Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.

səhifə1/37
tarix28.06.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   37


__________________Milli Kitabxana_________________________ 

 
 
 
 
 


__________________Milli Kitabxana_________________________ 

 
 
 


__________________Milli Kitabxana_________________________ 

 
MƏMMƏD ARAZ 
 
 
 
 
 
 
 
 
 
SEÇİLMİŞ ƏSƏRLƏRİ 
 
 
 
 
 
İKİ CİLDDƏ  
I CİLD 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"LİDER NƏŞRİYYAT"  
BAKI-2004 
 
 


__________________Milli Kitabxana_________________________ 

 
Bu kitab "Məmməd Araz. Seçilmiş əsərləri. Dörd cilddə" (Bakı, Ozan, 2003) 
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
 
Ön sözün müəllifı: 
 
Yaşar Qarayev 
 
 
 
Tərtib edəni:  
 
Gülxanım Fətəli qızı 
 
894.361'1 –dc 21  
AZE 
Məmməd Araz.  Seçilmiş  əsərləri.  İki cilddə. I cild. Bakı, "Lider 
nəşriyyat", 2004, 224 səh. 
 
 
Görkəmli Azərbaycan şairi Məmməd Arazın bu kitabına bütov bir şair ömrünün 
müxtəlif dövrlərini  əhatə edən  şeirləri toplanmışdır. Hər bir fərdi Vətənin kiçik bir 
daşı sayan şairin qələmə aldığı bu şeirlərin hər misrasında düşüncələr çırpınır. Yüksək 
poetik ilhamla yazılmış bu şeirlərdə Azərbaycan təbiətinin gözəllikləri 
canlandırılmışdır. Böyük vətəndaşlıq qayəsi, Vətən torpağının  əzabına, ağrısına 
qatlaşmaq,  şimallı, cənublu Azərbaycan torpağının vətəndaşlıq yükünü çəkmək - 
Məmməd Araz poeziyasının əsas gücü və qüdrəti bundadır.  
Fikirlərin sanki sözlərin boyuna biçildiyi bu şeirlərdə doğma kökə bağlılıq, 
qoynunda ərsəyə çatdığı torpağa vurğunluq, xalq taleyinin dolanbac yolları haqqında 
fəlsəfi düşüncələr öz dolğun bədii əksini tapmışdır. 
 
 
 
 
ISBN 9952-417-21-5 
 
© "LİDER NƏŞRİYYAT", 2004 
  


__________________Milli Kitabxana_________________________ 

 
 


__________________Milli Kitabxana_________________________ 

 
ÖN SÖZ 
 
Deyirlər, Günəşin işıgı  və istisi kimi insanın  əsəbi və  ağrısı da mənəvi zərrələrə çevrilib 
Planetə, Efirə yayılır.  Ən etibarlı  mənəvi yaddaşda -  Kosmosda bütün dövrlərin ağrı  və  əsəb 
impulsları - dalğaları yaşayır. Odur ki, sənətkar bütün dövrlərin agrısını  qəbul edə  və bizə 
göstərə bilir... böyük sənət  əsəri də  sənətkar dünyaya yayılan o ağrını  və  əsəbi səhvsiz  ədəbi 
dalğada tutan zaman və poetik haraya çevriləndə yaranır... 
Azərbaycanın xalq şairi Məmməd Araz (İbrahimov Məmməd  İnfil oğlu) 1933-cü il 
oktyabrın 14-də Naxçıvan Muxtar Respublikasının  Şahbuz rayonunun Nurs kəndində anadan 
olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Bakıda Azərbaycan Dövlət Pedaqoji 
İnstitutunun coğrafiya fakültəsində təhsilini davam etdirmişdir (1950-1954). 
Əmək fəaliyyətinə doğma kəndlərindəki orta məktəbdə müəllimliklə başlamış, sonra Bakıya 
köçüb burada Azərbaycan SSR Nazirlər Soveti yanında (1957-1959) işləmişdir. Moskvada 
keçmiş SSRİ Yazıçılar  İttifaqı  nəzdində müdavim (1959-1961), Bakıda "Maarif" nəşriyyatında 
bədii ədəbiyyat redaksiyasının müdiri (1963-1967), "Ulduz" jurnalının məsul katibi (1967-1970), 
"Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında baş redaktorun müavini (1970-1972), 
Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini (1972-1974) olmuş, 1974-cü ildən 
"Azərbaycan təbiəti" jurnalının redaktoru vəzifəsində  işləmişdir. "Ulduz" jurnalı redaksiya 
heyətinin üzvüdür. Azərbaycan Yazıçılar İttifaqında poeziya bölməsinə rəhbərlik etmişdir (1971-
1981). Azərbaycanın xalq şairi adına layiq görülmüşdür (1992). 
Məmməd Araz ədəbi yaradıcılığa 1952-ci ildə  "İnqilab və  mədəniyyət" jurnalında dərc 
olunan "Yanın, işıqlarım" adlı ilk şerilə başlamışdır. "Vətən torpağı", "Şerə  gətir", "Necə 
unudum səni?", "Mən Araz şairiyəm" "Məmməd İbrahim" imzası ilə nəşr etdirdiyi bu şeirlər hələ 
ənənəvi məhəbbət, vətən və təbiət lirikasının tanış nümunələri idilər. 
"Mən də insan oldum", Əsgər qəbri haqqında ballada", "Atamın kitabı" artıq epik formada, 
lakin eyni fəlsəfı-psixoloji səpkidə yazılmış poemalardır. 
Fərariliyin ən bədnam çeşidi - əcdaddan üz çevirməkdir, kökdən, mənşədən, "mən"dən fərar 
eləməkdir, milli hafizədə, mənəvi yaddaşda (yəni  əsəbdə, qanda, kökdə!) "skleroz" olmaqdır. 
Yaddaşı olmayan ədəbiyyat yalnız yaddaşı olmayan xalqın nəsibidir, siması olmayanın tarixi 
taleyi, zatı və nəsli, əsli və nəcabəti olmayanın alın yazısıdır. Üfüq, səma, göy daş saxlamadığı 
kimi, mənəvi və əxlaqi boşluq da yaddaş saxlamır. 
Millət - genetik səviyyədə, yaddaş - ağrı  səviyyəsində  dərk olunmuş  vəhdətdən və 
bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və 
əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var. Əslində nəinki təbiət və 
insan, ekologiya və poeziya da yaddaşdır.  Şəhid - ölümü ilə,  şair ağrısı ilə yaddaşa qaynayıb-
qarışır. Və yaddaşın ömrü bir vicdana və haqqa xidmətin qədərindən, bir də  qədir-qiymətə, 
qeyrətə çevrilən anların cəmindən yaranır. Artıq gör neçənci əsrdir ki, İsa da və Məhəmməd də
Qorqud da və  Şekspir də bir haqqın, bir də yaddaşın dərgahında yaşayır. Daha doğrusu, tarix, 
zaman hər yerdən axıb, sürüşüb gedir, bir yaddaşa ilişəndə iz qoyur, qeyrətdə  əbədiləşir və 
abidələşir. 
Əsl, həqiqi, böyük Poeziya isə ümumbəşəri yaddaşdır. Və məncə, Məmməd Arazın şeri də 
düşüncədə, əxlaqda və qeyrətdə belə yaddaşın şeirdə ifadəsidir. 
Poeziyanın dumduru, şəffaf bulağı başına o, Arazın bulanıq və paralı sahilindən ayrılıb 
gəldi, özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi. Özü də tarixdən və  təbiətdən, ana 
dilindən, bayatıdan, folklordan axan bir Araza döndü - Məmməd Araz! 
O, hələ yeniyetmə ikən ilk dəfə Arazı və Şahbuzu "Anamın nəğməsi" kimi dinlədi, torpağı 
və təbiəti "Atamın kitabı" kimi oxudu. Dərslik yox, dağ-daş özü ekologiya - əlifba kitabı oldu. 
Lap uşaqlıqdan mehrini və meylinı  nəbatat elminə saldı, qələmi də bir pöhrə kimi çəməndən, 
çöldən, meşədən göyərdi,  ədəbiyyat yox, çoğrafiya fakültəsinə daxil oldu. "Azərbaycan" yox, 
"Azərbaycan təbiəti" dərgisinə redaktor oldu! Poeziyada yeni təbii iqlimin - çağdaş ekoloji 
təfəkkürün ilk təməl daşlarını qoyanlardan biri Məmməd Araz oldu. 



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə