Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   2   3   4   5   6   7   8   9   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 5 


ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi münasi-

bəti ilə keçirilən mərasimdə xalqımızın ümummilli lideri yazı-

çının  şəxsiyyətini, yaradıcılığını yüksək dəyərləndirmişdir: 

“Mirzə İbrahimov təvazökar, mehriban, həssas bir insandır. Bü-

tün Azərbaycan xalqının sevilmlisidir, xalq yazıçısı kimi yük-

sək ada tam layiqdir. Eyni zamanda onun yaradıcılığı ölkəmiz-

də layiqincə qiymətləndirilmişdir. Yazıçının kitabları   hər yer-

də geniş şöhrət və rəğbət qazanmışdır”(24). 

Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haq-

qında Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin 

sərəncamında qeyd olunduğu kimi, “XX əsr  ədəbiyyatımızın 

tanınmış simalarından biri kimi xalq yazıçısı əsərlərində dövrün 

və zamanın dolğun mənzərəsini yaratmış” (1), özünün şəxsiy-

yəti ilə  sənət dostlarının,  ədəbi gəncliyin məhəbbətini qazan-

mışdır.  “Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin 

həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Pre-

zidentinin 2004-cü il 12 yanvar tarixli sərəncamına (2) əsasən, 

Mirzə  İbrahimovun  əsərləri də 2005-ci ildən kütləvi  şəkildə 

nəşr edilmişdir.  

İsmayıl Şıxlı yazırdı ki, “Mirzə müəllim öz əsərləri, odlu-

alovlu çıxışları, elmi və publisist məqalələri ilə ictimai həyatda 

davranışı  və  şəxsi fəaliyyəti ilə bizə örnək olmuşdur”. “Mirzə 

İbrahimov və xalq” anlayışı haqqında danışarkən onun 

şəxsiyyətində bütöv Azərbaycanın mənəvi düşüncə  tərzinin

həyata baxışının  əks olunduğunu qeyd etməliyik. “Mirzə 

İbrahimov  əsrin tərcümeyi halını  həm  şəxsiyyətində, həm də 

yaradıcılığında (eyni vaxtda və eyni səviyyədə”)  əks etdirən 

ədibin, ictimai xadimin yeni tipini ifadə edir” (19,46). 

Mirzə  İbrahimov bir yazıçı  və bir şəxsiyyət olmaq eti-

barilə özündə bütöv vətənimizi - şimallı, cənublu Azərbaycanı-

mızı yaşadır. Milyonların arzusu, bütövlük diləyi, mənlik və 

qürur hissi, təvazökarlığı Mirzə  İbrahimovun ideoloji görüşlə-

rində  və  əsərlərində    yaşarılıq qazanmışdır.  Şəxsiyyət anlayışı 

əxlaqi, etik, estetik normaların vəhdətində ortaya çıxır. Həm də 



Fazil Əliyev 

 

 

6



insan anlayışının daha kamil mahiyyətini  əks etdirir. Yaradıcı 

sənətkar  şəxsiyyəti isə özünün fərdi, nadir cəhətləri ilə 

fərqlənir. Belə şəxsiyyətlərin varlığı, yaranması xalqın mənəvi 

yetkinliyi,  özünüdərketmə  səviyyəsinin inkişafı ilə  şərtlənir. 

Yaradıcı  - sənətkar şəxsiyyəti bəşəri kamillik kəsb edir. Təkcə 

mənsub olduğu xalqın deyil, həm də  bəşəriyyətin arzu və 

istəyini, insanlıq haqqında düşüncələrini öz varlığında, sənət 

dünyasında aşkarlayır və yenidən insanların xidmətinə verir.  

Mirzə İbrahimovun şəxsiyyətində göstərilən cəhətlər tam 

mənası ilə  əks olunur, özünü təsdiqləyir. “Filosoflar göbələk 

kimi yerdən çıxmırlar. Onlar öz dövrünün, öz xalqının 

məhsuludur. Xalqın  ən incə,  ən qiymətli və gözə görünməyən 

şirəsi fəlsəfi ideyalarda təmərküzləşir” (20, 105). Həqiqi 

sənətkar xalqın mənəviyyatını öyrənmək üçün ilk növbədə 

şifahi xalq yaradıcılığı kimi tükənməz qaynağa müraciət edir. 

Xalqın düşüncə  tərzini, təfəkkür gücünü əks etdirən miflər, 

əfsanə və rəvayətlər, nağıllar, dastanlar, atalar sözləri və zərb-

məsəllər həqiqi sənətkar üçün ilham mənbəyinə çevrilir. Odur 

ki, sənətkarın bədii irsini öyrənmək üçün, onun şəxsiyyətindən 

başlamaq səmərəli yoldur. Çünki sənətkarın yaratdığı əsərlərdə, 

obrazlarda onun şəxsiyyəti yaşadığı kimi, şəxsiyyətin də doğma 

xalqına, insanlığa, həyata münasibəti özünü biruzə verir. 

Xüsusilə xalqın tarixi keçmişinə, dünəninə münasibət sənətkar 

şəxsiyyətinin başlıca mahiyyətini təşkil edir. Xalqın dünəni, 

keçmişi isə salnamələrdə deyil, daha çox onun folklorunda mə-

nəvi düşüncə aləmində yaşayır. Odur ki, folklordan bəhrələn-

mək istəyi sənətkar şəxsiyyətinin mahiyyətinə daxil olan məsə-

lə kimi ortaya çıxır. 

Xalq  şairi Səməd Vurğun demişdir: “Müasir ədəbiyyat, 

xalq idrakından, xalq mənəviyyatından danışdığı zaman, onun 

mənəvi keçmişinə böyük hörmət və məhəbbətlə yanaşmalı, ta-

riximizin həyat və mübarizə  səhifələrini ilham və ürəklə qar-

şılamalıdır” (21,69). 



Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 7 


Tarixi keçmişə yaradıcı münasibət isə  bədii  ədəbiyyatda 

konkret olaraq aşağıdakı sahələri  əhatə edir: Birincisi, klassik  

ədəbiyyata, klassik irsə münasibət; İkincisi, xalq yaradıcılığına, 

folklora münasibət. Bu məsələlərə münasibət sənətkar 

şəxsiyyətinin bütövlüyünə, varlığına güclü təsir göstərir. Səməd 

Vurğun yazırdı: “Yazıçı dühası mənsub olduğu xalqın mənəvi 

aləmi ilə  məşğul olduğu vaxt bu aləmi çərçivəyə alınmış 

məhdud bir məkan və zaman mənasında düşünə bilməz xalq 

tarixinə küll şəklində yanaşmalıdır! Xalq əfsanələri, nağılları 

sahəsində belə, biz əsrimizin qabaqcıl ruhu ilə  səslənə bilən 

əsərlər yaratmalıyıq” (21,70). 

Xalqın tarixi keçmişinə, folklor münasibətlərinə  məhəb-

bətlə yanaşmaq Mirzə İbrahimovun sənətkar şəxsiyyətinin dərk 

edilməsi baxımından diqqəti cəlb edir. Onun elmi-nəzəri, 

publisist yaradıcılığında həm klassik irsə münasibətdə, həm də 

xalq idrakının məhsulu olan folklora münasibətdə  həssaslıq, 

aydın ictimai-siyasi mövqe özünü göstərir. Kökləri klassik 

ədəbiyyatımızın dərinliklərindən qidalanan Mirzə  sənətinin 

hərarəti, qəlbə yatımlığı, dilinin sünilikdən uzaq olması, onun 

mənəvi dünyasının zənginliyi və xalqa bağlı olmağı ilə 

əlaqədardır. Məhz bu cəhət Mirzə İbrahimovun yaradıcılığının 

(istər elmi-nəzəri, publisistik, istərsə  də  bədii yaradıcılığını) 

ədəbiyyatımızın, nəsrimizin, mənəvi düşüncə zirvəmizin 

inkişafında mühüm bir mərhələ  təşkil etməsinə  zəmin 

yaratmışdır. Onun yaradıcılıq uğurları xalqımızın keçdiyi həyat 

yolu ilə sıx bağlıdır. Yazıçı özünün sənətkarlığı, təfəkkür gücü 

ilə Azərbaycan ədəbiyyatında yüksək mövqe qazanmışdır. 

“Şair nə  qədər yüksək olursa irsində doğulduğu cəmiy-

yətə bir o qədər çox məxsus olur, onun istedadının inkişafı, 

istiqaməti və  hətta xarakteri cəmiyyətin tarixi inkişafı ilə bir 

qədər daha sıx bağlanır”

 

(22, 222). V.Q.Belinskinin bu fikri 



M.İbrahimov sənətinin mahiyyətini aydınlaşdırmaq baxımından 

çox faydalıdır. Sənətkarın həyatı,  şəxsiyyəti,  ədəbi-ictimai 



Fazil Əliyev 

 

 

8



fəaliyyəti doğma xalqının mənəvi inkişafı ilə  qırılmaz tellərlə 

bağlanmışdır.  

M.İbrahimovun şəxsiyətini, onun elmi-nəzəri və bədii irsi 

ilə bağlı öyrənmək olduqca vacib məsələdir. Çünki şəxsiyyət 

Mirzə 

İbrahimov, yazıçı 



ədəbiyyatşünas-alim Mirzə 

İbrahimovla eyni qütbdə birləşirlər. Həmin qütbdə onun 

şəxsiyyətindəki fərdilik, özünəməxsusluq aşkarlanır. 

Görkəmli yazıçı Mir Cəlal yazır ki, “Mirzə İbrahimovun 

qələmi həmişə cilalı, parlaq kəsərli, heç vaxt qınına salınmayan 

silahdır. Kənd olsun, şəhər olsun, müharibə sülh olsun, ailə ya 

ictimayyət olsun, kütləvi səhnə ya qəlb olsun, həyatımızın elə 

bir sahəsi yoxdur ki, oraya Mirzənin qələmi nüfuz etməsin, 

ədibin səsi, sözü eşidilməsin. O, təbiətən fəal, özünə  tələbkar 

şəxsiyyətdir”. 

“Müasir  ədəbi fikir təsdiq edir ki, hər hansı yaradıcılıq 

məhsulunun yazıçı şəxsiyyəti ilə, onun xarakteri, psixologiyası 

ilə və estetik aləmi ilə birlikdə öyrənmək lazımdır” (23, 92). 

Ədibin elmi-nəzəri görüşləri, o cümlədən folklorla bağlı 

mülahizələri və nəzəri müddəaları, bir qələm sahibi kimi xalqın 

mənəvi dünyasının dərinliklərinə    bələdliyi, onun şəxsiyyətcə 

kamilləşməsində müsbət rol oynamışdır. Ona görə  də Mirzə 

İbrahimov irsinin daxili dünyasına yol tapmaq, sənətkarlıq, 

kamillik səviyyəsini öyrənmək üçün aşağıdakı məsələləri daha 

dərindən tədqiq etməyə ehtiyac duyulur.  Əsasən, 

1. Mirzə İbrahimov elmi-nəzəri, ədəbi tənqidi görüşlərin-

də xalqa bağlı olan, onun təfəkkür gücündən bəhrələnən nəzə-

riyyəçi-alim kimi. 

2. Nəsr və dram əsərlərində, publisistik məqalələrində  

folklordan – xalq hikmətindən istifadədə  sənətkarın fərdi xü-

susiyyətləri. 

3. Ədib ictimai-siyasi görüşlərində ana dili uğrunda mü-

barizədə dəyanət və ləyaqəti ilə milli oyanışa xidmət edən qüd-

rətli sənətkardır. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə