Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   2   3   4   5   6   7   8   9   ...   42

üxtəlifxarakterli miflər zamanın sərhədlərini aşaraq Azərbaycan ərazisində yaşayan 
tayfaların dünyaduyumunu, əxlaq tərzini, ailə-məişət həyatını, təbiətə, ətraf mühütə 
olan  münasibətini  və  s..ni  öyrənməmizə  yardımçı  olur.  Bu  baxımdan  mif 
xalqımızın  tarixinin  tədqiqində,  onun  tarixi  dərkində  əhəmiyyətli  rol  oynayır. 
“...mif xalqın özü haqqında söylədiyi ən bakir, ən kamil həqiqətin bədii ifadəsidir”. 
Mif  xalqların  tarixində  ilkindir,  başlanığıcdır.  Hansı  xalqın  mifik  təfəkkürü 
güclüdürsə onun tarixdəki sonrakı mövqeyi də gücü olur. Çünki siyasi təfəkkürün 
genezisi  mifologiya  ilə  bir  başa  bağlıdır.  Məşhur  folklorşünas  alim  Y.  Lotman 
deyirdi ki,  “Kim əcdadının adını çəkə bilirsə, o siyasi cəhətdən mövcuddur” 
Mifologiya konkret etnik-mədəni birliklərin arxaik dövrlərdə meydana çıxan 
universal  sistemidir.  M.Kazımbəy  mifologiyanın  mahiyyətindəki  universalizmə 
diqqət çəkərək yazırdı ki, mifoloji mətnlər “bütün xalqlarda və tayfalarda eynidir” 
və bütün fərqlər ayrı-ayrı xalqların əxlaqi anlayışları, insan düşüncəsinə təsir edən 
amillər  ilə  bağlıdır.  Ortaq  xarakter  daşıyıyan  mifoloji  abidələrin  bir  çoxlarının 
sonrakı  dövrlərdə  də  müxtəlif  türk  xalqlarında  izlərinə  rast  gəlmək  mümkündür. 
Məs.  türklərin  yaranış  əfsanələrindən  olan  Ergənikondan  çıxış  və  xilasedici 
bozqurdla bağlı miflər bir çox türk xalqlarında xeyli deyim və inancların meydana 
gəlməsinə  səbəb  olmuşdur.  Qeyd  edək  ki,  qurd  bir  totem  kimi  türk  xalqlarının 
demək  olar  böyük  əksəriyyətində  tarixən  ulu  əcdad,  xilasedici,  yolgöstərən, 
müqəddəs bir varlıq kimi qəbul edilmiş və xalqın mifoloji təfəkküründə, zoomorfik 
təssəvüründə  özünəməxsus  parlaq  bir  yer  tutmuşdur.  Qurdun  qorxmazlıq, 
toxunmazlıq  simvolu  kimi  xalqın  mifik  dünya  görüşündə  özünə  yer  tutması  el 
arasında  qurdun  bədən  əzalarına  qarşı  müxtəlif  münasibətlərin  bu  günə  qədər 
qorunub saxlamasında da öz əksini tapmışdır. 
Yeni  dövr  və  orta  yüzillər  mədəniyyətlərindən  fərqli  olaraq  arxaik 
mədəniyyətlərdə  nəinki  ideoloji  sahədə,  hətta  bötövlökdə  etnik-mədəni  sistem 
daxilində  elə  bir  gözəgəlimli  diferensiasiya  yoxdur.  Onların  başlıca  səciyyəvi 
cəhəti  sinkretizmdir  (bir  şeyin  inkişafının  ilk  mərhələsi  üçün  səciyyəvi  olan 
ayrılmazlıq, qovuşuqluq).  
Arxaik  sinkretizmin  özülü  və  başlıca  şərti  mifologiyadır.  Başqa 
sözlə,bütövlükdə  qədim  mədəniyyətin,  yaxud  tək-tək  etnik-mədəni  sistemlərin 
bərpası  üçün  birinci  olaraq  mifologiyanı  öyrənmək  gərəkdir.  Onun  ayrı-ayrı 
ünsürlərinin araşdırılması və bu yolla milli mifologiyanın bərpası, öz növbəsində, 
konkret etnik-mədəni sistemin bərpasını təmin edir. 
Bugünkü  ayrı-ayrı  dillər  və  etnoslar  çox-çox  qədimlərdə  mövcud  olmuş 
müəyyən etnolinqvistik (yaxud etnik-mədəni) birliklərdən törəmişlər. Belə birliklər 
dövründə  isə  mifoloji  düşüncə  hakim  idi  və  mifoloji  sistem  cəmiyyətin 
ideologiyası  kimi  fəaliyyət  göstərirdi.  Müəyyən  coğrafi,  bioloji  və  nəhayət, 
ictimai-iqtisadi amillərin təsiri ilə həmin birliklər təbii olaraq parçalanır (etnik və 
linqvistik  diferensiasiya);  ictimai-siyasi  şüurun  inkişafı  mifoloji  sistemin  rolunun 
azalmasına səbəb olur. Yeni yaranmış hər bir etnik sistem isə mifoloji irsi tam yox, 
qismən mənimsəyib yaşada bilir.  
 
Kosmoqonik miflər hər bir mifoloji sistemin özəyini təşkil edir. Bu miflərin 
məzmunu  “nizamlayıcı  kosmik  başlanğıcla  dağıdıcı  xaotik  başlanğıcın 


mübarizəsi”, dünyanın (kosmosun) yaranması, təbii obyektlərin formalaşması və b. 
hadisələrdən  ibarətdir.  Dünyanın  və  kainatın  sonu  barədə  süjetləri  əhatə  edən 
esxatoloji  mifləri  də  bu  sıraya  aid  etmək  gərəkdir.  Çünki  mifoloji  düşüncədə 
kosmoqonik  proses  müəyyən  zaman  və  məkan  sərhədləri  olan  dövri  hadisə  kimi 
qavranılır 
********* 
Qabaqlar Göy Yerə yaxın idi. Adamlar bir-birini öldürüb qan tökürdülər, bərəkətin 
qədrini  bilmirdilər.  Bunu  görəndə  Tanrının  qəzəbi  tutdu,  Göyü  Yerdən 
uzaqlaşdırdı. 
 
************************** 
Firon  dünyanın  padşahıydı.  Adamların  hamısı  bir  dildə  danışırdı.  Firon  bir  qala 
tikdirirdi.  Adamların  hamısı  bu  qalaya  daş  daşıyırdı.  Bir  hamilə  qadın  da  daş 
aparırdı. Yolda sancısı tutdu, həmlini qoydu yerə. Əlini tutdu Göyə ki, ey Yerin-
Göyün sahibi, sən bu zülmü götürmə! O gündən hərə bir dildə danışmağa başladı, 
qala da yarımçıq 
Qaldı. 
************************** 
Nuh böyük bir gəmi düzəltdirir, bütün canlılardan ora götürür. Tufan başlanır. Yer 
üzünü su basır. Yer üzərindəki bütün canlılar tələf olur. Xeyli vaxt keçir, gəminin 
bir yerindən deşik açılır, gəmiyə su dolmağa başlayır. Deşiyi qapaya bilmirlər. Nuh 
deyir  ki,  kim  deşiyi  qapaya  bilsə,  onun  arzusunu  yerinə  yetirəcək.  Bu  zaman 
gəmidə  olan  böyük  bir  ilan  qıvrılıb  deşiyi  qapayır,  gəmiyə  daha  su  dolmur.  Bir 
qədər sonra tufan sakitləşir, su çəkilir. Nuh gəmidəki canlıları Yer üzərinə buraxır. 
Bu hadisədən bir müddət keçir. Bir gün ilanın yadına Nuh peyğəmbərin dediyi söz 
düşür.  O,  Nuhun  yanına  gəlib  verdiyi  sözü  yadına  salır.  Nuh  ondan  nə  istədiyini 
soruşur.  lan deyir: 
Mən  istəyirəm  ki,  mənim  nəslimə  dünyadakı  ən  şirin  şeyi  yeməyə  izin  verəsən. 
Nuh razı olur. Qaranquşla arını dünyada ən şirin şeyi axtarmağa 
göndərir.  Qaranquşla  arı  uzun  müddət  gəzir,  hər  şeiyn  şirinliyini  yoxlayırlar. 
Axırda arı deyir ki, ən şirin şey insan ətidi. Onlar geri qayıdanda qaranquş insanları 
xilas  eləməkdən  ötrü  aldadıb  arının dilini  dimdikləyib  qoparır.  Arı  danışa bilmir, 
vızıldaya-vızıldaya birtəhər qaranquşdan soruşur: 
– Sən məni niyə bu günə saldın? 
Qaranquş arının sözünü cavabsız qoymur: 
– Niyə sən təkcə insan ətinin şirinliyini gördün? O bizə ev tikir, 
isti yuva qurur, bizi qoruyur. Sən bunları niyə görmədin?Arı nə qədər vızıldayırsa 
cavab verə bilmir, dili tutulur. 
Onlar  Nuhun  yanına  gedirlər.Arı  özünü  qabağa  verir.Çox  çalışır,  çox  vızıldayır, 
ancaq bir şey qandıra bilmir. Qaranquş deyir: 
– Ən şirin şey torpaqdı. 
Nuh  ilana  yemək  üçün  torpağı verir. şin içində  kələk  olduğunu  başa  düşən 
ilan  qaranquşu  tutub  məhv  etmək  istəyir.Lakin  qaranquş  uçub  onun  əlindən 
çıxır. lan  yalnız  onun  quyruğunu  dişləyə  bilir.Elə  o  gündən  arı  vızıldayır, 
qaranquşun da quyruğu haça qalır.s. 41-42 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə