Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 33 


M.İbrahimov  Ələsgər  şerinin  əsl elmi-nəzəri qiymətini 

vermişdir, zənnimcə  səhv etmərik. Tədqiqat göstərir ki, “Aşıq 

poeziyasında realizm” əsərinin xüsusiyyətlərini aşağıdakı kimi 

ümumiləşdirmək lazımdır. 

1. “Aşıq yaradıcılığında realizm” əsəri Azərbaycan ədəbi- 

tənqid elminin inkişafına təkan verən orijinal, nəzəri mənbədir. 

2.  Əsərdə klassik ədəbiyyatla aşıq poeziyası vahid bir 

axarda, bir vəhdətdə tədqiqata cəlb edilmişdir. 

3. Əsərdə Azərbaycan ədəbiyyatında realizmin təşəkkülü 

probleminin tədqiqi ilə əlaqədar, realizmin başlıca əlamətlərinin 

aydınlaşdırılması  tənqidi təfəkkür tariximizin ən gözəl 

örnəklərindən  biridir. 

4.  Əsərdə materialın, tədqiqində tarixi şəraiti, dövrün 

tələbini nəzərə almaq fikri daha geniş  tərzdə aydınlaşdırıl-

mışdır. 

Mirzə  İbrahimov “Aşıq poeziyasında realizm” əsərində 

həssas tədqiqatçı  səyi ilə  çıxış etmişdir. Bayatı, dastan və 

rəvayətlərin konkret tarixi şəraitlə,  şəxsiyyətlərlə  əlaqəsini üzə 

çıxarmağa xüsusi diqqət yetirmişdir.    Professor    Həmid Araslı 

“Aşıq yaradıcılığı” (27.14) əsərində “Abbas və Gülgəz” 

dastanındakı “Yarım apardı” qoşmasından 

   


 

Mən Abbasam heç vaxt söyləməm yalan, 

Elimə, ölkəmə saldılar talan 

Xoca, Dəli Becan, Allahverdi xan, 

Qoyma, Dəli Becan yarım aparır. 

 

-bəndini təhlil edərkən Dəli Becanın Koroğlu dəlilərindən 



olduğunu ehtimal edir və göstərir ki, Aşıq Abbas bu bayatıda Dəli 

Becanı kömək göstərməyə çağırmışdır. 

Mirzə İbrahimov bu mülahizəyə öz münasibətini bildirərək 

qeyd edir ki, Dəli Becan Şah Abbasın pəhləvanı olmuşdur. 

Abbasın nişanlısını Təbrizdən aparan Dəli Becandır. Ona görə də 

Fazil Əliyev 

 

 34


Aşıq Abbas Dəli Becandan kömək istəmir, onun əlindən dad 

çəkir. 


Mirzə  İbrahimov Dəli Becan haqqında folklorşünas 

Hümmət  Əlizadənin (31,46) məlumatını etibarlı sayır.  Hümmət 

Əlizadə  Dəli Becanın  Şah Abbasın pəhləvanı olduğunu 

söyləmişdi. 

Həmin beytdə adı  çəkilən “Xoca” sözünün “Qoca”  kimi 

yazılmasını da düzgün hesab etmir. M.İbrahimov yazır ki, Şah 

Abbasın Azərbaycan üzrə  vəziri Məmməd Rza fədəfi xalq 

arasında “Sarı Xoca” adlanırdı. Qoşmadakı Xoca həmin Məmməd 

Rza Fədaviyə işarədir. Beləliklə, ədəbi folklor araşdırıcılarını hər 

söz və ifadəyə diqqətlə yanaşmaq fikrini aşılayır. O yazır: “...aşıq 

şeirlərində, dastanlarda, bayatılarda bəzən çətin anlaşılan sözlərə 

və adlara ehtiyyatla yanaşmaq lazımdır. Onlar bizə dövr haqqında 

maraqlı məlumat verə bilər və aşıq poeziyasında realizmin konkret 

formalarda meydana çıxdığını aydınlaşdırmağa kömək edər”. 

Professor A.Hacıyev “Aşıq poeziyasında realizm” haqqında 

yazır: “M.İbrahimov xalq ədəbiyyatı nümunələrinə  ağır sınaq və 

imtahanlardan çıxan müdriklik, mənəvi varlıq və gözəllik timsalı 

kimi baxır: folklorda xalqın adət və ənənəsinin, mənəvi aləm və 

daxili tamlığının, humanizm və  vətənpərvərliyinin, səadətsevər-

liyinin, milli özünəməxsusluğunun real bədii ifadəsini tapır. “Aşıq 

poeziyasında realizm” də isə problemin qoyuluşunu daha da də-

rinləşdirir. Onu tarixən realist inkişafda araşdırır” (32,190). 

Mirzə İbrahimov Azərbaycan ədəbiyyatında realizm proble-

minə başqa əsərlərində də diqqət yetirmişdir. Xüsusilə realizm və 

folklor onun elmi-nəzəri yaradıcılığında, folklorla bağlı  əsərlərin 

ana xəttini təşkil edir. “Vaqifin dövrü və şeiri” əsərində yazır ki,  

Vaqif realizmin formalaşmasında və xəlqiliyində Azərbaycan xalq 

yaradıcılığının, Azərbaycan folklorunun böyük təsiri olub (26,12). 

Vaqif realizminin formalaşmasında olduğu kimi, Vaqifin 

bədii dilinin gözəlliyini də xalq ədəbiyyatı ilə sıx bağlı olmaqda 

görən Mirzə  İbrahimov “Xalq ədəbiyyatı – Vaqif bədii yara-

dıcılığında böyük rol oynamış ilk mənbədir...Abbas Tufarqanlı 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 35 


kimi aşıqların  əsərləri, “Koroğlu”  və başqa Azərbaycan xalq 

dastanları Vaqifin yaradıcılığında dərin iz buraxmışdır” (26,613) 

fikrini irəli sürür. M.İbrahimovun yaradıcılığında  şifahi xalq 

ədəbiyyatına dair elmi-nəzəri görüşləri ardıcıl  şəkildə özünü 

göstərir. O ayrı-ayrı sənət bahadırlarına həsr etdiyi məqalələrində, 

ədəbi-tənqidi  əsərlərində xalqın bədii fikir dünyasından  necə 

istifadə olduğunu nəzərdən qaçırmır. Sanki əsərin, müəllifin 

qiymətini xalqın ürək qanından işıqlanan, ədəbi məşəl olan alovun 

işığında araşdırır, xalqın bəyənmədiyini o da bəyənmir, xalqın 

yaşatdığını isə dərin bir məhəbbətlə təqdir edir. 

Xalq yazıçısı folkloru xəlqiliyin sütunlarından biri sayır. 

Həm də şifahi xalq ədəbiyyatına, hər cür adət-ənənələrə aludəçilik 

göstərənlərə öz  etirazını bildirir: “Hələ Qoqol bir zaman xəlqiliyi 

zahiri  əlamətlərdə, çuxada, papaqda axtaranları yaxşıca  ələ 

salmışdır. Xalq arasında olan hər cür adət və ənənələrə aludəçilik 

göstərmək  də xəlqilik deyildir” (28,114). 

M.İbrahimov folklorlu mütləqiləşdirən, onun təsirindən çıxa 

bilməyən,  müəyyən milli çərçivədə büzüşüb qalan (28,115) 

sənətkarları  tənqid edərək göstərir ki, həyat xalqın başqa  

xalqlarda yaxşı  nə varsa, onları öyrənmək imkanını inkar etmir. 

M.  İbrahimov bədii yaradıcılığında olduğu kimi, folklora dair 

elmi-nəzəri,  ədəbi tənqidi görüşlərində  də bütöv  Azərbaycanı 

təmsil  edən  sənətkardır. Xalq yazıçışı  “İki kitab “(28.452-459) 

adlı  məqaləsində bu məsələ bir daha öz əksini tapmışdır. 

Cənubi Azərbaycanda yaşayan Səhəndin “Sazımın sözü”, 

doktor  Səlamülla Cavidin “Həmunəhayı –folkloru-Azərbaycan 2 

(“Azərbaycan folklorundan nümunələr”) kitabları haqqında 

məntiqi tutumu və elmi səviyyəsi ilə seçilən dəyərli fikirlər irəli 

sürür. Mövzunu “Kitabi- Dədə Qorqud” dastanlarından götürən  

Səhənd Qaracadağlının xidmətini  qiymətləndirərək yazır: “O, 

dastanın  humanist ruhunu və mündəricəsini inkşaf etdirmiş, həyat 

haqqında, insan haqqında bir sıra qiymətli fikirlər söyləmişdir” 

(28,453). 

Fazil Əliyev 

 

 36


Mirzə  İbrahimov həmin  əsərdə folklordan istifadənin bir 

cəhətinə diqqəti cəlb edir. Səhənd “Sazımın sözü” kitabında “ 

Kitabi- Dədə Qorqud” dastanının üç boyunu nəzmə  çəkmişdir. 

Sair Dədə Qorqud qəhrəmanlarını  mərdlik, dözüm, sabaha inam 

hssi oyadan bədii obrazlarını yaratmışdır. Həm də xalqın bugünki, 

yaradıcı qüvvəsinə inanmayan ətalət və  tərəddüd göstərənləri 

tənqid etmiş mübariz olmağa, sabaha ümid dolu nəzərlə baxmağa 

çağırmışdır. 

M.  İbrahimov keçmişə aludə olmağın zərərli cəhətini 

xatırladaraq yazır: “Bəzi sənətkarlar xalqı bugünkü mübarizələrə 

ruhlandırmaq, onun gələcəyə ümidini artırmaq üçün yox, bugünkü 

adamların guya vecsiz və karsiz adamlar olduğunu sübut etmək 

üçün keçmişin böyük və cəsur simalarını yada salırlar”. 

“Sazımın sözü” kitabı  cənublu qardaşlarımızı “Dədə Qor-

qud” alovundan qızınmağa, cəsarət və qeyrət göstərməyə çağırır. 

Cənubi Azərbaycanın vətənpərvər oğullarını Qazan xanların, Bey-

rəklərin igidliyindən, düşmən qabağından mərdi-mərdanə dayan-

maq hünərindən ibrət almağa çağırır. Müəllif Səhəddin şeirlərində 

folklordan istifadəyə yaradıcılıqla, ustalıqla yanaşıldığını qeyd 

edir.  


“Azərbaycan folklorundan nümunələr” kitabını  tərtib edən 

doktor C.Cavidin fəaliyyətini qiymətləndirən M.İbrahimov bir 

cəhətə xüsusi diqqət yetirmişdir. O, müəllifin folklor nümunələrini 

xalqda deyildiyi kimi kitaba daxil etməsini, süni qondarma yolla 

getmədiyini təqdir etmişdir. Son illərdə  Cənubi Azərbaycanda 

yaranan şifahi ədəbiyyat materiallarının- atalar sözləri, bayatı, lay-

la, tapmaca, nağıl və dastanların toplanmasını və nəşr  edilməsini 

nəzərdə tutaraq yazır: “Müasir bədii təfəkkürün bir sıra formaları 

başlanğıcını xalq yaradıcılığından götürür. Azərbaycan folklorun-

da rüşeym halında elə qiymətli, elə mənalı və oynaq formalar var 

ki, onlar inkişaf etdirilsə, bugünkü bədii yaradıcılıqda maraqlı ha-

disələr baş verə bilər” (28,457). 

   

 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə