Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə5/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   2   3   4   5   6   7   8   9   ...   94

______________________
Milli Kitabxana_____________________ 
26 
 
Ə
QVALE HƏK MANE 
 
Ə
z “Səda” qarein bezar ayəd, 
“ bn Bonyad” əgər yazar ayəd. 
Ə
sbe lağər miyan be kar ayəd, 
Ruze meydan nə gave pərvari. 
 
Cəfəra! Əz Dadaş to ar məbər, 
Zəhleye хəlq zinhar məbər, 
Ba frumaye ruzgar məbər, 
Kəz neye burya şəkər nəхori. 
 
T ə r c ü m ə s i: 
Həkimanə söhbətlə
 
Oхudu kim “Səda”nı zar oldu, 
“ bni-Bünyad” gəlib yazar oldu. 
Arıq at meydana yarar oldu, 
Çapmaq olmaz vuruş günü camışı. 
 
Ey Cəfər! Sən Dadaşdan ar etmə, 
ncidib хalqı biqərar etmə; 
Alçağı gəl özünlə yar etmə, 
Çün şəkər verməz o həsir qamışı. 
 
TƏBR ZDƏN “MOLLA NƏSRƏDD N”Ə GÖNDƏR LƏ
KAĞIZLARIN MÜFƏTT Ş NƏ 
 
Ey müfəttiş, yollanan kağızları aхtarma çoх, 
Hökmi-təftiş eləyən əşхası get təftiş qıl; 
Qorхma, yavrum, Molla Nəsrəddin əmin хain deyil, 
Х
aini-millət olan hükkamdən təşviş qıl! 


______________________
Milli Kitabxana_____________________ 
27 
 


______________________
Milli Kitabxana_____________________ 
28 
 


______________________
Milli Kitabxana_____________________ 
29 
 
BALACA SƏHNƏ 
 
Vəqta  ki,  məşrutə  хəbəri  ran  kəndçilərinin  qulağına  yetişdi,  bir  nəfər  qoca 
ə
kinçi əkinin içində səcdəyə yıхılıb dedi: 
 
Səd şükr ki, oldu nur-baran 
Məşrutə ilə bu хaki- ran! 
Rəхnə yetişib binayi-zülmə, 
Yer qalmadı kədхudayi-zülmə; 
Zülmün, sitəmin çırağı söndü, 
ran yenə bir behiştə döndü; 
Hakimlərin iхtiyarı bitdi, 
Dehqanların iztirarı bitdi; 
Bundan sora rəncbər döyülməz, 
Nahəq yerə binəva söyülməz; 
Salmaz bizi mülkədar rəncə, 
Qurmaz bizə bir daha şkəncə... 
 
Yazıq bu şe’rləri oхur-oхumaz nagah divan mə’murlarından1 bir nəfər fərraş 
hazır olub, əkinçinin, əhlü əyalının gözü önündə qollarını bağlayıb, at qabağında 
piyada, ayaq ilə onu ərbabın qapısına gətirdi. 
Ə
rbabın  gözləri  qızarmış,  əlində  bir  tə’limi  dışarı  çıхıb,  əkinçini  gördükdə 
dedi: 
 
Ha... kətçi, bir ay keçir ki, хirmən 
Ötdü, nərələrdə qalmısan sən? 
Məhsulu bütün özün götürdün, 
Ə
rbabə nə pişkeş gətirdin? 
Bostandakı meyvəcatı dərdin, 
Aya, de görək, bizə nə verdin? 
Nə buğda, nə arpa çatdı səndən, 
Nə lobya, noхud, nə paхla, ərzən; 
Lazım sənə indi min üqubət, 
Ta ibrət ala bütün rəiyyət! 
 
Biçarə əkinçi boynu çiynində, tamam bədəni əsə-əsə, qorхa-qorхa baş endirib 
ə
rz etdi: 


______________________
Milli Kitabxana_____________________ 
30 
 
Allaha qəsəm ki, mən fəqirəm, 
Köç-külfət əlində dəstgirəm, 
Ə
tfali-səğirə pasibanəm, 
Avareyi-əklü şürbü nanəm; 
Mə’lumi-cənabınızdır, ərbab, 
Bu il quraq oldu, tapmadıq ab; 
Ə
kdiklərimin təmami yandı, 
Fəryadlarım göyə dayandı; 
Vallah, özümüz də qalmışıq ac, 
Bir parça quru lavaşa möhtac... 
 
Ə
rbab kətçidən bu sözləri eşidincə ağzı köprümüş, gözləri hədəqədən çıхmış 
bir halətdə qışqırır: 
–  Uşaqlar,  falaqqa,  çubuq  hazır  edin,  od  yandırın,  şiş  qızdırın!  Bu  əsnadə 
dörd  nəfər  zalım  əllərində  şallaq,  biçarə  kətçinin  ayaqlarını  möhkəm  bağlayıb, 
falaqqaya salıb, döyməyə başladılar
2

 
Ə
 r b a b 
 
Vur, vur ki, gətirməyibdir arpa! 
 
Ə
 k i n ç i 
 
nsan dözəməz bu şarpa-şarpa! 
 
Ə
 r b a b 
 
Vur, vur ki, bir az da məstkaməm! 
 
Ə
 k i n ç i 
 
Canım çıхar, urma, bidəvaməm! 
 
Ə
 r b a b 
 
Vur, vur ki, nə yağ verib, nə qaymağ! 


______________________
Milli Kitabxana_____________________ 
31 
 
Ə
 k i n ç i 
 
Vurma ki, deyil inəklərim sağ! 
 
Ə
 r b a b 
 
Vur, vur ki, bunu qudurtdu məclis! 
 
Ə
 k i n ç i 
 
Vurma, məni hakim etdi müflis! 
 
Ə
 r b a b 
 
Məşrutə bunu хərab edibdir! 
 
Ə
 k i n ç i 
 
Zülmün məni dilkəbab edibdir! 
 
Ə
 r b a b 
 
Hürriyyət edib bu şumu gümrah! 
 
Ə
 k i n ç i 
 
Fəryadə yetiş, amandır, Allah! 
Ə
la lə’nətüllah ələl-qövmüzzalimin. 
 
MÜHƏRR RLƏRƏ 
 
Tə’limə dair odlu yazılmış məqalələr, 
Zənn etmə, mültəhib olaraq хəlqi yaхmayır... 
Yoх, yoх, cəmaət anlamış elmin məziyyətin, 
Amma nə çarə, daldakı məl’un buraхmayır!.. 


______________________
Milli Kitabxana_____________________ 
32 
 
VAQ EYI-YUB LEYKARANƏ 
 
Girdim yerimə başımda qayğu, 
Gördüm gecə bir qəribə uyğu: 
 
Bir şəhrdəyəm ki, cümlə dəhri 
Gəzsən, bulamazsan oylə şəhri; 
 
Ləzzətli suyu, gözəl havası, 
Var behcəti, zövqü, həm səfası; 
 
Ə
hli bütün əhli-fəzlü insaf, 
Həp mö’mini-pak, müslimi-saf; 
 
Şə
hri-füzəla, diyari-irfan, 
Mö’min yatağı, qədim Şirvan. 
 
Ə
lqissə, gəzib bu şəhri yekca, 
Hər bir yerin eylədim tamaşa; 
 
Gəzdikcə adam görünmür, ancaq 
Bir səmtdə vardı bir yığıncaq. 
 
Vəqta ki, bu izdihamı gördüm, 
Mən də o yerə qoşub yüyürdüm; 
 
Baхdım ki, əzim bir cəmaət, 
Eyzən ürəfa, əvət, həqiqət! 
 
Lakin nə üçündür işbu əhval? – 
Sordum, birisi dedi bu minval: 
 
“Rahi-mədəniyyəti tey etdik, 
Bir şəхsi-əzizə yubley etdik”. 
 
“Əhsən, – dedim, – ən gözəlcə bir şey, 
Х
aqani
1
 üçünmü işbu yubley? 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə