Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

bərabərliyi  uğrunda  mübarizə  aparırdı,  sasani  qanunlarına  görə  isə  qadın  əslində 
özünün  ən  yaxın  qohumu  olan  kişinin  olmalı  idi.  Bu,  ata  da  ola  bilərdi,  ər  də, 
qardaş da, oğul da. Ola bilsin məzdəkiliyin qadınların ümumiliyinə çağırışı onunla 
bağlı meydana gəlmişdi ki, cəmiyyətin aşağı təbəqələrinin varlı ailələrin qadınları 
sırasına  daxil  olmuş  qızlarının  və  bacılarının  düşdükləri  yeni  mühitdəki  
vəziyyətini  bir  qədər  yaxşılaşdırmaq  mümkün  olsun.  Ondan  başqa,  belə  izah 
qadınların  bu  hərəkata  cəlb  edilməsi  üçün  bir  stimul  ola  bilərdi.  Məzdəkilik 
ardıcılları  belə  hesab  edirdilər  ki,  keçmişdə  xeyir  qüvvələr  şər  qüvvələr  üzərində 
qalib  olduğu  üçün  insanlar  sülh  və  dostluq  şəraitində  yaşamışlar.  Ancaq  tarixi 
inkişafın müəyyən pilləsində əks proses baş vermiş, Şər qüvvələr təsadüfən Xeyir 
qüvvələrə qalib gəlmişdir. Elə bu zamandan Yer üzündə şər, paxıllıq, oğurluq və 
müharibələr  meydana  gəlmişdir.  Buna  görə  də  məzdəkiliyin  növbəti 
çağırışlarından  biri  istehsal  vasitələri  və  məhsulları  üzərində  ümumi  mülkiyyətin 
xas olduğu ibtidai-icma quruluşuna qayıdışa çağırış idi. 
`Məzdəkilər  hərəkatı  bir  neçə  onillik  müddətində  davam  etmişdir.  Öz 
missioner fəaliyyətinin qızğın çağlarında Məzdəkin moizələri elə inandırıcı idi ki, 
o  özünün  sosial  (ictimai)  islahatlara  dair ideyalarından xoşu gələn  şah  I  Qubadın 
rəğbətini  qazana  bilmişdi.  Bu  ideyalar  düşmənə  qarşı  fəal  müqavimət  göstərmək 
işində  imperiyanın  gücünü  artırmalı  idi.  Ancaq  I  Qubadın  oğlu  I  Xosrovun  (VI 
ə
srin  I  yarısı)  hakimiyyəti  dövründə  Məzdək  kafir  (dinsiz)  elan  olundu.  Hərəkat 
bütünlüklə yatırıldı, «peyğəmbər» və onun çoxlu ardıcılları öldürüldü. Qeyd etmək 
lazımdır  ki,  məzdəkilik  ideyaları  xalqın  ağlını  uzun  müddət  çaşdırdı,  onların 
Azərbaycanda  təsiri  lap  islam  dininin  tarix  səhnəsinə  çıxdığı  zamanadək  hiss 
olunurdu.  Bundan  da  sonra  məzdəkilik  ideyaları  başqa  bir  dini  etik  təlimin  – 
Azərbaycanda  IX  əsrdə  yayılmış  xürrəmilər  hərəkatının  əsas  prinsipləri  sırasına 
daxil oldu. 
"Məzdək  deyirdi  ki:  ‘Tanrı  torpaqdan  yeməyi  və  bütün  ehtiyacları,  xalq 
onları  aralarında  bərabər  bölüşsün  deyə  yaratmışdır.  Heç  bir  kimsə  digərinin 
payından    alıb  götürə  bilməz.  Hər  kəsin  varlıq  baxımından  bərabər  olması  üçün, 
qətiliklə birinin ortaya çıxıb zəngindən götürərək kasıba verməsi lazımdır. Hər kim 
olursa  olsun,  kimsənin  bir  başqasından  daha  çox  varlıq,  mal-mülk  və  birdən  çox 
qadına sahib olmağa haqqı yoxdur…" 
" nsanlar,  qibtə,  əzab,  qisas,  yoxsulluq,  ehtiras  kimi  beş  şeytan  tərəfindən 
düzgünlükdən  uzaqlaşdırılar.  Bunları  məğlub  etlmək  və  yaxşı  bir  inanc  yolunda 
getmək üçün zənginlik ortaq və qadın-kişi bərabər haqqlara sahib olmalıdır..." 
3. Azərbaycanda  slamın yayılması və  slamda tolerantlıq. 
 


VII  əsrin  I  yarsın  da  Ərəbistan  yarımadasında  meydan  gələn  slam  dini  və 
onun  əsasında  yaranan  güclü  Ərəb  xilafəti  öz  nüfuzunu  qıraq  ərazilərə  yaymaq 
üçün irimiqyaslı savaşlara başladı. Tarixdən  slamın və bir dövlət olmaq etibariylə 
Xilafətin  (peyğəmbərin  xəlifələri  tərəfindən  idarə  olunduğu  üçün  belə  adlanırdı) 
“yer üzünə yayılma çağı” adlanan dövrü başlandı.  
Azərbaycan ərazisinə ərəblərin ilk hücumları 639-cu ilə təsadüf edir.  “643-644-cü 
illərdə, xəlifə Ömərin dövründə, ərəblər tarixi Azərbaycan ərazisinin yalnız cənub 
və  Dərbəndədək  Xəzər  sahili  torpaqlarını  tuta  bildilər.  705-ci  ildə  isə  Xəlifə  I 
Validin  zamanında  ərəb  qoşunları  Mehranilər  sülaləsini  hakimiyyətdən 
uzaqlaşdıraraq  Aqvan  knyazlığına  son  qoydular.  Bu  dövrdən  etibarən  Şimali 
Azərbaycan  torpaqları  da  Ərəb  xilafətinin  tərkibinə  qatılmış  oldu.  Ölkə  xilafət 
qanunları və canişinləri tərəfindən idarə olunmağa başladı. Azərbaycan Ermənistan 
və digər əyalətləri də içərisinə alan əl-Cəzirə adlanan dördüncü əmrliyin tərkibinə 
daxil  idi.  Bu  əmirliyin  paytaxtı  əvvəlcə  Dvin  şəhəri  Abbasilər  taxta  çıxdıqdan 
sonra Bərdə şəhəri oldu. 
«Bütün insanlar qardaşdırlar; bütün insanlar Allah qarşısında bərabərdirlər» 
kimi  müddəaları  Şərqdə  çox  yayılmış  pul-əmtəə  münasibətlərini  inkişaf  etdirib, 
onları dini cəhətdən izah edərək əsaslandırması, ayin (sitayiş forması) məsələsində 
sadəliyi,  təbii  ki,  insanları  cəlb  edirdi.  Buna  qədim  Şərqin  dinlərinə  məxsus 
ayinçiliyin,  xüsusən  zərdüştilik  üçün  səciyyəvi  olan  ibadət  zamanı  möminin  pak 
olması tələbinin qalması da təsir göstərirdi. 
slam dini təkcə üç qitənin – Avropanın, Asiyanın və Afrikanın qovuşduğu 
yerdə  (coğrafi  ərazidə),  meydana  gəlməmişdi,  demək  olar  ki,  o,  həm  də 
dağılmaqda olan quldarlıq quruluşunun Ərəbistanda qalmaqda davam edən qəbilə-
tayfa  münasibətləri  ilə  erkən  orta  əsrlər  feodalizminin  bir-birindən  ayrıldıqları 
yolayrıcında  meydana  gəlmişdir.  slamın  ehkamlarından  həm  onun  yayılma 
sərhədlərinin sürətlə genişləndirilməsinə siyasi cəhətdən bəraət qazandırmaq üçün, 
həm  də  yeni  sosial  prinsiplərin  möhkəmləndirilməsi  üçün  istifadə  olunur.  slam 
məzlum  aşağı  təbəqələrin  ideologiyasına  çevrilməyə  (ilkin  xristianlıqda  olduğu 
kimi)  macal  tapmadı,  o  özünün  yaranmasının  elə  başlanğıcından  dövlət  dini 
rolunda  çıxış  etməyə  başladı.  Buna  görə  də  artıq  Məhəmmədin  Məkkədən 
Mədinəyə  köçdüyü  (hicrət  etdiyi)  zamandan  slamda  mənəvi-əxlaqi  və  fəlsəfi 
məsələlərdən  daha  çox  müsəlman  cəmiyyətinin  ictimai-siyasi  quruluşunun,  onun 
həyat  və  fəaliyyətinin  hüquqi  cəhətlərinin  prinsiplərinə  diqqət  verilirdi. 
Məhəmməd  öz  fəaliyyətinin  ilk  mərhələsində  öz  missiyasını  (ilahi  tapşırığını) 
yerinə  yetirmək  üçün  təbliğat,  dilətutma,  qorxutma  yollarından  istifadə  edir,  yəni 
insanların  şüuruna  təbliğat  fəaliyyəti  ilə  təsir  göstərirdi.  Bu  haqda  V.Bartold 
yazırdı:  «Məkkədə  Məhəmməd  heç  kəsin  hökmdarı  deyildi,  o  insanları  tövbəyə
imana və fəal məhəbbətə dəvət edərkən yalnız onların könüllü iradəsinə müraciə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə