Microsoft Word mir celal met doc



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə3/147
tarix08.07.2018
ölçüsü1,64 Mb.
#54166
1   2   3   4   5   6   7   8   9   ...   147

 

B i b l i o q r a f i y a

   

 

9



 

 

Mir Cəlalın həyat və yaradıcılığının 

əsas tarixləri 

 

Mir  Cəlal  Əli  oğlu  Paşayev  1908-ci  il  aprel  ayının  26-da 

Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. Uşaq-

lıq yaşlarından ailəliklə Gəncə şəhərinə köçmüşlər. 

 

1918         

-  Atası  vəfat  etdiyindən  böyük  qardaşının  hima-

yəsində yaşamışdır. 

 

1919         

Gəncə Xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai 

məktəbə getmişdir. 



 

1924         

Gəncə Darülmüəlliminə daxil olmuşdur. 

 

1925         



Lenin komsomolu sıralarına qəbul edilmişdir. 

 

1926-1927 



-  Əvvəlcə Gəncə Darülmüəllimində tələbə təşki-

latının, sonra isə şəhər tələbə həmkarlar təşkilatı-

nın sədri olmuşdur. 

 

1928         



Darülmüəllimi bitirib, Gədəbəy yeddiillik mək-

təbində müəllimlik etmişdir; 

 

       


- Yaradıcılığa başlayan Mir Cəlal əvvəlcə şeirlə, 

tənqidlə məşğul olmuş, sonra “Mirzə Xəyal” adlı 

komediya da yazmışdır. 

 

1929-1930 



1 №-li Gəncə şəhər məktəbində direktor vəzifə-

sində işləmişdir. 

 

1930         

-  Kazan  Pedaqoji  İnstitutunun  dil-ədəbiyyat  fa-

kültəsinə daxil olmuşdur. 




M i r   C ə l a l  

 

10 



1932         

-  Bakıya  qayıdaraq  Azərbaycan  Dövlət  Elmi-

Tədqiqat  İnstitutunun  aspiranturasına  daxil  ol-

muşdur; 

 

       

“Kommunist”, “Gənc işçi” qəzetlərində işləmişdir;  

 

       

-  “Sağlam  yollarda” adlı  ilk kitabı çapdan çıx-

mışdır. 


 

1933         

-  SSRİ  EA  Zaqafqaziya  filialının  Azərbaycan 

şöbəsinin  İctimai  elmlər  bölməsində  kiçik  elmi 

işçi vəzifəsində çalışmışdır. 

  

1935         



-  Aspiranturanı  bitirmişdir.  Ümumittifaq  Sovet 

Yazıçıları briqadasının tərkibində Ağ dəniz – Baltik 

kanalında yaradıcılıq ezamiyyətində olmuşdur. 

 

1936-1941 

-  V.İ.Lenin  adına  APİ-də  və  S.M.Kirov  adına 

ADU-da müəllimlik etmişdir. 

 

1939         

“Füzulinin poetik xüsusiyyətləri” adlı elmi işini 

müdafiə edərək, filologiya elmləri namizədi alim-

lik dərəcəsi almışdır. 

 

1940         

- “Bir gəncin manifesti”  romanı ilk dəfə çapdan 

çıxmışdır; 

 

       


-  Moskvada  keçirilmiş  Azərbaycan  Ədəbiyyatı 

dekadasının iştirakçısı olmuşdur. 



 

1944         

-  Sovet  İttifaqı  Kommunist  Partiyası  sıralarına 

daxil olmuşdur. “Qafqazın müdafiəsinə görə” və 

SSRİ Elmlər Akademiyasının 220 illiyi ilə əlaqə-

dar  olaraq  “Əmək  igidliyinə  görə”  medalları  ilə 

təltif edilmişdir.  

 

1944-1960 



-  SSRİ  EA  Azərbaycan  filialının  Ədəbiyyat  və 

Dil  İnstitutunun  Sovet  ədəbiyyatı  şöbəsinin  mü-




 

B i b l i o q r a f i y a

   

 

11



diri  və  S.M.Kirov  adına  ADU-nun  Azərbaycan 

ədəbiyyatı  kafedrasında  dosent  vəzifəsində  işlə-

mişdir. 

 

1946         



-  “1941-1945-ci  illərdə  Böyük  Vətən  müharibə-

sində  fədakar  əməyinə  görə”  medalı  ilə  təltif 

edilmişdir; 

 

       

-  “Azərbaycanda  ədəbi  məktəblər”  mövzusunda 

elmi  işini  müdafiə  edərək  filologiya  elmlər  dok-

toru alimlik dərəcəsini almışdır. 

  

1948         



-  S.M.Kirov  adına  ADU-da  professor  vəzifəsinə 

seçilmişdir. 

 

1950         

Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyatı və 

İncəsənəti ongünlüyünün iştirakçısı olmuşdur. 

 

1954         

-  SSRİ  Yazıçılarının  II  qurultayında  nümayəndə 

kimi iştirak etmişdir. “Şərəf nişanı” ordeni ilə təl-

tif edilmişdir. 

 

1958         



-  Anadan  olmasının  50  illiyi  ilə  əlaqədar  olaraq 

“Şərəf  nişanı”  ordeni  və  “Qabaqcıl  maarif  xadi-

mi” nişanı ilə təltif edilmişdir. 

 

1959         

SSRİ Yazıçılarının III qurultayında nümayəndə 

kimi iştirak etmişdir;  

 

       


- Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və 

İncəsənəti ongünlüyünün iştirakçısı olmuşdur. 



1960         

“Əmək igidliyinə görə” medalı ilə təltif edilmiş-

dir.  Bir  qrup  sovet  alimi  ilə  birlikdə  Fransa 

səfərində olmuşdur.  

 

1961         



S.M.Kirov adına ADU-nun Azərbaycan ədəbiy-

yatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. 




M i r   C ə l a l  

 

12 



1967         

-  “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olun-

muşdur;  



 

       

-  SSRİ  Yazıçılarının  IV  qurultayında  iştirak  et-

mişdir. 


 

1968         

-  Azərbaycan  LKGİ  MK-nın  qərarı  ilə  “Bir 

gəncin  manifesti”  əsəri  Respublika  Lenin  Kom-

somolu mükafatına layiq görülmüşdür. 

 

1969         



-  Azərbaycan  SSR-in  “Əməkdar  elm  xadimi” 

fəxri adına layiq görülmüşdür. 

 

       


- “Bir gəncin manifesti” əsəri Bakı şəhəri Mədə-

niyyət  sarayının  xalq  teatrı  tərəfindən  tamaşaya 

qoyulmuş, tamaşa festivalın qalibi olmuşdur. 

 

1978         



“Oktyabr İnqilabı”ordeni ilə təltif edilmişdir

 

       

-  Sentyabr  ayının  28-də  vəfat  etmiş,  II  Fəxri 

Xiyabanda dəfn edilmişdir. 



 

1986

         

2 cilddə “Seçilmiş əsərləri” nəşr edilmişdir. 



 

2005         

-  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyevin  “Azərbaycan  dilində  latın  qrafikası  ilə 

kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 

yanvar 2004-cü il tarixli sərəncamı ilə “Seçilmiş 

əsərləri” latın qrafikası ilə nəşr edilmişdir. 



 

2006         

-  Adını  daşıyan  gəmi  Xəzər  dənizinə  buraxıl-

mışdır; 

 

       



-  Gəncə  şəhərində  adı  verilmiş  39  nömrəli  mək-

təbdə heykəlinin açılışı olmuşdur; 

 

       


-  Gəncə  şəhərində  Xatirə  muzeyi  fəaliyyətə  baş-

lamışdır.  




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə