Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   2   3   4   5   6   7   8   9   ...   43

18 
 
 
baxmayaraq dövrün hökmdarları ona böyük ehtiramla, hörmətlə yanaşmışlar. Gəncəli 
şairin özü demişkən: 
Ucalmaq istəsən bir kamala çat, 
Kamala ehtiram göstərir həyat. (87-89) 
 
Əgər belə bir sual ortaya çıxsa ki, Nizamidə  nə var ki, bəşəriyyət onu bu qədər 
sevə-sevə oxumaqdadır? Cavabı çox sadə olacaq ki, bəs Nizamidə  nə yoxdur ki, onu 
oxumayasan? 
İnsan,  əmək, zəhmət, doğruluq, düzlük, yaşayış  tərzi, məhəbbət, mərdlik, kişilik, 
qadın azadlığı, müharibə, sülh, pislik, yaxşılıq, zülm, azadlıq, hökmdarlıq, rəiyyət, 
qanun, haqsızlıq, insaf, vicdan, xəbislik, comərdlik, xainlik, ailə, cəmiyyət, uşaqlıq, 
gənclik, qocalıq, doğum, aqibət, abad, xərabə, dövr, zaman şairin yaradıcılığında öz 
əksini tapmışdır. «Sirlər xəzinəsi» poeması dünya xəzinəsinin əsl açarıdır. Bu əsər həm 
tərbiyə edir, həm də yaşam tərzini öyrədir. Nəticəsi oxucunun gözləri qarşısında 
canlanır. Dünya ədəbiyyatında belə maraqlı traktatla qurulan əsərə rast gəlmək çox 
çətindir. Nizami təkamül, irsiyyət, nəsil, adət məsələlərinə çox dəqiq yanaşmış, onları 
fəlsəfi baxımdan izah etmişdir. «Sirlər xəzinəsi» dastanı ayrı-ayrı mövzulardan bəhs etsə 
də, bir mütəşəkkil cərəyan üzərində dayanıb ümumi bir vəhdət təşkil edir. Buradakı 
mövzular arasında sinxron bir ardıcıllıq özünü göstərməkdədir. Bir hekayə o birinin 
davamı olaraq oxucunu heyran edir. «Sirlər xəzinəsi» didaktik bir əsər kimi çox 
qiymətlidir. Dahi şairin ikinci əsəri «Xosrov və Şirin»dir. Təbiət təsvirləri bu poemada o 
qədər gözəl verilmişdir ki, sanki, Nizami özü böyük təbiət alimidir. Şapurun rəssamlığı, 
onun yaratdığı boyalar, əsrarəngiz təbiət hadisələri, Fərhadın adi Külünglə Bisitun 
dağının çapılması mənzərəsi çox güclü bir poetik dillə verilmişdir. Nizami göstərmişdir 
ki, hər kəs öz işinin mahir ustası olmalıdır. Tutduğun vəzifənin böyük-kiçikliyindən asılı 
olmayaraq sən onu sevməlisən və xalqa bu yolda xidmət etməlisən. Vəzifə insana şan-
şöhrət deyil, insan vəzifəsinə  şöhrət olmalıdır. Nizami, şahı, dilənçi, işçi,  əkinçi, 


19 
 
 
zəhmətkeşlə üz-üzə qoymaqdan çəkinmir, hətta şahı onların vasitəsilə ədalətlə, düzlüyə 
dəvət edir.  
Heç mübaliğəsiz oxuduğumuz məhəbbət  əsərləri içərisində «Xosrov və  Şirin» 
qədər ecazkarına rast gəlməmişik. Bu poema təkcə  eşq tərənnümü ilə bitmir, o, eyni 
zamanda tərbiyəvi əhəmiyyət kəsb edir. Nizami Xosrovu eşy-işrətlə məşqul olan bir şah 
kimi versə də sonda əsl sevginin nə olduğunu ona anladır. Şair göstərir ki, başqalarına 
xəyanət edənin öz başına gəlməsi qanuna uyğundur. Bildiyimiz kimi Xosrovun öz oğlu 
Şiruyyə də Şirinə vurulur və nəhayət atası Xosrovu Şirinlə yataqda olduğu vaxt öldürüb 
onu sıradan çıxarmaqla  Şirinin eşqinə nail olmaq istəyir. Lakin Şirin eşqini ancaq 
Xosrova vermişdir.  Şiruyyə atası Xosrovu xəncərlə vurub öldürmək istədikdə belə 
Xosrov qan içində istəyir ki, Şirinə desin ki, ona bir içim su gətirsin, ölüm ayağında olan 
Xsrov  Şirinin  şirin-şirin yatdığını görüb onu oyatmağa qıymır. Bax, budur Nizami 
dühasının bəhrəsi! 
Böyük  İran alimi Vəhid Dəstgerdi ömrünün 30 ilini Nizami yaradıcılığına sərf 
etmişdir. O, yüz dəfədən artıq Nizami “Xəmsə”sini oxusa da, hər dəfə Xosrovun ölüm 
səhnəsi ilə qarşılaşanda gözlərindən qeyri-ixtiyarı yaşlar gəldiyini etiraf etmişdir. 
Nizaminin özünün yazdığı kimi: 
 
Pislik də, yaxşılıq da etsən inan 
Unutmaz bunları bu qoca dövran. (87-127) 
 
Nizami Gəncəvinin üçüncü poeması «Leyli və  Məcnun»durr.  Ərəb  şifahi xalq 
ədəbiyyatından götürülmüş bu mövzu Nizami boyaları vasitəsiylə bütün Yaxın və Orta 
Şərq ölkələrinə, oradan da dünya arenasına çıxmışdır.  Əsər,  Şərq qadınının dəyanəti, 
onun ailəyə bağlılığı, məişətdəki rolunu və sevgisinə sadiqliyini göstərməklə yanaşı, 
onun məhdudiyyətindən danışır. İlk dəfə Şərq ədəbiyyatında qadın azadlığı məsələsinə 
ancaq Nizami toxunmuşdur. O, qadına kölə kimi deyil bəşəriyyətin 50%-lik üzvü 
şəklində tam, bərabər hüquqlu insan kimi baxmağı tövsiyə etmişdir. Nizamiyə görə ən 


20 
 
 
böyük qəhrəmanları belə ana dünyaya gətirmişsə, onun buna tam hüququ çatır. 
Poemanın ən gözəl xüsusiyyətlərindən biri odur ki, sevgi, eşq, mehr, məhəbbətə sadiqlik 
özünü bariz bir şəkildə göstərir və yaşadığı yerdən, milliyyətindən asılı olmayaraq bütün 
insanlara şamil edilir. Bu əsər gənclərin sevib-sevilmək məsələsində mühüm rol oynayır. 
Nizami belə dar bir çərçivədə qala bilməzdi. Ona görə də şair özü dediyi kimi atını 
dünya üzərinə çapıb özünün dördüncü əsəri «Yeddi gözəl»i yaradır. Burada artıq 
dünyanın yeddi məmləkətindən, onların adət və ənənələri, qadınları haqqında ətraflı və 
mükəmməl məlumat verən Nizami ilk dəfə  ədəbiyyatda  Şərqlə-Qərbin interqasiyasına 
toxunmuşdur.  
Ədəbiyyatımızda ruslar haqqında ilk təəssüratı  məhz Nizami verməyə nail 
olmuşdur.  
İran şahı Bəhrami-Guru Nizami adi çoban vasitəsilə nəsihətamiz sözlərlə ayıltmağa 
çalışmışdır. Şair yazırdı: 
 
              
Sərxoşluq edən dövlət huşyar olacaq bir gün 
               
İllərcə yatan bəxtim bidar olacaq bir gün. (87-326) 
 
Şərq aləmində yeddi müqəddəs rəqəmdir. Nizami bundan istifadə edərək yeddi ölkə 
haqqında, onların məşğuliyyəti, həyat tərzi, qadınları barədə çox dəqiq məlumat 
verməklə onların mənəviyyatı və mentaliteti barəsində dolğun fikirlər vermişdir. «Yeddi 
gözəl» poeması Nizaminin özünün kamil bir sənətkar olmasına bir işarədir. Bunları 
əlbətdə, bilmədən yazmaq mümkün deyildir.  
Şairin sonuncu əsəri «İskəndərnamə»dir.  Əvvələn görək məhz nə üçün 
İskəndərnamə? Bizcə Yunan hökmdarı İskəndər və ya Aleksandr Makedonski öz 30 il 
yaşadığı tarixi bir dövrdə hamıya ölkələr fəth edən bir sərkərdə kimi məlum idi. Əsərin 
oxunaqlı olması  və  şairin fəlsəfi fikirlərinin tərənnümü məhz bu surət vasitəsilə 
gerçəkləşə bilərdi. Digər tərəfdən Nizami «yoldaşını  mənə göstər, sənin kim olduğunu 
deyim» prinsipini əsas tutaraq İskəndərin başına o qədər qədim alimləri toplaması 
nəticəsində özü də alim olmuşdu prinsipi durur. 30 yaşlı cavan bir sərkərdə bu kiçik 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə