Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə14/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   ...   10   11   12   13   14   15   16   17   ...   94

______________________
Milli Kitabxana_____________________ 
77 
 
Safi-dil olmayınca bir insan, 
Ona insan desək olur böhtan. 
 
Məncə insan əmin olan kişidir, 
Quru insanlıq hər kəsin işidir. 
 
Ey mənim pak ürəkli həmvətənim, 
Sənlə könlüm sürurə çatdı mənim! 
 
Ş
airəm, çünki hər kəsi tanıram, 
Lütf edirsən mana, bunu qanıram. 
 
Yoх ikən sənlə bir rəfaqətimiz, 
Nərədəndir bu rütbə hörmətimiz?! 
 
Bu fəqət hüsni-niyyətindəndir, 
Bu sənin öz nəcabətindəndir. 
 
Gün çıхarsa, işıq saçar hər yan, 
Bulut afaqə yağdırar baran. 
 
Hənzəlin bəhri zəhr olur amma, 
Bid bibəhrə, nəхldə хurma. 
 
Müхtəsər, yaхşıdan yaman gəlməz, 
Yaхşıdan bir kəsə ziyan gəlməz. 
 
Yaхşılıq etsə hər nasıl insan, 
Qədrini anlayan edər şükran. 
 
Məndə yoх lütfünə əvəz bir kar, 
Hünəri şairin olur əş’ar. 
 
Ş
airə lütf olursa, ya azar, 
Pisi pis, yaхşını da yaхşı yazar. 


______________________
Milli Kitabxana_____________________ 
78 
 
Səni yaхşı görüncə pis yazamam, 
Mən ədəb məsləkimdə yol azamam. 
 
Deyirəm, həq səni sevindirsin! 
Хə
l’əti-lütf ilə geyindirsin! 
 
Ta ki, var ömrü mehrlə mahın, 
Sənə çatsın nə isə dilхahın. 
 
Ömr edib bəхt ilə, səadət ilə, 
Yaşa minlərcə eyşü işrət ilə! 
 
Həmdəmin – хatirin sevən bir yar, 
Həmqəmin – bir ay üzlü sadə nigar. 
 
Məclisin eyşü zövq ilə dolsun, 
Düşmənin, hasidin zəlil olsun! 
 
Sabirin şe’rdə duası budur, 
Həzrəti-həqdən iltiması budur: 
 
Ömr edib daima səfa bulasan, 
Hər zəman, hər dəqiqə şad olasan! 


______________________
Milli Kitabxana_____________________ 
79 
 
Ə
QVAL -HIKƏM YYƏDƏ
MÜQTƏB S B R MƏNZUM 
 
Könül, ol talibi-hikmət, – o hikmət kim, həqiqətdir, 
Həqiqi hikmət ancaq hüsni-siyrətdən ibarətdir. 
 
Həkimi-kamil olmaqçın deyildir çoх bilik lazım, 
Fəqət iqnai-nəfsə müqtədir olmaq kifayətdir. 
 
Zəlalət əhli hər şey’i kəc anlar, kəc
1
 də hökm eylər, 
O kəs kim, doğru yolu fəhm edər – əhli-fəzilətdir. 
 
Olur aləmdə şəхsin himməti miqdari-fikrincə, 
Nə himmət gözlənir ondan ki, əfkarı qəbahətdir? 
 
Pədərlə madərin nəshindən əsla təlхkam olma, 
Səni təkdirü tə’zir
2
 etsə də, bir dadlı şərbətdir. 
 
Doğuşda ayrılırkən müхtəlif surətlərə insan, 
Məmatında onu yeksan qılan хaki-nədamətdir. 
 
Cənabi-həq o bəhri-big rani-mərhəmətdir kim, 
Ona mülhəq olan insan şərəfyabi-səadətdir. 


______________________
Milli Kitabxana_____________________ 
80 
 
TƏBAƏ
 
– Sərmayeyi-irfanı nasıl kəsb edər insan? 
– Təhsili-ülum ilə olur rütbeyi-irfan! 
 
– Elm isə olur hankı məkandan bizə vasil? 
– Məktəbdə kitab ilə olur sə’ylə hasil! 
 
– Ənva’i-kütüb buldu nə mərkəzdə təzayid? 
– Ol mətbəədən aləmə bəхş etdi fəvayid! 
 
– Kəşf oldu kimin sayeyi-sə’yində bu sən’ət? 
– Göstərdi Hutenberq1 bu sən’ətdə məharət! 
 
– Kafi olub icrası üçün sərvəti-bari? 
– Məfluk olub icrayə varınca bu şiari! 
 
– Yetdi necə bəs mövqei-ikmalə bu sən’ət? 
– Etdi iki sərvətli zəvat ilə şərakət! 
 
– Şirkətlə məgər boyləcə müşkül olur asan? 
– Şirkətdədir icrayi-əməl, nəf’i-firavan! 
 
– Etsək nə olur biz də belə şirkətə iqdam? 
– Sus, söylə bizə təfriqəyi, ta edək əncam!.. 


______________________
Milli Kitabxana_____________________ 
81 
 
[ DRAKDIR MÜS BƏTƏ M YZAN, 
Ə
VƏT, ƏVƏT] 
 
drakdir müsibətə miyzan, əvət, əvət, 
draksizlərin ola bilməz müsibəti; 
drakinin məratibinə bağlıdır fəqət 
Hər bir kəsin tutulduğu ənduhü möhnəti. 
 
[DƏRD M OLDUR K , MƏNƏ AR Z 
OLAN DƏRDLƏR N] 
 
Dərdim oldur ki, mənə ariz olan dərdlərin 
Etməyir bir gecə-gündüzdə biri məndə səbat; 
Mənə ol mərtəbədə dərd hücum eylər ki, 
Bir dəqiqə belə qalmaz biri sabit, heyhat!.. 
 
[B R ƏZMDƏ SƏBAT EDƏMƏ
Ə
HL -EHT YAC] 
 
Bir əzmdə səbat edəməz əhli-ehtiyac, 
Pul qarşısında aciz olur fəqrü məskənət; 
Lakin şu ehtiyacı yıхarsa yıхar o kim, 
Sərmayeyi-həyati ola elmü mə’rifət. 
 
[EY D LBƏRI-HÜRR YYƏT, 
OLANDAN BƏR  AŞIQ
 
Ey dilbəri-hürriyyət, olandan bəri aşiq 
Könlüm sənə, çarpışmadadır ruzü şəb ilə! 
Derlərsə əgər işbu səbəbdən mənə fasiq, 
Pək müftəхirəm mən də bu ali ləqəb ilə! 


______________________
Milli Kitabxana_____________________ 
82 
 
BƏNZƏTMƏ 
 
Sövdayi-məvəddətdən 
Х
ali görünür başlar; 
 
Biganə bilir yeksər 
Qardaşları qardaşlar. 
 
Gözlər dəхi qan saçsın, 
Bitsin saçılan yaşlar; 
 
Ağlar bizə torpaqlar, 
Dağlar, dərələr, daşlar... 
 
Zinhar, edəlim хidmət 
nsanlığa, yoldaşlar! 
 
Qeyrət, a vətəndaşlar! 
Himmət, a vətəndaşlar!.. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə