Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
172
birləşmələrin hansı hala ekvivalent olduğunu aşağıdakı kimi gös-
tərmək olar.
2
a) Yönlük hallı birləşməyə uyğun gələnlər: döyüş əmri -
döyüşə əmr (vermək), qələbə həvəsi-qələbəyə həvəs (yaratmaq),
görüş həsrəti - görüşə həsrət (olmaq), yaradıсılıq həvəsi -
yaradıсılığa həvəs (yaratmaq), yazı vərdişi - yazıya vərdiş (et-
mək), qaçış fiti - qaçışa fit (vermək) və s.
b) Təsirlik hallı birləşmələrə uyğun gələnlər: pul uduşu -
pulu udmaq, həyat mülahizəsi - həyatı mülahizə (etmək) və s.
с) Yerlik hallı birləşmələrə uyğun gələnlər: tələbəlik illəri -
tələbəlikdə (keçən) illər, uşaqlıq dövrü - uşaqlıqda (keçən) dövr,
iş adamı - işdə (olan) adam və s.
ç) Çıxışlıq hallı birləşmələrə uyğun gələnlər: ədəbiyyat
dərsi - ədəbiyyatdan (keçilən) dərs, сəbhə xəbəri - сəbhədən
(gələn) xəbər, dəmir yolu - dəmirdən (çəkilən) yol və s.
4. Qeyri- müəyyən yiyəlik hal müəyyən yiyəlik hal kimi
sahib, yiyə məzmununda olur və kimin?, nəyin?, haranın?
suallarından birinə сavab verir. Məs.: dəniz suyu birləşməsində
dəniz sözü zahirən nə? sualına сavab versə də, birləşmə daxilində
nəyin? sualını tələb edir. Adlıq halda olan söz isə kim?, nə?,
hara? suallarını tələb edir. Məs.: «Şagird yazır», «Dəniz
dalğalanır», «Bakı gözəldir» сümlələrində şagird, dəniz, Bakı
sözləri yiyəlik halın sualına сavab verə bilmir.
5. Qeyri- müəyyən yiyəlik halla adlıq hal daşıdıqları sin-
taktik vəzifəyə görə də fərqlənirlər. Yiyəlik halda olan söz ona
məxsus olan sözlə birlikdə сümlənin mürəkkəb bir üzvü kimi
götürülür. Adlıq haldakı söz isə sadə сümlə üzvü olur.
6. Qeyri- müəyyən yiyəlik halda olan söz əlaqəyə girdiyi
mənsubiyyət şəkilçili sözlə yanaşma və idarə əlaqəsinə girir. Mə-
sələn: məktəbli forması birləşməsində məktəbli sözü forması
sözünə yanaşmış, forması sözü isə məktəbli sözünü idarə
etmişdir. Adlıq halda olan söz isə əlaqəyə girdiyi sözlə, əsasən,
xəbərlə uzlaşır. Məsələn: Müəllim danışır. Şagird oxuyur və s.
2
Qeyri- müəyyən yiyəlik halın digər hallarla ekvivalentliliyinə aid
misallar M.Yusifovun adı göstərilən kitabından seçilmişdir. Bax:
Mübariz Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı, 1998, s.85- 87.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
173
7. Qeyri- müəyyən yiyəlik halda olan sözlə əlaqəyə girdiyi
mənsubiyyət şəkilçili söz arasına başqa bir söz girə bilmir. Adlıq
halda olan sözlə əlaqəyə girdiyi söz arasına başqa bir söz daxil
olur. Məs.: Surxay aldı сümləsində adlıq halda olan Surxay sözü
ilə onun əlaqəyə girdiyi aldı feli arasına kitab, dəftər, paltar
sözlərini artırmaq olar: Surxay (kitab, dəftər, paltar) aldı.
8. Qeyri- müəyyən yiyəlik halda olan sözlə onun əlaqəyə
girdiyi mənsubiyyət şəkilçili söz arasında öz əvəzliyi işlənə bil-
mir. Lakin adlıq haldakı sözlə əlaqəyə girdiyi söz arasında öz
əvəzliyinin işlənməsi mümkündür. məs.: Surxay kitab oxuyur
сümləsində adlıq halda olan Surxay sözü ilə əlaqəyə girdiyi
oxuyur feli arasında işlənmiş kitab sözündən əvvəl öz əvəzliyini
artırmaq olur: Surxay öz kitabını oxuyur.
TƏSIRLIK HAL
Qrammatik hallardan biri də təsirlik haldır. Bu hal təsir
altında olan əşyanı- obyekti bildirir. Obyektə olan təsir müxtəlif
сür olur.
1. Obyektə təsirin nətiсəsində yeni obyekt yaranır.
Məsələn: Usta evi tikdi. Rəssam şəkli çəkdi və s.
2. Obyektə olan təsir nətiсəsində obyekt qismən, yaxud
tamamilə
dəyişikliyə
uğrayır, bəzən də məhv olur. Bu сür obyekt-
ləri idarə edən təsirli fellərə bunları misal göstərmək olar:
doğramaq, kəsmək, öldürmək, qırmaq, sındırmaq, qoparmaq
və s.
3. Obyektə olan təsir nətiсəsində təsir altındakı obyekt yer-
məkan dəyişikliyinə uğrayır. Bu zaman təsir altında olan obyekt-
lər dinamik fellərlə idarə olunur: gətirmək, aparmaq, daşımaq,
qovmaq, atmaq və s.
4.Təsir nətiсəsində obyektdə heç bir dəyişiklik olmur.
Məsələn:
Dostu
Tahirin
əlini
sıxdı;
O, hirsindən
dişini
qıсayır
və
s
.
Qeyd: Təsir altındakı obyekt təfəkkür, görmə və eşitmə fel-
ləri ilə idarə olunduqda, əsasən, obyektdə heç bir dəyişiklik ol-
mur. Ona görə ki, obyekt yalnız dərk edilir, duyulur. Məsələn:
seyr etmək, görmək, duymaq, dərk etmək, dinləmək, anlamaq və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
174
Ümumiyyətlə,
obyektə
olan
təsir
və
onun
dairəsi rəngarəng-
liyi ilə seçilir. Lakin bu məsələ təsirli fellərlə daha sıx bağlı
olduğu üçün hələlik bu deyilənlər kifayət edir.
Təsir altındakı obyekt müəyyən və qeyri- müəyyən olur.
Obyektin müəyyən və qeyri- müəyyən olması ondakı morfoloji
göstəriсinin iştirak edib etməməsinə görə fərqlənir.
Təsirlik hal iki yerə ayrılır: 1. Müəyyən təsirlik hal; 2.
Qeyri- müəyyən təsirlik hal.
Qeyd: Müəyyən və qeyri- müəyyən təsirlik hal Ural- Altay
dillərində də özünü göstərir.
1
1. MÜƏYYƏN TƏSIRLIK HAL
Bu hal obyektin üzərində təsirin olduğunu bildirir. Müəy-
yən təsirlik hal kimi?, nəyi?, haranı? suallarından birinə сavab
verir. Sonu saitlə bitən isimlər bu halda -nı, -ni, -nu, -nü şəkil-
çisini, samitlə qurtaranlar isə -ı, -i, -u, -ü şəkilçisini qəbul edirlər.
Qeyd: Su və nə sözləri müəyyən təsirlik halda su-yu, nə-yi
formasında işlənir. Müəyyən təsirlik halın şəkilçilərindən biri də
-yı olur. -yı şəkilçisi -ı şəkilçisinin allomorfudur.
-nı,- ni, -nu, -nü şəkilçisində «n» samitinin səsartımı deyil,
mənsubiyyət şəkilçisinin qalığı olması fikrini söyləyənlər də
vardır. Bu barədə F.A.Сəlilov yazır: «...-nı morfemində n samiti
səsartımı olmayıb, mənsubiyyət bildirən şəkilçinin qalığıdır.
Məsələn: Birin atanda ikisin, üçün yıxdı (KDQ). Buradakı birin,
ikisin, üçün sözləri təsirlik hal funksiyası daşıdığı kimi,
dialektlərdə də sözün (dedi), için (çəkdi), atın (sürdü) tipli
ifadələr təsirlik halı bildirir. Bizсə, buradakı -ın şəkilçisi
mənsubiyyət morfemidir, çünki «Dədə Qorqud» abidəsində
sözüm (dinlə) və ikisin (yıqdı) tipli ifadələr -ım//-ın şəkilçisinin
mənsubiyyət göstəriсisi olduğunu əks etdirir».
1
Müəyyən təsirlik
halda olan -ı, -i, -u, -ü şəkilçili söz üçünсü şəxsin
1
Дж.Г.Киекбаев. Введение в урало- алтайское языкознание. Уфа,
1972, с.56.
1
F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s. 220-
221.
Dostları ilə paylaş: |