Microsoft Word mir celal met doc



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə8/147
tarix08.07.2018
ölçüsü1,64 Mb.
#54166
1   ...   4   5   6   7   8   9   10   11   ...   147

 

B i b l i o q r a f i y a

   

 

29



bədii təhkiyyəsi də eləcə idi və əsas məsələ burasındadır ki, onun 

həm  şəxsiyyətində,  həm  də  yaradıcılığındakı  o  sadəlik  qətiyyən 

primitvlik yox, müdrikliyin nəticəsi idi. 

Elçin, 

Xalq yazıçısı 

 

Mir Cəlal yaradıcılığının ən üstün cəhətlərindən biri də onun 



təmiz,  şaqraq  və  büllur  dili  idi.  Onun  dili,  xalq  danışıq  tərzinə 

uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin və bədii dildir. 



Bəxtiyar Vahabzadə

Xalq şairi 

 

Mir Cəlalın yaradıcılığının şahidi olmaq, əksər əsərlərinin ilk 



oxucusu olmaq taleyin mənə bəxş etdiyi xoşbəxtlik idi. 

         

 

 

 



 

         Hafiz Paşayev, 

         

 

 



 

 

 



      professor 

 

Azərbaycan  xalqının  XX  əsrin  sonlarında  qazandığı  müstə-



qillik,  heç  şübhəsiz,  bir  neçə  yüzillik  tarixi  olan    milli  azadlıq 

ideallarına,  bu  idealların  həyata  keçirilməsi  uğrunda  aparılmış  

ardıcıl  mübarizələrə əsaslanır. Və həmin idealların təmərküzləşib 

daha  məqsədyönlü  xarakter  almasında,  bu  və  ya  digər  dərəcədə 

kütləviləşib ümumxalq səciyyəsi  daşımasında XX əsrin əvvəllə-

rindən  başlayaraq  sürətlənən  ictimai-  siyasi,  mənəvi-mədəni  və 

ideoloji proseslər xüsusi rol oynamış, öndə gedərək xalqa doğru 

yol  göstərmək  missiyasını  mütəvaze  bir  məsuliyyətlə  yerinə 

yetirən ziyalı-mütəfəkkirlər yetişmişdir ki, onlardan biri də böyük 

ədibimiz Mir Cəlal Paşayev olmuşdur. 



Nizami Cəfərov,  

akademik 

 

Mir Cəlal müəllim mənəvi cəhətdən saf, təmiz bir insan idi. 



Tamah hissindən uzaq, az-çoxa qane olan, gözü-könlü tox, təmiz 

bir ziyalı idi. 

*** 



M i r   C ə l a l  

 

30 



Mir  Cəlalın  qəhrəmanları  olduqca  təbii,  inandırıcı,  koloritli 

bir şəkildə danışırlar... Mir Cəlal  peyzajı da canlı və təbii verir. 

peyzaj əsərdəki hadisələrlə o dərəcədə bağlıdır ki, o, əsərin ayrıl-

maz, üzvi bir parçasına çevrilir. 



Məmməd  Arif, 

akademik 

 

Mir Cəlal  sakit  və təmkinli bir yazıçıdır; o boş və  artıq gu-

rultudan, təbiiliyi poza biləcək bir cizgi belə işlətməkdən çəkinən 

yazıçıdır.  



Məmməd  Cəfər, 

akademik 

 

Mir  Cəlalın  “Bir  gəncin  manifesti”  əsəri  otuzuncu  illərdə 

yaranan Azərbaycan romanının ən yüksək mərhələsi idi. 

Mehdi Hüseyn, 

Xalq yazıçısı 

 

Mir  Cəlal  müəllim  həqiqətən  peyğəmbər  təbiətli  insan  idi. 

Xeyirxahlıq onun canında, qanındaydı. Mir Cəlal müəllim insan-

pərvər idi. İstedadlı adamların qədrini bilirdi. 



Nəriman Həsənzadə

Xalq şairi 

 

Ədəbiyyatdan  canlı  həyat  qədər  zövq  alan,  şeir  və  sənətdən 

danışmaqdan əsla doymaq bilməyən, bədii əsərlərin, klassik irsin 

nəşri və ardıcıl təbliğini bir an belə unutmayan həssas, tələbkar, 

qayğıkeş  bir  vətəndaş  olan  Mir  Cəlal  gənc  ədəbiyyatşünaslara 

ədəbiyyatımızın  və  dilimizin  qeyrətini  çəkməyi  həmişə  tövsiyə 

edərdi. 

Firidun Hüseynov

professor 

 

Mir  Cəlal  müəllim  bir  insan  kimi  çox  sakit,  işıqlı,  müdrik 



simaya  malik  idi.  Onun  üzündə,  gözlərinin  dərinliyində  daim 

işıqlı, munis, nurlu bir təbəssüm olardı. 



Şamil Salmanov

professor 


 

B i b l i o q r a f i y a

   

 

31



“Mir  Cəlal  sənətkardır,  yaradıcıdır.  Onun  romanının  hər  bir 

sözü  öz  tərcümeyi-halının  bir  hissəsi  kimi  görünür.  Canlı  və 

səmimi həyəcanı dərhal oxucuya təsir edir. Kitabı oxuyub örtdük-

dən  sonra  adama  elə  gəlir  ki,  özünün  dünənki  həyatını,  həyəcan 

və  sevinclərini  sənə  nağıl  edən  bir adamla  bir  neçə  saat  maraqlı 

söhbət  etmisən”.  Bu  sitatdır.  Sizin  yaradıcılığınızdakı  dərin  sə-

mimiyyətdən  bəhs  edən  onlarca  tənqidçi  və  ədəbiyyatşünasdan 

tək birinin qeydi. 

Mir  Cəlalın  əsərlərində  əvvəldən  axıra  qədər  kəndə  bağlı 

olan ağsaçlı ata-anaların, xala və dayıların surətləri əsas yer tutur. 

Yazıçı öz taleyini onların taleyindən ayırmır, öz qəlbində onların 

ürəyinin, onların ürəyində öz ürəyinin döyüntüsünü hiss edir. 



İsa Hüseynov, 

Xalq yazıçısı 

 

Mir Cəlalın insanlara, iş yoldaşlarına, ümumən onunla az və 



ya  çox  dərəcədə  əlaqədar  olan  adamlara  aydın,  açıq  münasibəti 

var idi. Adamlara şəxsi keyfiyyətinə, savadına, intizamına, tapşı-

rılan işi yerinə yetirmək qabiliyyətinə görə münasibət bəsləyirdi. 

Yusif Seyidov, 

professor 

 

Şeirdən,  sənətdən  danışanda,  həmişə  ədəbiyyatın  bəzi  prob-



lemlərinə  də  toxunar,  nəzəri  məsələləri  çox  sadə  bir  tərzdə  izah 

edərdi. Çox vaxt bizə bu fikri aşılamağa çalışardı ki, ədəbiyyata 

təsadüfi  gəlib  çıxanlar  gec-tez  səhfini  anlayıb  uzaqlaşacaq  və 

sevdiyi sahəni özü axtarıb tapacaqdır. 



Əmirxan Xəlilov, 

professor 

 

Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi 



irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. 

Qara Namazov, 

professor 


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə