Microsoft Word muhazire 7 docx



Yüklə 181,5 Kb.

səhifə5/8
tarix24.12.2017
ölçüsü181,5 Kb.
1   2   3   4   5   6   7   8

 

görə  də Bolsmanın fikrincə “bir dünyalar yaranır, digərləri yox olur və  nəticədə Kainat 



yaşayır”.    

Lakin bir qrup alimlər hər 2 konsepsiyanı  təkzib edərək, makrosistemlərdə 

fluktuasiyaların mövcud olma ehtimalının çox az olduğunu söyləyirlər. Onların fikrincə 

“Kainat, uzaqtəsirli qravitasiya qüvvələri hesabına mövcud olan bütöv spesifik sistemdir. 

Spesifiklik özünü onda biruzə verir ki, əgər ideal qaz halı üçün zərrəciklərin fəzada 

bərabər paylanması daha çox ehtimallı hesab edilirsə, qravitasiyalı sistemlərdə bu cür 

paylanma maksinal entropiya ilə uzlaşmır. Ulduzlar və qalaktikalar fluktuasiyalar hesabına 

deyil, entropiyanın artması ilə baş verən təbii proseslərin nəticəsində, yəni maddələrin 

bərabər paylanması hesabına yaranırlar.” 

Müasir müşahidələr nəticəsində isə kainatın qeyri-stasionar sistem olduğu, yəni 

Metaqalaktikanın getdikcə genişləndiyi aydın görünür. Ona görə  də “Kainatın istilik 

ölümü” hipotezi düzgün olmayan konsepsiyadır.   

 

 

Imtahan sualları 



 

1.

 



Maks Plank və Albert Eynşteynin işığın korpuskulyar-dalğa hipotezinə öz baxışları 

2.

 



Kompton tərəfindən təcrübi yolla işıq kvantlarının varlığının sübutu 

3.

 



Nisbilik nəzəriyyəsi necə yarandı 

4.

 



Albert Eynşteyn nisbilik nəzəriyyəsinin banisi kimi 

5.

 



Eynşteynin xüsusi nisbilik nəzəriyyəsinin ümumi prinsipləri 

6.

 



Eynşteyn nəzəriyyəsinin sonrakı inkişafında Herman Minkovskinin rolu 

7.

 



Eynşteyndən öncə Puankare tərəfindən xüsusi nisbilik nəzəriyyəsinin prinsiplərinin 

verilməsi 

8.

 

Nisbilik nəzəriyyəsinin “paradokslari” 



9.

 

İstilik haqqinda təsəvvürlərin inkişafi 



10.

 

Cisimlərin istilik dərəcəsini ölçən qurğuların – termometrlərin yaradılması 



11.

 

Farengeyt şkalası 



12.

 

Römer və Selsi termometrləri 



13.

 

Kelvin şkalası ilə Selsi şkalası arasındakı əlaqə 



14.

 

Beynəlxalq Praktik Temperatur Şkalasının digər şkalalardan fərqi 



15.

 

Cozef  Blekin materiyanın istilik nəzəriyyəsinin inkişafında rolu 



16.

 

Sadi Nikola Leonard Karnonun istilik haqqında özünəməxsus təsəvvürləri 



17.

 

Ümumbəşər qanun olan enerjinin saxlanma və çevrilmə qanununun kəşfi 



18.

 

Alman həkimi və fiziki Yulius Robert Mayerin enerjinin saxlanma və çevrilmə 



qanununun kəşfində rolu 

19.


 

Ceyms Preskott Coulun Enerjinin saxlanma qanununun qəbul olunmasında rolu 

20.

 

Molekulyar kinetik təsəvvürlərin inkişafi 



21.

 

Termodinamika necə yaranmışdı 



22.

 

“Kainatın istilik ölümü” konsepsiyası 



 

 

 




10 

 

M Ü H A Z I R Ə    8 



 

İSTİLİK ŞÜALANMASI 

 

Qədim zamanlardan insanlara, işıq və istilik arasında mövcud olan bağlılıq məlum 



idi: ixtiyari cisim qızdırıldıqda, əvvəlcə qırmızı, sonra göy, daha sonra bənövşəyi rəng alır, 

yəni işıq buraxır. 

 

İstilik şüalanması və ya şüaburaxma, elektromaqnit dalğaları şəklində enerjinin bir 



cisimdən digərinə  həmin cisimlərin istilik enerjisi hesabına ötürülməsidir. “İstilik 

şüalanması” anlayışı kimyaçı  Karl Vilhelm Şeele (1742-1786) tərəfindən irəli 

sürülmüşdür; ilk təcrübələri Mark Oqüst Pikte (1752-1925) aparmışdır. 

 19-cu 


əsrin birinci yarısında yalnız bir spektrin varlığı məlum idi və əksər hallarda 

istilik və işıq şüalanmasını səhv salırdılar. O dövrdə termodinamikanın 

Ι və ΙΙ qanunları da 

məlum idi. Ayrı-ayrılıqda termodinamika və optika çox inkişaf etmişdi; onların birləşməsi 

isə öz-özünə baş verdi. Bu birləşmə fizikada inqilabi dəyişikliklərə  səbəb oldu – kvant 

haqqında fikirlərin formalaşmasına təkan verdi. 

 Bu 

istiqamətdə ilk addım alman fiziki Qustav Kirxqov  tərəfindən 1859-cu ildə 



atılmışdır: termodinamikanın qanunlarından istifadə edən Kirxqov göstərir ki, istilik 

tarazlığı halında qızdırılmış cismin şüalanma qabiliyyətinin onun udma qabiliyyətinə 

münasibəti universal funksiyadır (Kirxqov funksiyası adlanan bu funksiya şüalanma 

tezliyi 


ν-dan və mütləq temperatur T-dən asılıdır: K(ν, T).  Kirxqov qanunu 

termodinamikanın ümumi prinsiplərindən, xüsusilə  də  “

ΙΙ  dərəcəli perpedium mobilin” 

qeyri-mümkünlüyündən alınır (yəni istilik soyuq cisimdən isti cismə keçən zaman enerji 

əldə edilmir). Üzərinə düşən bütün enerjini udan csimlərdə  şüalanma qabiliyyəti 

maksimum olur. Bu cür cisimləri Kirxqov, 1860-cı ildə mütləq qara cisimlər adlandırır.  

Bu cür cisimlərdə  şüalanmanın spektral sıxlığını  təyin etmək çətin idi. İlk belə 

hesablama amerakalı fizik Lenqli  (1834-1906) tərəfindən aparılmışdır.  Bunun üçün o

balometr adlanan yeni cihaz ixtira etmiş və 1886-cı ildə uzaq infraqırmızı oblastda istilik 

şüalanma spektri üçün enerji paylanmasını müəyyən etmişdir.  

ΙΙ addım Lüdviq Eduard Bolsman (1844-1906) tərəfindən atılmışdır. 1884-cü ildə 

o, işığın elektromaqnit nəzəriyyəsi  əsasında sadə termodinamik verilənlərdən istifadə 

edərək göstərir ki, mütləq qara cismin şüalanma gücü səthin sahəsi və temperaturun 4-cü 

dərəcəsi ilə düz mütənasibdir; bu tənlikdə verilən mütənasiblik  əmsalı isə universal 

sabitdir. Faktiki olaraq bu tədqiqatlar ilə Bolsman, 1879-cu ildə  Cozef Stefanın aldığı 

nəticələri dəqiqləşdirir və bu qanun tarixə Stefan-Bolsman qanunu kimi düşür. 

Bu qanun o dövr üçün elektromaqnit nəzəriyyəsinin pik nöqtəsi hesab edilsə də, o 

bizə yalnız bütöv spektrin enerjiləri cəmi haqqında məlumat verir; enerjinin spektr boyu 

hansı qanunauyğunluqla paylanması, yəni istilik şüalanması enerjisinin dalğa 

uzunluğundan və temperaturdan asılılığı bizə qaranlıq qalır. 

Bu istiqamətdə 

ΙΙΙ addım 1893-cü ildə alman fiziki Vilhelm Vin (1864-1928) 

tərəfindən atılır. O müəyyən edir ki, qara cismin şüalanma spektrinin paylanma sıxlığı 

əyrisi maksimuma malik olmalıdır və bu maksimumun dalğa uzunluğu mütləq temperatur 

ilə tərs mütənasibdir: 

λ

mak



T

=const=0,2898 sm⋅dir. Beləliklə, Vinin sürüşmə qanunu kəşf 

edilir.  





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə