Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   2   3   4   5   6   7   8   9   ...   37

__________________Milli Kitabxana_________________________ 
25 
 
 
Tələsən atlılar yolda qalacaq,  
Aramla gedənlər çox getdi ancaq.  
Görməyə tələsdi səni bağça-bağ,  
Bənövşə üzəndə tələsmədin sən. 
 
Sənətin ağ günü üzünə düşdü,  
Ellər söhbətinə, sözünə düşdü.  
Ceyranlar mələşib izinə düşdü,  
Ceyranı gəzəndə tələsmədin sən. 
 
Bu gün əlli yaşa qoyursan qədəm,  
Mənalı keçərsə yaş, keçsin, nə qəm...  
Bir vaxt da gələcək, deyəcək qələm:  
Ömrünün yüzündə tələsmədin sən. 
 
12 may 1956 
 
II 
 
MÜQƏDDƏS MƏZAR 
 
Əsir ilıq külək, mülayim külək,  
Fəqət qasırğalar keçir sinəmdən.  
Qəlbimdə çırpıntı, əlimdə çiçək  
Müqəddəs bir qəbrə baş əyirəm mən. 
 
Onun dövrəsində gül-çiçəyə bax,  
Deyirsən, əkilib iyirmi ildir.  
Üstündə göyərən otların ancaq  
Hələ bir yaşı da tamam deyildir. 
 
Sanki ayaqlayıb ölümü bu an,  
Hər gələn baş əyir bu böyük ada.  
Şairi vədəsiz apardığından  
Elə bil utanır qəbiristan da. 


__________________Milli Kitabxana_________________________ 
26 
 
O bir el vurğunu, el aşiqiydi,  
Budur, qəbrinin də yanında el var.  
O güllü-çiçəkli çöl aşiqiydi,  
Bunu duyursanmı bahar, ay bahar? 
 
Daha sözlü qəlbi gəlməyir dilə, 
Min söz çələngi var hər qəlbdə, nə qəm. 
Onun məzarının önündə belə 
"O ölmüş" sözünü eşitməyirem. 
 
Təbiət, təbiət, ana təbiət!  
Yamyaşıl geymisən yenə, təbiət!  
Niyə vaxtsız qıydm ona, təbiət?  
Kammca bir ömür sürmədi getdi. 
 
Neçə əsəri də odlu çağında  
Qaldı yazılmamış can otağında.  
Əmirxanı tapıb Kür qırağında  
Bağından bir meyvə dərmədi, getdi. 
 
Eldan el deyib ellə qalacaq,  
Aygün min illərcə, Ay, Gün olacaq.  
Gözləyib Ülkəri on beş il ancaq  
Ona toy xeləti vermədi, getdi. 
 
O qələmle qurdu öz dünyasını,  
Vaqif alqışladı söz dünyasını.  
Sənət dünyasını, saz dünyasını  
Barı yüzcə il də görmədi, getdi. 
 
Günahkar görürəm torpağı, yeri,  
Ömrümüz özü de sirli aləmdir.  
Nedənsə insanın əzəldən beri  
Gəlişi sevincdir, gedişi qəmdir. 
 
Yox-yox, kədərlənmə ürək, ey ürək,  
Onun söz mülkündən kədər uzaqdır. 
  


__________________Milli Kitabxana_________________________ 
27 
 
Bir də ki, dünyaya gələn gedəcək 
Ölümə yalvarma, ümid nahaqdır. 
 
Əbədi susubdur bir şair səsi,  
Birgünlük, beşgünlük o yatmamışdır.  
Göz yaşı, qəlb ahı hələ heç kəsi  
Ölüm yuxusundan oyatmamışdır. 
 
Yox-yox, xəzan görməz onun söz bağı,  
Ölümə əl çalıb gülmək gərəkdir.  
Vurğun şeiriyyəti, Vurğun torpağı  
Bəlkə də yüz Vurğun yetirəcəkdir. 
 
Qəlbi sükutdadır dayananlarm,  
O qalxıb bu halı seyre dalaydı.  
Deyirəm, kaş elə hər sənətkarın  
"Unudulmuş" qəbri belə olaydı. 
 
1957 
  


__________________Milli Kitabxana_________________________ 
28 
 
ARAZ YADIMA DÜŞÜB 
 
Dostum Söhrab Tahirə 
 
Bir gözümdə sevinc var,  
Bir gözümdə qəm yaşı;  
Yanar səhra kimiyəm,  
Nəğmə bahar yağışım...  
Oxu, bir aram-aram,  
Oxu, bir həzin-həzin,  
Oxu, çöllər uyusun,  
Oxu, dağlar titrəsin...  
Araz yadıma düşüb,  
Hər teli min havalı  
O saz yadıma düşüb! 
 
Sahilində küləklər  
Gəzməyib mənim qədər.  
Sularında ördəklər  
Üzməyib mənim qədər.  
Qayasına baş qoyum,  
Saçımı dalğa yusun,  
Körpə kimi uyuyum  
Səsiylə dalğalasının...  
Araz yadıma düşüb,  
Hər teli min havalı  
O saz yadıma düşüb!  
Hanı balıq tutduğum?..  
Batıb qarmağım onda.  
Yoxsa o zaman itdi  
Uşaqlıq çağım onda.  
Bilirəm, o illərə  
Qayıtmaram bir də mən.  
İlk eşqimin sirrini  
Bir o bilir, bir də mən...  
Araz yadıma düşüb, 
  
 


__________________Milli Kitabxana_________________________ 
29 
 
Mizrab vur tellərinə  
O saz yadıma düşüb! 
 
Oxu, çıxım sahilə  
Kəhkəşan qucağında  
Gəzim Araz sinəmdə,  
Naxçıvan qucağımda.  
Uzansın Moskva çay  
Bir qolum kimi bu dəm:  
Mən onunla Xəzərdə  
Araza əl verərəm.  
Araz yadıma düşüb!  
Araz yadıma düşüb! 
Moskva, noyabr  
 
1960 
  


__________________Milli Kitabxana_________________________ 
30 
 
NECƏ UNUDUM SƏNİ... 
 
Baxıram ev-eşik boşdur elə bil,  
Səninlə varım da, yoxum da gedib.  
Bir ürəyim deyil, bir canım deyil,  
Dincliyim də gedib, yuxum da gedib. 
Bir anlıq dincəlim, yuxulayım deyə  
Bircə əlacım var - unutmaq səni!  
Ot kimi, su kimi bilmirəm niyə  
Hər yerdə yaradıb bu torpaq səni. 
Səyyah oluramsa, göz işlədikcə  
Əvvəli, sonu yox bir düz olursan.  
Mən səni gecələr unutsam, - gecə,  
Gündüzlər unutsam, - gündüz olursan. 
Dağlara çıxıram şimşəklər sənsən,  
Saçımı dağıdan küləklər sənsən.  
Bəlkə də bir simli iki sazıq biz,  
Sən qansan, mən ürək, ayrılmazıq biz. 
Qoy bir an ürəyim rahat döyünsün,  
Bu qədər insafsız olmaz ki, adam!  
Yox, səni bir anlıq unutmaq üçün  
Özümü bir yolluq unutmalıyam... 
 
1961 
 
SƏNDƏN AYRI... 
 
Gözəllər aşiqi az olmamışam,  
Hamısı yan keçir indi yanımdan;  
Görünür qızlann qəlbindən tamam  
Mənə məhəbbəti oğurlamısan... 
 
1961  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə