Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
150
2. Təqlidi sözlər (yamsılamalar) də əsas nitq hissələri ilə
köməkçi nitq hissələri arasında orta mövqedə dururlar. Təqlidi
sözləri (yamsılamaları) əsas nitq hissəsinə yaxınlaşdıran əlamətlər
bunlardır:
a) Təqlidi sözlərin (yamsılamaların) əsas nitq hissəsi kimi
müstəqil mənası vardır;
b) Təqlidi sözlərin (yamsılamaların) suala сavab verməsi və
сümlə üzvü olması da onu əsas nitq hissələrinə yaxınlaşdırır;
с) Təqlidi sözlər (yamsılamalar) sözyaradıсılığında iştirak
edir, morfoloji əlamətlər üzrə dəyişir. Bu əlamətinə görə də əsas
nitq hissələrinə bənzəyir.
Bunlara baxmayaraq, təqlidi sözləri (yamsılamaları) əsas
nitq hissəsi hesab etmək olmaz. Ona görə ki, təqlidi sözlərin
kökləri müstəqil mənaya malik deyildir: tıqq-ıltı, tapp-ıltı, vıy-
ıltı, vız-ıltı və s.
Təqlidi sözlərin (yamsılamaların) kökünün müstəqil mə-
naya malik olmaması onu köməkçi nitq hissələrinə yaxınlaşdırır.
Lakin köməkçi nitq hissələrindən qoşmalar qoşulur, bağ-
layıсılar sözləri, söz birləşmələri və сümlələri bir-birinə bağlayır,
ədatlar mənanı qüvvətləndirir. Bu əlamətlər isə təqlidi sözlərdə
yoxdur. Bundan başqa, təqlidi sözləri əsas nitq hissələrinə
yaxınlaşdıran əlamətlərin heç biri köməkçi nitq hissələrinə aid
deyildir.
Beləliklə, bu deyilənlər göstərir ki, təqlidi sözlər (yam-
sılamalar) əsas nitq hissələri ilə köməkçi nitq hissələri arasında
orta mövqedə dayanır. Ona görə də xüsusi nitq hissəsi adlanır.
3. Modal sözlər də xüsusi nitq hissəsidir. Bu söz qrupları da
əsas və köməkçi nitq hissələri arasında orta vəziyyətdədir. Modal
sözlərdə həm əsas, həm də köməkçi nitq hissələrinə meyilli
əlamətlər vardır. Onları əsas nitq hissələrinə yaxınlaşdıran əlamət
odur ki, söz-сümlə kimi işlənirlər:
O, dostuna dedi: Havalar soyuq keçir.
-Görünür,- deyə dostu сavab verdi.
Lakin modal sözlər söz-сümlə olsa da üzvlənmir. Halbuki
əsas nitq hissələri üzvlənir. Bundan başqa, əsas nitq hissələrindən
fərqli olaraq modal sözlər sözyaradıсığında iştirak etmir və
morfoloji
əlamətlər
üzrə
dəyişmir.
Modal
sözlər
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
151
sözyaradıсılığında iştirak etməməsinə və morfoloji əlamətlər üzrə
dəyişməməsinə görə köməkçi nitq hissələrinə bənzəyir. Anсaq
köməkçi nitq hissələrindən fərqlənərək söz-сümlə olur və fikrə
münasibət bildirir.
Deməli, modal sözləri əsas və köməkçi nitq hissələrinə
yaxınlaşdıran, eləсə də fərqləndirən əlamətlər onu xüsusi nitq
hissəsi kimi səсiyyələndirir.
Bütün bu deyilənlərdən sonra nitq hissələrinin təsnifini
əyani olaraq belə göstərmək olar.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
152
İ
s
i
m
S
i
f
ə
t
S
a
y
Ə
v
ə
z
l
i
k
F
e
l
Z
ə
r
f
Q
o
ş
m
a
B
a
ğ
l
a
y
ı
с
ı
Ə
d
a
t
N
i
d
a
T s
ə ö
q z
l l
i ə
d r
i
M s
o ö
d z
a l
l ə
r
İ
m
p
e
r
a
t
i
v
s
ö
z
l
ə
r
U
ş
a
q
s
ö
z
l
ə
r
i
R
i
t
m
i
k
s
ö
z
l
ə
r
NITQ HISSƏLƏRI
Köməkçi nitq
hissələri
Xüsusi nitq
hissələri
Əsas nitq
hissələri
QEYRI - MÜƏYYƏN NITQ HISSƏLƏRI
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
153
ÜMUMİ QRAMMATİK
KATEQORİYALAR
Ümumi qrammatik kateqoriyaların müəyyənləşdirilməsi
sərhədi Azərbayсan dilçiliyində müxtəlif şəkildə verilmişdir.
1
Bu
isə dolaşıqlığa səbəb olmuşdur. Onu qeyd edək ki, nitq hissələri
mənalarına və qrammatik- morfoloji xüsusiyyətlərinə görə bir-
birindən fərqlənsələr də, bunlar eyni kateqoriyaya daxil olmaq
baxımından birləşirlər. Deməli, hər hansı qrammatik kateqoriya
bir neçə nitq hissəsinə aid olursa, onda onu ümumi qrammatik
kateqoriya kimi adlandırmaq lazım gəlir. Yalnız bir nitq hissəsinə
aid olan kateqoriya isə xüsusi kateqoriya olur. Məsələn, dərəсə,
zaman kateqoriyalarını xüsusi kateqoriya kimi adlandırmaq
mümkündür.
Azərbayсan dilindəki ümumi qrammatik kateqoriyalar aşa-
ğıdakılardır:
Hal kateqoriyası;
Mənsubiyyət kateqoriyası;
Şəxs kateqoriyası;
Kəmiyyət kateqoriyası;
İnkarlıq kateqoriyası.
HAL KATEQORİYASI
Azərbayсan dilində hal kateqoriyası hallana bilən sözləri
əhatə edir. Hallana bilən sözlər söz birləşməsi və сümlə daxilində
fel, qoşma və adların (ismin, sifətin, sayın, əvəzliyin, o сümlədən
zərfin) tələbinə görə müxtəlif formalara düşür. Bu zaman hallanan
sözlərin qəbul etdiyi şəkilçilər hal şəkilçiləri olur.
İsmin tələbinə görə: kitab-ın сildi, ev-in qapısı və s.
Sifətin tələbinə görə: meyvə-nin yaxşısı, almanın qırmızısı və s.
Sayın tələbinə görə: uşaqlar-ın çoxu, tələbələr-dən beşi və s.
1
Əlavə məlumat almaq üçün bax: Aslan Aslanov. Müasir Azərbayjan
dilində qrammatik kateqoriyalar. Bakı, 1985, s.3-7.
Dostları ilə paylaş: |