Microsoft Word muhazire 7 docx



Yüklə 181,5 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix24.12.2017
ölçüsü181,5 Kb.
#18052
1   2   3   4   5   6   7   8

 

atomlar), digəri isə “korpuskullardır” (yəni molekullar). Lomonosov hesab edirdi ki



“elementlər cisimləri təşkil edən hissəcikdir, korpuskullar isə elementlər yığımıdır”. 

İstilik haqqında təsəvvürlər 18-ci əsrdə  Leonard Eyler  tərəfindən daha da 

genişləndirilir. O, 1752-ci ildə istiliyin ötürülməsi üçün müəyyən mühitin olmasının 

vacibliyini söyləyir və öz nəzəriyyəsində “istilik kəmiyyəti” terminindən istifadə edir. 

Lakin müasir terminologiya baxımından bilirik ki, istilik “ətraf mühitlə istilik kontaktı 

nəticəsində cismə ötürülən enerjidir”.  

Cisimlərin istilik dərəcəsini xarakterizə etmək üçün fizikaya daha bir termin – 

“temperatur” termini daxil edilir və bunun ardınca da ilk termometrlər yaranmağa başlayır. 

İlk termometr 1724-cü ildə amsterdam komersantı  Farengeyt  tərəfindən yaradılir. 

Bu termometrdə göstəriciləri qeyd etmək üçün o, buz, xörək duzu və naşatır qarışığının 

temperaturundan istifadə edir və bu rəqəmi 32 ilə göstərir. İkinci göstərici kimi Farengey 

insan bədənin temperaturunu götürür və bunu 98 rəqəmi ilə qeyd edir. Lakin müəyyən 

vaxtdan sonra o, ikinci göstəricini dəyişərək suyun qaynama temperaturundan istifadə edir 

və bunu termometrdə 212 rəqəmi ilə işarə edir. Bu, Farengeyt şkalası adlanır.  

1730-cu ildə fransız mühəndisi Römer (1683-1757) digər temperatur şkalasını irəli 

sürür. Bunun üçün o, şkalada buzun ərimə temperaturu üçün “0”, suyun qaynama 

temperaturu üçün isə “80” rəqəmindən istifadə edir. Römer termometri əvvəlcə spirt 

vasitəsilə işləyir, lakin sonra spirt civə ilə əvəz olunur.  

1742-ci ildə isveş astronomu və fiziki Selsi (!701-1744) öz şkalasını yaradır; 

əvvəlcə buzun əriməsini 100°, suyun qaynamasını isə 0° ilə göstərən alim, bir müddətdən 

sonra bu şkalanı  tərsinə çevirir və hal-hazırda bizlər tərəfindən geniş istifadə olunan 

vəziyyətə gətirir.  

Daha sonra 1848-ci ildə lord Kelvin mütləq termodinamik temperatur şkalasını irəli 

sürür. Bu şkala sonradan Kelvin  şkalası kimi tarixə düşür. Bu şkala isə Selsi şkalası 

arasında T(K)

=t°C+273,15 kimi asılılıq mövcuddur. 

1968-ci ildə  Beynəlxalq Praktik Temperatur Şkalası (qısa  şəkildə  BPTŞ-68

yaradılır; bu şkala 11 göstəricidən ibarətdir və bu şkaladan hal-hazırda bütün təcrübələrdə 

geniş istifadə olunur. 

Materiyanın istilik nəzəriyyəsi daha sonra 18-ci əsrdə  şotland fiziki və kimyaçısı 



Cozef Blek (1728-1799) tərəfindən inkişaf etdirilir. 1762-ci ildə o görür ki, buzu asta-asta 

qızdırdıqda temperatur artımında gecikmə müşahidə olunur. Bu hadisəni Blek belə izah 

edir: “cisimlə birlikdə ölçülən istiliyi termometr hiss edə bilmir. Bu cür istilik “gizli 

istilik” adlanır, termometrə təsir edən istilik isə - “sərbəst istilikdir”.  O həmçinin, “gizli 

buxar  əmələ  gəlmə istiliyini” də  kəşf edir və istilik prosesini aşağıdakı kimi göstərir:   

Buz+ istilik

=su;  su+istilik=buxar

Blek fizikaya “istilik tutumu” anlayışını gətirir və ilk dəfə olaraq istilik kəmiyyəti 

ilə temperaturun fərqli anlayışlar olduğunu göstərir. 

 

Daha sonra 1824-cü ildə görkəmli alim Sadi Nikola Leonard Karnonun (1796 – 



1832) «odun qüvvəsi haqqında fikirlər» adlı  şah  əsəri çapdan çıxır.  Karnonun qəfil 

ölümündən sonra, onun qardaşı tərəfindən çap etdirilən gündəliyindən məlum olur ki, o, 

istiliyin mexaniki ekvivalentini təxmini müəyyən etmiş  və ümumi şəkildə enerjinin 

saxlanma qanununu söyləmişdir: «istilik heç nə olmayıb hərəkət edən qüvvədir, daha 

düzgün, öz şəklini dəyişmiş hərəkətdir – hissəciklərin hərəkətidir; harada ki, hərəkət edən 



 

qüvvə məhv edilir, orada həmin an həmin hərəkət edən qüvvəyə bərabər miqdarda istilik 



yaranır. Tərsinə: həmişə istilik itdikdə hərəkət edən qüvvə meydana çıxır». Beləliklə, əgər 

Karnonun söylədiklərində «hərəkət edən qüvvə» kəlməsi «enerji» termini ilə  əvəz 

edilsəydi, enerjinin saxlanma qanunu üçün tamamlanmış fikir alınardı.  

 

Ümumbəşər qanun olan 



ENERJİNİN SAXLANMA VƏ ÇEVRİLMƏ QANUNUNUN KƏŞFİ 

      


Enerjinin saxlanma və çevrilmə qanunlarının kəşfinə görə tarix peşəkar fiziklərə 

deyil, həkim Mayerə, pivəçəkən Coula və həkim Helmholsta borcludur

      


Alman həkimi və fiziki Yulius Robert Mayer (1814 – 1878) 1840-41-ci illərdə 

Bataviyaya (Yava adasına) gedən Holland gəmisində həkim işlədiyi zaman görür ki, tropik 

ölkələrdə xəstə insanın venoz qanının rəngi daha tünd olur, yəni dəyişir. Bu müşahidələr 

əsasında Mayer, canlı orqanizmdə qidalanma ilə istilik arasında bağlılıq olduğunu kəşf 

edir və «Qüvvənin kəmiyyət və keyfiyyətcə  təyini» məqaləsini yazır. Bu məqaləni o, 

1841-ci ildə çap etdirmək üçün Poqqendorfa göndərir. Poqqendorf bu məqaləni çap etmir 

və onu müəllifə qaytarmır. Yalnız Poqqendorfun ölümündən sonra, yəni 36 ildən sonra bu 

məqalə onun yazı masasından tapılır. 

      

Mayer, 1845-ci ildə maddələr mübadiləsi ilə bağlı digər  əsərini yazır. Burada o, 



enerjinin saxlanması qanununun dəqiq tərifini verməklə yanaşı, istiliyin mexaniki 

ekvivalentini də  nəzəri hesablayır. 1874-cü ildə onun «İstilik mexanikası» elmi əsərlər 

toplusu, 1876-cı ildə isə «Torriçelli boşluğu» əsəri çapdan çıxır.  

        Mayerə görə  hərəkət, istilik, elektrik və s. bir-birindən keyfiyyətcə  fərqlənən 

«qüvvələr» (Mayer enerjini belə adlandırırdı) olub, ekvivalent miqdarda bir-birinə çevrilir. 

Mayer bu qanunu canlı orqanizmlərdə gedən proseslərə  də  tətbiq etmişdir. Mayerin 

ideyaları öz dövründə başa düşülməmişdir. Onun işlərini ilk dəfə H.Helmholts (1821 – 

1894) düzgün qiymətləndirmişdir. 

      

Enerjinin saxlanma qanununun fiziklər tərəfindən birmənalı  qəbul olunmasında 



ingilis fiziki Ceyms Preskott Coulun (1818 – 1889) təcrübələri mühüm rol oynamışdır. 

Onun  tədqiqatlarının  əsasən, elektromaqnetizmə aid olmasına baxmayaraq, onun istilik 

hadisələrinə, aşağı temperaturlar fizikasına aid elmi işləri də çox dəyərlidir. Coul metal 

naqildən cərəyan keçərkən ayrılan istilik miqdarı haqqında qanunu müəyyən etmiş (Coul-

Lents qanunu), istiliyin mexaniki işin hesabına alınmasını  təcrübədə göstərmiş, istiliyin 

mexaniki ekvivalentini, qazların istilik tutumunu təyin etmiş, qazın məsaməli arakəsmədən 

stasionar adiabatik axması zamanı onun temperaturunun dəyişməsini aşkar etmişdir (Coul-

Tomson effekti). 

      

Alman fizioloq və psixoloqu, fizik və riyaziyyatçısı  Herman Lüdviq Ferdinand 



Helmholts «Qüvvənin saxlanması haqqında»  əsərində ilk dəfə enerjinin saxlanması 

qanununun riyazi əsaslarını vermiş, bu qanunun canlı orqanizmlərdə gedən proseslərdə də 

doğru olduğunu göstərmişdir. O, «sərbəst enerji» (Helmholts enerjisi) və «bağlı enerji» 

anlayışlarını elmə daxil etmişdir. Bundan başqa o, mayenin burulğanlı  hərəkət 

nəzəriyyəsinin əsasını qoymuşdur.  

 

 



 


Yüklə 181,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə