Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   2   3   4   5   6   7   8   9   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 9 


Mirzə İbrahimovun dil haqqında, Azərbaycan dilinin inki-

şaf yolları  haqqında fikirləri ən dolğun şəkildə onun “Dilimizin 

inkişaf yolları haqqında” (1943) məqaləsində öz əksini 

tapmışdır. Dili insan ağlının qüdrətli silahı, insan  həyatının 

böyük neməti və tükənməz mədəniyyət xəzinəsi hesab edən 

yazıçı dili  canlı bir orqanizmə  bənzədir: “Dil tam mənasıyla 

canlı bir orqanizmdir. O da insan  kimi doğur, törəyir, inkişaf 

edir”.  İki hissədən ibarət olan məqalənin birinci hissəsində 

Azərbaycan  ədəbi dilinin 1920-ci ilədək inkişaf mərhələləri, 

ikinci hissəsində isə sovet dövründə  ədəbi dilimizin  inkişaf 

məsələləri nəzərdən keçirilir. M.İbrahimova görə, Azərbaycan 

xalqı öz varlığını və dilini saxlamaq üçün ağır  mübarizə yolu 

keçmiş xalqlardandır.  Ədib torpağımız və xalqımız kimi ana  

dilimizin də  təcavüzə  məruz qaldığını xüsusi olaraq nəzərə 

çarpdırır: “Əsrlər boyunca dilimiz də torpağımız və xalqımız 

kimi min bir təcavüzə rast gəlmiş, lakin  aldığı yaralardan həlak 

olmamışdır”. Azərbaycan dilini qədim tarixi olan dillərdən 

hesab edən Mirzə  İbrahimov doğru olaraq qeyd edir ki, 

“hazırda keçmiş Azərbaycan dilini öyrənmək üçün əldə olan ən 

qədim və  ən böyük vəsiqə “Dədə  Qorqud” dastanlarıdır”. 

Müəllifin fikrinə görə, "Dədə Qorqud" lüğət və sintaksis 

cəhətindən, XI-XIII əsrlərdəki Azərbaycan dilinin bütün 

xüsusiyyətlərini özündə əks etdirir (118). 

Mirzə İbrahimov 1944-cü ildə yazdığı “Dilimizin inkişaf 

yolları haqqında”, yenə 1944-cü ildə maarif naziri işləyərkən 

yazdığı “Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək” kimi 

məqalələrində ana dilinə dair düşüncələrini ardıcıl şəkildə ifadə 

etmişdir.  

Yazıçının “Dil və  ədəbiyyat dərslərini nümunəvi təşkil 

edək” (1944) məqaləsində Azərbaycan dilinin cəmiyyətdəki 

rolu haqqında qiymətli fikirlər var. Ədib Azərbaycan dilini 

xalqın tükənməz xəzinəsi, dövləti, varı kimi səciyyələndirir. O, 

sovet dövründə ana dilimizin inkişafında  əldə edilən 

nailiyyətlərdən danışarkən ədəbi dillə xalq dilinin bir-birinə çox 



Fazil Əliyev 

 

 10


yaxınlaşdığını, bir-birinə üzvi surətdə bağlandığını  və ikisinin 

bir yerdə artıq kütləviləşdiyini göstərir. Ana dilinin qayğısını 

çəkən bir sənətkar kimi o hesab edir ki, bütün xalq ədəbi dili 

yaxşı bilməlidir, xüsusilə alimlər, ali məktəb müəllimləri, 

böyük və kiçik idarə başçıları  və başqa işçilər təmiz, saf 

Azərbaycan dilini bilməyə  məcburdurlar. Mirzə  İbrahimova 

görə, bu onların təkcə  vətəndaşlıq borcu deyil, həm də 

tutduqları mövqeyin tələbindən doğan dövləti borclarıdır və bu 

məsələdə nöqsanlarımız daha çoxdur. Yazıçı dil və  ədəbiyyat 

məsələsini dövlət məsələsi, xalqın mənəviyyat məsələsi kimi 

şərh edir: “Dil və  ədəbiyyat məsələsi xırda, yaxud xüsusi bir 

məsələ  deyil; o böyük və ümumi bir dövlət məsələsidir, o, 

xalqın mənəviyyatı, varlığı məsələsidir” (118). 

M.İbrahimovun ana dili haqqındakı fikirlərinin müəyyən 

hissəsi onun “Azərbaycan dili” məqaləsində (1945) əks 

olunmuşdur.  Ədib ana dilinin mahiyyətini hamının başa 

düşəcəyi sadə bir şəkildə izah edir: “Hər bir xalqın öz vətəni, 

adəti, rüsumu və əqidəsi olduğu kimi, öz dili də vardır. Bu dilə 

ana dili, doğma dil, vətən dili deyilir… Ana dili o dildir ki, onu 

bütün xalq bilir, bütün xalq o dildə danışır”.  Dili xalqın mənəvi 

cəhətdən birləşməsində qüdrətli bir vasitə hesab edən yazıçı  

eyni zamanda onu xalqın milli varlığını bildirən və qoruyan 

mühüm bir amil kimi qiymətləndirir. M.İbrahimov dilə xalqın 

tarixində baş verən dəyişikliklərlə bağlı olan canlı bir tarix kimi 

yanaşır. O, Azərbaycan dilinin tarixi haqqında qətiyyətlə yazır: 

“Yəni Azərbaycan dilinin tarixi də böyük Azərbaycan xalqının 

və müqəddəs Azərbaycan torpağının tarixi qədər qədimdir” 

(118). 


1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin sədri olduğu 

dövrdə “Kommunist” qəzetində dərc etdirdiyi “Azərbaycan dili 

dövlət idarələrində” adlı  məqaləsində isə çox ciddi və  cəsarət 

tələb edən məsələlərdən bəhs olunmuşdur. O dövrdə M.İbrahi-

movun Azərbaycan dilinin işlənməsinə dair irəli sürdüyü 

fikirlər onun ruslaşdırma siyasətinə qarşı cihadına çevrilmişdir. 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 11 


1956-cı ildə SSR Ali Soveti Rəyasət heyətinin sədri Voroşilo-

vun razılığını alan M.İbrahimovun imzası ilə Azərbaycan SSR 

Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in Dövlət 

dilidir” bəndinin əlavə edilməsi ilə sanki başlanmış cihad başa 

çatdı.   

M.İbrahimovun Azərbaycan dili haqqında fikirlərinin 

mühüm hissəsi onun 1957-ci  ildə Azərbaycan SSR Elmlər 

Akademiyası  nəşriyyatında R.Rüstəmovun redaktəsi ilə çap 

olunmuş “Azərbaycan dili” kitabında toplanmış  məqalələrində 

verilmişdir.  Kitaba yazıçının müxtəlif illərdə yazdığı 

“Dilimizin inkişaf yolları haqqında”, “Dil  və ədəbiyyat dərslə-

rini nümunəvi təşkil edək”, “Azərbaycan dili”, “Azərbaycan 

dili  dövlət idarələrində” məqalələri daxil edilmişdir. “Azərbay-

can dili” kitabına görə, xüsusilə buradakı “Azərbaycan dili 

dövlət idarələrində” məqaləsinə görə    M.İbrahimov ciddi tən-

qidlərə məruz qalsa da, bütünlükdə bu kitab çap olunduğu dövr-

də xalq arasında ona böyük şöhrət gətirmişdi. Ana dilini bütün 

varlığı ilə sevən, dil məsələlərinə  həsr olunmuş  məqalələrində 

onun inkişaf yollarını  və müasir vəziyyətini dönə-dönə  təhlil 

edən M.İbrahimov Azərbaycan dilini Azərbaycan xalqının 

mənəvi dövləti və milli iftixarı kimi qiymətləndirmiş, bu dilin 

qədim tarixli, yüksək dərəcədə inkişaf etmiş, dünyanın mədəni 

və müasir dillərindən biri olduğunu qeyd etmişdir (118). 

Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dili ilə 

bağlı  bəndin  əlavə edilməsi Kremlin qəzəbinə  səbəb  oldu və 

1959-cu il iyunun 16-da Azərbaycan KP MK-nin plenumu 

Mirzə  İbrahimovun “səhvləri”nə  həsr edildi. Azərbaycan KP 

MK-nın növbədənkənar plenumda tələb olunur ki, Mirzə İbra-

himov mətbuatda çıxış edərək səhvlərini boynuna alsın, üzr 

istəsin. Böyük yazıçı isə  ona olan haqsızlığı belə  cavablan-

dırır: “Dil olmasa xalq ölüb gedər, yaşaya bilməz. Ağlı başında 

olan kəs doğma dilini qorumalıdır” (121). 

Azərbaycan xalqının milli ruhunu oyadan, milyonların 

alqışını qazanan M.İbrahimova qarşı bir qrup “rayon və 



Fazil Əliyev 

 

 12


respublika rəhbərlərinin” ittihamnamə-çıxışları Aleksandr 

Qriçin sonralar çap etdirdiyi stenoqramda öz əksini tapmışdır. 

Stenoqramda aydın olur ki, M.İbrahimov ideoloji basqınlara 

sinə  gərən millətimizin düşüncə  və  təfəkkür səviyyəsinin 

inkişafında mühüm rol oynayan böyük şəxsiyyətdir. O, cənublu 

-  şimallı Azərbaycanın mənəvi vəhdətini,  ədəbiləşdirən dahi 

sənətkardır. Yazıçının “Gələcək gün” romanı xalqımızın birlik, 

azadlıq idealına  ədəbi, sönməz inamı yaşadan manifest kimi 

meydana gəlmişdir. Bu əsərdə dövrün imkanlarından istifadə 

etməyi bacaran, xalqın mənəvi yenilməzliyindən ilham alan 

sənətkarlarla, XX əsrin siyasi mütəfəkkir  şəxsiyyəti bir-birini 

tamamlayır. M.İbrahimov  şəxsiyyətinin tətbiqindən aydın olur 

ki, o özünün fikir dünyasında, ömür kitabının səhifələrində şifa-

hi xalq ədəbiyyatına,  onun araşdırılmasına, təbliğinə, öyrənil-

məsinə  ən ülvi, ən uca yer ayırmışdır. Folklorumuzun elmi-

nəzəri səhətdən inkişafına xidmət göstərmiş, onun dərin 

qatlarına enmək üçün ədəbi-tənqidi qüvvələrin yolunu işıqlan-

dırmışdır. 

“M.İbrahimovun istər elmi və publisist, istərsə  də  bədii 

yaradıcılığında irəli sürülən nəzəri mülahizələr, fəlsəfi müd-

dəalar, onun ədəbiyyatşünaslıq və dilçilik görüşləri Azərbaycan 

elminin 1930-cu illərdən başlanan vəziyyətini öyrənmək baxı-

mından, eləcə də müasir nöqteyi-nəzərdən mühüm əhəmiyyətə 

malikdir. Onun əsərləri insanın əqli həyat fəaliyyətinin bir sıra 

sahələrinə dair nəzəri mülahizələrlə doludur” (24, 13). 

M.İbrahimov və xalq anlayışının daxili məzmunundakı 

tutumun təbiiliyindən danışarkən onun çoxcəhətli ictimai 

fəaliyyətinin 1942-1946-ci illər dövrünü unutmaq olmaz. Hə-

min illərdə o, Azərbaycan SSR xalq maarif komissarı  işlə-

mişdir. Xalq maarifinin müharibə dövründəki çətinliklərini gör-

müş, maarifin təşkili və inkişafı ilə bağlı  məsələlərin həllində 

xalqla daha yaxından bağlı olmuşdur. Yazıçının  şəxsiyyətində 

qərar tutan əsl xalq müəlliminə məxsus keyfiyyətlər bunu aydın 

göstərir. Mirzə  İbrahimov təlim və  tərbiyəyə dair məqalə  və 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə