561
qaviləyə xasdır. Bu müqavilənin ləğv edilməsini şərtləndirən xüsusi əsas və qayda renta ödə yicisinin daimi
rentanı satın almasından ibarətdir. Belə ki, qanuna görə daimi renta ödəyicisinin daimi rentanı satın almaq ix-
tiyarı vardır (MM-in 873-cü maddəsinin 1-ci bəndi). Daimi renta müqaviləsinin daimi renta ödəyicisinin rentanı
satın almaq hüququndan imtina etməsini nəzərdə tutun hər hansı bir şərti puç olmaqla hüquqi əhəmiyyətə malik
deyil. Müqavilə iştirakçıları müqavilədə rentanın satın alınmasını məhdudlaşdıran yalnız bir halı nəzərdə tuta
bilərlər. Bu hal daimi rentanı satın almaq hüququnun renta alanın sağlığında və ya başqa müddət ərzində ye-
rinə yetirilməsinin qeyri-mümkünlüyündən ibarətdir.
Daimi renta həm renta ödəyicisinin, həm də renta alanın təşəbbüsü ilə satın alına bilər. Lakin satın alınma
yolu ilə daimi renta müqaviləsinin ləğv edilməsi üçün qanun bir şərt müəyyən edir. Bu şərt ondan ibarətdir ki,
renta ödəyicisi bütün satınalınma məbləğini tam ödədikdən sonra daimi renta müqaviləsi xitam edilə bi-
lə r. Müqavilədə satınalmanın başqa qaydası da nəzərdə tutula bilər.
Qeyd etdik ki, daimi renta renta alanın təşəbbüsü (tələbi) ilə də satın alına bilər. Renta alanın tələbi ilə
daimi rentanın satın alınmasını şərtləndirən əsasların siyahısı qanunda nəzərdə tutulmuşdur (MM-in 874-cü
maddəsi). Bu siyahı qeyri-qəti və təxmini xarakterə malikdir. Odur ki, daimi renta müqaviləsində bu siyahıda
göstərilməyən digər əsaslar da nəzərdə tutula bilər.
Renta alanın tələbi ilə daimi rentanın satın alınmasını şərtləndirən əsaslardan biri renta ödəyicisinin renta
ödə nilmə sini bir ildə n çox gecikdirmə sidir. Müqavilədə gecikdirmənin ayrı müddəti də nəzərdə tutula bilər.
Bu halda ödənişin yubadılmasının səbəblərini müəyyən etmək zəruri və vacibdir. Renta ödənişinin gecikdiril-
məsi renta ödəyicisinin lazımi qayğı göstərməməsinin, diqqətsizliyinin, vəzifə borcuna laqeyd münasibətin və
digər halların nəticəsi ilə bağlı ola bilər.
Renta ödə yicisinin renta ödə niş ini tə min etmə k öhdə liyini pozması renta alana ixtiyar verir ki, o, daimi
rentanın satın alınmasını renta ödəyicisindən tələb etsin. Renta ödəyicisi renta ödənilməsinin icrasına təminat
verməyə borcludur (MM-in 869-cu maddəsi). Başqa sözlə desək, renta ödəyicisi behlə, zaminliklə, dəbbə pulu,
girovla və s. öz öhdəliyinin icrasına təminat verməli, ya da bu öhdəliklərin icra olunmaması, ya da lazımınca
icra olunmaması üçün məsuliyyət riskini renta alanın xeyrinə sığorta etdirməlidir. Bu vəzifənin yerinə yetiril-
məməsi renta alanın tələbi ilə daimi rentanın satın alınmasını şərtləndirir.
Renta ödə yicisinin rentanı müqavilə ilə müə yyə nləş dirilmiş miqdarda və müddə tlə rdə ödə mə yə jə yinə
açıq-aş kar də lalə t edə n halların yaranması renta alana ixtiyar verir ki, o, daimi rentanın satın alınmasını qarşı
tərəfdən tələb etsin. Bu cür hallarda renta ödənişinin həyata keçirilməsi üçün ciddi təhlükə yaranır və onun ya-
xın vaxtlarda yerinə yetirilməsinə şübhə əmələ gəlir. Renta ödənişinin həyata keçirilməməsinin ehtimal olunan
proqnozu rentanın ödənilməyəjəyini açıq-aşkar sübut edən elə hallara əsaslanır ki, bununla yaxın vaxtlarda
(perspektivdə) renta alana renta ödənilməməsi ehtimalı müəyyən edilir. Məsələn, renta ödəyicisinin ödəniş qa-
biliyyətinin olmamasını bu cür hallardan biri hesab etmək olar. Lakin bu hal müflis elan edilmək demək deyil-
dir. Belə ki, şəxs bir qayda olaraq, məhkəmə qərarı ilə müflis elan edilə bilər.
Renta alanın tələbi ilə daimi rentanın satın alınmasının əsaslarından biri renta ödənilməsi üçün verilmiş
daş ınmaz ə mlakın ümumi mülkiyyə tə daxil olması və ya bir neçə şə xs arasında bölüş dürülmə sidir. Belə
halda mülkiyyətçilərin sayı çoxalır. Bu isə daimi renta alanın mənafeyinə cavab vermir. Ona görə də paylı və ya
birgə ümumi mülkiyyətdən hər hansı birinin olmasının əhəmiyyəti yoxdur. Beləliklə, bununla daimi renta alan
üçün bir neçə renta ödəyicisi əmələ gəlir. Bu isə renta alanın mənafeyini pozur. Belə halda renta alan öz məna-
feyini müdafiə etmək üçün vicdanlı renta ödəyicisindən rentanı satın almağı tələb edir.
Daimi rentanın satınılma qiyməti daimi renta müqaviləsi ilə müəyyənləşdirilir. Müqavilədə daimi rentanın
satınalma qiyməti nəzərdə tutulmaya da bilər. Belə halda satınalma qiyməti iki qaydada həyata keçirilir:
●
birincisi, satınalma ödəniləsi rentanın illik məbləğinə uyğun qiymətlə həyata keçirilir;
●
ikincisi, satınalma qiyməti renta ödənişlərinin illik məbləği ilə verilmiş əşyanın qiymətinin cəmi kimi
müəyyən edilir, yəni satınalma qiyməti bərabərdir renta ödənişlərinin illik məbləği + verilmiş əşyanın qiyməti.
Daimi renta ödənilməsindən ötrü əmlakın haqq müqabilində verilməsi üçün əsas götürülən daimi renta
müqaviləsində satınalma qiyməti haqqında şərt olmadıqda qiymətin müəyyən edilməsi üçün birinci qayda, dai-
mi renta ödənilməsindən ötrü əşyanın pulsuz verilməsi üçün əsas götürülən daimi renta müqaviləsində satınal-
ma qiyməti haqqında şərt olmadıqda isə ikinci qayda tətbiq edilir (MM-in 875-ci maddəsi).
§ 5. Ömürlük renta müqaviləsi
1. Ömürlük renta müqaviləsinin əsas xüsusiyyətləri
Ömürlük renta müqaviləsi renta müqaviləsinin ikinci növü hesab edilir. MM-in 48-ci fəslinin 3-cü paraqrafı-
na daxil olan normalar (877-880-ci maddələr) bu hüquqi konstruksiyanın tənzimlənməsinə həsr edilmişdir.
Ömürlük renta müqaviləsi renta alanın ömrü və həyatı boyu qüvvədə olan müqavilədir. Daimi renta müqa-
viləsindən fərqli olaraq ömürlük renta müqaviləsinin qüvvədə olma müddəti renta alanın yaşadığı həyatla
562
mə hdudlaş ır. Bu onu ifadə edir ki, renta alanın ölümü ömürlük renta ödənişi üzrə öhdəliyin xitam olunmasına
səbəb olur. Deməli, ömürlük renta müqaviləsi renta ödənilməsi üzrə müddətli öhdəlik yaradır. Bu, ömürlük
renta müqaviləsinin birinci xüsusiyyətidir. Özü də bu xüsusiyyəti həmin müqavilənin əsas və başlığa əlaməti
hesab etmək olar.
Ömürlük renta müqaviləsinin bağlanmasında iştirak edən renta alanın hüquqları tələbin güzəşti yolu ilə ve-
rilə bilməz və yaxud vərəsəlik üzrə keçə bilməz. Ona görə ki, bu hüquqlar renta alanın şəxsiyyəti ilə sıx surət-
də bağlıdır. Deməli, bu müqavilədən əmələ gələn öhdəlik şəxsi öhdəlikdir. Ona görə də renta alanın hüquqları-
nın başqa şəxslərə keçməsi istisna edilir. Dediklərimizdən belə çıxır ki, müqavilənin şəxsi öhdəlik yaratması
və renta alanın hüquqlarının başqalarına keçə bilməməsi ömürlük renta müqaviləsinin ikinci xüsusiyyətini
təşkil edir.
Beləliklə, ömürlük renta əşyanı renta ödənilməsi üçün verən fiziki şəxsin sağlığı dövrü üçün və ya onun gös-
tərdiyi başqa fiziki şəxsin sağlığı dövrü üçün müəyyənləşdirilə bilər (MM-in 877.1-ci maddəsi). Ömürlük renta
müqaviləsindən əmələ gələn öhdəlik şəxsi xarakterə malik olduğuna görə renta alanın (kreditorun) ölümü
öhdəliyin xitamına səbəb olur (MM-in 558.2-ci maddəsi).
2. Müqavilənin elementləri
Ömürlük renta müqaviləsinin bağlanmasında renta alan rolunda yalnız fiziki şəxslər çıxış edə bilər. Hüquqi
şə
xslərin renta alan rolunda müqavilə iştirakçısı olması istisna edilir. Belə ki, bu müqavilə renta alanın ömrü
(həyatı) boyu qüvvədə olur. Yalnız fiziki şəxs yaşamaq hüququndan istifadə etməklə ömür sürə bilər .
Renta alan rolunda təkjə bir nəfər fiziki şəxs yox, bir neçə fiziki şəxs (məsələn, ər-arvad, ailəyə yaxın olan
şə
xslər) də iştirak edə bilər. Belə ki, qanuna görə ömürlük rentanın bir neçə fiziki şəxsin xeyrinə müəyyənləşdi-
rilmə sinə yol verilir (MM-in 877.2-ci maddəsi). Hər bir fiziki şəxsə ödəniləjək renta payı ömürlük renta müqavi-
ləsi ilə müəyyənləşdirilir. Əgər bu, müqavilədə nəzərdə tutulmayıbsa, renta almaq hüququnda onların payları
bə rabə r sayılır.
Renta alan fiziki şəxslərdən biri öldükdə onun payının hüquqi taleyi müəyyən xüsusiyyətlərə malikdir. Belə
ki, renta alanlardan birinin ölməsi payın ondan çox yaşayan renta alanlara keçməsinə səbəb olur (MM-in 877.3-
cü maddəsi). Məsələn, ər və arvad onların ümumi birgə mülkiyyətində olan yaşayış mənzilini ömürlük renta
müqaviləsi əsasında renta ödənilməsi üçün renta ödəyicisi olan hər hansı vətəndaşa verirlər. Ər ölür. Belə halda
renta almaq hüququnda ərin payı ondan çox yaşayan arvadına keçir.
Ölmüş renta alan fiziki şəxsin renta payını əldə edən sonuncu renta alan fiziki şəxsin həyatı da, şübhəsiz ki,
ə
bədi və daimi deyildir. Sonuncu renta alan şəxs öldükdə rentanı ödəmək öhdəliyinə xitam verilir (MM-in
877.3-cü maddəsi). Məsələn, bundan əvvəldə çəkdiyimiz yuxarıdakı misalda ölmüş ərin renta payını əldə edən
arvad da öldükdə rentanı ödəmək öhdəliyi ləğv edilir. Ona görə ki, ömürlük renta şəxsi öhdəlikdir və renta ala-
nın ölümü ilə həmin öhdəlik xitam olunur.
Renta alanlardan birinin ölməsi ilə renta almaq hüququnda payın ondan çox yaşayan renta alanlara keçməsi
barədə qanunun göstərişi (MM-in 877.3-cü maddəsi) imperativ yox, dispozitiv xarakterə malikdir. Belə ki, bu
məsələ barəsində ayrı qayda da nəzərdə tutula bilər.
Bəzi hallarda bağlanan ömürlük renta müqaviləsi hər hansı bir hüquqi nəticə yaratmır. Bu cür müqavilə puç
(əhəmiyyətsiz) hesab edildiyinə görə onun etibarsızlığına səbəb olur. Həmin müqavilə puç (mütləq etibarsız)
ə
qd sayılır. Məsələn, müqavilənin bağlandığı məqamda sağ olmayan fiziki şəxsin xeyrinə ömürlük renta müəy-
yənləşdirən müqavilə hüquqi əhəmiyyətə malik deyil (MM-in 877-ci maddəsinin 4-cü bəndi).
Müqavilənin ikinci tərəfi olan renta ödəyicisinə gəldikdə isə onu demək lazımdır ki, qanun onun subyekt
tərkibi barədə hər hansı bir məhdudiyyət müəyyən etmir. Ona görə də elə hesab edirik ki, ömürlük renta
ödəyicisi kimi müqavilənin bağlanmasında mülki hüququn bütün subyektləri, yəni vətəndaşlar, hüquqi
şə
xslər, bələdiyyələr və dövlət çıxış edə bilər.
Ömürlük renta müqaviləsinin predmeti kimi dövriyyə qabiliyyətli istənilən daşınmaz və daşınar əmlak
növü çıxış edə bilər. Mülki dövriyyədə istifadəsi qadağan edilən əmlak bu müqavilənin predmeti ola bilməz.
Həm də predmet müqavilənin mühüm şərti sayılır.
Ömürlük renta müqaviləsinin müddəti onun qüvvədə olma müddətini ifadə edir. Bu müddət onu ifadə
edir ki, renta alanın ömrü boyu renta ödəyicisi renta ödənişini həyata keçirməyə borcludur. Özü də qanun
ömürlük rentanın hər təqvim ayının sonunda ödənilməsini nəzərdə tutur (MM-in 878-ci maddəsi). Müqavilə-
də ömürlük rentanın ödənilməsinin başqa müddətləri də nəzərdə tutula bilər.
Ömürlük renta müqavilə sinin mə zmunu renta alanın malik olduğu hüquqdan, renta ödəyicisinin daşıdığı
vəzifədən ibarətdir. Borclu şəxs kimi renta ödəyicisi çıxış edir. Onun əsas vəzifəsi nəzərdə tutulmuş müddətdə
ömürlük renta ödə niş ini hə yata keçirmə kdə n ibarətdir. Renta ödəyicisinin daşıdığı bu vəzifə ömürlük renta
ödənilməsi üçün verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi halında da onun tərə-
563
findən icra olunmalıdır. Bu onunla izah edilir ki, ömürlük renta ödənilməsi üçün verilmiş əşyanın mülkiyyətçisi
renta ödəyicisidir və o, mülkiyyətçi kimi əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski
üçün məsuliyyət daşıyır (MM-in 152.10-cu maddəsi). Renta ödəyicisi əmlakın haqq müqabilində və ya pulsuz
renta ödənilməsi üçün verilməsindən asılı olmayaraq əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələn-
məsi riski üçün cavabdehdir.
3. Ömürlük renta müqaviləsinin ləğv edilməsi
Ömürlük renta müqaviləsinin əsas xüsusiyyətlərindən biri onun müddətli əqd olmasıdır. Müddətli əqdin be-
lə bir cəhəti var ki, müddətin başa çatması əqdin xitam edilməsini şərtləndirir. Ömürlük renta müqaviləsinin
qüvvədə olma müddəti isə renta alanın ölümü ilə bitir və sona çatır. Deməli, renta alanın ölümü ilə ömürlük
renta müqavilə si xitam edilir. Bu, müqavilənin ləğv edilməsinin tə bii ə sasıdır.
Bununla bərabər, ömürlük renta müqaviləsi renta alanın sağlığında onun təşəbbüsü ilə birtərəfli qaydada
ləğ v edilə bilər ki, bu, müqavilənin xitam edilməsinin xüsusi ə sası və qaydası hesab edilir. Qanun renta alanın
tələbi ilə ömürlük renta müqaviləsinin ləğv edilməsinin xüsusi qaydasını və əsasını nəzərdə tutur (MM-in 879-
cu maddəsi).
Renta ödəyicisinin ömürlük renta müqaviləsini mühüm dərəjədə pozması renta alanın təşəbbüsü ilə
müqavilənin vaxtından qabaq birtərəfli qaydada ləğv edilməsinin xüsusi əsasıdır. Qanun müqavilənin mühüm
dərəjədə pozulması anlayışının mənasını açıqlayır (MM-in 421.2-ci maddəsi). Belə ki, müqavilənin mühüm
dərəjədə pozulması dedikdə bir tərəfin digər tərəfə vurduğu zərər nəticəsində zərər çəkən tərəfin müqavilə
bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəjədə məhrum olması başa düşülür. Müqavilənin mühüm
dərəjədə pozulmasını şərtləndirən hallara qanunun (MM-in 874-cü maddəsi) analogiyası əsasında aid etmək
olar: renta ödəyicisinin renta ödənişini müntəzəm olaraq gecikdirməsi; məsuliyyət riskinin renta ödəyicisi tə-
rəfindən renta alanın xeyrinə sığorta etdirilməməsi; renta ödənilməsi üzrə öhdəliyin icrasına zaminliklə, gi-
rovla, behlə, dəbbə pulu ilə və s. təminat verilməməsi və s.
Müqavilənin mühüm dərəjədə pozulması renta ödəyicisi üçün arzuolunmaz və xoşagəlməz nəticələrə səbəb
olur. Bu cür halda renta alan müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi (MM-in 21-ci və 443-cü
maddələri) tələb edə bilər. Renta alan başqa alternativ də seçə bilər. Belə ki, o, renta ödəyicisindən rentanı sa-
tın almağı tələb edə bilər. Bununla da müqavilə xitam edilir. Ömürlük rentanın satın alınması daimi rentanın
satın alınması kimi eyni şərtlərlə həyata keçirilir (MM-in 875-ci maddəsi). Beləliklə, daimi renta müqaviləsin-
dən fərqli olaraq ömürlük renta müqaviləsi renta satın alınmadan da ləğv edilə bilər.
Renta ödəyicisinin müqaviləni mühüm dərəjədə pozması ömürlük renta müqaviləsinin başqa üsulla ləğv
edilməsinə səbəb ola bilər. Belə ki, ömürlük renta ödənilməsi üçün mənzilin, yaşayış evinin və s. əmlakın pul-
suz verildiyi halda, renta ödəyicisi müqaviləni mühüm dərəjədə pozarsa, onda renta alan həmin əmlakın qay-
tarılmasını tələb edə bilər. Əmlakın qaytarılması ilə müqavilə ləğv edilir. Bu halda əmlakın dəyəri rentanın sa-
tınalma qiyməti ilə əvəzləşdirilir (MM-in 879.2-ci maddəsi)
TÖVS YƏ OLUNAN Ə LAVƏ Ə DƏ B YYAT
Em V.S. Doqovor rentı // Zakonodatelğstvo. 1999. N 5.
offe O.S. Obəzatelğstvennoe pravo. M., 1975.
Qracdanskoe pravo. Uçebnik. Çastğ 2 /Pod red. A.P.Serqeeva. Ö.K.Tolstoqo. M., 1997 (qlava 32).
Qracdanskoe pravo Rossii. Uçebnik. Çastğ 2 / Pod red. A.Q.Kalpina. M., 1999 (qlava 4).
Qracdanskoe pravo. Uçebnik. Tom 2. Polutom 1 / Pod red. E.A.Suxanova. M., 1999 (qlava 33, § 3).
Qracdanskoe pravo Rossii. Kurs leküiy. Obəzatelğstvennoe pravo / Pod red. O.N.Sadikova. M., 1997 (qlava
11).
Qracdanskoe pravo. Uçebnik / Pod red. S.P.Qriş aeva. M., 1999 (qlava 16).
Qracdanskiy kodeks RF. Çastğ vtoraə, Tekst kommentariy, alfavitno-predmetnıy ukazatelğ /Pod red.
O.M.Kozırə , A.P.Makovskoqo, S.A.Xoxlova. M., 1996 (qlava 33).
Kommentariy k Qracdanskomu kodeksu Rossiyskoy Federaüii, çasti vtoroy / Pod red. O.N.Sadikova. M.,
1999 (qlava 33).
Kommentariy çasti vtoroy QK RF dlə predprinimateley / Pod red. Braqinskoqo M. ., Suxanova E.A. i dr.
M., 1996 (qlava 33)
Üıbulenko Z. Renta i pociznennoe sodercanie s icdiveniem // Rossiyskaə östiüiə. 1997. N 6,7.
Dostları ilə paylaş: |