Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

__________________Milli Kitabxana_________________________ 
43 
 
Fikirlər dolanır başımda min-min,  
Görən doğrudanmı oxunmur şeir?  
Görən doğrudanmı insan qəlbinin  
İncə hisslərinə toxunmur şeir? 
 
Bəlkə qan dəyişib insan canında,  
Hər şeyi sevməmək bir adət olur.  
Yox, şair, hər kiçik bir yalanın da  
İçində bir kiçik həqiqət olur. 
 
Artır söz yığını, artır çayır tək,  
Hamı deyən olub, yazan olubdur.  
"İlhama sarılmaq", qələm götürmək  
Papiros çəkməkdən asan olubdur. 
 
Gəlin gizlətməyək: hələ şeirimiz  
Peyk ola bilməyib yer kürəsinə.  
Gəlin gizlətməyək, gizlətməyək biz  
Bu gün şeirimizin bülbul səsinə 
 
Qurbağa səsini qatanlar da var;  
Arpa çörəyini lavaş yerinə,  
Çürümuş ipliyi qumaş yerinə ,  
"Köhnə dağarcığı tumaş yerinə"  
Bu gün oxucuya satanlar da var; 
 
 
Sən də, ey oxucu, Önümdə dayan!  
Sən də çək ortaya günahmı bir!  
Məncə qapısını kitab açrmayan  
Bir ev müəllimsiz məktub kimidir. 
 
Adam var fərqini bilməyir hələ  
Böhtan yazan əllə, söz yazan əlin.  
Qəlbi lal, beyni kar adamlar ilə  
Şeiri tərəziyə qoymayaq gəlin! 
 
1964 
  


__________________Milli Kitabxana_________________________ 
44 
 
UŞAQ SƏSLƏRİ 
 
Mən bir uşaq tanıyırdım, dəcəl bır uşaq,  
Xəyalının quş qanadı, yel atı vardı.  
Arzusunun gecələrdə səmaya uçmaq,  
Ulduzları sapa düzmək adəti vardı. 
 
Ürəyində sərtlik olar, mərhəmət olar,  
Bir ürəkdə sığışardı bunlar bir yerə.  
Yaz olanda yuvasından didərgin salar,  
Qış olanda dən səpərdi boz sərçələrə. 
 
Ayağını şeh yuyardı, saçını yarpaq,  
Bir aləmi dəyişərdi bir kəpənəyn.  
Dırmaşardı dağ başına, buluddan papaq,  
Şimşəklərdən qırmızı lent alacaq deyə. 
 
Nə vaxt ömrün dan yerində güldü dünyaya,  
Nə vaxt ömrün səmasında qüruba endi?  
Qayaların qulağında batan sədaya,  
Çiçəklərdə günəş yuyan şehəmi döndü? 
 
Hərdən məni diksindirdi ayaq səsləri:  
O qaçışlar qaçışına necə bənzəyir?  
Boylanıram, soruşuram, uşaq səsləri  
Elə bil ki, "o burdadır, darıxma" deyir. 
 
Yüyürürəm dalısınca, görəm onu bir;  
Deyəm ona, uşaqlara dalaşmasınlar.  
Çağırıram, uşaqlar da yığılıb gəlir,  
Hər sorğuma, sualına qulaq asırlar... 
 
Gülüşürlər: "Hansı uşaq, nə uşaq, əmi?" –  
Əmi nədir, yoldaşıq ki, tay-tuşuq ki, biz...  
Mən oyundan çıxarılan bir uşaq kimi  
Pərt oluram, qayıdıram səssiz-səmirsiz. 
  


__________________Milli Kitabxana_________________________ 
45 
 
Yox, əmiyəm, ay uşaqlar, əmi də deyin,  
Ömür keçir, ne inciyim, nə də ki, küsüm.  
Bircə məndən səsinizi əsirgəməyin,  
Ürəyimdə tək darıxar uşaqlıq hissim... 
 
1964 
 
*  *   * 
 
Soruşdum birindən şairəmmi mən?  
Özüm ki, özümü öyə bilmərəm!  
Cavabı asanca qopdu dilindən: -  
Hələ ölməmisən, deyə bilmərəm... 
 
1963 
  
 
 
 
 
 
 
 
 
 
 
  


__________________Milli Kitabxana_________________________ 
46 
 
QIRMIZI QƏLƏM 
 
Bir vaxt onu tapanda 
olmazdı dərdim.  
Qaşqa qulunu da,  
Təpəl quzunu da 
sevindirərdim.  
Qırmızı zolaqlı yumurta 
necə qəşəng olardı!  
Qatarda uzaq gedən,  
Döyüşdə bərk olardı...  
Bir az da böyüdüm,  
Bu qələmlə qırmızı  
Alma çəkdim, cam çəkdim,  
Qırmızı adam çəkdim.  
Qiymətlər içində  
Ən çox sevdiyim 
qırmızı "beş"di.  
Keçdi, 
Qırmızı pionerlik  
Dövrünü də keçdi.  
Qırmızı qələmlə bir də  
Sonralar qarşılaşdım,  
Bu dəfə sevinmədim,  
Titrədim, çaşdım.  
Rəngi bilinməz rəngdə  
Gözümə dəydi 
qırmızı qələm.  
Bir bürokrat əlindəydi 
qırmızı qələm... 
  
1965 
  


__________________Milli Kitabxana_________________________ 
47 
 
BİR OTAQDA 
 
Bəlkə də bu günahmıdır:  
Qələm aldım, şeir yazdım...  
Sən olmasan mən bu qədər  
Bir otağa qapanmazdım...  
Sən olmasan bəlkə elə  
Bir çobandım dağda-daşda.  
Umu-küsü bilməzdi heç  
Qohum-qardaş, dost-tanış da.  
Kimisinin köynəkliyi,  
Kimisinin əlcəkliyi,  
Kimisinin bulaması,  
Kimisinin dələməsi  
Gələrdi də... Atam - anam  
Göz yorğunu olmazdılar.  
Məktubların, soraqların  
Ümidimə qalmazdılar.  
Sən olmasan bu titrəyən,  
Bu ağrıyan ürək nəydi?  
Bəlkə şair olmamağım  
Olmağımdan gərəkliydi?!  
Bəzisinə ürək qazıb  
Söz ələmək asan gəlir,  
Düyün düşən fikirləri  
Çözələmək asan gəlir,  
Göz görməyən duyğuları,  
Məhəbbəti, ehtirası, 
kefi, yası 
cilalayıb 
Söz eləmək asan gəlir.  
Bəzən olur: saatlarla  
Danışıram ölü kimi.  
Bəzən olur: saatlarla  
Öz-özümə danışıram 
dəli kimi. 
Kiminləsə vuruşuram,  
Kiminləsə barışıram,  
Kiminləsə yarışıram, 
  
 


__________________Milli Kitabxana_________________________ 
48 
 
Oda, közə qarışıram;  
Elə bil ki, meteorlar 
yağışını 
Dəf edirəm bir otaqda.  
Mən özümü neçə dəfə  
Dəfn edirəm bir otaqda.  
Vəsf etdiyim gözəlliyə  
Pəncarədən baxıram mən,  
Neçə qızın sevgisinin  
Orbitindən çıxıram mən;  
Gözlərimin şirin yuxu  
Damarını kəsirəm mən  
Sevgilimin saçlarının  
Tumarını kəsirəm mən,  
Həyatımdan bezəndə də  
Gəlib şer yazıram mən.  
Bir dostumdan küsəndə də  
Gəlib şeir yazıram mən.  
Ömrü boyu körpə olan 
körpəm sənsən.  
Könüllərdə daşqınım sən, körpüm sənsən.  
Neçə böhtan məclisinin  
Şahmatında itsəm belə 
fiqur kimi, 
Sən varsan, mən əyilmərəm,  
Əyilmərəm qürur kimi.  
Sən olmasan bu dünyada, nəyəm, kiməm?  
Sən olmasan sonsuz ata,  
Sən olmasan bir yetiməm.  
Sən əzabım, sən havanın,  
Sən fırtınam. sən avarım...  
Ya səninlə bu sevdamın  
Dalğasında batasıyam,  
Ya səninlə öz arzumun  
Sahilinə çatasıyam... 
 
1965 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə