Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   2   3   4   5   6   7   8   9   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 17 


əfsanələri də dərindən öyrənmişdir. Şair arif adamların və qoca 

kişilərin nağıllardan istifadə etdiyinə dastanında dəfələrlə işarə 

vurur (25, 230). Bəzi tədqiqatçılar Leyli və Məcnunun  həyatda 

yaşadıqlarını, bəziləri isə dastanın öz eşqini gizlədən bir nəfər 

tərəfindən yazıldığını söyləyirlər. O, cümlədən U.İ.Krakovski 

dərin araşdırmalar yolu ilə gedərək  “Məcnun tarixi şəxsiyyət 

olmuş, VII əsrin axırlarında yaşamışdır” (6, 108) fikrini irəli 

sürür. M.İbrahimov hər iki mülahizəni qəbul etmir. O, əsərin 

ərəb xalqının geniş  xəyalının məhsulu olduğunu söyləyir: 

“Leyli və Məcnun” şübhəsiz ki, ürək yandırıcı təmiz və yüksək 

bir məhəbbət haqqında xalqın, xalq  şüurunun yaratdığı  və 

əsrlər boyu müəyyən  şəklə saldığı bir əfsanədir” (25, 234). 

M.İbrahimova görə “Leyli və Məcnun” dastanı ərəblərlə yanaşı, 

digər  Şərq xalqları arasında da geniş yayıldığı üçün hər xalq 

onun əsas ruhunu saxlamış, həm də özünün əxlaqi görüşlərinə, 

yaşayış şəraitinə görə məzmunu dəyişdirmişdir. 

Yazılı ədəbiyyatla folklorun bir-birinə təsiri M.İbrahimo-

vun diqqətindən qaçmamışdır. O, Nizami Gəncəvinin xalq 

şüurunun məhsulu olan “Leyli və Məcnun” əfsanəsindən yarat-

dığı  əsərdən bəhrələndiyini yazaraq, “Dağınıq rəvayətlərdən 

kamil, yetkin və ölməz bir məhəbbət dastanı yaratmışdır” (25, 

234)-deyə, Nizami sənətinin qadir gücünü təqdir edir. 

Yazıçı – alimin ədəbi-tənqidi və elmi-nəzəri görüşlərində 

diqqət çəkən hallardan biri budur ki,  onun qələmindən çıxan 

həcmcə kiçik və yaxud böyük əsərlərində xalq müdrikliyi, 

“xalq obrazı” öndə dayanır. Müəllif öz fikirlərinin məntiqi 

tutumunda, məna dərinliyində xalq düşüncəsinin sərrastlığını  

axtarır və ona söykənir. 

1940-cı ildə yazdığı “Sosialist realizmi haqqında” 

əsərində M.İbrahimov bu cəhəti daha aydın  şəkildə ifadə 

etmişdir. Sosialist realizmindən bəhs edərkən bu qondarma 

metodun mahiyyətini özünəməxsus tərzdə  şərh edərək onu 

ictimai həqiqətlə müqayisə edir: “İctimai həqiqət özü mövcud 

varlıqla bağlıdır, onun övladıdır. Xalq deyir ki, “hər  şey 



Fazil Əliyev 

 

 18


zamana baxar, zaman hər  şeyə baxmaz”. Zamanın hökmü ən 

qəti hökmdür” (26,8). Öz fikirlərini xalq təfəkkürünün gücü isə 

sınaqdan çıxarmasını M.İbrahimovun elmi-nəzəri  görüşlərinin 

orijinallığını  təmin edən vasitələrdən biri saysaq zənnimizcə, 

səhv etmərik. Bu orijinal görüş Mirzə yaradıcılığına ilk qələm 

təcrübələrindən yoldaşlıq edir. Odur ki, alim-yazıçının 

otuzuncu illərdə yazdığı elmi-nəzəri  əsərlərlə,  əllinci illərdə 

yazdığı əsərlərin elmi səviyyəsi arasında fərq tapmaq çətindir. 

Həyatın qaynar kürəsində bişmiş Mirzə qələmi yazdığı gündən 

xalq müdrikliyindən qidalanmış, böyük-nəzəriyyəçi, alim 

təfəkkürü ilə cilalanmışdır. O, Mehdi Hüseynin “Nizami” 

dramı  və tarixi dram məsələsi (26,26-33) məqaləsində  vətən-

pərvərlik hisslərini ifadə etmək üçün bayatıdan necə istifadə 

olunduğunu misal göstəriri. Qəhrəman Əbdəkin döyüşçüsünün 

dilindən söylənən, 

   


 

 

 



Əzizim vətən yaxşı, 

   

 

 

 

Geyməyə kətan yaxşı, 

   

 

 

 

Gəzməyə qürbət ölkə, 

   

 

 

 

Ölməyə vətən yaxşı. 

 Bayatısının  dramın mətnindən doğduğunu, bütün xalqın 

ruhunu, vətənə məhəbbətini ifadə etdiyini bildirir. 

 M.İbrahimov folklor nümunələrindən bəhrələnmə 

məsələsinə daxili tələbdən doğan bir iş kimi baxır. O, “bayatı 

yaxşıdır”, vətənpərvərlik hissini artırır mülahizəsini  əsas  

götürmür. Başlıca olaraq məqamında işlənən  əsərdə qarşıya 

qoyulmuş  məqsəddən doğan bayatıda xalqın vətənə  məhəbbət 

hissinin  qat-qat güclü əks olunduğuna diqqəti cəlb edir. 

 1943-cü ildə yazdığı “Dilimizin inkişafı yolları” (26,34-

60) adlı  əsərində “Kitabi-Dədə Qorqud” dastanlarının dilinin 

sadə  və  mənalı olduğunu göstərir. Dastanda el məsələləri 

şəklini almış xalq deyim tərzinin gözəlliyi, təfəkkür və tərkibcə 

dilimizin bugünkü  vəziyyəti  ilə  sıx bağlı olduğu haqqında 

elmi-nəzəri  cəhətdən samballı  mülahizələr irəli sürür. “Dünya 

şirin-can  əziz”, “gözün kimi tutar, könlün kimi sevərsə”, 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 19 


“Qaçanı Qazan bəy qovmadı, aman deyəni öldürmədi”, “dəvəçə 

böyümüsən köşəkçə  ağlın yox, təpəçə böyümüşsən, darıça 

beynin yox” və s. kimi dil materiallarına  əsaslanaraq dastan-

ların dilini qüdrətli mənbə sayır. 

Maksim Qorkinin “Folklor xalq ədəbiyyatı  sənətkarlar 

üçün tükənməz öyrənmə mənbəyi olmalıdır” fikrini əsas tutaraq 

M.İbrahimov bədii dilin zənğinləşməsində xalq dilinin rolunu 

yüksək qiymətləndirir. O, XIX əsrdə rus dilinin izahlı lüğətini 

yaratmış  Vladimir Dalın  “Kamil ədəbi dil xalq dilindən 

yaranmalıdır”  şözlərinin qızıl xətlə yazılmağa layiq olduğunu  

söyləyir  və bu  fikirdən çıxış edərək yazır: “Onun özünün 

rəngləri, boyaları və ahəngi vardır. Bu münbit sahə qanqal  və 

tikan bitirməz. Orada  doğan, artan, böyüyən hər  şey təbii və 

gözəldir”. 

Dilin təbii və axıcı olmasında folklorun rolunu üzə 

çıxarmaq M.İbrahimovun alim-nəzəriyyəçi təfəkkürünün 

düzgün yolda olduğunu göstərir. 

V.Q.Belinski yazmışdır: “Hər xalqın sirri onun paltarında 

və xörəklərində deyil, necə deyərlər,  şeyləri necə anlamaq 

tərzindədir” (22, 138). 

Xalqın anlamaq tərzi xalq ruhunu ifadə edən folklorda 

hifz olunur və miras kimi nəsildən- nəslə ötürülür.  Çünki 

bir 

nəfərin  yaratdığı  sənət  əsəri nə  qədər xəlqi olsa da həmin 



əsərdə  həyata, sənətkarın fərdi baxış  tərzi üstünlük təşkil edir. 

Şifahi xalq ədəbiyyatı nümunələrində isə bütöv xalqın anlayış 

tərzi, arzu və istəyi yaşayır. Min illər boyu aparılan seçmələr, 

kamilləşmələr orada yaşarılıq qazanır. Ona ğörə  də xalq 

təfəkkürünün işığı folklorda daha tam şəkildə diqqəti cəlb edir. 

Məsələnin bu çəhəti M.İbrahimovun düşünçə obyektin-

dən kənarda qalmamışdır.1945- ci illərdə yazdığı “Sənətin 

qüdrətı” adlı əsərində (26, 99-105) Ü.Haçıbəyovu xalq ruhunu 

yaşadan  böyük sənətkar kimi qiymətləndirir.  

O, 1938-ci  ildə Moskvada “Böyük  teatrda  “Koroğlu” 

operası  tamaşaya qoyularkən məşhur drijor Samosudun dediyi 

Fazil Əliyev 

 

 20


sözləri misal gətirir: “Bir dinləyiniz!...Bizim musiqi dilində 

xalq ruhunun qüdrəti,  xalq mənəviyyatının  əzəməti buna 

deyilir!...” M.İbrahimov dahi bəstəkarın yaratdığı “Koroğlu” 

operasında xalqın mənəvi qüdrətindən sənətkarlıqla 

bəhrələndiyini aydınlaşdırır. Üzeyir Hacıbəyovun musiqi 

aləmində tutduğu mövqeyi onun folklorla bağlı olmasında 

görür. Başqalarını da xalqın mənəvi sərvətindən öyrənməyə bu 

yolda tər tökməyə çağırır. “Xalq bir dəryadır onun mənəvi 

sərvəti tükənməzdir... Dahi sənətkarlar xalqdan öyrəndiyi xalqa 

arxalandığı üçün sənətin zirvəsinə  çıxa bilmişlər. Boş 

uydurmalar və fantaziyalar əsasında yaranan bir əsər camaatın, 

xalqın zövqünü oxşamaz, onun xoşuna gəlməz. Yaxşı bir şey 

yaratmaq istəyənlər yaratmağı xalqdan öyrənməlidirlər” (26, 

108). 


“Bir birinə bağlı iki keyfiyyət” (26, 225-234) məqaləsin-

də M.İbrahimov xalq musiqisini, muğamı primitiv adlan-dıran-

ları  tənqid atəşinə tutur. Xəlqilik iyi gələn  şeyləri “primitiv” 

deyə damğalayanların nadanlığına etirazını bildirirdi.  

Sənətdə yenilik yaratmaq tarixi keçmişə  əsaslanmadan 

mümkün deyildir, fikrini əsaslandırır. Musiqiçiləri, bəstəkarları 

milli musiqi irsimizi  öyrənməyə çağırır. Bu əl vurulmamış xə-

zinəni məşhur bəstəkar D.Şostakoviçin yüksək qiymətləndir-

diyini göstərir. Şostakoviç “Drujba narodov” jurnalının 1957-ci 

il 11-ci nömrəsində çap etdirdiyi məqalədə yazır: “Öz təd-

qiqlərinin birində Üzeyir Hacıbəyov Azərbaycan xalq 

musiqisində 84 müxtəlif laddan istifadə olunduğunu qeyd edir. 

84! Azərbaycan folkloruna  məxsus gözəllik xüsusiyyətinin 

kökü buradadır”. 

Musiqi mədəniyyətimizin köklərini folklora bağlayan və 

bunu elmi şəkildə  əsaslandıran  İbrahimov  bir tədqiqatçı 

nəzəriyyəçi kimi belə  qənaətə  gəlir ki, milli xüsusiyyətlər 

həqiqi sənət  əsərlərinin sevilməsini inkar etmir. Ana laylası 

kimi eşitdiyimiz muğamat, xalq havaları Bethovenin, 

Çaykovskinin ölməz  əsərlərindən həzz almamıza mane olmur. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə