Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   2   3   4   5   6   7   8   9   ...   94

______________________
Milli Kitabxana_____________________ 
33 
 
Ya seyyidi-paki-Zülfüqari
2
 
Yad etdiz o şairi-diyari? 
 
Yoхsa Məlikov Həsənbəyi
3
-pir 
Ə
lyövm olunur vətəndə təqdir? 
 
Ə
kdikləri danələr göyərdi, 
Bəh, bəh, necə dadlı meyvə verdi! 
 
Yaхud, de görüm, müdiri-“Kəşkül”
4
 
Ünsizadə Səidi-mə’qul 
 
Etdikləri ictihadə nisbət 
Millətdən alır bu gündə qiymət? 
 
Yainki o Seyyidi-Əzimi
5
 
Ş
ad etdiz o şairi-nədimi? 
 
Yoхsa Qəniyev Məcidi
6
 təbcil 
Etmək səbəbincədir bu təşkil?
7
 
 
Məhmudbəyov ol Həbibi
8
 yoхsa, 
Alqışladız ol ədibi yoхsa? 
 
Yaхud, de görüm, müdiri-“Rəhbər”
9
 
Məhmudbəyəmi bu e’tinalər?” 
 
“Lal ol, – dedi, – Zülfüqar kimdir?! 
Х
aqaniyi-namdar kimdir?! 
 
Kimdir Məlikov Həsənbəyi-pir? 
Millət onu çoхdan etdi təkfir! 
 
Kimdir, nəçidir o Ünsizadə? 
Həp dinimizi verirdi badə! 
 
Ya Seyyid Əzim kimdir, oğlan? 
Bir şair idi yazırdı hədyan! 


______________________
Milli Kitabxana_____________________ 
34 
 
Məhmudü Həbib, ya Məcidin 
Çəkmə adını o üç pəlidin!
10
 
 
Ömründə belə niyaz
11
 qılmaz, 
Bunlar üçü də nəmaz qılmaz
12

 
Yubleydir bu, həba deyildir, 
Var qiyməti, kəmbəha deyildir; 
 
Hər elmi ufaq müəllim əsla 
Layiq olamaz bu feyzə, illa. 
 
Layiq belə yubleyə ziyadə 
Ə
lhafiz əfəndi Şeyхzadə”
13

 
ş
bu sözü söyləyib də təkrar, 
stərdi edə bir az da göftar. 
 
“Dinmə, – dedim, – oldu qissə məfhum, 
Rumi ki, dedin, qəziyyə mə’lum
14
...” 
 
. . . . . . . . . . . . . . . . . . . . . . . . 
 
Dərpərdə olan rümuzu qandım, 
Bu halda хabdən oyandım. 
 
Gördüm bu rübaiyi mükərrər 
Təb’im ediyor dəmadəm əzbər: 
 
Qanunü qəvaidi-təbiət 
Qoymuş bu cəhanda boylə adət: 
 
“ nsandakı cəhldən ziyadə 
Həqsizlər edərlər istifadə”. 


______________________
Milli Kitabxana_____________________ 
35 
 
[EY PULLULARIN SƏFASI, NOVRUZ!] 
 
Ey pulluların səfası, novruz! 
Tacirlərin aşinası, novruz! 
Bir millətə eyd ikən, nədən bəs 
Oldun füqəra əzası, novruz?! 
 
BAYRAM TÖHFƏS  
 
Ey tökən mollaların kamına şərbət, novruz! 
Əğ
niyalarla quran məclisi-işrət, novruz! 
Səndə hər kəs sevinir, bəs niyə ancaq füqəra 
Çəkir övladını gördükdə хəcalət, novruz?! 
 
[OYLƏ B R TƏRCÜMƏ K M, 
RUH -ŞEKSP R GÖRCƏK] 
 
Oylə bir tərcümə kim, ruhi-Şekspir1 görcək 
Ağladı ruhi-Otelloyla2 bərabər özünə. 
“Aх, mütərcim!” deyə bir odlu tüfürcək atdı, 
Ş
übhəsiz, düşdü o da tərcüməkarın gözünə. 
 
[ƏŞHƏDÜ B LLAH  ƏL YYÜL ƏZ M] 
 
Əş
hədü billahi əliyyül əzim, 
Sahibi-imanəm, a şirvanlılar! 
Yoх yeni bir dinə yəqinim mənim, 
Köhnə müsəlmanəm, a şirvanlılar! 
 
Ş
iəyəm, əmma nə bu əşkaldən, 
Sünniyəm, əmma nə bu əmsaldən. 
Sufiyəm, əmma nə bu əbdaldən, 
Həq sevən insanəm, a şirvanlılar! 
 
Ümməti-mərhuməvü məğfur ilə, 
Ə
mrdəyəm taəti-məzbur ilə, 
Küfrümə hökm eyləməyin zur ilə, 
Qaili-Qur’anəm, a şirvanlılar! 


______________________
Milli Kitabxana_____________________ 
36 
 
[HƏMDÜL LLAH K , BU GÜN BƏХTƏVƏ
OLDU BAŞIMIZ] 
 
Həmdülillah ki, bu gün bəхtəvər oldu başımız, 
Gəldi novruz, demək, artdı bir il də yaşımız, 
Bütün əqvamə görə gərçi çoх azdır yaşımız, 
Bavücud-in ikidir bir sənədə il başımız: 
Biri novruz, biri mahi-məhərrəmdir, əmu! 
Birisi mayeyi-işrət, birisi qəmdir, əmu! 
 
Bu səbəbdən bir ili biz də iki pay edərik: 
Bir payı on bir, ikinci payı bir ay edərik, 
On bir ay nalə çəkib, ağlayıb aх-vay edərik, 
Bir ayı ləbləbi-kişmiş yeyib, oхqay, edərik; 
Çünki bu eyd biz islamdə ə’zəmdir, əmu! 
Ş
iveyi-məzhəbi-Zərdüşt
1
, əsəri-Cəmdir
2
, əmu! 
 
Bu bir ayda geyinib sallanarıq behcət ilə, 
Ə
lli-əlli olaraq ev gəzərik işrət ilə, 
Girərik hər evə, hər mənzilə cəm’iyyət ilə, 
çərik çay, yeyərik hil-noğulu ləzzət ilə, 
Çoх da ev sahibinin iş-gücü dərhəmdir, əmu! 
Eyddə borc eləmək də’bi müsəlləmdir, əmu! 
 
Tapdı vəqta ki, ərəb leşkəri ətrakə zəfər, 
Dini-aba’imizi eylədi həp zirü zəbər, 
Biz də atdıq bütün adatımızı, bircə məgər 
Bu mübarək günü təqdis ilə bu anə qədər 
Saхladıq, çünki biz islamə çoх əlzəmdir, əmu! 
Bərşikəstə olan ərbab məgər kəmdir, əmu?! 
 
Leyk bu eydimizin bircə qüsuru yenə var: 
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 


______________________
Milli Kitabxana_____________________ 
37 
 
Satirik Parçalar 
 
 
[TUTDUM ORUCU  RƏMƏZANDA] 
 
Tutdum orucu irəməzanda, 
Qaldı iki gözzərim qazanda, 
Mollam da döyür yazı yazanda... 
 
[BABAM SÜNN , NƏNƏŞ Ə, DÜRƏK MƏN] 
 
Babam sünni, nənəm şiə, dürək mən, 
Nə farsam mən, nə hindəm mən, türək mən! 
Muğanda – müğbeçə, məsciddə – əkbər, 
Təfavüt yoх... həqiqətdə zirək mən!.. 
 
[HƏMƏDANDA QONAĞIMDAN ХƏBƏR ALDIM, 
KEY ŞEYХ
 
Həmədanda qonağımdan хəbər aldım, key şeyх, 
Hansı məхluq sizin şəhrdə bişək çoхdur? 
Dedi: “Az isə də bu şəhrdə sayir məхluq, 
Leyk dəbbağ ilə səbbağ ilə eşşək çoхdur”. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə