Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   2   3   4   5   6   7   8   9   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 21 


Əksinə, onların gözəl musiqi aləmini dərk etməkdə bizə kömək 

edir. Bəşərilik duyğusu ilə yaranan sənət əsərləri başqa xalqlar 

tərəfindən daha yaxşı dərk olunur və başa düşülür.  

Xalq  şairi S.Vurğunun “Komsomol poeması”nın bütöv 

halda çap olunması münasibəti ilə yazdığı  “Ənənəyə  həssas 

münasibət” adlı  məqaləsində poemanın xalq yaradıcılığında  

istifadə baxımından orijinal nəzəri mənbə olaraq yüksək 

qiymətləndirmişdir.  Əsərdə  ənənədən istifadə üsulları çox 

anlaşıqlı    şəkildə  şərh olunur. M.İbrahimova görə  ənənənin 

varlığı, xalq ədəbiyyatının zənginliyi öz-özünə irəliyə hərəkəti, 

yaradıcılıq uğurları doğurmur. Burada başlıca cəhət keçmişə, 

ənənəyə, folklora canlı münasibət bəsləyən, onu dərk edən, 

qiymətləndirən, xalqın, zamanın tələbinə müvafiq şəkildə 

istifadə etməyi bacaran sənətkarın olmasıdır. S.Vurğunu 

oxucuya belə bir sənətkar kimi tanıdır. M.İbrahimov S.Vurğun 

yaradıcılığına  əsaslanaraq nəticəyə  gəlir ki, ancaq böyük və  

novator sənətkarlar  şifahi xalq ədəbiyyatından yaradıcılıqla 

istifadə etmək qüdrətinə malikdirlər. Gəray bəy surətində das-

tan süjetlərindən yararlanır. Xüsusilə  Gəray bəyin suda boğul-

ması “klassik Azərbaycan dastanlarındakı vüsəti xatırladır”. 

“Bu səhnə”  əsərin humanist gücünü artırır. M.İbrahimovun 

folklora dair ədəbi-tənqidi və elmi-nəzəri görüşləri 

çoxşaxəlidir. Ədəbiyyat və incəsənətin müxtəlif sahələrinə həsr 

etdiyi məqalələrində folklorun yerini, mövqeyini aydın və 

sərrast bir məntiqlə oxucunun diqqətinə çatdırır. 

Seçdiyi  ədəbi materiala keçmiş, bu gün və sabah 

ölçüsündə qiymət vermək M.İbrahimovun alim-şəxsiyyət  

fərdiliyini təsdiq edən  əlamət kimi qeyd olunmalıdır.  Ədəbi-

nəzəri mülahizələrini keçmişlə  əlaqələndirərkən iki cəhətə 

üstün yer verir: Klassik ədəbiyyat və folklor, xalq hikməti. 

Xalq artisti Bülbül Məmmədov haqqında “Azərbaycan 

bülbülü” (26,304-310) məqaləsində böyük müğənninin musiqi 

tariximizdəki mövqeyini məntiqi tutumlu, dərin məzmunlu 

mülahizələrlə aydınlaşdırır. Diqqəti cəlb edən budur ki, 



Fazil Əliyev 

 

 22


Bülbülü bir folklor obrazı “Dədə Qorqud” misallı  şəxsiyyət 

kimi səciyyələndirir: “Təsadüfi deyil ki, dastanlar və 

nağıllarımızdakı obrazların böyük bir qismi ya şair, ya da aşıq 

və gözəl nəğməkardır. Onlar öz xoş  və  məlahətli səsi ilə 

adamları valeh edir, mübarizəyə ruhlandırır, ağır dəqiqələrdə 

kədərini dağıdıb ümidsizliyə qapılmağa qoymur” (26,304). 

Xalq artisti Ələsgər  Ələkbərova həsr olunmuş “Qartal 

qanadlı aktyor” (20,343-345) məqaləsində oxuyuruq: 

“Azərbaycan xalq sənətinə, bizim gözəl aşıq yaradıcılığına, 

nağıllarımıza diqqət edilsə, orada sözün kəsərli və  mənalı 

deyildiyi, süjetlərdə qəhrəmanların canlı olduğu görünür. Yəni  

xalq  yaradarkən zilə çəkir, alayarımçıq, başdansovma hər şeyə 

yol vermir”. Aktyor Ələsgər  Ələkbərovun  oyunu da belədir” 

(26, 344). Müəllif burada folklorun, xalq mənəviyyatının 

bütövlüyündə, teatr mədəniyyətimizin səhnə ustalığının 

inkişafında oynadığı tola diqqəti cəlb edir. “Xalqın böyük 

bəstəkarı” (26, 346-366) əsərində Üzeyir Hacıbəyova sənətinin 

kökləri, qidalandığı qaynaqlar haqqında elmi-nəzəri cəhətdən 

samballı mühakimələr irəli sürülür. 

M.İbrahimov “Koroğlu” operasının yaranmasını 

bəstəkarın folklorumuza dərin məhəbbətin nəticəsi kimi şərh 

edir. 1908-1913-cü illərdə folklor materialları əsasında yazılmış 

“Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və 

Xurşidbani”, “Əsli və  Kərəm” kimi operaların bəstəkarın 

yaradıcılığında folklor üslubunun üstün yer tutduğunu göstərir. 

Folklor materiallarından istifadə etməkdə böyük təcrübə 

qazanan bəstəkarın, nəhayət opera sənətimizin  şah  əsəri olan 

“Koroğlu”nu meydana çıxartmağını iftixarla yazır. 

“Üzeyir Hacıbəyov sənət və  sənətkarlıq haqqında” (26) 

əsərində dahi bəstəkarın sənətkarlığa dair fikirlərinin üstünə 

işıq salmış, oxucu və musiqişünaslara Üzeyir sənətinin 

orijinallığını, novatorluğunun mahiyyətini dərk etməkdə kömək 

etmişdir. Mirzə  İbrahimov Ü.Hacıbəyovun “Aşıq sənəti 

ölməməlidir. Bu sənət xalqa daha yaxındır” fikrini təqdir edir, 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 23 


bəstəkarın aşıq yaradıcılığını öyrənmək səyini qiymətləndirirdi. 

Onun “Koroğlu” operasının tamaşaya qoyulması münasibətilə 

dediyi- “Mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq 

yaradıcılığının əsaslarını öyrənmişəm” sözlərini misal gətirərək 

musiqişünasların diqqətini folklordan öyrənməyə yönəldir. 

M.İbrahimova görə Ü.Hacıbəyovu musiqi mədəniyyətimizin 

zirvəsinə yüksəldən  əsas yollardan biri onun folklorla bağlı 

olmasıdır. Yazıçı–alimin Azərbaycan musiqisinə, Ü.Hacıbəyo-

va həsr etdiyi məqalələr elmi–nəzəri cəhətdən maraqlı 

mülahizələrlə naxışlanmışdır. Üzeyir Hacıbəyov yaradıcılığının 

xəlqi cəhətlərini, milli istiqamətini dərk etmək üçün dərin 

məzmulu , samballı və əhəmiyyətli səciyyə dasıyır.  

Ədəbiyatşünaslıqda realizm, ədəbiyyat tariximizin tutarlı 

səhifələri Mirzə  təfəkkürünün işığında daha ğeniş  məzmunda 

aşkarlanmışdır. Bu cəhətdən M.İbrahimov folklora, şifahi xalq 

ədəbiyyatına borcludur. Ona görə ki, Mirzə  qəlbinin  hərarəti, 

fəlsəfi müdrikliyi folklorumuzun dərin qatlarından qidalandığı 

üçün xalqın təfəkkür dünyasında özünəməxsus zirvəyə  

yüksəlmişdir. Onun yazıçı – alim müdrikliyi sanki doğma  

sazımızın  şah pərdəsi  üstündə köklənmisdir. 

Folklor üslubu, bədii  əsərlərində aparıcı  rol oynadığı  

kimi, xalq hikməti, milli təfəkkür gücü  və  bəşəri elmi-nəzəri 

əsərlərinin məhək daşını  təhlili maraqlı bir məsələni ortaya 

çıxarır.  Əgər bədii  əsərlərinin xranoloji siyahısı üzrə  təhlilinə 

diqqət yetirsək aydın olar ki,  ilk qələm  təcrübələri ilə 

püxtələşmiş dövrdə  qələmə aldığı  əsərlər arasında fərqli 

cəhətlər vardır. Lakin  onun elmi-nəzəri görüşləri, nəzəriyyəçi-

alim təfəkkür tərzi otuzuncu illərdən başlayaraq güclü və aydın 

şəkildə özünü göstərir. Bu əsərlərdə “Gənc Mirzə” ilə “Müdrik 

Mirzə” arasında sərhədi müəyyən etmək çətindir. 

1937-1938-ci illərdə yazdığı “Böyük demokrat” əsərində 

M.İbrahimovun alim – yaradıcı  təfəkkürünün işığı özünü 

qabarıq  şəkildə göstərmişdir. Müəllif Cəlil Məmmədquluzadə 

sənətinin sirlərini, ölməzliyini onun xəlqiliyində axtarmış  və 



Fazil Əliyev 

 

 24


mühüm nəticələr ortaya çıxarmışdır: “Xalq həyatı, xalq şüuru 

nəcib xalq ədalətləri, xalq təsəvvürləri ana südüylə, layla və 

nağıllarla toy və oyunlarla, yas və qüssələrlə birlikdə onun 

xəyalına, ürəyinə daxil olmuşdur. Bütün bunlar onun həyatının 

şəklini, ahəngini, düşüncə və təsəvvürlərini müəyyən etmişdir” 

(26,183). 

Bu fikri eynilə M.İbrahimov sənətinə aid etsək səhv et-

mərik. İstər bədii əsərlərdə, istərsə də elmi-nəzəri görüşlərində 

həyatı xalq kimi dərk etmək, xalqın bədii zövqü ilə estetik 

tələbləri səviyyəsində qavramaq Mirzə yaradıcılığında dərin iz 

buraxmışdır. Xüsusilə, “Azərbaycan xalqının qəhrəmanlıq 

dastanları”, “Tükənməz xəzinə”, “Aşıq sənəti yeni zirvədə”, 

“Aşıq sənəti və  Aşıq  Ələsgər”, “Dəli Domrul” və “Aşıq yara-

dıcılığında realizm” əsərində xalq hikmətinə məhəbbət, folklor-

şünaslıq elminə dair orijinal fikir və mülahizələr tam bir silsilə 

təşkil edir. Onun irəli sürdüyü nəzəri fikirlər folklorşünaslığın 

elmi səviyyəsinin dərinləşməsinə dərin təsir göstərmişdir. 

“Azərbaycan xalqının qəhrəmanlıq dastanları” (26, 206-

213)  əsərində “Dədə Qorqud” dastanlarının vətənpərvərlik ba-

xımından  əhəmiyyətinə diqqət yeririlir. Koroğlunun mərdliyi, 

Babəkin dönməzliyi, Qazan oğlu Uruzun namus və şərəf üçün 

ölümə hazır olması  nümunə göstərilir.  Müəllif yazır: “Azər-

baycan xalqı da Böyük Vətən müharibəsi meydanlarına igid və 

mərd oğullar göndərmişlər. Onlar Babəklər, Uruzlar, Koroğlu-

ların namus və  şərəf bayrağını uca tutaraq, rəşadət və  qəhrə-

manlıq göstərirlər” (26, 211). 

Xalqımızın ağır gündə, hər ayaqda “inilti, məyusluq və 

ümidsizliyə” qapılmağından fəxrlə danışan Mirzə  İbrahimov 

tədqiqat obyektinə faşizmə qarşı mübarizə günlərinin tələ-

bindən doğan təfəkkür tərzi ilə yanaşır. Dastanlarımızdakı vətə-

nə müdafiəyə çağırış arzusunu yüksək qiymətləndirir. 

M.İbrahimov 1943-cü ildə yazdığı “Müharibə və ədəbiy-

yat” məqaləsində göstərir: “Öz şirəsini həyatdan və xalqdan 

alan  ədəbiyyat, xalqın məğlubiyyət və  ağır günlərində onun 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə