Microsoft Word mir celal met doc



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə9/147
tarix08.07.2018
ölçüsü1,64 Mb.
#54166
1   ...   5   6   7   8   9   10   11   12   ...   147

M i r   C ə l a l  

 

32 



Mir Cəlal görkəmli ALİM idi. Alim sözünü böyük hərflərlə 

nəzərə  çarpdırmağımın  və  ondan  əvvəl  görkəmli  təyinini  işlət-

məyimin səbəbi var. Mir Cəlal yazıçı olmasaydı belə, biz ondan 

elmdə müəyyən iz buraxan görkəmli bir alim kimi söz açardıq. 



Vaqif Yusifli, 

filologiya elmləri doktoru  

 

Professor  Mir  Cəlal  Paşayev  geniş  yaradıcılıq  fəaliyyətinə 



malik olan bir şəxsiyyət idi: O, görkəmli yazıçı, tanınmış nəzəriy-

yəçi,  filoloq  alim,  nümunəvi  müəllim  kimi  xatirələrdə  əbədi 

yaşayır.  Mir  Cəlal  müəllim  nəzəri  filoloq  olmaqla  yanaşı,  çox 

gözəl müəllim kimi tanınırdı. O, təkcə bilik vermir, eyni zamanda 

hərəkətləri, adamlara münasibəti ilə tərbiyə edirdi. 

 

*** 



Professor Mir Cəlal müəllimin mülayimliyi, humanizmi onun 

ciddiyyətinə, obyektivliyinə qətiyyən mane olmurdu. O, bu müla-

yimliyi ilə yanaşı, olduqca prinsipial və obyektiv bir şəxsiyyət idi. 

Şəmistan Mikayılov, 

professor 

 

Məktəblərdə, mütləq “insanlıq” bir predmet kimi təlim olun-



malıdır.  İnsanlıq  və  insanlıq  fəlsəfəsi  Mir  Cəlaldan  ötrü  həyat 

idealına çevrilmişdir. İnsanlıq və insanlıq fəlsəfəsi onun əsərlərin-

də həmişə qırmızı bir xətlə keçirdi. 

Qılman İlkin, 

Xalq yazıçısı 

 

Oxucunun etimadını, xalqın hörmətini qazanmaq o qədər də 



asan iş deyil. Xalq işində yüksək məsuliyyət hissi, düzlük, doğru-

luq,  çörəyi  halal,  əməyə  bağlılıq,  sənətin  mücahidi  ola  bilmək, 

böyüyə  hörmət,  kiçiyə  mərhəmət,  ailəyə  sədaqətli  olmaq  kimi 

yüksək  insani  keyfiyyətlərlə  zəngin  olan  gənc  qələm  sahibi  Mir 




 

B i b l i o q r a f i y a

   

 

33



Cəlal, illər keçdikcə sözünə, nəsihətinə ehtiyac duyulan ağsaqqala 

çevrildi. 



Mirvarid Dilbazi, 

Xalq şairi 

 

Alim  Mir  Cəlal  Paşayevin  elmi  əsərlərinin  dili,  üslubu  öz 

qələm  yoldaşlarının  heç  birinin  dilinə,  üslubuna  oxşamır.  Onun 

əsərlərində  nə  publisistika  var,  nə  də  qəliblənmiş  elmi  terminli 

tədqiqat  dili.  O,  elmi  əsərlərini  yazıçı  Mir  Cəlalın  qələmindəki 

yığcamlıq və şirinliklə, amma dərin axıcı elmi mühakimə tutumu 

olan dillə yazardı. Bu yazı indi də təkraredilməz örnəkdir. 

Pənah Xəlilov, 

filologiya elmləri doktoru

professor 

 

Mir Cəlal müəllim hər şeydən əvvəl çox orijinal və qüdrətli 



bir  pedaqoq  idi.  O,  təbiəti,  davranışı  və  əməlləri  ilə  tələbələrinə 

ibrətli, təsirli örnək idi. Aspirant olanda da, müəllim kimi bir yer-

də işləyəndə də hər bir fikrimizi, hərəkətimizi yerindəcə “redak-

tə”  etməyi  unutmazdı.  Həyata,  yaradıcılığa  böyük  amallarla, 

müqəddəs  ideyalarla  baxardı  və  tələbələrinə  də  bunu  təlqin 

edərdi. 


Təhsin Mütəllimov,  

AMEA-nın müxbir üzvü

 Əməkdar elm xadimi 

 

Mir  Cəlal  müəllim  dünyasını  çox  tez  dəyişdi.  Ancaq  o,  bir 



ömürdə neçə ömür yaşadı: gözəl bir alim, qüdrətli sənətkar və ən 

başlıcası, ləyaqətli və heç zaman unudulmayan bir insan ömrü. 



Balaş Azəroğlu,  

Xalq şairi 

 

Bəli, mən onun çoxsaylı əsərlərini, bədii və elmi araşdırmala-



rını oxuduqca, onun manifestini görürəm. Hörmətli müəllimlərim 

və  dostlarım,  professorlar  Teymur  Əhmədovun,  Qara  Namazo-

vun,  Vaqif  Vəliyevin,  mərhum  Firidun  Hüseynovun  xatirələri 



M i r   C ə l a l  

 

34 



mənim  ürəyimdəki  müəllim  heykəlini,  sadə  insan  obrazını  daha 

da nurlandırıb. Bu nurlu obraz – Mir Cəlal müəllimdir. Dodağın-

dan  təbəssüm  düşməyən,  hörmətli  Mir  Cəlal  müəllim.  Onun 

yazdıqları və bizə dedikləri isə mənalı bir ömrün manifestidir. 



İsmayıl Vəliyev,  

 filologiya elmləri doktoru, professor 

 

Elmi ədəbiyyata bələd olduqca Mir Cəlal müəllimin bir alim 



kimi dərin zəkasına, analatik təfəkkürünə, erudisiyasına, zəhmət-

keşliyinə heyran olurdum. O, təkcə istedadlı müəllim, yazıçı de-

yilmiş,  həm  də  mütəfəkkir  ədəbiyyatşünas-alim  imiş.  Bunu  mən 

onun  ədəbi  məktəblər  haqqında  yazdığı  monumental  tədqiqat 

əsərini, Məhəmməd Füzuli irsi, Cəlil Məmmədquluzadə realizmi, 

Nəriman Nərimanovun bədii yaradıcılığı və s. elmi araşdırmaları-

nı oxuduqca, sanki kəşf etdim. 

Teymur Əhmədov, 

filologiya elmləri doktoru, professor 

 

Biz, o uzaq illərin tələbələri hərdən görüşüb, bir yerə yığışan-



da istər-istəməz müəllimlərimizdən söz salır, hörmət və ehtiramla 

onları  xatırlayırıq.  Bu  sırada  Mir  Cəlal  müəllimin  ayrıca  yeri, 

istək mərtəbəsi var. O, öz adını bizim hər birimizin qəlbinə nurlu 

hərflərlə nəqş edib. Unudulmaz müəllimimizin, gözəl sənətkarla-

rımızın işıqlı obrazı xəyallarımızdan gələcək illərə boylanır. Fik-

rimizdə isə hamımızın eyni vurğu ilə dilə gətirdiyimiz sözlər qa-

nadlanır: “Ürəyinə ürək çatmazdı, bir işıq idi Mir Cəlal müəllim!” 

Nahid Hacızadə, 

Əməkdar mədəniyyət işçisi 

 

Mir  Cəlal  müəllim  böyük  yazıçı,  böyük  alim,  gözəl  insan 



kimi Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün çox böyük işlər 

görmüş, XX əsr ədəbiyyatşünaslığı məktəbini yaratmışdır. 



Abdulla Abbasov, 

filologiya elmləri doktoru, professor  


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə