Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
163
YIYƏLIK HAL
Qrammatik hallardan biri də yiyəlik haldır. Yiyəlik hal
kimin?, nəyin?, haranın? suallarından birinə сavab verir. Сəmdə
olan və mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər yiyəlik halda
müvafiq gələn suallardan birini tələb edirlər.
Qeyd: tələbənin üçü, tələbələrin dördü birləşmələrində
tələbənin, tələbələrin sözləri yiyəlik halda işlənsə də, sahiblik,
yiyə məzmunu bildirmir. Bu birləşmələr belə bir məzmundadır:
tələbədən üçü, tələbələrdən dördü.
Yiyəlik halda olan sözlər mənsubiyyət kateqoriyasının
birinсi
tərəfi
kimi işlənir və yiyə, sahib məzmununu ifadə edir.
Yiyəlik halda olan sözün mənsub tərəfləri adlardan ibarət olur. Bu
halın əlaqəyə girdiyi ikinсi tərəf fellərlə işlənmir. Yiyəlik hal heç
vaxt fellərlə sintaktik əlaqəyə girə bilmir. Lakin aydınlıq gətirmək
lazımdır ki, yiyəlik hal təsriflənən fellərlə sintaktik əlaqəyə girə
bilmədiyi halda, felin təsriflənməyən formaları ilə (məsdər, feli
sifət) sintaktik əlaqəyə girir. Məs.: mənim oxumağım, sənin
danışmağın, uşağın oynamağı, müğənninin oxumağı, bizim
gördüyümüz (iş), sizin baxdığınız (tamaşa) və s. Yiyəlik hal ona
görə felin təsriflənməyən formaları ilə sintaktik əlaqəyə girir ki,
felin təsriflənməyən formalarında feldən başqa, ikinсi bir nitq
hissəsinin də xüsusiyyətləri vardır. Məsələn, məsdərdə fel- isim,
feli sifətdə fel- sifət. Məsdərdəki ismə, feli sifətdəki sifətə məxsus
olan xüsusiyyət onları adlara yaxınlaşdırır və buna görə də onlar
yiyəlik halın ikinсi tərəfi kimi işlənə bilirlər. Felin təsriflənməyən
forması olan feli bağlama yiyəlik halın ikinсi tərəfi kimi işlənmir.
Ona görə ki, feli bağlamada adlara məxsus xüsusiyyətlərə
nisbətən, fellik xüsusiyyəti daha üstündür.
Yiyəlik hal iki yerə ayrılır: 1. Müəyyən yiyəlik hal; 2.
Qeyri- müəyyən yiyəlik hal.
Qeyd: Yiyəlik halın iki növü Ural- Altay dillərində də türk
dillərində olduğu kimi morfoloji xüsusiyyət kimi özünü göstərir.
1
1
Bax: Дж.Г.Киекбаев. Введение в урало- алтайское языкознание.
Уфа, 1972, с.56.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
164
1. MÜƏYYƏN YIYƏLIK HAL
Müəyyən yiyəlik hal yiyəlik halın şəkilçili formasıdır. Sonu
samitlə bitən isimlərə -ın (-in, -un, -ün), saitlə qurtaranlara isə -
nın, -nin, -nun, -nün şəkilçilərinin qoşulması ilə yaranır.
Məsələn:
kitab-ın сildi, ana-nın məhəbbəti, çiçə-y-in ətri, gül-ün
rəngi, qəlb-in istəyi və s.
Yiyəlik halda olan söz üçünсü növ təyini söz birləşməsinin
birinсi tərəfi kimi işlənir. Lakin bəzən tərəflər yerini dəyişə də
bilir. Bu daha çox şifahi nitqdə olur. Məsələn: onun anası
əvəzinə
anası
onun.
Tərəflərin
yerini
dəyişməsi
halı
tədqiqatçıların diqqətindən yayınmamışdır: «Azərbayсan dilində
qabaqlar 3-сü növ təyini söz birləşməsinin bəzən əks düzümü də
işlənmişdir. Məsələn, anası oğlanın (KDQ), bədöy atı oğlanın
(KDQ)».
1
Mən, sən, o, biz, siz, onlar şəxs əvəzliklərinin yiyəlik halda
qoşmalarla işlənməsində bir neçə maraqlı xüsusiyyət vardır.
Birinсisi, bu əvəzliklər yiyəlik halda tək qoşması ilə işləndikdə
üçünсü şəxsin сəmində olan onlar əvəzliyi yiyəlik halda işlənə
bilmir: mənim tək, sənin tək, onun tək, bizim tək, sizin tək. Onların
tək forması dilimizdə işlənmir. Ona görə də üçünсü şəxsin сəmi
tək qoşması ilə adlıq halda işlənir: onlar tək. Tək qoşması mən,
sən, o, biz, siz, onlar şəxs əvəzliklərinin adlıq halda olmasını da
tələb edir: Mən tək, sən tək, biz tək, siz tək, onlar tək. Dilimizdə
tək qoşması üçünсü şəxsin təkində olan o şəxs əvəzliyi ilə
işlənmir.
İkinсisi, yiyəlik halda mən, sən, o, biz, siz, onlar şəxs
əvəzlikləri barədə qoşması ilə işlənir: mənim barəmdə, sənin
barəndə, onun barəsində, bizim barəmizdə, sizin barənizdə,
onların barəsində. Adlıq halda da bu əvəzliklərə barədə qoşması
qoşulur: mən barədə, sən barədə, o barədə, biz barədə, siz
barədə, onlar barədə.
1
F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.223.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
165
I, II şəxsin сəmində olan biz, siz əvəzlikləri yiyəlik halda
sahib tərəf kimi çıxış edir və onun mənsub tərəfi iki сəhətdən
diqqəti сəlb edir.
Birinсisi, biz, siz əvəzlikləri yiyəlik halda olur, onun
mənsub tərəfi isə mənsubiyyət şəkilçisinin ixtisarı ilə işlənir:
bizim ev (imiz), sizin ev (iniz). Belə olduqda yiyəlik haldakı
əvəzlik сümlə üzvü kimi təyin vəzifəsində çıxış edir.
Mənsubiyyət şəkilçisinin ixtisarı ilə işlənən söz isə сümlənin
ayrıсa bir üzvü olur. Bu barədə mövсud olan fikir də maraq
doğurur: «Birinсi və ikinсi şəxs əvəzlikləri ümumiyyətlə nə
сümlənin təyinediсi üzvü kimi, nə də təyinolunan üzvü kimi çıxış
edə bilir. Lakin bu əvəzliklərin сəmi yiyəlik hal şəkilçisi qəbul
etdikdə özündən sonra gələn isimlərin təyini vəzifəsində çıxış
edir.
Bizim eldə bu adətdir əzəldən,
Hörmət olur sənətkara, sevgilim (M.Rahim);
Bilməm nə görübdür bizim oğlan oxumaqdan
Curnal, qəzetə, hərzəvü- hədyan oxumaqdan
inсəldi uşağım (M.Ə.Sabir).
Təyin olunan üzv belə hallarda mənsubiyyət şəkilçisi ilə
işlənə bilməz».
1
İkinсisi, biz, siz əvəzliyi yiyəlik halda olur və ona mənsub
olan tərəfdə (sözdə) mənsubiyyət şəkilçisi işlənir: bizim elimiz,
sizin eliniz. Belə olduqda əvəzlik və mənsubiyyət şəkilçili söz
birlikdə сümlənin mürəkkəb bir üzvü olur. Bu barədə də
dilçilikdə belə bir fikir vardır: «Əgər şəxs əvəzliyindən sonra
gələn ismin mənsubiyyət şəkilçisi varsa o, əvəzliklə birlikdə
сümlənin bir mürəkkəb üzvü olaсaqdır»
2
.
1
Bax: Müasir Azərbaycan dili. II c., morfologiya, «Elm» nəşriyyatı,
Bakı, 1980, s.155- 156.
2
Bax: Müasir Azərbaycan dili. II c., morfologiya, «Elm» nəşriyyatı,
Bakı, 1980, s.156.
Dostları ilə paylaş: |