Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə4/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   2   3   4   5   6   7   8   9   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 13 


çıxışlarında da xalqın milli-mənəvi dəyərlərindən əxlaqi görüş-

lərinin zəngin çalarlarından istifadə etməyə önəm vermişdir. 

Onun şəxsiyyəti, xalqın təfəkkür gücünün, təmkin və səbrinin, 

inam və mənliyinin axarında yetişmişdir. 

Mirzə İbrahimov daha sonra Azərbaycan Yazıçılar İttifaqı 

İdarə heyətinin sədri (1946-1954), birinci katibi (1957-1965), 

SSRİ Yazıçılar  İttifaqı  İdarə heyətinin katibi (1957-1965), 

Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini 

(1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət 

Heyətinin sədri (1954-1958) vəzifələrində işləmişdir. Ömrünün 

axırınadək isə Azərbaycan Elmlər Akademiyası Nizami adına 

Ədəbiyyat  İnstitutunun Cənubi Azərbaycan  Ədəbiyyat  şöbəsi-

nin müdiri, çoxcildlik “Azərbaycan  ədəbiyyatı tarixi”nin 

redaksiya heyətinin üzvü olmuşdur. Ədibin ictimai-siyasi, elmi 

fəaliyyəti ilə ədəbi yaradıcılığı bir-birini tamamlamışdır. 

Xəlqilik – həyata xalqın düşüncə zirvəsinin təmiz, aydın 

simasından baxmaq yazıçının şəxsiyyətində olduğu kimi, elmi-

nəzəri görüşlərində, bədii yaradıcılığında da həlledici meyar ol-

muşdur. Qısası, sənətkar  şəxsiyyəti, sənətkar üslubunun 

tamamlamasında həlledici mövqedə dayanmışdır. Həqiqətdir 

ki, bədii söz ustası  sənət  əsərində  əslində özünü təsdiq edir.  

yaratdığı obrazlar yazıçı  şəxsiyyətinin dayandığı zirvəyə 

mənəvi cəhətdən yüksələ bilirlər. 

Mirzə  İbrahimov kimi şəxsiyyətlər isə  həyatda, xalqın 

mənən oyanmasında mühüm mərhələ  təşkil edən dahi şəxsiy-

yətlərdəndir. Birincisi, onlar xalqın dərin qatlarından süzülüb 

gələn milli mənliyini, humanist görüşlərini, xalq ruhunu daha 

böyük ustalıqla duya bilir və üzə  çıxarırlar.  İkincisi isə, öz 

şəxsiyyətləri ilə “xalqın şəxsiyyəti”nin inkişafına təkan verirlər. 

Akademik Mirzə  İbrahimovu XX əsrin sovet dövrü 

onilliklərinin yetirdiyi şəxsiyyət kimi öyrənmək, tədqiq etmək 

və onun xalqın milli varlığında yeni mərhələ  təşkil edən 

şəxsiyyət olmasından irəli gəlmişdir. 

Fazil Əliyev 

 

 14


M.İbrahimov  şəxsiyyətində insanın ehtiras, həmrəylik 

duyğusu, xalqımızın keçmiş olduğu yetmiş illik yolun ağrı  və 

çətinlikləri, Cənubi Azərbaycan türklərinə  bəslənən doğmalıq, 

vüsal gününün  həsrəti, sənətkar kamilliyi yaşayır. M.İbrahimo-

vun ictimai-siyasi, elmi-nəzəri görüşlərində, bədii  əsərlərində 

xalqın istək və arzularını tam şəkildə ifadə etmək səyi güclüdür 

və olduqca təbii görünür. Bu təbiilik və xalqı duymağın sirri 

sənətkarların, folklora münasibətindən doğmuşdur. “Xüsusən 

xalq-folklor ruhu və  ənənəsi M.İbrahimovun yazıçı üslubunda 

əsasən və aparıcı rol oynayır” (19, 148).  

M.İbrahimovun şifahi xalq ədəbiyyatına dair elmi-nəzəri 

görüşlərini tədqiq edərkən üç cəhəti nəzərə almaq lazım 

gəlmişdir. Birincisi, klassik irsimizə, müasir ədəbi gedişata, 

ayrı-ayrı  sənətkarlara həsr olunmuş  əsərlərə dair ədəbi-tənqidi 

görüşləri; İkincisi, yazıçının şifahi xalq ədəbiyyatının müxtəlif 

məsələlərinə aid əsərlərində elmi-nəzəri fikirləri; Üçüncüsü,  

M.İbrahimovun aşıq poeziyasının, tədqiqi və folklorşünaslığın 

bir elm kimi formalaşmasındakı xidmətləri. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 15 


 

 

XALQ YARADICILIĞINA DAİR  

MİRZƏ İBRAHİMOVUN 

ELMİ-NƏZƏRİ VƏ ƏDƏBİ-TƏNQİDİ GÖRÜŞLƏRİ 

 

“Əsl sənət əsərləri insanın ruhunu qaldırır, 



ürəyini sevinclə, yüksək duyğular və ehtiraslarla 

doldurur, yəni insanı mənən, fikrən ucaldır, 

mübarizə qabiliyyətini, həyat eşqini artırır”  

Mirzə İbrahimov 

 

Mirzə İbrahimovun elmi-nəzəri və ədəbi tənqidi görüşləri 



əsasən 1937-1938-ci illərdə yazdığı “Böyük demokrat” 

əsərindən başlanır. Monoqrafiq səciyyəli ciddi tədqiqat 

əsərində sənətkara məxsus olan alim-nəzəriyyəçi düşüncə tərzi 

ortaya çıxır. Cəlil Məmmədquluzadə irsinin öyrənilməsində ilk 

başlıca mənbə hesab edilən  bu əsərdə Mirzə Cəlilin milli şüur 

tariximizdə yeri dəqiq şəkildə ifadə olunmuşdur.  

Alim-tədqiqatçı M.Cəlil irsinin köklərini araşdırarkən 

M.P.Vaqif yaradıcılığının üzərində dayanaraq yazır: “Vaqif, 

yazılı ədəbiyyatdan daha dərin tarixə malik olan və geniş xalq 

kütləsinin həyatını arzu və istəklərini ifadə edən canlı, zəngin 

Azərbaycan folklorunu yaradıcılığının əsasına qoyur” (25, 14). 

M.İbrahimov Vaqif realizminin köklərinin folklordan 

qidalandığını söyləməklə, yazılı  ədəbiyyata folklora təsirini 

təsdiq edir. O, əsərdə C.Məmmədquluzadənin tənqidi 

realizminin xəlqiliklə bağlı  cəhətlərini  əsas tutaraq yazır: 

“Bizcə  sənətdə  xəlqilik, həyatı xalq  kimi idrak etmək, xalqın 

bədii  zövqünə ictimai və estetik tələblərilə həyata yaxınlaşmaq 

və  əks etdirməkdən ibarətdir”. Yazıçı-alim Mirzə  Cəlil 

xəlqiliyinin köklərini  şifahi xalq ədəbiyyatında axtarır: “Xalq 

həyatı, xalq şüuru, nəcib xalq ədalətləri, xalq təsəvvürləri, yas 



Fazil Əliyev 

 

 16


və qüssələrlə, toy və oyunlarla onun xəyalına ürəyinə daxil 

olmuşdur” (25, 183). 

1945-ci ildə yazdığı “Azərbaycan ədəbiyyatı xalqın tərəq-

qisi yolunda” məqaləsində Nizamidən üzü bəri ədəbiyyatımızın 

inkişafına nəzər yetirir. Ədəbiyyatın  əhəmiyyətindən danışar-

kən yunan folklorunun və mifologiyasının  şah  əsəri olan “İl-

liada”dan, Homerdən bəhs edilir. Mürtəcelərin xalqın savadlan-

masını istəmədiklərini, onu cəhalətdə saxlamaq istəklərini 

əsaslandırır. “Cahil adam kordur” atalar sözünü öz məqamında 

irəli sürdüyü mülahizələrlə bağlı şəkildə işlədilir. 

“Mütəfəkkir tənqidçi”  əsərində B.Q.Belinskinin ədəbiy-

yatşünaslığa xidmətlərinin  köklərini onun qəlbində  xəlqilik 

hissinin  güclü olması ilə bağlı şəkildə şərh edir: “Belinski rus 

ədəbiyyatı  və rus nağıllarında da xalqın ölməz qəhrəmanlığını 

görürdü. Bu nağıllarda rus təbiətinin genişliyini, rus xalqının 

əzəmətli və qüdrətli mənəvi aləminin tərənnümünü tapırdı” (2, 

249) deyirdi. 

Ədib  əsrinə  ən böyük xiridarı hesab etdiyi xalqa 

 

B.Q.Belinskinin dərin məhəbbəti və inamı M.İbrahimovun 



sənətə baxışı ilə bir səsləndiyi üçün onun qəlbində sevinc hissi 

doğurur: “Belinski rus ədəbiyyatı və rus nağıllarında da xalqın 

ölməz qəhrəmanlığını görürdü. Bu nağıllarda rus təbiətinin 

genişliyini, rus xalqının  əzəmətli və qüdrətli mənəvi aləminin 

tərənnümünü tapırdı” (25, 249). M.İbrahimov xalqın qəlbində 

isinmiş, həqiqi qiymətini almış folklor materiallarına məhz 

V.Q.Belinski kimi “Xalq əsərə qiymət verməkdə heç bir zaman 

səhv etmir” (25, 253)  fikri ilə  səsləşən müddəanı  əsas 

tuturdu.“Əsər və  sənətkar haqqında tənqidçi səhv edə bilər

ancaq xalqın əsərə və sənətkara verdiyi qiymət ədəbi olaraq öz 

qiymətini itirmir”. 

M.İbrahimov 1947-ci ildə yazdığı “Leyli və  Məcnun” 

əsərinə dair məqaləsində bildirir: “Nizami  “Leyli və Məcnun”u 

yazarkən nəinki bu barədə  ərəb mənbələrindən istifadə etmiş, 

həm də Azərbaycan xalqı arasında yayılmış  lətifə, hekayə  və 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə