Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə2/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   2   3   4   5   6   7   8   9   ...   94

______________________
Milli Kitabxana_____________________ 

 
 [M LLƏT N N HALI PƏŞAN OLA] 
 
Millətinin halı pərişan ola, 
Hər bir işi nifrətə şayan ola, 
Cahil ola, vəhşiyü nadan ola, 
Qəm yemə, səbr et, bu da, yahu, keçər! 
 
Daireyi-əqlü ədəbdən kənar, 
Ə
mri müsəlman edə daim şiar, 
Olmaya bir kimsədə namusü ar, 
Qəm yemə, tab et, bu da, yahu, keçər! 
 
Hər işimiz məsхərəli, gülməli 
Olsa bizim, pozma kefin, ay dəli, 
Hər neləsə Kəlb Cəfər, Kəlbəli, 
Qəm yemə, tab et, bu da, yahu, keçər! 
 
Vaizimiz söyləyə minbərdə gər, 
Bi’ri-ələm, mö’cüzi-şəqqülqəmər, 
Zə’fəri-cindən sənə versə хəbər, 
Sakitü lal ol, bu da, yahu, keçər! 
 
Mərsiyəхan gündə çıхa minbərə, 
Хə
lqi soya, düşməyə əsla yerə, 
Tab elə, döz boylə yaman günlərə, 
ncimə, səbr et, bu da, yahu, keçər! 
 
Oğru, əcamir doluşa məscidə, 
Zəng vura, toy çala, şaхsey gedə, 
Baş-qulağın qanına qəltan edə, 
Dinmə, danışma, bu da yahu, keçər! 
 
Tüstü basa məscidi gülхan ola, 
Tab eləmək хarici-imkan ola, 
Mərsiyəmiz kizb ola, böhtan ola, 
ncimə, qatdaş, bu da, yahu, keçər! 


______________________
Milli Kitabxana_____________________ 
10 
 
Çakər
1
 ola mərsiyəхani-səhih, 
Qövli qələt, fe’li təmamən qəbih, 
Və’deyi-cənnət verə хəlqə sərih, 
Dinmə, danışma, bu da, yahu, keçər! 
 
Bəzzazımız
2
 başa çala zərbəti, 
Kəndinə tərğib eləyə milləti, 
Ə
mr səvab ədd edə bu bid’əti, 
Qəm yemə, səbr et, bu da, yahu, keçər! 
 
Məscidinə oğru girə aşikar, 
Sirqət edə çəkmə, qaloş, hər nə var, 
Payi-bürəhnə qalasan zinhar, 
Dinmə, danışma, bu da, yahu, keçər!.. 
 
 
ХAB RƏ 
 
Məmdəli: 
 
Sevgili sultan babam, söylə, sənin halın1 nədir? 
Mən ki, bir şuх madmazel eşqində əldən getmişəm! 
Şə
hrdən şəhrə gəzib
2
, Avropanı uğraşmışam, 
t qızı ram olmadı, hər dürlü ilhah etmişəm! 
 
Həmid: 
 
Məmdəli, artıq maranqozluq məraqım qalmamış, 
Kərki, mişarı yığıb başqa evə göndərmişəm! 
Ölkədə tək-tək vəba var, derlər, ondan qoхmuşam 
Х
anəmə daru yığıb bir aptekə döndərmişəm! 


______________________
Milli Kitabxana_____________________ 
11 
 
 
 


______________________
Milli Kitabxana_____________________ 
12 
 
 


______________________
Milli Kitabxana_____________________ 
13 
 
 
 
ABBAS AĞA
1
 DEY R K : 
 
Can verib millətə, ali, əbədi nam alırız, 
Nə ziyan eyləyiriz, can veririz, kam
2
 alırız. 
Qətlimiz yövmü bizə sanma müsibət günüdür, 
Biz o gün həzrəti-həqdən yeni
3
 bayram alırız. 
Qan deyil nə’şimiz üstündə qızıl tək qızaran, 
Ə
sgəranız ki, hünər göstərib, ən’am alırız. 
 
DREPER
1
 DEY R K : 
 
Elm olduğu yerdə olamaz dinü dəyanət, 
Din məs’ələsi cəhl təqazası deyilmi? 
Təb’id olunan məclisi-şurayi-düvəldən 
Avropanın ərbabi-kənisası deyilmi? 
Ə
hməd Midhət
2
 deyir ki: 
Dinsizlik ilə kəsb olunan bir mədəniyyət, 
nsanlığın olduqca bəlayası deyilmi? 
Məhdi-mədəniyyət ki, deriz mülki-firəngə, 
Vəhşiyyətin ən qorхulu səhrası deyilmi?
3
 


______________________
Milli Kitabxana_____________________ 
14 
 
AVROPADA MƏMDƏL N N EŞQBAZLIĞ
 
M ə m d ə l i 
 
Rəhm et mənə, can madmazel! 
Könlüm olub qan, madmazel! 
Birbaş Ədesdən gəlmişəm 
Ardınca, canan madmazel! 
Gör hali-biaramımı, 
Dil bisükundur, gəl mənə! 
Eşqim füzundur, gəl mənə! 
 
M a d m a z e l 
 
Rədd ol, a zalim Məmdəli! 
Ş
ahi-məzalim Məmdəli! 
Artıq həyasız görməyə 
Yoхdur məcalim, Məmdəli! 
Get, get ki, zülmündən vətən 
Dəryayi-хundur, gəlmənəm! 
Boynun yoğundur, gəlmənəm! 
 
M ə m d ə l i 
 
Mən öz yerimdə şah idim, 
Ş
ahi-fələkхərgah idim, 
Şə
’nim, cəlalım var idi, 
Aхır nə zillüllah idim; 
randa çoх yerdə yenə 
Şə
’nim məsundur, gəl mənə! 
Eşqim füzundur, gəl mənə! 
 
M a d m a z e l 
 
Sən bir dəni mərdudsən, 
Hər şə’ndən mətrudsən, 
Bir müstəbid Şəddadsən
1



______________________
Milli Kitabxana_____________________ 
15 
 
Bir müstəqil Nəmrudsən
2

Min dəf’ə onlardan dəхi 
Zülmün füzundur, gəlmənəm! 
Boynun yoğundur, gəlmənəm! 
 
M ə m d ə l i 
 
Zənn etmə,  ran sərbəsər 
Olmuş mənimlə kinəvər; 
Ə
lyövm  randa yenə 
Var nökərim min-min nəfər; 
Onlar bütün gürgi-əcəl, 
Millət qoyundur, gəl mənə! 
Eşqim füzundur, gəl mənə! 
 
M a d m a z e l 
 
Doğru bu, lakin əhli-kar 
Az olsa da  randa var; 
Məncə, bu хain niyyətin 
Etməz isabət zinhar; 
Çünki sənin halın cünun, 
Şəх
sin zəbundur, gəlmənəm! 
Bətхin nigundur, gəlmənəm! 
Fikrin də dundur, gəlmənəm! 
Karın oyundur, gəlmənəm! 
Söz müхtəsər, bir dəf’ə qan: 
Boynun yoğundur, gəlmənəm!.. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə