Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   2   3   4   5   6   7   8   9   ...   37

__________________Milli Kitabxana_________________________ 

 
Belə ki, Məmməd Arazın hələ "Atamın kitabı" poemasında, həmçinin, "Babək qılıncı" və 
"Qarabağ düzü" şeirlərində  təbiət xəyala dalır, düşünür, dil açır və danışır. Vətənin tarixi və 
taleyi kimi, əbədi, müqəddəs ana kimi, insanlığın özü və rəmzi kimi təhlil və tərənnüm olunur. 
Xüsusən "Atamın kitabı" yalnız sərlövhəsi ilə yox, məzmununun müəyyən məqamları ilə  də 
məşhur bir əsərin adını yadımıza salır. "Anamın kitabı"nda (Cəlil Məmmədquluzadə) təhlil 
olunan milli və ictimai ideallar təbii, gur işıq axarı kimi burada məhz "təbiət" adlanan aynada 
"sınır" və eyni vaxtda həm də  təbiətdən "qayıdan"  şüa kimi müştərək, qoşa "yaddaş yükü"nü 
özündə cəm edir: 
Mən uca dağlara babam demişəm.  
Çünki şairə görə, məhz: 
Çaylar Bethovenə, Üzeyir bəyə,  
Dağlar babalara vüqar veribdi,  
Simfoniya veribdi,  
Qatar veribdi. 
 
 
"Vətən torpağı", "Şerə gətir", "Necə unudum səni?", "Mən Araz şairiyəm" - hələ "Məmməd 
İbrahim" imzası ilə nəşr etdirdiyi bu şeirlədə də ədəbiyyatın "bioloji gücü" artıq hiss olunurdu. 
Ənənəvi məhəbbət, vətənpərvərlik lirikasına ekoloji mentalitet, dağ-daş simvolikası getdikcə 
daha artıq nüfuz edirdi. Lakin bu duru poeziya bulağının daha gürşad və bol axara Araza 
çevrildiyi ərəfə - "Məmməd Araz" dövrü isə yetmişinci illərin lap əvvəlindən başlayır. "Vətən və 
dünya" silsiləsindən lirik və epik nümunələri, xüsusilə, bədii proqram, fəlsəfi-əxlaqi leytmotiv 
səciyyəli "Məndən ötdü" şerini misal gətirmək olar: 
 
Səndən ötən mənə dəydi,  
Məndən ötən sənə dəydi.  
Məndən, səndən ötən zərbə  
Vətən, vətən, sənə dəydi. 
 
"Eyfel qülləsində", "Araz yadıma düşdü", "Qoruyun dünyanı", "Nobel mükafatı", 
"Azərbaycanım mənim" - həm  şairin, həm də Azərbaycan poeziyasının təkamülündə yeni 
mənəvi iqlimin və tarixi mərhələnin, "hava və qan dəyişiminin"  əbədı  məqamları  və  bədii 
sənədləri olan şeirlər idilər. Bu seirlərdə şair bir ənənənin yox, min illik əxlaq, fəlsəfə, hünər və 
poeziya irsinin (yaddaşının!) varisi kimi çıxış edirdi: insan, təbiət, tarix, tale - bir assosiasiyada 
qovuşub kəsişirdi: 
 
Bir taleyin əllərində cütlənmiş zərik,  
Yüz  il qoşa atılsaq da qoşa düşmərik.  
Bir zərrənin işığına milyonlar şərik  
-Dünya sənin. 
Dünya mənim, 
Dünya heç kəsin! 
 
"Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya" - bu kəlamı və ovqatı Qorquddan sonra bu 
qədər tutarlı şəkildə ifadə edən uğurlu bədii misralara çox az nümunə gətirmək olar... 
...Həqiqətən yaddaş - ağrı səviyyəsində dərk olunmuş vəhdət və bütövlüyün özüdür. Yalnız 
yaddaş olan yerdə tamlıq var, əsrlər və nəsillər arasında bağlılıq var. 
Əsl, həqiqi, böyük Poeziya olan Məmməd Araz sözü də düşüncədə,  əxlaqda və qeyrətdə 
belə yaddaşın şeirdə ifadəsidir. 
 
Yaşar Qarayev 
2002 


__________________Milli Kitabxana_________________________ 

 
    
  


__________________Milli Kitabxana_________________________ 

 
QARANQUŞ 
 
Əsdi vədə yeli...yaz müjdəsilə  
Qondun eyvanıma yenə, qaranquş!  
Mən sənin eşqinlə gəlirkən dilə,  
Uçmağın dərd oldu mənə, qaranquş! 
 
Bir zaman yuvanı uçurmuşam mən,  
Bəlkə də, bəlkə də o yadındadır.  
Dilin yox, dərd açıb söz söyləyəsən,  
Dilin də, sözün də qanadındadır. 
 
Bəzən əlində şiş, çiynində yaba  
Uşaqlar yanıma yığıldı, ay quş!  
On günə, bir aya tikdiyin yuva  
Bircə an içində dağıldı, ay quş! 
 
Yelləmi, selləmi keçdi ötən gün?  
O, bəlkə ötəri şimşək səsiydi.  
Sənin öz yuvandan ayrı düşməyin  
Mənimçün bir uşaq əyləncəsiydi. 
 
Bəlkə bu halımdan incidi dağ-daş  
Bunu öz vaxtında duya biləydim.  
Bir günlük uşaqlıq günahmı, kaş  
Bütün ömrüm boyu yuya biləydim. 
 
Bilmədim o günün ani nəşəsi  
Mənə dərd olacaq ömrüm uzunu.  
Bəlkə ev qayğısı, övlad nəfəsi  
Olmasa indi də duymazdım bunu. 
 
Eh, xəyal nələri gətirir yada...  
Yeni müjdən ola mənə, qaranquş!  
Körpəlik gülüşüm qanadlarında  
Bir gün geriyə dönə, qaranquş! 
              
  


__________________Milli Kitabxana_________________________ 
10 
 
Vaxt olur cansızdan can umur insan- 
Adi təsəllidir, bunlar da ancaq.  
Uçan körpəliyin, uçulan yuvan  
Onsuz da geriyə qayıtmayacaq. 
 
Gəl yenə yuva qur doğma yerində,  
Könlüm həsrətinlə dindi, qaranquş!  
Ta uçma, çəkinmə məni görəndə,  
Mən uşaq deyiləm indi, qaranquş! 
  
   


__________________Milli Kitabxana_________________________ 
11 
 
SƏBA YELİ 
 
"Nə yanar kimsə mənə atəşi-dildən özgə  
Nə açar kimsə qapım badi-səbadan qeyri". 
 
Füzuli 
 
Sözün sehrinə bax, qüdrətinə bax!  
Bir heykələ döndüm öz yerimdə mən.  
Beləcə bir misra deyəydim ancaq  
Yüz il yazacağım əsərimdə mən. 
 
Keçirmiş sənətin imtahanından  
Dörd yüz bahar onu, dörd yüz qış onu.  
Bir ana torpağın ürək qanından  
Qan alan bir ürək yaratmış onu. 
 
Bir anlıq dörd əsr qayıtdım geri,  
Sinəmdə ocaqlar qalandı, şair.  
Fikrim dolandıqca ağır illəri,  
Kainat başıma dolandı, şair. 
 
Görürəm özünü pərvanə sayıb,  
Başına dolanıb yananlar da var.  
Sənin xəzinəndən söz oğurlayıb,  
Sənin sənətini dananlar da var. 
 
Görürəm üstünə daş yağır belə,  
Fəqət, göz qırpmadan oturmusan sən.  
Çünki söz oxunla, söz atəşinlə  
Fələyin damını uçurmusan sən. 
 
Gəldim baş əyməyə önündə mən də,  
Qarşıma gah boran, gah tufan çıxır,  
Nədənsə, şairim, adın gələndə  
Çox şairin adı yadımdan çıxır. 
 
De niyə tənhasan, de niyə təksən?  
Soltanlar taxtından şikayətin var. 
 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə