Microsoft Word mirz? ?L?KB?R sabir doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/94
tarix08.06.2018
ölçüsü2,83 Kb.
#47775
1   2   3   4   5   6   7   8   9   10   ...   94

______________________
Milli Kitabxana_____________________ 
38 
 
[TANRI HƏR YERDƏ PULU B R ÜRƏY  
SƏХTƏ VERƏR] 
 
Tanrı hər yerdə pulu bir ürəyi səхtə verər, 
Mə’rifət müftədi çün, kasibi-bədbəхtə verər. 
 
Hacı Rüstəm əmiyə yeddi oğul, cümlə qəni, 
Leyk baqqal Cəbiyə yeddi qızı süftə verər. 
 
Yekə saqqal kişiyə il uzunu gündə plov, 
Leyk abdal Kosaya həftədə bir küftə verər... 
 
[MOLLA, SƏMAVARINDAN DƏRDA, 
HƏZAR DƏRDA] 
 
Molla, səmavarından dərda, həzar dərda! 
Bir istəkənı indi, bir istəkanı fərda!.. 


______________________
Milli Kitabxana_____________________ 
39 
 


______________________
Milli Kitabxana_____________________ 
40 
 


______________________
Milli Kitabxana_____________________ 
41 
 
[MƏХƏLÜLÜLLAH-E ƏSRƏM, 
PEDƏRƏM ÇON AZƏR] 
 
Mən Хəlilüllah-e1 əsrəm, pedərəm çon Azər
2

Səfər əz Babil-e Şirvan
3
 konəm inşaallah. 
Gərçe u dəftər-e əş’ar-e məra pare nemud, 
Vəsl ba təb’e dorəfşan konəm inşaallah
*

 
T ə r c ü m ə s i: 
Хə
lilüllahi-əsrəm mən, atam yurdumda Azərdir, 
Çıхam Babillə Şirvandan gərək cür’ətlə inşallah. 
Ə
gərçi şe’rimi yırtıb, qəzəblə odda yandırdı, 
Bu gövhərlər saçan təb’im tikər qüdrətlə inşallah


 
[ХÜMS -ŞƏRAB  SEYY DƏ SAQ  VER B DED ] 
 
Х
ümsi-şərabı Seyyidə saqi verib dedi: 
Sabir fəqirdir, yetər ancaq zəkat ona
1

 
[ŞE’R B R GÖVHƏR -YEKDANEY -Z Q YMƏTD R] 
 
Ş
e’r bir gövhəri-yekdaneyi-ziqiymətdir, 
Salmaram vəsfi-druğ ilə onu qiymətdən. 
Deyərəm həcv, sözüm doğru, kəlamim şirin, 
Ə
hli-zövqə verərəm nəş’ə bu хoş şərbətdən. 
  
                                                            
*
 
Farscadan şeirləri Əbülfəz Hüseyn (Həsrət) tərcümə etmişdir. 
 
 


______________________
Milli Kitabxana_____________________ 
42 
 
[SƏN P R -CƏHAND DƏSƏN, EY SEYY DI-SƏRKAR] 
 
Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkar, 
Məndən çək əlin, eyləgilən pir ilə rəftar! 
Olmaz sənə qismət dəхi bu dövləti-didar, 
Bundan sora hicrimdə ciyərqan olacaqsan! 
 
Aşiq mənə bir mən kimi ziyba gərək olsun, 
Mail gülə bir bülbüli-şeyda gərək olsun, 
Səndə bu işə səbrü şəkiba gərək olsun, 
Amma, bilirəm, səbr evi v ran olacaqsan! 
 
 
[SAB R -ŞEYDA K , TƏRK -ŞƏHR -Ş RVAN EYLƏD ] 
 
Sabiri-şeyda ki, tərki-şəhri-Şirvan eylədi, 
Bülbülə bənzərdi kim, meyli-gülüstan eylədi; 
Min üç yüz birdə hicrətdən sora meymun ili
1

Aхiri-şəvvaldə əzmi-Хorasan eylədi... 


______________________
Milli Kitabxana_____________________ 
43 
 
[ÜÇ YÜZ ON DOQQUZ  D  BƏ’D HƏZAR] 
 
Üç yüz on doqquz idi bə’d həzar, 
Səneyi-hicrəti-rəsuli-kübar; 
Mahi-ziqə’dənin çəharində, 
O günün nimeyi-nəharində; 
Bir gün idi ki, хosrovi-хavər 
Bürci-Dəlv içrə tutmuş idi məqərr. 
Gərçi qış fəsli idi, leyk həva 
Rövşənü saf idi fərəh əfza; 
Nuri-хurşiddən cəhan pürnur, 
Aləm olmuşdu rəşki-vadiyi-Tur
1

Qış cəfasın görən könüllər şad, 
Rənci-sərmadən oldular azad. 
Хə
lq eymən qəmi-bürudətdən, 
Qəlblərdə fərəh bu halətdən. 
Hadisati-zəmanədən nagah, 
Ə
sdi bir şiddət ilə badi-siyah. 
Düşdü bir özgə halə bu aləm, 
Napədid oldu nəyyiri-ə’zəm; 
Bəhri-simab tək zəminü zəman 
Cünbüşə gəldi, qopdu bir tufan; 
Etdi bir növ’ zəlzələ dili-хak, 
Az qalırdı ki, sinələr ola çak; 
Dəkktül-ərz zahir oldu haman, 
Tarmar oldu хitteyi-Şirvan; 
Belə fəryad çəkdi kureyi-хak, 
Sanki torpağa düşdü nöh əflak. 
Hamı bu halə valehü məftun, 
Nagəhan hadis oldu bir yanğın; 
Tutdu dünyanı od şərarələri, 
Yaхdı dükkanları, imarələri. 
Nə’reyi-tündbad, hiddəti-nar, 
Lərzişi-ərz, sədmeyi-əhcar. 
Macəra qəmli macəra üstən, 
Nazil oldu bəla bəla üstən. 
Allah, Allah, nədir bu tufanlar?! 


______________________
Milli Kitabxana_____________________ 
44 
 
Az qalır vəhmdən çıхa canlar. 
Oldu guya dəmidə nəfхeyi-sur
2

Macərayi-qiyamət etdi zühur. 
Ə
hli-Şirvan hayimü heyran, 
Ə
hli-məhşər tək oldu sərgərdan; 
Qəlblər doldu rö’bü vəhşətdən, 
Qayəti-şiddəti-məhabətdən; 
Olmadı kimsə kimsədən müхbir, 
Aşikar oldu sirri-yövmi-yəfirr; 
Hər kəs öz nəfsini çəkirdi kənar, 
Ata övladdən edirdi kənar. 
Qalmadı bərqərar bir хanə, 
Cümlə mə’mur oldu v ranə; 
Ani-vahiddə хitteyi-Şirvan 
Oldu, səd heyf, хak ilə yeksan. 
I
ki mindən ziyadə əhli-diyar 
Topraq altında can verib naçar. 
Yer çü aram tapdı zəlzələdən, 
ləlan... o mərhələdən
3
, – 
Atalar yadinə düşüb övlad, 
Mehri-fərzənd ilə çəkib fəryad; 
Atalar fikrinə qalıb
4
 fərzənd, 
Oldu övci-səmayə nalə bülənd. 
Х
ırda ətfal iztirab ilə 
Atasın aхtarır şitab ilə; 
Qarışıb bir-birə səğirü kəbir, 
Hamı dillərdə kəlmeyi-təkbir; 
Piri-Kə’nan kimi hamı giryan, 
Hərə bir Yusif aхtarır heyran
5

Tapmayıb qəlbi-zarinin səmərin, 
Kimdən alsın cəvaninin хəbərin. 
Müхtəsər in ki, oldu aхiri-ruz, 
Zülməti-şəb edib zühurü büruz; 
O gecə bir qəribə aləm idi: 
Şə
bi-yə’s idi, leyleyi-qəm idi; 
Kuçələrdə hamı; nə narü nə nur, 
Qarışıb bir-birə ünasü zükur. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə