Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə4/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   2   3   4   5   6   7   8   9   ...   175

 

12

Müdriklik və xeyirxahlıq, bu keyfiyyətlərdən irəli gələn səbr və 



dözüm,  maddi  aləmin  düşkünü  olmayan,  həqiqi  həyatı 

mənəviyyatda axtaran, iti əqli və təkmil zəkası ilə fərqlənən, bu 

nöqteyi-nəzərdən  yetişmiş  bir  insan  kimi  o,  daima  mövhumat 

və  cəhalətə  zidd  olan  həqiqət  uğrunda  çalışmışdır.  Sokrat 

qədim  yunan  sofistləri

1

 ilə mübarizə  içərisində daima həqiqətə 



yaxınlaşmağa  çalışmışdır.  Belə  hesab  edilir  ki,  sofistlər 

həqiqətə  inanmırdılar,  onlar iqrar  edirdilər ki, hər kəs hər  şeyi 

özünə  görə  anlayır.  Ədalət  carçısı  Sokrat  isə  yalnız  həqiqətə 

inanır,  böyük  ehtirasla  onun  kəşfinə  çalışır və təsdiq edirdi ki, 

ümumi  həqiqətlərsiz  dünyada  nə  cəmiyyət,  nə  qanun,  nə  də 

düzlük  ola  bilməz.  Sokratın  mənəvi  ülviliyi  məhz  onun 

həqiqəti ömrünün sonuna qədər axtarmasında idi.

2

  



Ümumiyyətlə,  qeyd  etmək  olar  ki,  yüksək  (geniş) 

düşüncəli  insanlar  öz  varlıqlarını  sosial-mədəni  və  mənəvi 

(moral-etik-estetik)  duyğular  hissiyatında  görürlər.  İnsanlar 

ümumilikdə  düşüncə  məxluqlarıdır  və  təbiətlə  təmaslarını 

düçüncəli  təsirlərdə  qururlar.  İnsan  düşüncələri  onları  sosial-

fəlsəfi  varlıqlar  kimi  sübut  edir  və  maddi-mənəvi  həyata  qarşı 

mövqedə ölçü və hədlər prinsipini müəyyən etməyə vadar edir. 

Düşüncələrsiz 

insan 

həyatının 



məqsədli 

və 


təyinatlı, 

istiqamətli,  bu  baxımdan  da  mənalı  olması  mümkün  deyildir. 

Məhz  düşüncə  (düşüncə  obyektlərə  təsirlərin  inikasından 

formalaşır) sayəsində insanlar ədaləti və ədalətsizliyi, xeyir və 

şəri,  yaxşını  və  pisi,  ümumilikdə  isə  müsbət  və  mənfini  ayırd 

edə bilir. Düşüncə qabiliyyəti məhz həyatın məğzini təşkil edir. 

Bu  nöqteyi-nəzərdən  yeni  dövr  Avropa  fəlsəfəsinin  əsasını 

qoyanlardan  biri  olmuş  fransız  alimi  Rene  Dekartın  (1596-

                                                 

1

 Sofistlər-  müdriklər;  filosoflar-müdriklik  həvəskarları,  müdrikliyi  sevənlər.  İlk 

yunan  sofistləri-Protoqor,  Qorkiy,  Prodik  və  başqaları  olmuşlar.  Belə  hesab  edilir 

ki,  onlar  Sokratdan  fərqli  olaraq  öz  baxışlarını  və  mübarizələrinin  əsaslarında 

maddiyyat  aləmini  daha  çox  üstün  tuturdular.  Sofistlər  qarşılqılı  mübahisələr 

etməklə, dialoq təşkil etməklə qədim yunan dialektikasını yaradırdılar. 

2

 Sipovski. B.D. Sokrat və onun dövrü (tarixi oçerk)-Bakı: Elm, 1995-88 s. Tərcümə 

edəni Aslan Aslanov. səh.36 



 

13

1650) belə bir məşhur deyimi də var: “mən düşünürəm, deməli, 



mən  mövcudam”.  (“Cogi  to  ergo  sum”).

1

 Düşüncə  və 



mövcudluq  anlayışlarının  qarşılıqlı  bağlılığında  düşüncənin 

əsas  obyekti,  predmeti  kimi  mövcudluq,  varlıq  və  onun 

mahiyyətini  götürmək  olar.  Yüksək  düşüncəli  şəxslər 

(müdriklər-yüksək  əxlaqa,  dərin  biliklərə,  zəngin  zövqlərə 

malik  olan  şəxslər,  yüksək  intellekt  sahibləri.  İntellekt-ağıl, 

idrak,  zehin;  zehnin  müəyyən  hədlərdə  inkişaf  səviyyəsi 

deməkdir)  daha  çox  həyatın  mənəvi-əxlaq  tələblərinə  reaksiya 

verirlər.  Çalışırlar  ki,  ideal  cəmiyyətlər

2

 üçün  özlərini  səfərbər 



etsinlər.  Onlar  bu  istiqamətdə  daima  ideya  axtarışında  olurlar. 

Tarixən  böyük  filosoflar  insanın  təkmilləşmiş  ağlına,  idrakına 

üstünlük  vermişlər,  onların  təbiətlə  və  bir-biriləri  ilə  olan 

təmaslarında  ağlın  gücünü  və  (rasional  qaydada,  elmi-nəzəri 

biliklərə  əsasən)  təbiət  nemətlərindən  ağıl  vasitəsilə  istifadəni 

əsas prinsip olaraq götürmüşlər və əsaslarını axtarmağa, tədqiq 

etməyə  çalışımışlar.  Bu  baxımdan  idrak  məsələsi  obyekt 

olaraq  tədqiqat  predmetinə  çevrilmişdir.  Onlar  eyni  zamanda 

mənəviyyatın tərkib elementləri olan saflıq xüsusiyyətlərini və 

yüksək əxlaq məsələlərini əllərində rəhbər tutmuşlar. Məsələn, 

XIII  əsrdə  yaşamış  böyük  türk  filosofu  Mövlanə  Cəlaləddin 

Rumi (əsl adı Muhəmməd Cəlaləddin) idrakın əhəmiyyəti, eyni 

zamanda  mənəviyyat,  mənəvi  kamillik  barədə  belə  dəyərli 

fikirlər  bildirmişdir:  “Yaşıllıqlardan,  çiçəklərdən  meydana 

gələn  bağça  fani,  lakin  ağıldan  meydana  gələn  gül  bağçası 

daima  yaşıl  və  gözəldir”,  “Kamil  insan  bəşəriyyət  pərdəsi  ilə 

örtülmüş  bir  günəşdir”,  “Sən  bizim  surətimizə  deyil, 

əxlaqımıza  bax”,  “İnsan  libası  kirlənərsə,  az  su  ilə  təmizlənər. 

                                                 

1

 Yusif  Rüstəmov.  Fəlsəfənin  əsasları.  (mühazirə  kursu.  Bakı.  “Nurlar”  Nəşriyyat-

Poliqrafiya mərkəzi, 2007, 504 səh. 126. 

2

 Ideal  cəmiyyətlər-mövcud  cəmiyyətlərin  real  inkişaf  tendensiyaları  ilə, 

gerçəkliklərlə  barışmayaraq,  müsbət  dəyərlərin  çoxluq  təşkil  etməsini  əks  etdirə 

biləcək  cəmiyyətlər,  yüksəkdə  dayanan  cəmiyyətlər,  ən  nümunəvi,  ən  mükəmməl 

cəmiyyətlər  hesab  edilməlidir.  İdeallıq  arzu  və  məqsədləri  ali  formada  özündə  əks 

etdirən vəziyyətdir.  



 

14

Lakin  içimizdə  elə  kirlər  vardır  ki,  onları  Allahın  lütf  və 



mərhəmətindən  başqa  heç  bir  şey  təmizləyə  bilməz”,  “İnsan 

ədəbdən  ibarətdir”,  “Ədalət  nədir?-Ağacları  sulamaq.  Zülm 

nədir?-Tikana su vermək.” və s.

1

 Buradan görünür ki, Ruminin 



baxışlarında həyatın dəyərləri, ədalət və gözəllik, digər mənəvi 

və  estetik  duyğular  və  bunların  ideal  məzmunu  idrakdan 

asılıdır.  Digər  tərəfdən,  müasir  Türkiyənın  banisi  Mustafa 

Kamal  Atatürk  hər  bir  şeyin  inkişafını  ağıl,  məntiq,  zəka  ilə 

hərəkət  etməkdə  görürdü.  Bu  baxımdan  o  qeyd  edirdi:  “Ağıl, 

məntiq, 


zəka 

ilə 


hərəkət 

etmək 


bizim 

parlaq 


özünəməxsusluğumuzdur.  Bütün  həyatımızı  rövnəqləndirən 

hadisələr  bu  gerçəyin  aydın  dəlilidir”,  “Ağıl  və  məntiqin  həll 

edə  bilməyəcəyi  məsələ  yoxdur”,  “Bütün  irəliləyişlər  insan 

fikrinin  əsəridir”,  “Hər  şeyin  qaynağı  insan  zəkasıdır”, 

“İnsanların  həyatına,  fəaliyyətinə  hakim  olan  qüvvə-yaratmaq 

və  kəşf  etmək  qabiliyyətidir”,  “Hər  işin  əsas  hədəfinə  qısa  və 

kəsdirmə  yolu  ilə  çatmaq  arzu  olunur.  Lakin  bununla  yanaşı, 

yolun  aydın,  məntiqi  və  xüsusən  elmi  olması  şərtdir”, 

“Dünyada  hər  şey  üçün,  mənəviyyat  üçün,  həyat  üçün, 

müvəfəqqiyyət üçün ən doğru yol göstərən elmdir, texnikadır”

2

 

“İnsanların  hörmət  və  sayqılarının,  itaətlərinin  özlərindən 



maddi cəhətdən deyil, mənəvi cəhətdən  yüksək olanlara doğru 

yönəlməsi  insan  ruhu  üçün  vacib  olan  məziyətlərdəndir”.

3

 Bu 

fikirlərində Atatürk də idrak və onun yüksək formasını istedad 

və  qabiliyyətə  xidmət  etməkdə,  həmçinin  mənəviyyatın 

zənginliyini  təmin  etməkdə  görürdü.  Seçim  amilində 

maddiyyata nisbətən mənəviyyata üstünlük verirdi.  

Hər  bir  şəxs  cəmiyyətdə  maddi  və  mənəvi  vasitələrlə 

yüklənir,  aləmlərlə  əhatə  olunur.  İnsanların  maddi  və  mənəvi 

dünyaları 

arasında 

tarazlığın 

olması 

və 


maddiyyatın 

                                                 



1

Muxtar  Cəfərov.  Eşq  pərvanəsi.  Mövlanə  Cəlaləddin  Rumi.  (II  nəşr).  Bakı, 

“NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi-2009. 264. səh. 178-254. 

2

 Utkan  Qocatürk.  Atatürk.-Bakı:Elm,  1991.-212  s.  Tərcümə  və  qeydlər  Dünyamalı 

Vəliyevindir. Kitabda Atatürkün ölməz sözləri bölməsi. səh.130. 

3

 Həmin kitab, səh.182. 


Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə