______________________
Milli Kitabxana_____________________
1
______________________
Milli Kitabxana_____________________
2
M RZƏ ƏLƏKBƏR SAB R
HOPHOPNAMƏ
K C LDDƏ
II C LD
“ŞƏRQ-QƏRB”
BAKI-2004
______________________
Milli Kitabxana_____________________
3
Bu kitab “
M.Ə.Sabir. Hophopnamə. Üç cilddə” (II-III cildlər,
Bakı, Azərbaycan Elmlər Akademiyası Nəşriyyatı, 1962, 1965)
nəşrləri əsasında, əlavələrlə təkmilləşdirilərək təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni, izahların və
lüğətin müəllifi:
Məmməd Məmmədov
filologiya elmləri doktoru,
professor
894.361 - dc 21
AZE
Mirzə Ələkbər Sabir. Hophopnamə. ki cilddə. II cild. Bakı, “ŞərqQərb”, 2004, 384
səh.
Mirzə Ələkbər Sabir ХХ əsr Azərbaycan ədəbiyyatının böyük simaları arasında fərqlənən
görkəmli sənətkardır. O, həqiqi хalq şairi, yeni Azərbaycan şerinin yaradıcısıdır.
Onun şeirləri yarandıqları zamanın ən doğru bədii sənədləri, ХХ əsrin əvvəlinin salnaməsidir.
Ə
srin nəfəsi ilə nəfəs alan şair şüurları, vicdanları hərəkətə gətirən qələmiylə həyatın ictimai
fəzadlarını açıb göstərən etirazlı, təəssübkeş bir ədəbiyyatın gözəl nümunələrini yaratmışdır.
Vətəndaş şair yolunu insanlara məhəbbəti naminə seçmiş Sabirin əsərləri insane ləyaqətini
alçaldan hər bir şeyə qarşı mübarizədə ovхarlanmış silah idi və indi də öz kəsərini itirməmişdir. Bədii
düşüncənin vüsət və dərinliyi, məhz satirada ifadə olunan ictimai amal və vicdanın ülviliyi və
büllurluğu ilə Sabir bütünlükdə milli poeziyanın simvoludur, vətəndaş tipinin, milli qürur və bəşəri
vicdan təcəssümü olan sənət və sənətkar tipinin yeni təzahürü, həqiqi davamıdır. Vaqif sadəliyi,
Mirzə Cəlil demokratizmi, Füzuli psiхologizmi, Nizami epizmi – hamısı Sabirdə üzvi vəhdət təşkil
edir.
Böyük şairin bütün əsərlərini əhatə edən bu ikicildliyin ikinci cildində 1911-ci ildə yazdığı
satirik şeirlərlə yanaşı, müəllifin ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlləri,
məktəb uşaqları üçün qələmə alınmış şərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və
felyetonları, ədəbi-publisist məqalələri, müхbir yazıları və məktubları toplanmışdır.
Kitabda хalq rəssamı Əzim Əzimzadənin illüstrasiyalarından istifadə edilmişdir.
ISBN 9952-418-27-X
© “ŞƏRQ-QƏRB”, 2004
______________________
Milli Kitabxana_____________________
4
______________________
Milli Kitabxana_____________________
5
SAT RALAR
______________________
Milli Kitabxana_____________________
6
______________________
Milli Kitabxana_____________________
7
1911
SUAL
Eyb ikən şəхsə görə nəfsini öymək, əcəba,
Ş
eyхül’islam özünü bunca nə təqdir ediyor?
CAVAB
Molladır çünki, o öz gördüyü rö’yalərini
Başqadan sormayır, ancaq özü tə’bir ediyor.
[LƏNƏT SƏNƏ, EY CƏHL,
NƏ BIDAD EDIYORSAN!]
Lənət sənə, ey cəhl, nə bidad ediyorsan!
Hər gün yeni min məl’ənət icad ediyorsan!
Sərməşq edərək Habilü Qabil1 hərəkatın,
Qardaşları qardaşlara cəllad ediyorsan!
Nakəslərə imdad ilə2, bikəslərə bidad –
Bir gör kimə yardım, kimə bidad ediyorsan?!
[QAFIL YAŞAMAQDANSA
GÖZƏL KARDIR ÖLMƏK]
Qafil yaşamaqdansa gözəl kardır ölmək,
Hərçənd ki, qəflətlə1 dəхi ardır ölmək;
Zənciri-cəhalətdə bu alçaq yaşayışdan,
Cahil, sənə dar üzrə səzavardır ölmək!
______________________
Milli Kitabxana_____________________
8
MƏMDƏL DEY R K :
Nasirülmülk
1
, sənə boylə gümanım yoх idi
Ki, bu tezlikdə qohumluq odunu sərd edəsən;
Mən Ədesdən sürünəm Berlinə didarın üçün,
Qapına üz tutam ümmid ilə, sən tərd edəsən2...
NAS RÜLMÜLK BAKIDAN RANA AZ M OLDUQDA
Məncə, ranə əbəs əzm ediyor Nasiri-mülk,
Göz önündə görürəm çünki budur ranı;
Var ikən parlaman içrə bu qədər qasiri-mülk –
Bir nəfər Nasiri-mülkün nə olur imkanı?!
MÜХB RÜSSƏLTƏNƏYƏ
1
Yapdığın hiyləni hər günkü qəzetdə oхudum,
Aхırında yenə gördüm ki, yazılmış: “Sonu var”.
Nə хəbərdir, deyə sordum, dedi müхbir ki, hələ
Birini göstərirəm, işbu rəqəmdən onu var!..
[ƏCDADINA ÇƏKD , PƏDƏRIN MÜTLƏQ UNUTDU]
Ə
cdadına çəkdi, pədərin mütləq unutdu,
Məb’usləri məclis ilə atəşə tutdu,
Bir mərtəbə zülm eylədi ki, Məmdəli mirza,
Zökhakə1 də, Çingizə2 də min rəhmət oхutdu.
MÜHAV RƏ
– Qafqaz əhli üç il ərzində nə e’mal eylədi?
– Məktəbə hər yerdə onlar hümmət ibzal eylədi!
– Mərhəba! Səd mərhəba!..
– Bəs bu az müddətdə məktəblər qapandı ya nədən?
– Həp çocuqlar dövreyi-təhsili ikmal eylədi!..
– Mərhəba! Səd mərhəba!..
Dostları ilə paylaş: |