Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   2   3   4   5   6   7   8   9   ...   43


 
 
 Çünki  Heydər  Əliyevin ictimai – siyasi fəaliyyəti, fəal həyat mövqeyi xalqının 
sosial vəziyyətinin yaxşılaşdırılmasına, sülh şəraitində yaşamalarına yönəldilmişdir. O, 
təkcə görkəmli diplomat, fenomen insan deyil, həm də,  ədəbiyyatımızı – 
mədəniyyətimizi dərindən bilən alim, analitik yaddaşa malik erudisiyalı  şəxsiyyət idi. 
Bir sözlə onun ədəbiyyat və  mənəviyyat, mədəniyyət sahəsində xidmətləri ölçüyə 
gəlməzdir. (81-116) 
 
“Ədəbiyyat riyaziyyat deyil
dəqiqlikdən çox mübhəmlik və 
fantaziya tələb edir”. 
      Nizami  
 
Ədəbiyyat – istedadın məhsuludur.  Ədəbiyyat “doğruya bənzəyən yalanı, yalana 
bənzəyən doğrudan” üstün tutur.  
  Ədəbiyyat doğrunu dada gətirmək üçün, ona dırnaq qədər olsa da yalan – duz 
qatan yazıçıları  qınamır. Bu onların fantaziyasıdır. Özü də  bəzəkli fantaziyadır. 
Ədəbiyyat vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik məktəbidir. Ədəbiyyat uzaq vuran 
toplardan daha qüdrətlidir. Deməli,  ədəbiyyat – mahiyyət etibarilə insan idrakının 
mənəvi təminatçısıdır.  Ədəbiyyat güzgüdür. Cəmiyyətdə baş verən hadisələri ya 
müstəqim, ya da qeyri müstəqim formada insanı onun özünə göstərir. Hadisələri obrazlı 
şəkildə  əks etdirir. Məhz buna görə  də yazıçılar canlı  təbiətdə gördüklərini 
ümumiləşdirir, saf – çürük edir, bədii fabula daxilinə salır, ziddiyyətlər düyünü üçün 
zəmin yaradır, sonra əhvalatların süjet xəttini hazırlayır, hadisələrin bir – biri ilə 
əlaqələrini nizamlayır. Lakin sovetlər dövründə yaradıcı  şəxsiyyətlər kommunistlərin 
“Ədəbiyyat partiyalı olmalıdır” tapşırığından kənara çıxa bilməmiş, mənəvi, yaradıcı 
təfəkkür çərçivəyə salınmışdır, ciddi senzor nəzarəti vardır. Müasirlik baxımından bu 
vəziyyəti indi nəzərdən keçirsək görəsəyik ki, XX əsrin 20 – 30 – cu illərində 
Azərbaycan ədəbiyyatı və incəsənəti sıxıntılara məruz qalmışdır:  


10 
 
 
a) “Partiyanın bədii  ədəbiyyat sahəsində siyasəti haqqında” 18 iyun 1925 – ci il 
tarixdə qəbul etdiyi qətnamə;  
b) “Ədəbi – bədii təşkilatların yenidən qurulması haqqında” 23 aprel 1932 – ci il 
tarixli qərar.  
Birinci qətnaməni – Rusiya Proletar Yazıçıların Cəmiyyətinin 1932 – ci il tarixli  
qərarı ləğv etdi, vahid Sovet Yazıçıları İttifaqını yaratdı. Belə məkrli əməliyyat iqtisadi 
sahədə  də  həyata keçirildi. 1930 – cu ildə kommunist dövləti insanların mülkiyyətini, 
torpağını, qoşqu heyvanlarını, iş alətlərini represiyalarla onların əlindən aldı. Güc tətbiq 
eməklə insanları kollektivləşdirdilər, adını da qoydular – kəndlilərin könüllü ictimai 
birliyi. Beləliklə, insanlar mülkiyyətdən, fərdi təsərrüfatdan məhrum edildilər...  
Lakin bu da bir həqiqətdir ki, o dövrün deyim tərzinə söykənsək, sosializm 
quruculuğu illərində millətlərin adət və ənənələrini nəzərə almadan hamını sovet xalqı 
adlandıran yeni ictimai quruluşda Azərbaycan xalqının da mənəvi dünyası, sosial şəraiti  
XIX  əsrin həyat tərzindən fərqli olaraq kökündən dəyişmiş, lakin fərdiyyət və onun 
xarakteri, fəal və qeyri – fəal mövqeyi nəzarət altında saxlanılmışdır. Buna istinadən də 
deyirlər ki, dünyanın ziddiyyətləri insan fikrinin səylərində kristallaşır, cəmləşmiş 
şəkildə ifadə olunur. Yaradıcılıq fəaliyyətində tətbiq edilən, əməkdə cisimləşən fikir və 
ziddiyyətləri  ən səmərəli və dolğun  şəkildə  həll edir. Çünki yaradıcılıq azadlığın 
sinonimi və zirvəsidir, yaradan insanlar isə Allaha yaxın olan ən xoşbəxt adamlardır. 
Deməli, insan fəaliyyəti nə  qədər müxtəlif və  rəngarəngdirsə, mənəviyyatla bağlı olan 
yaradıcılıq da bir o qədər çoxcəhətlidir. Heydər  Əliyevin  ədəbiyyata və  mədəniyyətə 
(incəsənətə) aid söylədiyi fikirlərin elmi – nəzəri obyektivliyindən alınan nəticədə isə 
müəyyənləşir ki, yaradıcılıq ünsürləri hər yerdə mövcuddur, çünki yaradıcı əmək həmişə 
gəlir gətirir, hörmət qazandırır, toxluq yaradır, sərvəti çoxaldır, ümumilikdə cəmiyyətə 
və insana maddi və mənəvi cəhətdən xidmət göstərir.  
Lakin bu prosesdə elə fəaliyyət növləri də var ki, onlar xüsusi, yaradıcı,məhsuldar 
fəaliyyətdir, yaratmaq, qurmaq, onun əsasını, məzmununu təşkil edir. Yaradıcılıqla 


11 
 
 
azadlığı bir – birinə yaxınlaşdıran çox səciyyəvi əlamətlərdən biri də odur ki, bunların 
hər ikisində biz obyektiv zərurətin subyektiv ifadəsi ilə rastlaşırıq.  
Heydər  Əliyevin  ədəbiyyat qarşısına qoyduğu problem məsələlərə – varlığın 
inikasına istinad edib belə bir nəticəyə  gələ bilərik ki, azadlıq sosializm dövrü 
ədəbiyyatında formal xarakter daşımışdır. O vaxt bir tərəfdən sosialist realizmi adlı 
metod və ona uyğun xüsusi hazırlanmış reyestrlər hökm sürürdü. Minlərlə nüsxə elmi və 
bədii  əsərlərin kitabxana rəflərindən götürülüb yandırılması (“Yandırılmış kitablar” S. 
Vurğun) və  məhvi bu reyestlərin hökmü ilə bağlı idi. Yaradıcı  şəxsiyyətin azadlığı, 
əməyinə verilən qiymət sovet dövründə belə idi. Bu senzor nəzarəti idarəsi birbaşa SSRİ 
Nazirlər Sovetinə tabe idi və bura “ideoloji nəzarət qapısı” sayılırdı. Sovet 
ideologiyasına uyğun gəlməyən adicə bir “vergül” bu “qapıdan” keçə bilməzdi, onun 
müəllifi də dərhal göz altında saxlanılır, adı “qara dəftərə” düşürdü. Yaradıcı adam sanki 
qula çevrilir, qarmaqarışıqlıq içərisində “başını itirir” və bu zaman yazıçı qələmə aldığı 
mövzunu öz məqsədinə uyğun həyata keçirə bilmirdi.  “Dünya qopur”,  “Dumanlı 
Təbriz” in göyləri od tutub yanırdı. “Kimdir müqəssir?” (A.İ. Gertsen) sualına cavab 
axtarılırdı. Buna “Kimin sualı var?” (N. Həsənzadə).  Əlbətdə heç kəsin. Burada əsas 
müqəssir cəmiyyətin özü idi və sual da ona verilirdi. Lakin bunu da inkar etmək olmaz 
ki, XX əsrin birinci yarısında Azərbaycan geridə qalmış  kənd təsərrüfatı ölkəsindən o 
zaman deyildiyi kimi, qabaqcıl sosialist adlanan fəhlə – kəndli respublikasına çevrildi. 
Azərbaycan ədəbiyyatı da bu tarixi mərhələnin yetişdirdiyi dövrün adını daşıyan sovet 
ədəbiyyatı oldu. Bu mərhələdə  “Tarixin təcrübəsi ən yaxşı müəllimdir” (Heydər Əliyev 
- 1975) – beləki kənd təsərrüfatı  və  sənayesi iqtisadi cəhətdən möhkəmlənən dövlətin 
bazisi üzərində onun üstqurumu sayılan ədəbiyyatı da inkişafa qədəm qoydu. Ona görə 
də iqtisadiyyat istehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi bazisidir, onun 
inkişafında həlledici rol oynayır, hüquqi və siyasi üstqurum bu bazis üzərində 
“yüksəlir”, ictimai şüur formalarından biri kimi bədii  ədəbiyyat məhz bu bazisə  
“məhsuldarlığına görə” minnətdardır. Bu sahədə  ədəbiyyat ayrıca götürülmüş, 
müstəqillik  əldə etmiş bir xalqın fərqləndirici xüsusiyyətlərinə daha çox diqqət yetirir. 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə