Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə8/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 29 


ədəbiyyatında realizmin köklərini, inkişaf xüsusiyyətlərini aşıq 

poeziyası ilə bağlı  şəkildə  şərh etmiş  və elmi-nəzəri cəhətdən 

yüksək səviyyəli bir əsər ortaya çıxarmış, Salman Mumtazdan 

başlayaraq folklorşünaslıqa, aşıq yaradıcılığına daim diqqət 

yetirmişdir.   XVI əsrdən tutmuş onlarla ustad aşığın əsərlərini 

toplamış, dərc etdirmiş, onların yaradıcılıq məziyyətləri haq-

qında mülahizələr irəli sürmüşdür. Bu sahədə görülən işlərin 

əhəmiyyəti böyükdür. Lakin etiraf edək ki, M.İbrahimova qədər 

(Həmid Araslının 1960-ci ildə yazdığı “Aşıq yaradıcılığı” əsəri 

istisna olmaqla) aşıq yaradıcılığına həsr olunmuş  əsərlər daha 

çox toplama, şərh səciyyəsi daşımışdır. Aşıq sənətini elmi 

şəkildə dərindən tədqiq etməyə böyük ehtiyac duyulmamışdır. 

Professor H.Araslının III Aşıqlar qurultayı    ərəfəsində 

yazdığı “Aşıq yaradıcılığı” adlı  əsəri bu ehtiyacı müəyyən 

qədər ödədi. Professor özünün etiraf etdiyi kimi qədim aşıq 

yaradıcılığından başlayaraq müasir aşıqlar daxil olmaqla bütün 

Azərbaycan aşıq  şerindən ümumi şəkildə danışmışdır. Həmid 

Araslı yazır: “Biz üçüncü Aşıqlar qurultayı münasibətilə çap 

edilən bu əsərdə vaxtı ilə apardığımız tədqiqatı ümumiləşdirib, 

klassik aşıq  şerinin inkişaf tarixindən, müasir aşıqların 

yaradıcılığından ümumi şəkildə danışmağı nəzərdə tutmuşuq”. 

 M.İbrahimov isə “Aşıq poeziyasında realizm” əsərində 

realizm  ədəbi metodunun aşıq  şerində necə  təşəkkül tapdığına 

diqqəti cəlb etmişdir. O, bütövlükdə aşıq şerinin realizm ədəbi 

metodu ilə əlaqəsini tədqiqata cəlb etmişdir. Yalnız aşıq şerində 

deyil, bütövlükdə Azərbaycan  ədəbiyyatında realizm proble-

minin həllinə qiymətli hədiyyələr  bəxş etmiş, bu sahədəki illə-

rin məntiqi cəhətdən daha tutumlu olması üçün elmi-nəzəri cə-

hətdən dərin məzmunlu işıqlı bir mənbə yaratmışdır. Realizm 

ədəbi metodunun mahiyyəti bu sahədə nəzərə çarpan mübahisə-

lərə cavab verilməsi baxımından da qiymətli fikirlər irəli sür-

müşdür. M.İbrahimov göstərir ki, realizmin müəyyən dövrdə 

meydana çıxdığını əsaslandırmağa çalışanlar səhv edirlər. Çün-

ki realizm tarixin hər hansı nöqtəsində meydana gəlməmişdir. 



Fazil Əliyev 

 

 30


Bu  ədəbi metodu tarixi prosesdə qavramaq daha məqsədəuy-

ğundur. O yazır: “Realizm də ibtidai formalardan kamilliyə 

doğru inkişaf etmişdir və insan bədii təfəkkürü tarixində heç bir 

zaman qırılıb kəsilməmişdir. Realizmin rüşeymlərinin qədim-

liyinə, dərinliyinə dəlalət edən bir cəhət də odur ki, .....o bütün 

xalqların ədəbiyyatında, bütün dövrlərdə az və ya çox dərəcədə 

folklordan, xalq yaradıcılığından, onların bədii təsvir vasitələ-

rindən, obrazlarından, söz ehtiyyatlarından istifadə etmiş, bəzi 

mövzusunu və süjetini də oradan almışdır (26,459). 

Folklorda yaşayan realizmin qədimliyini,  əzəli olduğunu 

irəli sürməklə M.İbrahimov realizm metodunun daha geniş 

ölçüdə dərk olunması baxımından mühüm xidmət göstərmişdir. 

Bu bir də onu göstərir ki, yazıçı folklorda dayaq tapmağa, ona 

arxalanmağa daha çox meyl edir. O sanki,  folklorumuza 

canlılıq verir, onu səsləndirir. Bu səslərin içində özünə lazım 

olan bəşəri nemətləri, ideyaları seçir, təfəkkür süzgəcindən 

keçirərək daha dərin qatların aşkarlanmasına nail olur. 

Aristiotel yazırdı: “Homer bir çox başqa məsələlərdə 

tərifəlayiq olduğu kimi, həm də xüsusən ona görə tərifəlayiqdir 

ki, nə etməli olduğunu şairlərdən mükəmməl bilən təkcə odur” 

(28,107).  

Aşıq poeziyasına dair elmi-nəzəri cəhətdən dəyərli  əsər 

yaradan M.İbrahimov haqqında da eyni fikri söyləsək səhv 

etmərik. Ona görə ki, məhz o, folklor biliciləri içərində  aşıq 

poeziyasının elmi sambalını aşıq yaradıcılığında realizmi tədqiq 

etməyə girişmiş  və daha dərin qatların üzə  çıxmasına səy 

göstərmişdir. 

Klassik ədəbiyyatla aşıq poeziyasının əlaqəsini şərh edər-

kən də müəllif yadda qalan məsələlərə dair mülahizələr söylə-

mişdir. M.İbrahimova görə klassik ədəbiyyatımızda (xüsusən, 

ana dili ədəbiyyatımızda) realist meylin güclənməsində  aşıq 

yaradıcılığı qaynaq  rolu oynamışdır.  Əsərdə oxuyuruq: “Aşıq 

poeziyası xalqa daha yaxın olduğuna görə orta əsrlərdə yazılı 



Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 31 


ədəbiyyata məhz demokratik, realist meyli gücləndirmək 

ruhunda təsir etmişdir” (26, 60). 

Aşıq  şerinin xalq dilinin inkişafına və  zənginləşməsinə 

göstərdiyi təsir  əsərdə elmi cəhətdən tutumlu fikirlərə ifadə 

olunmuşdur. Müəllif yazır: “Diqqətli təhlil göstərir ki, aşıq 

poeziyası bədii forması və pryomları etibarı ilə də demokratik 

poeziyadır, hər bir dövrdə xalq dilinin və obrazlarının real 

vəziyyətini əks etdirmişdir” (26, 460). 

Aşıq  şerinə  məxsus  şer formalarının  şəkli xüsusiy-

yətlərini ifadə vasitələrini təhlil edən sənətkar  akademik 

F.Qasımzadənin “təcnis”, “dodaqdəyməz” kimi şeir formalarına 

dair irəli sürdüyü “belə  şerlər söz oyuncağının  müəyyən bir 

təzahürüdür. Təcnisdə  müəllif əsas diqqətini şəklə verdiyi üçün 

məzmun zəifləyir” fikrini təsdiqləyir. Eyni zamanda “təcnis” 

“dodaqdəyməz”lərin yaranmasına aid yeni mülahizələr söyləyir 

(26, 460). 

M.İbrahimova görə təcnis və dodaqdəyməzlər təkcə “söz 

oyunu” deyildir. Bu formalar Azərbaycan dilinin zənginliyini 

və  bədii cəhətdən dolğunluğunu göstərir. Yazıçı daha irəli 

gedərək” təcnis “ və  “dodaqdəyməz”lərin yaranma səbəblərini 

ikincisini dövrün tələbi içtimai-siyasi quruluşun təbiəti ilə 

əlaqələndirir: “....əsasən  isə biz bu cür formaların yaranmasını 

kecən  əsrlərdə feodal həyatının durğunluğu, geniş içtimai 

mənalı  və xüsusən üsyankar, ifşaçı    aşıq  şeirlərinin təqib  

olunması  ilə izah edirik”. 

Müəllifin fikri düzgündür. Çünki “təcnis”, “dodaqdəy-

məz”, “müəmmalar” kimi aşıq şeri formalarının  yaranma tari-

xini  araşdırdıqda  aydın olur ki, həmin formalar əsasən XIX 

əsrdə  yaşayıb-yaradan  sənətkarların yaradıcılığında özünə yer 

tapmışdır. Məhz bu dövrdə  Q.Zakir kimi  şairlər çar məmurla-

rının, yerli bəylərin təqibinə  məruz qalırdı. M.F.Axundov 

senzuranın diqqətindən yayınmaq  üçün komediyalarında müx-

təlif tərzlərdən istifadə edirdi. 

Fazil Əliyev 

 

 32


Aşıq şerində realizm problemini tədqiq edən xalq yazıçısı 

orijinal nəticələr çıxarmış, bu sahədə aparılan, əksini tapmayan 

problemlərə münasibətini bildirmişdir. Zaman keçdikcə  aşıq 

sənətinin mövzu və  məzmunca zənginləşməsi mərhələləri 

haqqında qiymətli fikirlər irəli sürmüşdür: “Aşıq sənətinin 

yüksəlişi və intibah mərhələləri bir qayda olaraq böyük, ustad 

aşıqların  və klassik dastanların yaranması    ilə bağlı    olmuş, 

xalqımızın bədii fikir tarixinin yeni mərhələsi kimi qeyd 

olunmuşdur” (26, 467). 

Qurbani (XVI əsr) Tufarqanlı Abbas (XVIII əsr) və Xəstə 

Qasımdan tutmuş  Aşıq Hüseyn Cavana kimi ustad aşıqlardan  

məhəbbətlə söhbət açan  M.İbrahimov yazmışdır: “Aşıq sənəti 

çərçivəsindən çıxaraq Azərbaycan və dünya ədəbiyyatının 

klassik simaları ilə yanaşı duran yaradıcılıqları da var. Əlbəttə 

bu barədə danışanda birinci olaraq hamımız Aşıq  Ələsgəri 

xatırlayırıq” (26, 497). 

M.İbrahimov bu əsərdə ondan əvvəl  Ələsgər  şeirinin 

ecazkar təsirini folklorşünasların- H.Əlizadə, S.Mümtaz, 

S.Axundov və başqalarının, klassik ədəbiyyatımızın görkəmli 

tədqiqatçıları- akademik F.Qasımzadənin, professor Həmid 

Araslının açdığı yolu daha dərin qatlara doğru istiqamətləndiril-

miş ən mühüm nəticələrə nail olmuşdur. 

Akademik F.Qasımzadə yazır: “... Aşıq  Ələsgərin öz 

qoşmalarında tez-tez Fərhad,  Şirin, Leyli, Məcnun və başqa 

ədəbi qəhrəmanların adını  çəkməsi də onun ümumiyyətlə, 

klassik ədəbiyyatla tanış olduğunu göstərməkdədir” (30, 182). 

Mirzə  İbrahimov isə  Aşıq  Ələsgərin klassik ədəbiyyatla 

tanışlığından söhbət açmır. O, Ələsgər  şerinin xalqımızın 

poetik təfəkkürünün inkişafında parlaq bir  səhifə  təşkil 

etdiyini, aşıq poeziyasının çərçivəsini genişləndirərək klassik 

poeziyanın  ənənələri ilə  zənginləşdirdiyini üzə  çıxarır. “Aşıq 

Ələsgər klassik ədəbiyyatın fikri, dərinlik, tipikləşdirmə  və 

bədii ümumiləşdirmə qanunlarını  aşıq poeziyasının canına 

hopdurmuşdur” (26, 495) ideyasını irəli    sürür.  Bu  baxımdan 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə