Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   34   35   36   37   38   39   40   41   42

etibarən 20-ci əsrin başlarına qədər anqlofonlar ilə frankofonlar arasında mübarizə 
getmişdir.  
Avstraliyada da Kanada kimi multikulturalizm siyasəti və vətəndaşlığa istinad 
edən  inteqrasiyanın  inkişaf  etdiyi  ölkələrdən  ən  mühümüdür.  ngilis  dilinin 
öyrənilməsi  və  liberal  dəyərlərin  qəbul  edilməsi  Avstraliyada  multikulturalizmin 
ə
saslarıdır.  Məhz  Avstraliyada  multikulturalizm  bütün  insanlara  bərabərhüquqlu 
davranılmasını istər və fərqli mədəniyyətlər liberal dəyərləri qəbul etdikləri zaman 
bir yerdə mövcud olabilərlər. 
1980-ci ildə isə Avstralitada multikulturalizm qanunu 
qəbul olunmuşdur. 
Yerli  xalqlar  ilə  bağlı  Kanada  və  Avstraliyadakı  aborgenlər,  Amerikadakı 
Qızıldərililər üçün 1960-cı  illərin  axırlarından  etibarən torpaq  mülkiyyəti  haqları, 
muxtariyyət,  öz  ənənəvi  hüquqlarının  tanınması  istiqamətində  multikultural 
vətəndaşlıq  modelləri  ortaya  çıxmışdır.  Kanada  da  kvibeklər  üçün  ciddi  şəkildə 
imtiyazlar mövcuddur.  
Kanadaya    immiqranlar  müxtəlif  ölkələrdən  gəlir  və  etnik  baxımdan  bu 
fərqlilik 15 faizi keçmir.   Kanadada  immiqrantların işləməyib dövlət yardımıyla 
yaşamaları  da  etiraz  ilə  qarşılanmaqda  və  bu  ``səxavətli  xəyanət``  olaraq 
qiymətləndirir.  
 
ABŞ-da
tək 
mədəniyyətlilik 
düşüncəsi 
müxtəlif 
yerlərdən 
gələn 
immiqrantları,  etnikləri,  assimilyasiya  edərək  ``melting  pot``  (əridən  qazan) 
adlandırdıqları, yəni immiqrantların dəyərlərini tərk etmələrini, kimlikləri və həyat 
tərzlərindən  vaz  keçmələri  ortaya  çıxdı.  Belə  bir  ayrıseçkilik,  siyasi  hərəkatın  da 
baş  vberməsinə  səbəb  oldu.  Martin  Luther  King  və  ya  Malcolm  X  kimi  şəxslər 
tərəfindən idarə olunan  ``Civil Rights Movement``, ya da ``Black Pride`` hərəkatı 
tərtəfindən idarə olunurdu.  
ABŞ-dakı  melting  pot  adlandırılan  model  bəzilərinə  görə  assimlyasiyanın  ABŞ-
dakı adıdır. Bu nəzəri olaraq doğru deyil.  Bunun yerinə mədəniyyətlərin adətən bir 
təkamül keçirərək yeni bir ortaq mədəniyyət yaratması əsasına dayanır. 
ABŞ-da  multikulturalizm  eyni  zamanda  cəmiyyətdən  uzaqlaşan,  etnik 
məzmun  və  mahiyyəti  olmayan  sosial  qrupları  da  əhatə  edəcək  şəkildə  başa 
düşülür. 1970-ci ildən etibarən 3-cü dünya ölkələrindən ABŞ-a  miqrasiya başladı 
və bu multikulturalizmin burada başqa cürə ortaya çıxmasına səbəb oldu.  
Yerli  xalq  bugün  şimali  amerikada  və  avstraliyada  etnik  azlıq  halına 
gəlmişdir.  Afrikadan  gətirilən  kölələrin  də  burada  rolu  böyükdur.  Afroamerikan 
tipinin  ortaya  çıxması  və  hal-hazırda  Barak  Obamanın  prezidentliyi 
multikulturalizmin nəticıəsidir.  
Dünyada  mövcud  olan  206  ölkə  arasında  sadəcə  bir  ölkədə  3  paytaxt,  11 
rəsmi dil, və 5 fərqli dildə sözləri olan milli marş mövcuddur. Bu Cənubi Afrika 


Respublikasıdır.  Burada  Pretoria  ,  Cape  Town  ,  Bloemfontein  paytaxtları 
mövcuddur. Üç fərqli dövlətin birləşməsi ilə bu yaranmışdır. 
4.
  Qərb  ölkələrində  multikulturalizm  siyasətinin  iflasa  uğramasının 
səbəbləri.  Rusiyada  multikulturalizmin  meydana  gəlməsinin  tarixi 
şə
rtləri  və  səbəbləri.  Müasir  dövrdə  Rusiyanın  etnik-mədəni 
problemləri.  Rusiyada  immiqrasiya  prosesləri.  Rusiyada  Azərbaycan 
ə
mək miqrantları. 
 
ngiltərə  baş  naziri  David  Kameron  və  Almanya    federal  kansleri  Angela 
Merkelin multikulturalizmin iflasa uğraması ilə bağlı bəyantları həm siyasət, həm 
də  akademik  mühitdə  birmənalı  qarşılanmadı.  Belə  ki,  multikulturalizm  qərbdə 
demokratik dəyərlərin inkişafına öz töhfəsini verməkdə davam edir. Bu siyasətçilər 
daha  çox  indiki  multikulturalizm  anlayışından  post-multikultural  anlayışa  keçidi 
dilə  gətirmək  üçün  iflas  ifadəsindən  istifadə  etdilər.  Artıq  yeni  dünya 
multikulturalizm  anlayışında  da  reformlar  aparılmasını  labüd  edir.  Burada  qeyd 
etmək  lazımdır  ki,  nə  yerli  xalqlar,  nə  də  milli  azlıqlar  üçün  multikultural 
vətandaşlığa  mənsub  olmadan  geriyə  addım  atılmamışdır.  Əksinə  torpaq 
mülkiyyəti hüquqları, muxtariyyətlilik və yerli xalqların ənənəvi hüquqi sistemləri 
Qərb  demokratiyasında  yeri  vardır.  BMT-də  2007-ci  ildə  Yerli  Xalqların 
Hüquqları  bəyannaməsi  qəbul  edilmişdir.  Bugün  Kataloniyada  regional 
muxtariyyətin  spaniyada  demokratiyanın  inkişafında,  yerli  xalqlara  tanınan 
hüquqların  Latın  Amerikada  demokratik  vətandaşlığın  daha  da  dərinləşməsinə 
kömək etməsini heç kim inkar edə bilməz.  
 
Rusiyada  multikulturalizmin  meydana  gəlməsinin  əsas  tarixi 
şə
rtlərindən  biri  budur  ki,  Rusiya  xüsusən  orta  əsrlərdə  bir  sıra  qonşu  xalqlar  ilə 
iqtisadi  və  siyasi  münasibətlərdə  olmuşdur.  Digər  tərəfdən  Kiyev  Rus  dövlətində 
tatarların  çoxluq  təşkil  etməsi,  müəyyən  dövrlərdə  Rusiyanın  Monqol  və  Altın 
Orda  dövlətinin  hakimiyyətində  olması  bu  şərtlər  və  səbəblər  arasındadır.    Artıq 
15-ci əsrin axırlarında Moskvada III  van şimalda Novqorod da daxil olmaqla bəzi 
yerləri özünə ilhaq edərək ilk milli hakimiyyəti qurmuşdur. Ondan sonra IV  van 
Sibirə qədər irəliləyərək hakimiyyətini genişləndirmişdir. Daha sonra 17 və 18-ci 
ə
srlərdə  Pyotrun  hakimiyyətində  Rusya  daha  da  geniş  ərazilərə  sahib  olmuşdur. 
Multikultural  kontekstdə  Rus  milli  kimliyinin  formalaşmasında  əsas  səbəblərdən 
biri  də  provaslav-xristian  məzhəbidir.  Məhz  Osmanlı  tərəfindən  Şərqi  Bizansın 
süqut  etdirlməsi  ilə  III  van  öz  imperiyasını  ``üçüncü  Roma``  adlandırır  və 
missioner-universal  mənada  bir  kimlik  yaratmaqla  bunu  edir.  Pyotr  dövründə  isə 
Rusya  daha  çox  avropalaşmaq  siyasətini  əsas  alır.  Pyotrdan  əvvəlki  ``müqəddəs 
çar``  anlayışı  yerinə  ``dünyəvi  çar``  məfhumu  almağa  başlayır.  Tarixdə  pan-
slavizm  rusyada  çox  güclü  olmuşdur  və  bu  sayədə  onlar  imperiyalarını 
möhkəmlətmişlər.  
Sovet dövründə ruslaşdırma siyasəti daha çox yerinə yetirilirdi. Məhz Lenin 
``Rusiya  Xalqaları  Deklarasiyasını``  meydana  gətirməklə  sovet  ittifaqında  multi-


etnik  ictimai  transformasiyanın  yarandığını  iddia  edirdi.  Hətta  bu  ``homo-
sovieticus``  olaraq  da  bilinir.  Artıq  1987-ci  ildən  başlayaraq  sovet  ittifaqında 
milliyyətçilik  güclənməyə  başlayır,  kırım  tatarları,  ukraynalıların  milliyyətçilik 
anlayışları, Dağlıq Qarabağ problemi, 1990-ci illdə artıq Latviya, Litva və Estoniya 
öz müstəqilliklərini elan edirlər. Putin dövründə ilkin 200-2008-ci illərdə Rusyada 
siyasət  qədim  rus  simvolları  ilə  sovet  dövrünün  sintezinə  istinad  edilərək  həyata 
keçirilməyə  başlanılmışdır.  Qafqazdak  etnik  problemlər  hər  zaman  Rusya  üçün 
təhlükə  sayılır  və  bu  hal-hazırda  da  belə  davam  edir.  Abxazya  və  Osertiya  bu 
kontekstdə  qiymətləndirilməlidir.  Rusya  sovet  ittifaqı  dağıldıqdan  sonra  ənənəvi-
dini  modeli  mənimsəmişdir.  X-cu  əsrə  aid  iki  başlı  Bizans  qartalı  simvolu  Çar 
Rusiyasında  olduğu  kimi  hal-hazırda  da  Rusiya  Federasiyasında  simvol  olaraq 
istifadə olunur.  
Rusiyanın  bir  çox  regionlarında  əmək  miqrantlarına  böyük  ehtiyaç 
vardır.Azərbaycandan  Rusiyaya  miqrasiya  prosesinin  indiki  mərhələsi  1990-cı 
illərin  sonunda  başladı.  Bu  əsasən  iqtisadi  səbəbdən  irəli  gəlir.  Hal-hazırda 
Rusiyada  1,5  milyondan  2,5  milyonadək  Azərbaycanlı  miqrant  yaşayır(Etibar 
Nəcəfov, Rusiyada Azərbaycanlı əmək miqrantlarının problemləri və onların 
həlli yolları, Fəlsəfə elmi nəzəri jurnal, s. 130-136).   
 
 
 
 


9- cu  mühazirə
 
Mövzu 9. Multikulturalizm –Azərbaycan Respublikasının dövlət siyasəti kimi. 
 
1.
  Azərbaycan  Respublikasının  multikulturalizm  siyasəti  sahəsində  həyata 
keçirdiyi praktiki işlər və tədbirlər.  
Azərbaycan  Respublikasının  millətlərarası,  multikulturalizm  və  dini  məsələlər 
üzrə Dövlət müşaviri xidmətinin yaradılması; 
Azərbaycan  Respublikasının  Prezidenti  yanında  “Bilik  Fondunun”  və  Bakı 
Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması; 
Bakı Slavyan Universitetinin multikulturalizm ənənəsi. 
 
Azərbaycan  Respublikasının  Prezidenti  lham  Əliyevin  28  fevral  2014-cü  il 
tarixli  Sərəncamı  ilə Kamal  Mehdi  oğlu Abdullayev  Azərbaycan  Respublikasının 
millətlərarası,  multikulturalizm  və  dini  məsələlər  üzrə  Dövlət  müşaviri  təyin 
olunmuşdur. 
Xidmətin əsas məqsəd və məramı ölkəmizdə mövcud olan milli müxtəlifliyin 
qorunub  saxlanması,  ölkəmizdəki  milli  azlıqların  hüquq  və  azadlıqlarının  dövlət 
təminatının,  milli  azlıqlarla  bağlı  dövlət  siyasətinin  həyata  keçirilməsi, 
ölkəmizdəki  multikultural  mçühitin  öyrənilməsi  və  dünyada  təbliği  işinin 
aparılması, dövlətin din siyasətinin tənzimlənməsinə nəzarət etməkdən ibarətdir. 
Ölkə  Prezidenti  Dövlət  müşavirliyi  xidmətinin  qarşısına  qoyulmuş  bu 
məqsədlərin  daha  rəvan  formada  həyata  keçirilməsi  üçün  iki  yeni  dövlət  qurumu 
yaratmışdır. 
7  may  2014-cü  il  tarixində  Prezidentin  imzaladığı  Fərmanla  Azərbaycan 
Respublikasının  Prezidenti  yanında  Bilik  Fondu  yaradıldı.  Bilik  Fondunun  əsas 
məqsədi Azərbaycan Respublikasının əhalisini maarifləndirmək, dövlətin daxili və 
xarici  siyasətinin,  ictimai-siyasi  və  sosial-iqtisadi  proseslərin  mahiyyətini 
ictimaiyyətə çatdırmaqdan ibarətdir. 
Fondun vəzifələri aşağıdakılardır: 
2.2.1. Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-
iqtisadi,  ekoloji  və  humanitar  biliklərini  artırmaq  məqsədi  ilə  təşkilati  və  təbliğat 
xarakterli tədbirlər həyata keçirmək; 


2.2.2. Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən 
proseslər haqqında dolğun biliklər çatdırmaq; 
2.2.3.  azərbaycançılıq  məfkurəsinin  mahiyyətini,  milli-mənəvi  və  dini 
dəyərləri təbliğ etmək; 
2.2.4.  şəxsin  fasiləsiz  təhsilini,  daim  yeniləşən,  müasir  standartlara  uyğun 
biliklərə  və  dünyagörüşünə  yiyələnməsini,  şəxsiyyət  kimi  inkişafını  təmin  etmək 
məqsədi ilə lazımi tədbirlər həyata keçirmək; 
2.2.5.  gənclərin  biliklərinin,  bacarıqlarının,  peşəkarlıq  səviyyələrinin  və 
dünyagörüşlərinin inkişafınadəstək göstərmək; 
2.2.6. sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək;  
2.2.7.  Azərbaycan  tarixinin  və  mədəniyyətinin  təbliğinə  yönəlmiş  tədbirlər 
təşkil etmək; 
2.2.8.  Azərbaycan  Respublikasının  dinamik  inkişafı  və  dünya  birliyinə 
inteqrasiyası  ilə  əlaqədar  təhlillər  aparmaq,  beynəlxalq,  regional  və  ölkədaxili 
ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənməkvə ictimaiyyətə çatdırmaq; 
2.2.9.  Azərbaycan  Respublikasının  daxili  və  xarici  siyasətinin  mahiyyəti  ilə 
bağlı  dövlət  maraqlarına  uyğun  dövri  mətbuatda  materiallar  hazırlayıb  yaymaq, 
elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək; 
2.2.10. Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, 
kitablar,  broşürlər,  analitik  materiallar  hazırlamaq  və  onların  yayılmasını  təmin 
etmək; 
 
Bundan  əlavə  Ölkə  Prezidenti  15  may  2014-cüil  tarixli  Fərmanı  ilə  Bakı 
Beynəlxalq  Multikulturalizm  Mərkəzini  yaratmışdır.  Mərkəzin  əsas  məqsədi 
Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik 
müxtə-  lifliyin  qorunmasını  təmin  etmək,  habelə  Azərbaycanı  dünyada 
multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq 
və təşviq etməkdən ibarətdir. 
Multikulturalizm Mərkəzininin vəzifələri aşağıdakılardır: 
2.2.1. multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan 
gerçəkliyinin mə- dəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini 
hazırlamaq; 
2.2.2.  Azərbaycan  Respublikasında  mədəni-etnoqrafik  müxtəlifliyin 
azərbaycançılığın  inkişafına  xidmət  göstərməsi  yollarını  müəyyənləşdirib 
gerçəkləşdirmək; 
2.2.3.  Azərbaycan  Respublikasında  mədəni,  dini  müxtəlifliyin  tolerant 
ə
saslarının  elmi  təhlilini  aparmaq  və  qorunub  saxlanması  yollarını 
müəyyənləşdirmək; 


2.2.4.  müxtəlif  bölgələrə  aid  mədəni  irsi  öyrənmək,  onların  müasir  dövrdə 
ahəngdar  inkişafının  təmin  edilməsinə,  vətəndaş  cəmiyyətinin  potensialından 
istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə 
dəstək vermək; 
2.2.5. multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə 
təmas dərəcəsini öyrənmək və təşviq etmək; 
2.2.6.  aidiyyəti  elmi  qurumlarla  əlaqəli  şəkildə  Azərbaycan  Respublikasının 
müxtəlif  bölgələrində  qədim  mədəniyyət  izlərini  axtarmaq  (arxeoloji  tədqiqatları 
“Tarix  və  mədəniyyət  abidələrinin  qorunması  haqqında”  Azərbaycan 
Respublikasının  Qanununa  uyğun  olaraqtəşkil  etmək),  mədəni,  etnoqrafik  irsin 
toplanıb elmi şəkildə öyrənilməsini və qorunmasını həyata keçirmək; 
2.2.7.  təhsil,  mədəniyyət,  elm  və  digər  sosial  sahələrdə  özünü  göstərən, 
şə
xsiyyətin  mənəvi  bütöv-  lüyünün  həmahəng  inkişafına  mane  olan  müəyyən 
çatışmazlıqların  sistemli  şəkildə  aradan  qaldırılması  istiqamətində  layihələr 
gerçəkləşdirmək; 
2.2.8.  müxtəlif  dinlərə  mənsub  gənc  din  xadimlərinin  peşəkar  dini,  dünyəvi 
biliklərinin artırılması 
istiqamətində tədbirlər həyata keçirmək; 
2.2.9.  Azərbaycan  Respublikasının  multikultural  nailiyyətlərinin  beynəlxalq 
mütəxəssislər tərə- findən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək; 
2.2.10. şəxsiyyətin saflaşmasında, xalqlararası, dinlərarası qarşılıqlı hörmət və 
etimad münasibət- 
lərinin  yaranmasında  xüsusi  xidməti  olan  görkəmli  yerli  və  xarici  ölkə 
vətəndaşlarının  qiymətlən-  dirilməsi,  təşviq  edilməsi  mexanizmini  hazırlayıb 
həyata keçirmək; 
2.2.11.  multikulturalizm  üzrə  dünya  mütəxəssislərinin,  eyni  zamanda  keçmiş  və 
müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini 
təhlil etmək və yaymaq 
 
 
2.
  “Bakı Prosesi”: mahiyyəti, tarixi, məqsədləri və iştirakçıları. “Bakı Prosesi” 
çərçivəsində  həyata  keçirilmiş  əsas  tədbirlər.  “Bakı  Prosesi”nin  regional 
təşəbbüsdən  qlobal  hərəkata  çevrilməsi.  I  və  II  Ümumdünya  
Mədəniyyətlərarası  Dialoq  Forumları.  I,  II,  III  və  IV  Bakı  Beynəlxalq 
Humanitar Forumlar.  
 
“Bakı prosesi”nin yaranma tarixi 
 “Bakı  prosesi”  -  mədəniyyətlər  arasında  dialoqun  inkişaf  etdirilməsini  nəzərdə 
tutan  bir  təşəbbüsdür.  Bu  təşəbbüsü  Azərbaycan  Prezidenti  cənab  lham  Əliyev 
2008-ci  il  2-3  dekabr  tarixində  Bakıda  Avropa  və  ona  qonşu  regionların 
mədəniyyət  nazirlərinin  “Mədəniyyətlərarası  dialoq  Avropa  və  onun  qonşu 


regionlarında  davamlı  inkişafın  və  sülhün  əsasıdır”  mövzusunda  keçirilmiş 
konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də 
iştirak etməsi ilə yeni bir formanın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 
beynəlxalq  təşkilatın  və  bir  sıra  beynəlxalq  qeyri-hökumət  təşkilatlarının  yüksək 
səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü 
ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” 
qəbul edilmiş, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan 
“Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan 
tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur. 
Konfransda  Azərbaycan  Prezidenti  lham  Əliyevin  dərin  məzmunlu  nitqi,  irəli 
sürdüyü təkliflər və tövsiyələr “Bakı prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə 
səbəb olmuşdur. 
“Bakı prosesi”nin əsas aktorları 
Azərbaycan Respublikası hökuməti, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, 
Avropa  Şurası,  Avropa  Şurasının  Şimal-Cənub  Mərkəzi,  SESKO,  BMT-nin 
Dünya Turizm Təşkilatının. 
“Bakı prosesi”nin məqsədləri: 
•  Mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın inkişafı; 
•  Müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi; 
•  Xalqlar  arasında  olan  dini  və    mədəni  gərginliyin  azadılması  məqsədilə 
barışdıran  və  sakitləşdirən  qüvvələrə  dəstək  göstərməklə  mədəniyyətlər 
arasında hörmət və qarşılıqlı anlaşmanın qurulması; 
•  Mədəniyyətin,  mədəni  irsin  və  incəsənətin    imkanlarını  müəyyən  etməklə, 
onların  potensialının  mədəniyyətlərarası  dialoqun  və  əməkdaşlığın  həyata 
keçirilməsində daha səmərəli istifadəsi; 
•  Mədəni  və  bədii  fəaliyyətlərin  dəstəkləməsi;  qarşılıqlı  anlaşma  və  dialoqun 
qurulması prosesində yaradıcılıq və incəsənət adamların təkan verici qüvvə 
kimi tanınması; 
•  Üzv  ölkələr  və  vətəndaş  cəmiyyətinin  cəlb  olunması  ilə,  səlahiyyətli 
beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.     
“Bakı prosesi”çərçivəsində həyata keçirilmiş əsas tədbirlər: 
1.  Avropa  Şurasına  üzv  dövlətlərin  mədəniyyət  nazirlərinin  “Mədəniyyətlərarası 
dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” 
mövzusunda konfrans (2-3 dekabr, 2008); 


2. “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ilin oktyabr 
ayında Bakıda keçirilmiş  slam Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin 
mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri 
ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunmuşdur. 
Konfransda Avropa Şurasına üzv dövlətlərlə  slam Konfransı təşkilatına üzv 
dövlətlərin iştirakı ilə “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” 
keçirilmiş və birgə kommünike qəbul edilmişdir. 2010-cu il sentyabr ayında 
BMT-nin Baş Məclisinin 65-ci sessiyasında çıxışı zamanı Azərbaycan 
Respublikasının Prezidenti cənab  lham Əliyevin Bakıda Ümumdünya 
Mədəniyyətlərarası Dialoq Forumun keçirilməsi təşəbbüsünü elan etməsi “Bakı 
prosesi”nin regional bir təşəbbüsdən qlobal hərəkata çevrilməsinə səbəb 
olmuşdur. 
3. I Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumu (7-9 aprel, 2011); 
4. II Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumu (29 may – 01 iyun, 2013); 
Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa 
Ş
urasının  Şimal-Cənub  Mərkəzi,  SESKO,  BMT-nin  Dünya  Turizm  Təşkilatının 
tərəfdaşlığı ilə reallaşmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə