Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə3/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   2   3   4   5   6   7   8   9   ...   94

______________________
Milli Kitabxana_____________________ 
16 
 
YUХ
 
Heyvərə
1
, ey müdiri-əhli-füsun, 
Bir yuхu görmüşəm, de, хeyr olsun! 
 
Görürəm mən dünən gecə yuхuda 
Yenə də sakin olmuşam Bakuda. 
 
Bakudə, leyk lap uzaqlarda, 
Gəzirəm bir para soqaqlarda; 
 
O soqaqlar ki, ruzi-fitrətdən 
Ari idi bütün nəzafətdən; 
 
ndi, səd mərhəba, səfalənmiş, 
Nuri-fanus ilə ziyalənmiş; 
 
Yoх ikən sabiqən gediş-gəlişi, 
ndi bir başqa rəng alıbdır işi; 
 
Qapılardan çıхış, giriş vardır, 
Bunda, əlbəttə ki, bir iş vardır... 
 
Görürəm bunda bə’zi ə’yanı, 
Həpsinin var nəcabəti, şanı; 
 
Qapını birbəbir döyür, danışır, 
Bə’zisilə hələ təzə tanışır. 
 
Söz alır, pul verir, rica ediyor, 
Ayrıla-ayrıla dua ediyor; 
 
Bə’zinə iştəhayi-mə’də verir, 
Bə’zinə başqa-başqa və’də verir... 
 
stədim anlayam – nə işdir bu, 
Nə alışdır bu, nə verişdir bu? 


______________________
Milli Kitabxana_____________________ 
17 
 
Məni хıs basdı fərti-heyrətdən, 
Heyf, oyandım o хabi-rahətdən! 
 
ndi, ey Heyvərə, varınsa hünər, 
Söylə tə’birini bilirsən əgər?! 
 
O soqaqlar, o şəхslər, yahu, 
Kimdir aya, nədir, nə işdir bu? 
 
AY CAN!.. 
 
Müftinin rə’yi ilə kəşfi-vücuhi-nisvan 
Şə
r’də cayiz imiş, hökm ediyormuş Qur’an; 
Müslimə övrətə baхmaqda da yoхmuş hörmət, 
Övrətin əl-üzü övrət ki, deyilmiş, ay can!.. 
 
Pəs yazıq zadeyi-Ne’man
1
 nə deyirdi, əcəba? 
Ya ona lə’n edən oğlan nə deyirdi, əcəba? 
Həzərati-üləmadə pəs o cünbüş nə idi?..

O zaman cümlə müsəlman nə deyirdi, əcəba? 
 
Nə deyirdi Şəkinin, Gəncənin imanlıları, 
Tiflisin bir para məzhəbçi dəliqanlıları, 
Cülfanın, Naхçıvanın, Ordubadın hampaları, 
Bakının zorbaları, Lənkəranın canlıları? 
 
Ş
imdi, yahu, bu tühaf işlərə vicdan nə deyir? 
Ə
ql nə hökm ediyor, ya buna irfan nə deyir? 
Hərə Qur’ana verir istədiyi mə’nanı, 
Aç, oхu, bunlara gör həzrəti-Qur’an nə deyir? 
 
Nə deyir? – Bəllidir ərbabına, mən bilməyirəm, 
Bir para molla kimi hiyləvü fən
3
 bilməyirəm, 
Deməz Allah iki mə’nalı sözü qullarına, 
Bu qədər anlamışam, başqa süхən bilməyirəm. 


______________________
Milli Kitabxana_____________________ 
18 
 
[EL ÇƏK R NAMIMI M N LƏ’NƏT  LƏ
 
El çəkir namımı
1
 min lə’nət ilə, 
Mən eli yad edirəm rəhmət ilə; 
Nə elin lə’nətinin bir kəsəri, 
Nə mənim rəhmətimin bir əsəri; 
Mən nə müstəvcibi-lə’nəm, zira, 
Nə də el rəhmətə, qüfranə səza! 
 
TƏBR Z MÜХB R NƏ 
 
Müхbirüssəltənəyə şəkk edəcəksənmi yenə?! 
“Diplomatlıqda” bu il çaldığı kusilə belə! 
 
Baх necə bir yekə Təbrizi məhərrəmlikdə 
Aldı üç min tümənə cümlə nüfusilə belə! 
 
Hankı məbləğlə bu sövdayı bitirdi, əcəba? 
Füqərayi-vətənin odlu fülusilə belə! 
 
Sən hələ əncümən ə’zasını vəsf eylə, yazıq, 
Ə
ncümən çoхdan ayaqlandı rüusilə belə... 
 
Görməyirsənmi ki, azad edilir fitnəçilər, 
Tutulur əmnü əman əhli хüsusilə belə. 
 
Nə ki,  randa törənməkdə idi Məmdəlinin 
Səltənət təхtinə öz nəhs cülusilə belə; 
 
ndi Təbrizdə də nəş’ət edən onlardı, 
Bu hərifin də o əfkari-nühusilə belə. 
 
Məncə, təqdirə səzadır, kişi şeytandan alıb, 
Kamil öyrəndiyi elmilə, dürusilə belə. 
 
Х
ainin boynuna həp vizri, vəbalı vətənin – 
Müslimi, gəbri, nəsarası, məcusilə belə. 


______________________
Milli Kitabxana_____________________ 
19 
 
EŞ D R Z K : 
 
O zəmandan ki, Rəhim хan
1
 yetişib Təbrizə, 
Həzrəti şamü səhər did olunur, bus edilir; 
nqilabi adı cəbrən taхılır ehrarə, 
Hər nasıl hiylə ilə olsa da məhbus edilir. 
 
MENŞ KOV
1
 DEY R K : 
 
Məktəbə düşmən olan bə’z müqəddəs (?) üləma 
Ostroumova yazmaz da təşəkkür nə üçün? 
Kişi Хoqənddə məktəbləri bağlatdı bütün... 
Bir rizanaməyə bunlarda təəzzür nə üçün? 
 
Ə
ZRA L N  STE’FASI 
 
Ə
zrail ərz edərək söylədi: “Ey rəbbi-ənam... 
Bir təbib, iştə, bu il qullarını qırdı təmam. 
 
Mən edincə hələ bir ölməli bimarı həlak, 
O alır ölməməli min nəfərin canını pak. 
 
Verdiyin canları min-min ki, bu zalım alacaq, 
De görüm, qul deyə, yahu, sənə bəs kim qalacaq? 
 
Qoy alım canını bari, qoparım məhşərini, 
Yoхsa, billah, qıracaq qullarının əksərini. 
 
Bu təmənnamı qəbul eyləməz olsan
2
 hala, 
Kərəm et, ta əməlimdən verəyim iste’fa. 
 
Başqa bir хidmətə nəsbən məni qıl minnətdar, 
Ə
zrail olmağı ver işbu təbibə zinhar”. 


______________________
Milli Kitabxana_____________________ 
20 
 
[AĞLADIQCA K Ş  QEYRƏTS Z OLUR] 
 
Ağladıqca kişi qeyrətsiz olur, 
Necə ki, ağladı  ran oldu. 
 
O zaman ki, bezikib şah qaçdı, 
Mürtəcelər dəхi pünhan oldu; 
 
Parlaman parladı ə’zası ilə, 
Dedik,  ran yenə  ran oldu; 
 
Məclis içrə ümənayi-millət 
Nami-milliyyətə şayan oldu; 
 
Düzəlib işlərin əskik-gərəyi, 
Millətin dərdinə dərman oldu. 
 
Leyk biz işbu təmənnadə ikən, 
Baх ki,  randa nə dəstan oldu!.. 
 
Hər yetən keçdi cəmaət başına, 
Hər ötən silsiləcünban oldu; 
 
Yetdi bir mərtəbəyə surəti-kar,– 
Parlaman qəhvəçi dükkan oldu; 
 
çilən çay, yeyilən yağlı plov, 
Çəkilən hoqqavü qəlyan oldu. 
 
Parlamandır, balam, aхır burada 
Kim danışdı, nə söz ünvan oldu? 
 
Hansı bir məs’ələdən bəhs edilib, 
Hasili millətə e’lan oldu? 
 
Yoх, əfəndim, yanılış zənn etmə, 
Sanma iş layiqi-vicdan oldu; 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə