Microsoft Word monoqrafiya docx


Ata, babası və ulu babası kimlərdir?



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

46 
 
 
Ata, babası və ulu babası kimlərdir?  
Atasının adı Yusif, babası  Zəki, ulu babası Müəyyəd olmuşdur. Yenə  şairin öz 
yazdığı beytlərdən bu, aydın olur. Oğluna müraciətdə isə Məhəmməd Nizami oğlu deyə 
təsdiqləyir.  
Nizaminin anası: Bu qadın kürd qəbiləsindəndir. Bunu şairin özü də yazır:  
Gər madəre mən rəiseye kord,  
Madər sefətanə pişe mən mord.  
Anam  kürdün rəisəsi olsa da,  
Qarşımda ana sifətində öldü. (103-19) 
Şairin dayısı: bu adam Xacə Ömər olmuş, dövrünün mütərəqqi adamı sayılmış və 
Nizaminin savad almasında əsas rol oynamışdır. Nizami bu barədə yazır:  
Xacə Ömər mənim dayım idi,  
Həm də mənim qol-qanadım idi. (103-21) 
Nizaminin qadını:  Onların sayı 3-dür. Lakin şair onları bir-birinin ölümündən 
sonra almışdır. Özünün yazdığına görə  ən gözəl günlərini birinci arvadı  qıpçaq qızı 
Afaqla keçirmişdir. Oğlu Məhəmməd də elə  həmin Afaqla izdivacındandır. Dərbənd 
şahı Afaqı Nizamiyə  kəniz kimi göndərsə  də,  şair Afaqıın təmiz xislətini görüb onu 
özünə ömür-gün yoldaşı etmişdir.  Şair “Xosrov və  Şirin” poemasını yazarkən Afaqı 
nəzərdə tutduğunu vurğulamışdır.  
Nizaminin ikinci və üçüncü qadını olduğu təsdiqlənsə  də, nə  şair özü, nə  də 
təzkirəçilər heç onların adlarını belə  çəkməmişlər. Fikrimizcə, Nizami Afaqı sidq 
ürəkdən sevdiyi üçün, digər o iki qadınla sadəcə olaraq bir yerdə yaşamaq xatirinə 
evlənmişdir.  
“Xosrov və  Şirin”  əsərinin 429-cu səhifəsində Nizami göstərir ki, Afaqın ölümü 
onu çox sarsıdır və o, bundan sonra yaşamağın ləzzətini itirir. Daha sonra “Leyli və 
Məcnun” və “İqbalnamə”də də buna işarə edir, təəssüflənir.  
Nizaminin oğlu.  Şairin özünün işarə etdiyi kimi onun Məhəmməd adlı bir oğlu 
olmuşdur. Nizami “Xosrov və Şirin” poemasında onun 7, “Leyli və Məcnun” dastanında 


47 
 
 
14, “Yeddi Gözəl”  əsərində 18-19 yaşında olduğunu göstərmişdir. Lakin “Şərəfnamə” 
və “İqbalnamə” də bu haqda söhbət açmır.  
Məhəmməd də çox ağıllı bir övlad olduğundan  şair olmaq istəmiş, lakin Nizami 
onun həkim olmasını arzulamışdır. Onun sonrakı taleyi barədə heç bir məlumat yoxdur.  
Bu məqamda Hindistanlı professor Şəblinin bir yanlış fikrini də araşdırmağa dəyər. 
O, isnad edir ki, guya Nizaminin bir qızı da varmış. Lakin onun adını belə çəkə bilmir. 
Əlbətdə, bu fərziyə ilə  əssasız yerə razılaşmaq olmaz. Həqiqətdə isə digər mənbələrin 
hamısında Nizaminin bir övladı Məhəmməd olduğu göstərilir.  
Nizaminin iqamətgahı, doğum yeri, tarixi, vəfatı  və  dəfn olunduğu yer. Bu 
mətləbi doğru açmaq üçün ki, Nizaminin vətəni Gəncədir, yaxud o, İraqda doğulub uşaq 
vaxtı atası ilə birlikdə Gəncəyə gəlmişlər, sadəcə olaraq fərziyələrdir. Əksər təzkirəçilər 
şairin atasının İraq əsilli olub, Gəncəyə köçməsini göstərirlər və etiraf edirlər ki, Nizami 
məhz Gəncədə doğulmuşdur. O, müsəlmandır. Nizaminin özünün “Xəmsə”sindəki 
beytlərə nəzər salsaq o zaman görərik ki, şair özü də Gəncə və İraq adlarını çəkir.  
“Sirlər xəzinəsi” dastanının 179-cu səhifəsində:  
“Mən Gəncədəyəm, indi İraq məndən uzaqdadır”. 
“Xosrov və Şirin” poemasının 361-ci səhifəsində:  
“Bütün ədəb və elm sahibləri İraqın çərxindən keçmişlər”.  
“Şərəfnamə” hissəsinin 53-cü səhifəsində Nizami yazır:  
“İraqın elmi, onu dünyada ucaltmışdır”.  
“İqbalnamə” bölməsində belə bir beytə rast gəlirik ki,  
 “Gəncədə olsam da, Qum şəhərinin əhliyəm”.  
Bu beyt inandırıcı deyil, çünki, Nizaminin “İskəndərnamə”  əsərinin köhnə 
nüsxələrində buna rast gəlinmir.  
Bizcə, bu təzkirəçilərin sonradan uydurduğu mülahizələrdir.  
Lakin bu elmi işi ələ alan və onun açıqlanmasına çalışan bir insan kimi bu beytin 
müxtəlif mənaları olduğunu söyləmək olar:  


48 
 
 
1.
 
Əgər Nizaminin atası İraqdandırsa da, ora əlbətdə “qumluq” bir sahədir və şair də 
buna işarə edir.  
2.
 
Qum şəhəri İranda böyük şəhərdir. Nizami ora işarə etmir.  
3.
 
Ləzgilərin Qax rayonunda bir Qum kəndi var Nizamini ora aparıb çıxartmaq 
gülüncdür. Yenə  İraq, Gəncə  və  İranın Qumu inkişaf etmiş yerlərdir, oradan Nizami 
yetişib çıxa bilər. Amma Qum kəndindən Nizaminin yetişməsi heç cür mümkün deyil. 
Digər tərəfdən bütün təzkirəçilər, Nizamişünaslar ömür boyu təsdiq ediblər ki, Nizami 
Gəncədə doğulub, təhsilini burada alıb, xəmsənin 5 əsərini bu şəhərdə yazıb, buradan 
heç kənara çıxmayıb və burada da dəfn olunub və  məzarı indi də ziyarətgaha 
çevrilmişdir.  
V.Dəstgerdi professor Ripkanın da Nizaminin Gəncədə olması fikirlərini də 
göstərir. Buna misal olaraq “Xosrov və Şirin”dəki 14-cü səhifə, “Şərəfnamə”dəki 44-cü 
səhifələri göstərmək kifayətdir.  
Şairin doğum tarixi. Bu sahədə də azı 10 il fərqlərlə müəyyən fikirlər mövcuddur. 
Lakin bizim dəqiqləşdirməmizə görə Nizami 1141-ci ildə  Gəncədə  təvəllüd etmişdir. 
Bunu əksər Şərq və Qərb şərqşünasları göstərir.  
Şairin rəhmətə getməsi. Nizami özü “İqbalnamə”nin 279-cu səhifəsində qeyd edir 
ki, onun 63,5 yaşı var idi. Belə  təxmin edilir ki, 0, 2-3 il daha yaşamış  və  rəhmətə 
getmişdir. Bütün təzkirəçilər də bu fikirlə razılaşırlar. Ancaq Dövlətşah Səmərqəndi 
şairin ölüm vaxtını 66 il göstərir. Onun da əldə heç bir dəlili yoxdur. Hər halda şairin bu 
yaş arasında dünyasını dəyişdiyi ehtimal olunur.  
Onun dəfn olunduğu yer. Nizaminin dəfn olunduğu yer Gəncədir ki, buna heç 
şəkk-şübhə yoxdur. Indiki Gəncə şəhərinin 7 verstliyində şairin çox da böyük olmayan 
məzarı mövcud olmuş və onu da rus hökümətinin icazəsi ilə inşa etmişlər. Bura tez bir 
zamanda ziyarətgaha çevrilmişdir. Nizami məzarının fotosunu çəkmək mümkün 
olmuşdur. Bu qəbir  şairə layiq olmasa da, xalq tərəfindən bir ziyarətgah kimi inanc 
yerinə çevrilmişdir.  


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə