Microsoft Word monoqrafiya docx



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

25 
 
 
    M.F.Axundovun ədəbiyyat haqqındakı fikirləri indi də öz əhəmiyyətini itirməmişdir. 
F.B.Köçərli isə minlərcə  zəhmət bahasına II cilidlik “Azərbaycan  ədəbiyyat tarixi” 
kitablarını  yazmaqla bu sahədə misilsiz iş görmüşdür. 
     Klassik  ədəbiyyatda XI əsr Qətran Təbrizidən başlayan  ədəbiyyat sonralar “Divan 
ədəbiyyatı” adıyla məşhurlaşır. Füzuli və Saib Təbrizi dövründə (XVI-XVII əsr) özünün 
yüksək inkişaf dövrünə qədəm qoyur. 
    Əgər  ədəbiyyatşünalığın daha qədim dövrünə  nəzər salsaq görərik ki, Antik Yunan 
ədəbiyyatının yetişdirdikləri dahi şəxsiyyətlər Homer, Sofokl, Esxil, Aristofan, Evripid, 
Pifaqor, Heraklit,  Demokrit, Sokrat, Platon , Aristotel kimi nəhəng dühalar məhz bu 
dövrdə yetişmişlər və dünya elminə böyük tövhələr vermişlər. Adları çəkilən bu alimlər 
filosoflar olsa da “Poeziya haqqında” çox dəyərli fikirlər söyləmişlər
1

        Azərbaycan intibah dövrü sənətkarlarından X.Şirvani, M.Gəncəvi və Nizami 
Gəncəvi intibahın nəticəsində yetişsələr də, özləri də intibaha böyük tövhələr vermişlər. 
Xüsusilə Nizaminin bu sahədə  əcvəzedilməz rolu vardır. O, həm ictimai fikir, həm 
poeziya və həm də fəlsəfi ideyalar tərənnümcüsü kimi şöhrət qazanmışdır. 
    Avropada intibah daha sonralar yaranır və Şekspir, Leonardo da Vinci, Lope de Veqa, 
Servantes kimi sənətkarlar yetişir. 
    Azərbaycan ədəbiyyatşünaslığı əsasən ilk cücərtilərini XI-XII əsrdə Xətib Təbrizi və 
Yusif Xoylu yaradıcılığı Nizami əsərinin  ədəbi-estetik fikrinin yaranmasında möhkəm 
bünövrə olmuşdur. (K.Talıbzadə). 
      Iran  ədəbiyyatşünaslığının formalaşması  və ayrıca bir elm sahəsi kimi fəaliyyəti 
adlarını sadalayacağımız  şair, yazıçı, alim, şərqşünas və  ədəbiyyatşünasların böyük 
zəhməti vardır. Nizami onlar üçün məbəddir. 
 
 
 
1.Əlimirzəyev X.Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları, Bakı, 2008. Səh. 30 
 


26 
 
 
1. Böyük alim Vəhid Dəstgerdi 
Iran ədəbiyyatşünaslığında Nizami əsərlərini, şairin doğum, ölüm, yaşadığı yer, dövrü və 
məfkurəsi haqqında  ən dəqiq məlumatları  məhz Vəhid Dəstgerdi vermişdir.  Ədibin 
yeddinci dəftərindəki yazıları  məqalələr  şəklində  “Ərməğan”  jurnalında  nəşr 
olunmuşdur. Müəllifin özünün yazdığına görə o, 30 il ömrünü Nizami yaradıcılığına  
sərf etmiş, “Xəmsə”ni 100 dəfədən artıq oxunmuş və hər oxuduqda yeni mətləblər kəşf 
etmişdir
1

      V.Dəstgerdinin bu qədər Nizamiyə diqqəti İran şahı Rza şah Pəhləvinin fikrini cəlb 
etmiş və o alimin Nizami haqqındakı yazılarının dərc edilməsinə sərəncam vermişdir.   
    Ilk  olaraq  Nizami  şeir, qəzəl, məsnəvi, rübai sahəsində, daha sonra “Xəmsə” ustadı 
kimi tanınmağa başlanır. 
    Iran ədəbiyyatşünaslığının inkişafı ilə əlaqədar olaraq Nizami daima ön sırada durur. 
Lakin V.Destgerdi bəzən onu Fars-İran  şairi kimi göstərir
2
. Bununla heç cür barışmaq 
olmaz. Əvvəla müəllif özü göstərir ki, Nizami Gəncə torpağının yetişdirməsidir. Şair bu 
şəhərdə doğulub boya-başa çatmış, buradan kənara çıxmamış,  əsərlərini də bu şəhərdə 
yazmışdır. Tarixi nöqteyi- nəzərdən də Azərbaycan  hökmdarları Atabəylər də  şairə 
böyük ehtiram göstərmişlər. Bəs necə ola bilər ki, Nizami birdən birə fars şairi olsun?. 
Bu fikir qətiyyən öz təsdiqini tapmır. Digər tərəfdən Nizami kimi bir şairi bütün dünya 
xalqları öz sıralarında görməkdən iftixar edərdilər. Görünür V.Dəstgerdi İran şahına, öz 
millətinə xoş gəlsin deyə bu yola əl atmışdır.  
    Bütün bunlara baxmayaraq ustad V.Dəstgerdinin Nizami barəsindəki yazı və fikirləri 
dahi şairin yaradıcılığına verilən qiymət tədqirəlayiqdir. 
     V.Dəstgerdinin araşdırmalarının nəticəsi olaraq Nizami əsərlərinin 8 nüsxəsi ilə tanış 
olmuşuq. Berlin, Badilin,Oksford, İngilistan, Rampur, Kəlküttə, Hindistan və s. yerlərdə  
alimin əldə etdiyi nüsxələr nadir tapıntıdır. 
 
1. Dəstgerdi V. Nizami Gəncəvi, Tehran, 1318 səh. 13 
2. Yenə orada səh. 47 


27 
 
 
 Əlbətdə, hər bir şair yaradıcılığa şeirlə başlayır. Ancaq Nizamini məşhurlaşdırıb dünya 
arenasına  çıxaran onun ölməz “Xəmsə”sidir ki, onu  da ustad V.Dəstgerdi sayəsində 
dahi  şairin  əsərləriylə tanış olmuşlar, onda alimin zəhməti  əvəzedilməz görünür. 
Xatırlatmaq yerinə düşər ki, məhz  
V.Dəstgerdinin sayəsində Nizami əsərlərinin həm farscası, həm də ingiliscəsi bütün 
dünyaya yayılmışdır. 
 
                                       2.  Görkəmli alim Səid Nəfisi. 
 
        Araşdırmalar göstərir ki, Nizami İran  ədəbiyyatşünaslığında XX əsrin birinci 
rübündən başlayaraq elmi şəkildə öyrənilməyə başlamışdır. Buna qədər  şairin ancaq 
ayrı-ayrı  şeir, qəzəl, qəsidələri nəşr olunur, əsərləri haqqında məlumat verilirdi. Lakin 
onların elmi izahları kölgədə qalırdı. XX əsr Nizami yaradıcılığına bir təkan nöqtəsi 
oldu. Bu araşdırmalar içərisində görkəmli İran alimi Səid Nəfisinin böyük rolu vardır. O, 
Nizaminin dövrü, həyatı, mənşəyi haqqında geniş  məlumatlar toplamış  və onları elmi 
şəkildə izah etmişdir. Bu baxımdan  S.Nəfisinin yazdıqları diqqəti cəlb edir. Ona qədər 
ancaq Nizaminin adı  çəkilmiş,  şairin həyatı haqqında qısa məlumat verilmiş,  əsərləri 
mövzusuna səthi toxunulmuşdur. Məhz S.Nəfisinin fədakarlığı  nəticəsində Nizami 
irsinin öyrənilməsi və tədqiqi sahəsi geniş vüsət almışdır
1

     Ümumiyyətlə götürsək İran ədəbiyyatşünaslığının  inkişafında “Ərmağan” jurnalının 
böyük rolu vardır. Müxtəlif  şairlərin elmi şəkildə  əsərlərinin elmi təhlili bu jurnalın 
sayəsində öz əksini tapmışdır. “Ərmağan” jurnalı Nizamişünaslıqda müstəsna rol 
oynamışdır. Çünki, müxtəlif alimlər Nizami haqqındakı  tədqiqatlarını  məhz bu jurnal 
vasitəsiylə geniş oxucu kütləsinə çatdırmışlar. 
      
 
1. S.Nəfisi, Həkim Nizami Gəncəvi,Ərməğan, 5-ci il,51-ci nömrə 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə