Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə14/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 53 


məqsədi xidmət edir. Müəllif  əsərdə atalar sözlərini və 

məsəlləri işlətməyə daha çox diqqət yetirir: “Atı atın yanına 

bağlarsan, həmrəng olmasa da həmxasiyyət olar” (96, 38). 

“Mal dərdi can çıxardar” (96,79). “Ev sözsüz, gor əzabsız 

olmaz”, “Saqqalım yoxdur, sözüm ötmür”, “Hər  şeyin təzəsi, 

dostun köhnəsi”, “İgidin adını eşit, üzünü görmə”, “Acın imanı 

olmaz”, “Başına gələn başmaqçı olar”, “Yalnış da bir naxışdı”, 

“Şor su sabun götürməz”, “İgidin igiddən ehtiyatı artıq 

olar”,“Acığı dövlətə zərəri var”, “Gözəl ağa çox gözəldi, vurdu 

çiçək də  çıxartdı”, “Bağa qınından çıxdı, qınını  bəyənmədi”, 

“Axmaq it aya hürər”, “Çolaq atın kor da nalbəndi olar”, “Sən 

ağa mən ağa, bəs inəkləri kim sağa”, “Ağ gün adamı ağardar”, 

“Atın dəlisi, igidin ağıllısı”, “Arxdan atıl sonra bərəkallah de”. 

Romanda işlədilən xalq deyimləri və ifadələr əsərin bədii 

dəyərini artırır. Dil baxımından daha axıcı  və emosional 

olmasını  təmin edir: “Başqasına  əl açmamışdı”, “Motal kimi 

yerində qalmışdı”, “Şələ-küləni yığışdır, izini-tozunu 

görməyim”,  “Qüssə onun için yeyirdi”, “Şam kimi arvad 

sönüb getti”, “Əl boş üz qaradı”, “Xalq istəyini zaman 

doğurur”, “İlan ağzından qurbağa qurtarar?”, “Sudan quru 

çıxmağı öyrənmisən”, “Quyruğu qapı arasından çıxan” kimi və 

s. deyimlər  əsərdə  təbiilik, məntiqi tutum yaratmaq məqsədilə 

işlədilmişdir. 

Bədii lövhə yaratmaqda bu xalq deyimləri sənətkar daha 

çox imkan verir: “Kənd səssiz bir halda məzar sükutu içində 

yatırdı. Göylər qalın  buludlarla örtülmüşdü. Hava sakit və 

şaxtalı idi”. Ərdəbil kəndinin ağır vəziyyətini  əks etdirən bu 

kiçik parçada “məzar sükutu içində yatırdı” ifadəsi öz 

məqamında  işlənmişdir. 

“Gələcək gün” romanında söyüşlər və qarğışlar, yanımlar 

da müəyyən yer tutur: “Qurumsaq kişi”, “Allah hamısını  qır-

sın”, “Fağır çörəyini yemə, Allahdan qorx”, “Əbləh köpək oğ-

lu”, “Çörək səni tutsun”, “Yaxşı, Musa kişi qalsın qulluğunda”, 

“Bu köpəkoğlu Mübaşirin kələyidir”, “Səni yetimlərin ah və 



Fazil Əliyev 

 

 54


naləsinə, qocalar və qarıların fəryadına tapşırıram”, 

“Yurdumuzu dağıdanın yurdun da bayquş ulasın”, “Şarlatan 

köpək oğlu!...  İngilis köpək oğlu”, “Həzrət Abbas sənə  qənim 

olsun”, “Yaxşı Mustafa bəy, bir qoyununa on qoyun 

gətirməsən, anamın südü mənə haram olsun” və s. söyüşlər, 

qarğışlar və yanımalar Azərbaycan folklorunda özünə yer 

tapmış nümunələrdir. Sənətkar onlardan yan keçmir, nifrət və 

qəzəbin ifadəsi kimi əsərdə öz məqamında işlədilir. “Kitabi-

Dədə Qorqud” dastanında qarğışların işlənməsinə diqqət 

yetirək. 

Uruz anasına “Ağzın qurusun, ana! Dilin çürüsün, ana!” 

(96,36) qarğışını qeyrətinə sığışdırmadığı təklifə görə söyləyir. 

“Uşun qoca oğlu Səkrəyin boyunu bəyan edir” boyunda isə 

qardaşını düşmənin əlindən qurtarmayınca nişanlısı ilə gərdəyə 

girməyəcəyini söyləyir və özünə qarğayır: “Mərə, qavat qızı! 

Mən qılıncıma doğrayanım! Oxuma sancılayım! Oğlum doğ-

masın! Doğarsa, on yaşına varmasın! Ağamın üzün görməyin-

cə, ölmüş isə qanın almayınca, bu gərdəyə girərsəm”(46,134). 

“Qarğışlar ünvanlaşırkən rəqib, düşmən yadelli talançılar üçün 

o kəsərli silahdan da iti olur. Necə deyərlər, “Yaman olmaz 

qılınc yarası, yaman olar söz yarası” hikmətini təsdiqə yetirir 

(68, 115).  

Ailəsini itirən,  ərbabların zülmündən dəli-divanə 

vəziyyətinə düşən Musa kişi Rza şahın qabağını kəsərək deyir: 

“Əmniyyə  və mübaşirlərin başıma gətirdiyi müsibətdən 

utanmadın, haqdan qorxmadın, eyib etməz, buna da qoca dünya 

deyərlər. Çox sənin kimi zalımların taxt və tacını uçurub!... 

Səni də belə qoymaz. Get mən səni yetimlərin ah və naləsinə, 

qocalar və qarıların fəryadına tapşırıram, get” (96, 247). 

  Milyonlarla Musa kişilərin məhvinə  səbəb olan şahlıq 

üsul idarəsinin devrilməsi, Rza şahın  şərəfsiz ölümü, oğlu 

Məhəmmədəli  şahın həyatının sonundakı  fəlakətləri, nə  qədər 

ibratamiz hadisələrdir. Bunu Mirzə  İbrahimovun “zülm yerdə 

qalmaz” kimi xalq hikmətindən doğan qənaəti, sənətkar uzaq-




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 55 


görənliyi hesab etmək olar. Həyatı qəbahətlərlə keçmiş, insan-

lara dəhşətli pisliklər etmiş insanların ölümü də  dəhşətli olur. 

“Sanki qarışqanın hayfını fildə qoymayan təbiət belə insanlar-

dan qisas alır” (45, 246).  

Xalqın sınaqdan çıxartdığı folklor nümunələri dərin icti-

mai məzmun daşıdığını nəzərə alan sənətkar romanda alqışlar-

dan da istifadə etmişdir. Alqışlar qanı duruldan, əhvalı yaxşılaş-

dıran nümunələrdir. Lakin “Gələcək gün” romanında alqışların 

işlənmə  məqamı olduqca məhduddur. Çünki əsərin mövzusu 

Cənubi Azərbaycanın acınacaqlı  həyatını  əks etdirir. Orada 

alqış-sevinc,  şadlıq deyil, yalvarma ah-nalə, qəzəb, nifrət səsi 

daha çox  eşidilir. Musa kişinin yalvarmaları: “Ağa canım sənə 

qurban olsun”, “Atam-anam sənin qədəmlərinə qurban olsun”, 

“Sənə qurban olum, mənə çarə qıl”. 

Səriyyənin gecə qaranlığında balalarını başına yığıb, 

Musa kişini və Firudunu tapmaq ümidi ilə Tehrana gedərkən  

Niyaz və Alması şala büküb daşın  daladasına qoyması, qarlı-

soyuqlu gecələrin təsviri. Səriyyə  əllərini göyə qaldırıb: “İlahi 

balalarımı  sənə tapşırıram, özün bunları saxla!” – deyərək ah-

nalə qoparması nağıl və dastanlarımızda təsvir edilən bir çox 

epizodlar yaxından səsləşir. 

Tehran həbsxanasında Musa kişinin Firudunla rastlaş-

ması, dəli-divanə olmuş Musa kişinin sözləri ürək göynədir: 

“Qoymaram, qoymaram bu bir gözümü çıxarasınız. Qoyun heç 

olmasa bir gözüm qalsın... Buğdanı aparıb tökdülər eşşəyin qa-

bağına. Yaş yoncanı verdilər uşağa, arvad, arvad  evin yıxılma-

sın, gəl uşağı al, yonca qarnını açıb, uşaq öləcək” (96,478). 

Zülmkar  şahların, qaniçənlərin göz çıxarmaşı, insanları 

şikəşt etməsi  kimi bir hala dastan və nağıllarda, rəvayətlərdə 

rast gəlirik. Hasan paşanın Koroğlunun atası Alı kişinin 

gözlərini  çıxartdırması hadisəsi dastanda belə təsvir edilir: 

- Elə ki, cəllad işini qurtardı, Alı kişi ayağa qalxıb dedi: 

- Həsən xan, insan üçün dünyada hər naz- nemətdən şirin 

şey gözdür. Sən məni ondan binəsib elədin (45, 6). 



Fazil Əliyev 

 

 56


 Firudunla Musa kişinin həbsxanadakı  görüşü, Musa  

kişinin sayıqlama- söyləmələr acı  həqiqətləri üzə  çıxarır. Bu 

sayıqlama - söyləmələr də folklordan bəhrələnmə, xalq 

deyimləri təsiri bağışlayır. 

“Vurmayın, vurmayın! Allahdan qorxun! Axı  mənim 

günahım nədir” (96, 478). Yaxud, “Qoyma Firudun, uşaqların 

diri-diri qanını soran kaftar budur, qoyma”, “Ay it! Ay it, get 

burdan” (96, 482). 

Xalqın taleyinə acıyan, mütərəqqi fikirlər Sərtib Səlimi 

ilə Rza xanın qarşılaşdığı  səhnədə o,  “Dəvə  və  kəndli” rəva-

yətini danışır. 

- Son gününü yaşayan kəndli dəvədən halallıq istəyir. 

Dəvə kəndlinin bir işində güzəştə getmir. “...Köç dağa gedəndə 

ovsarımı eşşəyin quyruğuna bağladın. Qiyamətə qədər onu sənə 

bağışlaya bilməyəcəyəm”-deyir. 

Sərtib də Rza şaha deyir: “Məmləkətin siyasətini eşşək-

lərə tapşırdınız. Nə indiki nə də gələcək nəsillər bunu sizə ba-

ğışlamayacaqdır!” (96, 462-463). 

Folklordan bəhrələnmə  əsərə  yığcamlıq, fikrin tutumlu 

olması kimi keyfiyyətlər gətirmişdir.  Şahlıq quruluşunun 

səciyyəsi xalq təfəkküründə cilalanmış  rəvayət vasitəsilə 

açıqlanmışdır, folklor üslubu, xalq duyumu əsərin təbiliyinə 

müsbət təsir göstərmişdir. “Yazıçıların xalq ədəbiyyatı ilə bağlı 

olmasının müsbət cəhətlərindən biri də odur ki, onlar heç vaxt 

xalqı dalda qoyub özləri çox irəli getmirlər” (54, 211). 

“Gələcək gün” romanında folklordan istifadə edərkən 

müəllif seçdiyi nümunələri  surətin,  əsərdəki təsvir obyektinin 

vəziyyəti ilə  əlaqələndirir.  Əgər sevinc, xoşbəxtlik haqqında 

söhbət gedirsə, həmin təsvirə uyğun folklor əsərlərinə müraciət 

olunur. Kədər, həsrət, ayrılıqdan söhbət getdikdə isə qəm, kədər 

doğuran folklor incilərindən istifadə olunur. 

Xırman üstündə Gülnazın baxışları ilə qarşılaşan 

Firuduna  uzaqdan gələn bayatı  səsi  “Ana laylası kimi xoş 

gəlirdi” (96, 21). 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə