Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

edə bilərdi; təbii ki, Məkkə surələrində insanın vəzifələri və məsuliyyəti haqqında 
təlim  Allahın  hər  şeyə  qadir  olması  haqqında  təlimdən  daha  çox  yer  alır. 
Müsəlman icmasının yarandığı (formalaşğı), Məhəmmədin yeni din təbliğatından 
öz hərbi gücü ilə dinsizləri (kafirləri) və başqa dinlərdən onları dəhşətə gətirən bir 
teokratik (dini) dövlətin başçısına çevrildiyi Mədinə dövründə isə bütünlüklə başqa 
bir mənzərənin şahidi oluruq.  ndi  slam süst bir dindən döyüşkən bir dinə çevrilir. 
Məhəmmədin  Mədinəyə  gəlişindən  (622-ci  il)  onun  ölümünədək  (632-ci  il)  keçə
on il [bu] dinc din və sosial həyat islahatçısının təlimini bütün dünyaya müharibə 
elan etmiş bir dinə çevrilmək üçün yetərli oldu» 
slamın dini şüura verdiyi ən böyük töhfə onun təkallahlılığı (tövhidi) dəqiq 
və  qeyd-şərtsiz  elan  (ifadə)  etməsindən  ibarətdir:  «Allah  –  Özündən  başqa  tanrı 
(məbud)  olmayan,  [daima]  diri  və  var  (mövcud)  olandır…»  (2:255;).  nsanlar  bu 
Allahı əvvəllər də tanıyırdılar, ancaq çoxlu tanrılardan biri kimi.  ndi onlara elan 
(bəyan)  edilirdi  ki,  bu  tək  tanrının  adıdır,  ümumiyyətlə,    başqa  tanrılar  yoxdur. 
Kim  başqa  tanrılara  inanır,  düzgün  yoldan  sapmışdır  və  ona  buna  görə  cəza 
veriləcək. Bütün dünyanı  – göyləri,  yeri,  ulduzları, dağları, bitkiləri,  insanı  Allah 
yaratmışdır. Dünyada hər şey Allahın istəyi (iradəsi) ilə baş verir. Odur ki, Quran 
xristianlığın  sanı  ilahiləşdirməsini  qəbul  etmir.  sa  slamda  bir  insan  kimi  qəbul 
olunur  və  ona  həqiqi  (haqq)  peyğəmbər  kimi  ehtiram  göstərilir.  Bu  zaman  hətta 
ona  başqa  peyğəmbərlərə  verildiyindən  daha  yüksək  yer  (status)  verilir.  O  – 
Məsihdir,  günahsız,  məsum  həyat  keçirmişdir  və  mütləq  yenidən  Qiyamətdən 
qabaq bəşəriyyətin xilası üçün dönəcəkdir.  stənilən başqa din kimi,  slam dini də 
öyrədir  ki,  hər  bir  insan  öz  mənəvi  həyatına  görə  özü  cavabdehdir:  «Hər  kəs  bir 
günah  qazanarsa,  mütləq  o  günahı  özünün  zərərinə  qazanmış  olur» 
(4(qadınlar):111);  «Doğru  yolu  tutan  özünə  savab,  doğru  yoldan  azan  isə  özünə 
günah  qazanır.»  (10  (Yunus):108).  nsanın  ölümündən  sonrakı  taleyi  onun  öz 
həyatını necə yaşamasından asılı olacaq. Deməli, onun ruhu cənnətə də düşə bilər, 
cəhənnəmə  də,  cənnətdə  çoxlu  bol  sulu  dərin  çaylar,  şirəli  (dadlı)  meyvə-tərəvəz 
var,  cəhənnəm  isə  bunun  əksinə  olaraq,  ərinmiş  metalla,  qaynayan  maye  (su)  ilə 
dolu, hər şeyi məhv edən alovlu od olan bir yer kimi təsvir edilir.  nsan öz həyatı 
üçün məsuliyyət daşıyır: Allah insanı azad yaratmışdır. Beləliklə, dini inanc hər bir 
insanın  azad  seçimindən  irəli  gəlməlidir,  o  özü  bilər:  Allaha  inanmaq  lazımdır, 
yoxsa  yox.  Quranda  deyilir:  «Dində  məcburiyyət  (zorakılıq)  yoxdur» 
(2(inək):256). Ancaq bu azadlıq o demək deyil ki, hər kəs istədiyini edə bilər. 
   slama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah 
belə  buyurur:  "Ey  insanlar!  Biz  sizi  bir  kişi  və  bir  qadından  yaratdıq.  Sonra  bir-
birinizi  tanıyasınız  deyə,  sizi  xalqlara  və  qəbilələrə  ayırdıq..."  ("Hucurat"  surəsi, 
13).  nsanların  bir-birini  tanıması,  qarşılıqlı  münasibətlərinin  formalaşmasının 


ə
sası  tolerantlıqdan  keçir.  slam  dinində  tolerantlıq  dinin  əsas  ünsürü  kimi  qəbul 
edilir.  slamın birinci əsas mənbəyi olan Quranda Uca Allah belə buyurur: "Sizin 
dininiz sizə, mənim dinim mənə aiddir" ("Kafirun" surəsi, 6). Quran tolerant olmaq 
üçün ədalətli olmağımızı əmr edir: "Söz söylədiyiniz zaman qohumunuz olsa belə, 
ə
dalətli olun..." ("Ənam" surəsi, 152). 
   Allahın "De: " stər inanın, istərsə də inanmayın..." (" sra" surəsi, 107). "De: 
"Haqq  Rəbbinizdəndir.  Kim  istəyir  inansın,  kim  də  istəyir  inanmasın..." ("Kəhf" 
surəsi,  29)  sözləri  slamın  dini  etiqad  azadlığına  verdiyi  dəyəri  göstərir. Quran 
"Dində məcburiyyət  (zorakılıq) yoxdur" ("Bəqərə" surəsi, 256) ayəsi ilə inanmaq 
azadlığının prinsipini formalaşdırıb. 
    slamı  insanlara  çatdıran  Hz.Muhəmməd  (s)  peyğəmbər  bütün 
müsəlmanlara,  xüsusilə  idarəçilərə  belə  buyurub:  "Kim  müsəlman  olmayan 
ə
halidən  birinə  zülm  edərsə,  onların  haqqını  qiyamət  günü  mən  müdafiə 
edəcəyəm", "Kim bir zimmiyə zülm edər, yaxud ona daşımaqdan aciz olduğu bir 
yük yükləyərsə, onun haqqını azaldar və ya istəyi olmadan bir şeyini alarsa, mən 
həmin adamın düşməniyəm"."Bir müsəlmana, yaxud zimmiyə qəsdən zərər verən 
şə
xs  lənətlənib". Hz.Muhəmməd  başqa  bir  hədisində  də  bunları  bildirib:  "Allah 
qiyamət  günündə  insanlara  əziyyət  edənlərə  əziyyət  edəcəkdir".  Budur 
Hz.Muhəmmədin tolerantlığı. 
Ortodoksal  slamın bütün ictimai şüur sahəsində inhisarını aradan qaldırmaq 
istəyində    və  slamın  mötədil  (yumşaq)  rasionalist  tənqidçiləri  olan  Mötəzililər 
(banisi  Vasil  ibn  Əta  idi  VIII  əsrdə  yaranmışdı)  deyirdilər:  «Qurana  hər  cür 
ehtiram  göstərib  onu  mədh  etmək  axmaqlıq  əlamətidir».  Elə  onlar  da  insan 
azadlığının  məhdud  olmadığı  prinsipini  irəli  sürmüşlər:  «Xeyrin  və  şərin 
yaradıcısı  insan  özüdür,  bunun  Allaha  dəxli  yoxdur».
Möcüzə  deyə  bir  şey 
yoxdur.Mötəzili 
kəlamının 
ə

böyük 
xidmətlərindən 
biri 
müsəlman 
apologetikasının  (dinin  məntiqi  dəlillərlə  müdafiə  edilməsi)  yaradılmasıdır.Onlar 
xristian, yəhudi, Zərdüşt və başqa dinlərin nümayəndələri ilə polemikalar aparmış, 
slamın əsas müddəalarını düçüncə dəlilləri ilə müdafiə etmişdilər.Mötəzililik ağlı 
dinə qarşı  qoyurdu, o  özünün elmlərə  və  yunan  fəlsəfəsinə tərəfdar  olması  (meyl 
etməsi) ilə tanınmışdı. Bu təlim dini ehkamların müzakirəsini mümkün sayır, bəzi 
Quran  müddəalarının  əksinə  çıxış  edirdi;  Allahın  atributlarının  (sifətlərinin) 
çoxluğunu rədd edir, «Allah vardır (mövcuddur)» etirafı ilə kifayətlənirdi. Bu təlim 
mahiyyətcə dini azadfikirlilik idi, özü də Azərbaycanda geniş yayılmışdı. 
slamın  hakim  mövqe  tutduğu  bu  dövrlərdə  Azərbaycan  ərazisində  xristianlıq  və 
musəvilik  kimi  dünya  dinləri  də  paralel  olaraq  mövcud  idi  və  bu  dinlərin 
daşıyıcıları öz inanclarını sərbəst həyata keçirə bilirdilər.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə