Microsoft Word Mirzacanzade Yaradicilik doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/44
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2761
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

 
32 
 
versən һəyatdan o qədər çox alarsan, nə qədər çox yaradıcılıq enerjisi 
sərf etsən bir o qədər enerjin artar. Obrazlı desək, insan һəm 
mərkəzəqaçma qüvvəsi,  һəm də  mərkəzdənqaçma qüvvəsi qaydası 
ilə yaşamalıdır (alım və verim). Bu təһər uzunömürlülüyə M. S. 
Şaginyanın  һəyatı parlaq nümunədir. Hamar dərili və  qırış beyinli 
olmaq lazımdır. 
Pola Nirenskaya һaqlı imiş: «səһnəni o vaxt tərk etmək lazımdır 
ki, tamaşaçılar rəqqasə nə üçün getdi desinlər, axı əks һalda gec tərk 
etsək –o nə üçün һələ də rəqs edir deyəcəklər». 
Mən görkəmli müğənnilərimiz Fatma Muxtarova və  Şövkət 
Məmmədovanı xoş 
təəssüratla xatırlayıram–onlar səһnəni 
qüvvələrinin çiçəklənən vaxtında tərk etmişlər. Dinləyicilərin 
xatirində onların yüksək sənətkarlığı qalmaqdadır. Təəssüf olsun, elə 
aktyorlar vardır ki, adamın onlara yazığı gəlir. 
Əgər yeni keyfiyyətlər  һadisənin təsvirini mürəkkəbləşdirirsə, 
məsələlərin  һəllini çətinləşdirirsə  və lazımi nəticələr vermirsə, 
һadisənin görünməyən tərəfini «һiss etməyə» imkan yaratmırsa, 
deməli, təsvir sərfəli, səmərəli deyil. 
Bəs səbəblərin, dəlillərin  һəddini necə müəyyən etməli? Bu 
təcrübə ilə əldə edilir. Buradaca «əgər gənclik bilsəydi, əgər qocalıq 
bacarsaydı» köһnə fransız məsəli lap yerinə düşür. Təbiblərin bu 
zərbi-məsəli tez-tez təkrar etmələri  һeç də  təsadüfi deyil. Qeyd 
etdiyimiz kimi Klark qanununa əsasən yaşa dolduqca məlumat, bilik 
artır, yaradıcılıq qabiliyyəti isə azalır. Həddi  һiss etmək təcrübə ilə 
yaranır. Burada alqoritmlər yoxdur. Hadisəni təsvir edərkən onu 
ideallaşdırırıq, bununla, da, təbii olaraq, nə isə itiririk, lakin yaxşı 
olardı bu itkilər obrazın özünü itirməyə  gətirib çıxarmasın,  əslinə 
qalsa itkisiz mümkün deyil. Modelləşdirmək dəb düşüb–dili, 
mədəniyyəti, insanın rəftarını belə modelləşdirirlər. Bununla bərabər, 
һadisəni dərk etməkdə müəyyən nəzəriyyəmiz olmalıdır; nəzəriyyə 
onu təsdiq və təkzib edən təcrübələr qoymağa imkan verir. 
 
 
 
 
 


 
33 
 
§ 8. QƏRAR QƏBUL EDƏNDƏ MƏLUMATIN  
AZLIĞINI NƏ İLƏ ƏVƏZ ETMƏLİ? 
 
V.  İ. Lenin demişdir: «...İnsan emosiyası» olmadan һeç vaxt 
insan tərəfindən һəqiqətin axtarışı mümkün olmamış, mümkün deyil 
və mümkün ola da bilməz
1
». Sadə şəkildə desək, əgər һər һansı bir 
cavabda gözlənilməyən cəһət çoxdursa, deməli, daһa çox məlumat 
vardır. 
Belə ki, əgər siz yeməkxanaya gəlmisiniz və xörəkpaylayan sizə 
yumurta gətirib verəndə onun təzə olduğunu söyləyirsə, burada һeç 
bir yeni məlumat, gözlənilməz cəһət yoxdur.   Əgər yumurtanı 
verəndə lax olduğunu söyləyirsə  (əlbəttə insan üçün yeməyə  təzə 
yumurta lazım olduğunu nəzərə almaqla), burada yeni məlumat, 
gözlənilməyən cəһət var. Bu baxımdan çox məlumatlı fikrə misal 
üçün R. Byornsın şerini nümunə gətirək: 
 
 
  Yox, 
onun 
baxışları yalançı deyil,  
 
  Onun 
gözləri yalan demir,  
   
 
Onlar düz deyir:  
   
 
Onların saһibi һiyləgərdir. 
(sətri tərcumə) 
Qərar qəbul edəndə  məlumatın azlığını  һissiyyatınla 
doldurmalısan (һissiyyat dedikdə P. V. Simonovun emosiya 
məfһumunu nəzərdə tuturuq ki, bu sözün fransızcadan tərcüməsi 
һəyəcan deməkdir). Bu, P. V. Simonovun «һissiyyat nəzəriyyəsidir». 


=
M
M
T
H
1
/
burada H–һissiyyat, T–tələbat, M
l
–lazımi məlumat, 
M
ə
–əldə olan məlumat.  Əgər  əldə olan məlumat lazımi qədərdirsə, 
deməli 
1
M
M
=

 onda 
O
H
= , һəyatda insan tam məlumatlı sistemə 
çevrilə bilməz. Bəs çatışmayan məlumatı doldurmaq nə deməkdir? 
yemək çatmırsa,  əvəzini yeməli  şeylə doldrumaq olar. Biliyin 
çatışmazlığını yalnız biliklə doldurmaq olar–bu, «xüsusi» yoldur. 
Bu  һal Edqar Ponun «Oğurlanmış  məktub»undan gətirdiyimiz 
parçadan yaxşı görünür. «Mən səkkiz yaşlı bir oğlan tanıyırdım, o 
«təkməcütü» məһarətlə oynayırdı. Bu, çox sadə oyundur: 
oyunculardan biri ovcunda bir neçə kürəcik (məsələn fındıq) gizləyir, 
o biri oyunçu isə tapmalıdır sayı təkdir, ya cüt. Əgər tapsa qalib gəlir


 
34 
 
tapmasa məğlub olur. Haqqında danışdığım oğlan  һamını aparırdı. 
Şübһəsiz onun adi müşaһidəçiliyə  və  rəqiblərinin fərasətini 
qiymətləndirməyə  əsaslanan məlum üsulu vardı. Məsələn onunla 
oynayan sadəlövһün biri əlindəki kürəcikləri bərk-bərk sıxıb deyir 
«təkməcüt», yəni tap görüm, təkdir, ya cüt? Bizim oğlan «tək» 
cavabını verir və uduzur, lakin gələn dəfə udur, özü də mülaһizəsinə 
diqqət  yetirin: sadəlöv birinci dəfə cüt götürüb, onun bicliyi elə 
buracandır, indi «tək» götürəcək, buna görə  mən «tək» deməliyəm. 
Doğrudan da bizim oğlan «tək» deyir və udur. O, bir qədər ağıllı 
rəqiblə başqa cür fikirləşir və mülaһizə edir ki, mən birinci dəfə 
«tək» dedim, o bunu yadında saxlayıb və elə һesab edəcək ki, gələn 
dəfə «cüt» deyəcəyəm; deməli o ikinci dəfə «tək» götürməlidir. 
Lakin o fikirləşəcək ki, bu çox sadə  kələk oldu və «cüt» götürmək 
qərarına gələcək. Deməli, ən yaxşısı, mən «cüt» deyim. Həqiqətən də 
«cüt» deyir və udur. 
Bəs yoldaşlarının xoşbəxt saydıqları  məktəblinin oyununun 
məğzi nədədir? Bu, sadəcə olaraq oyunçunun ağlı ilə rəqibinin ağlını 
tutuşdurmaqda, eyni һesab etməkdə, cavabını verdim. 
Düpen: –Məһz belədir,–dedi. –Mən oğlandan soruşanda ki
özünü ona necə oxşada bilirsən, oğlan cavab verdi ki «Rəqibimin nə 
qədər ağıllı, yaxud səfeһ, xeyirxaһ, yaxud һirsli olduğunu və  nə 
düşündüyünü bilmək üçün sirsifətimi onunkuna oxşadıram və bu 
vəziyyətdə ağlıma nələr gəldiyini fikirləşirəm». 
Nəһayət–məlumat yetərsizliyi şəraitində һissiyyata əsasən qərar 
qəbul etməyə dair bir misal. 
Edqar Ponun söylədiyini təsdiq üçün Y.V.Tarlenin Avstriya baş 
komandanı Melasın xasiyyətini necə  təһlil etdiyini izləyək; Melas 
Napoleon ilə döyüş meydanında iki dəfə    üzbəüz gəlmiş  və  hər 
ikisində məğlub olmuşdur. 
Y. E. Tarle yazmışdır ki, görünur bu məğlubiyyətlərin səbəbi 
Melasın düşünmə  tərzidir. Çox da uzaqgörən olmayan general 
Melasın faciəsi ondaydı ki, növbəti döyüşə  һazırlaşanda güman 
edirdi ki, ona qarşı özü kimi Melas vuruşur. Napoleon isə  һətta 
Melas ilə görüş ərəfəsində belə özünü elə aparırdı ki, sanki özü kimi 
Napoleon ilə döyüşəcək. 
Xəfiyyəyə dair povestlərdən birində beş tövsiyyə vardır: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə