Microsoft Word M?MM?D araz doc



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix28.06.2018
ölçüsü1,23 Mb.
#52290
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

__________________Milli Kitabxana_________________________ 
49 
 
ALDIM MƏKTUBUNU 
 
Aldım məktubunu, aldım sevincək;  
Oxuyub nə haldan nə hala düşdüm!  
Axı bir qadına səni indicə,  
İndicə nə qədər tərifləmişdim... 
 
O fikrə getmişdi, qəlbində, deyən,  
Qadın mənliyini boğurdu bir qəm:  
Bəlkə düşünürdü: axı mən niyə  
Belə təriflorə layiq deyiləm... 
 
Dondurdu gözümü hər sətrin buzu,  
Hər sualın şübhə, hər nidan eyham.  
Mən səni heç yerdə, a zalım qızı,  
Bu ürək sahibi tanıtmamışam! 
 
Hanı məktubunda bir yarpaq ürək,  
Hicran nöqtələri, sevgi xalları?  
Bir ayna vicdana çirkab çiləmək – 
Bu kimin əlidir, kimin, de barı? 
 
Çevrildi başıma bir əzab dağı,  
Günəşdən üstümə qar ələndi, qar.  
Kişi xörəyinə zəhər qatmağı  
Ustalıq bilməyib bizim analar... 
 
Onlar hər günahı saymayıb günah,  
Bu özü, qanana güllə deyilmi?  
Kişi günahım üzə vurmamaq  
Kişiyə vurulan şillə deyilmi? 
 
Xəyahın hardasa səni gəzirdi,  
Aldım məktubunu, sevinim, gülüm,  
Məktubun bir qucaq kədər gətirdi,  
Nə olar, kədər də səndəndir, gülüm! 
 
Qaqra, oklyabr, 1965 
 
  
 


__________________Milli Kitabxana_________________________ 
50 
 
DEYİLƏM 
  
Bilirəm, mən sənin göz yaşlarınam,  
Donub gözlərində qalan deyiləm.  
Bir mələk donunda girib qoynuna,  
Sonra şahmar kimi çalan deyiləm. 
 
Birinə varamsa, birinə yoxam,  
Yoğrulmuş xamırım, yayılmış yuxam.  
Mən hər vədəsilə bir tale yıxan  
"Həqiqət geyimli" yalan deyiləm. 
 
Qonsan kirpıyimə bir jalə kimi,  
Köçsən də qəlbimə bir nalə kimi,  
Mən səni bir dolu piyalə kimi  
Götürüb əlimdən salan deyiləm. 
 
Hər eşqin yolu var, hər ömrün yarı,  
Yeri, bu ümidlər yolunda yarı...  
Daha nə gizlədim, çalınmış tarı  
Kökləyən deyiləm, çalan deyiləm... 
  
Dekabr 1964 
 


__________________Milli Kitabxana_________________________ 
51 
 
 SON ANINDA 
 
Axır nəfəsinə yetişmədim mən,  
Son dəfə bağrıma basmadım onu.  
Ah, niyə görmədim gözündə sönən  
Son həyat eşqini, son arzusunu. 
 
Yudu baş daşını gözümün yaşı,  
Göz yaşı yeni can vermir adama.  
İlk dəfə qarğıdım qohum-qardaşı,  
İlk dəfə acıdım doğma atama. 
 
Qapadı gözünü o, mənsiz, necə,  
Necə dəfn etdiniz məndən xəbərsiz...  
Bir qarı dilləndi: "Anan ölüncə  
Dedi ki, balamı çağırmayın siz. 
 
Qorxar... İşi çoxdur... Azca ağladı,  
Qorxduki, eşidib kədərlənərsən.  
Son anda şəklini o qucaqladı,  
Gözünə baxmadı... qəhərlənərsən..." 
 
Yarama köz basdı bu söz də mənim,  
Qopdu ürəyimdon yanıqlı nida:  
Ana qəlbinə bax! Övlad qəmıni  
Görmək istəməyib son anında da. 
  
Qaqra, oktyabr 1965 
 
  
 
  
 
  
 
  
 
  


__________________Milli Kitabxana_________________________ 
52 
 
 
ANA YAŞI 
   
Daha gəlməyəcək anamın səsi,  
Mənə de taleyin yumruğu dəydi.  
Düzü acığıma gəlir: bəzisi  
Soruşur mərhumun yaşı neçəydi? 
 
- Bilmirəm... düşmüşdü saçlarına dən. ...  
Dolaşır sualla cavab başımda.  
Ana kədərini yaşmıdır ölçən?  
Ana itirmişəm ana yaşında... 
  
1965 


__________________Milli Kitabxana_________________________ 
53 
 
 BİR ŞAİR KÜSÜB 
Əli Tudəyə 
 
Deyirlər bir şair dünyadan küsüb,  
Vədlər, təsəllilər gözündə yasdır.  
Şairi küsdürən dünyanı üzüb  
Günəş sistemindən atmaq da azdır! 
 
Şair cəmiyyətin dili, dilmacı,  
Şair bir planet siqlətindədir.  
Onun baxışının qəzəb qırmacı  
Dağlar parçalamaq qüvvətindədir. 
 
Gülüşü varlığa bahar nəsimi,  
Kədəri, hiddəti sırsıralı qış.  
Ay kimi, Mars kimi, Venera kimi,  
Qəlbinin çox sirri kəşf olunmamış... 
 
Deyirlər tüstüsüz bir şair yanar,  
Qəlbi öz dərdini ağlar gizlicə.  
Bəzən gözlərində gəlib dayanar  
Sevdiyi çəmənlər, dağlar gizlicə. 
 
Durar çəmənini qucaqlamağa,  
Durar daşlarını öpə dağınn,  
Fəqət sinəsindən vurar bir ağa,  
Gözü də sevinməz göz dustağının. 
 
Yeriyər düşməni ayaqlamağa,  
Buxovlar ilişər ayaqlarına.  
Yenə tufan qopar, yenə qar yağar  
Fıkrin buz şaxəli budaqlarına. 
 
Bu, Vətən, - dedikcə, o qəh-qəh çəkər,  
"Vətənin qamçımın dilidir, - deyər.  
Qamçımın dilisə sağdır nə qədər,  
"Vətənin ölüdür, ölüdür", - deyər. 
  
 
 
  


__________________Milli Kitabxana_________________________ 
54 
 
 
Bunun qələmi var, onun qılıncı,  
Bunun üsyanı var, onun zindanı.  
Bu qalxar, gözündə yanan qığılcım,  
Su deyib haraylar, səslər dünyanı. 
 
Dünyanın qulağı eşidir ağır, 
O məhəl qoymayır, deyən, hər səsə. 
Bir şair ürəyi neyləsin axı, 
Bir qəlbi bir dünya eşitməyirsə?! 
 
Bir şair arzusu, görən, nə deyir,  
Bir ümid istərmi, qəlbi şad olsun?!.  
O, dərman istəmir, Vətən istəyir!  
Dərdli, yoxsul olsun - tək Vətən olsun. 
 
  
1965 
  


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə