bölməsində  toplanan  sənədlər  ölməz 

sənətkarın  irsinin  bütün  dünyada  çox  geniş  yayılmasınnın  əyani 

sübutdur. “Əlavələr” bölməsində isə toplanan “Mir  Cəlal Paşaye-

vin Bakı şəhərində yerləşən “Ədibin evi” və Gəncə şəhərində yer-

ləşən  ev-muzeyində  mühafizə  olunan  arxiv  materiallarının  da 

əhatə olunması biblioqrafiyanın əhəmiyyətini daha da artırır. İna-

nırıq ki, bu sənədlər oxucuların böyük marağına səbəb olacaqdır.  

Göstəricidən  istifadəni  asanlaşdırmaq  məqsədilə  biblioqrafi-

yanın  sonunda  çox  zəngin  məlumat  aparatı-köməkçi  göstəricilər 

verilmişdir. Buraya görkəmli ədibin əsərlərinin və haqqında yazan 

müəlliflərin əlifba göstəriciləri, tərcümə etdiyi, redaktoru və tərtib-

çisi olduğu, habelə uşaqlar üçün işlədiyi əsərlərin köməkçi göstə-

riciləri daxildir.  

Rus  dilində  materialların  çoxluğunu  nəzərə  alınaraq  həmin 

materiallar  “Başqa  dillərdə”  bölməsindən  ayrılaraq    ayrıca  böl-

mədə verilmişdir. 

Göstərici  haqqında  rəy  və  təkliflərini  bizə  göndərən    mütə-

xəssislərə  və  оxuculara  əvvəlcədən  minnətdarlığımızı  bildiririk. 

Bütün rəy və təkliflərinizi M.F.Axundоv adına Azərbaycan Milli 

Kitabxanasına göndərməyinizi xahiş edirik. 

Ünvan: AZ-1000, Bakı şəhəri, Xaqani küçəsi, 57. 

E-mail: contact@anl.az. 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə