Microsoft Word Munasib?tl?rin balaslasd?r?lmas? I cild doc



Yüklə 4,18 Mb.
Pdf görüntüsü
səhifə5/175
tarix07.12.2017
ölçüsü4,18 Mb.
#14197
1   2   3   4   5   6   7   8   9   ...   175

 

15

mənəviyyat  üçün  xidmət  etməsi  ümumilikdə  insan  həyatının 



xoşbəxtliklərini  üzə  çıxarır.  Bu  iki  aləm  arasında  isə  tarazlığı 

yaradan  əsas  vasitə  ali  idrak  forması,  eləcə  də  yüksək 

düşüncələrdir.  Düşüncələr  həyatın  maddi-mənəvi  kompo-

zisiyasını  yaradır  və  nəinki  insanın  öz  daxilində,  eləcə  də 

insanlar  arasında  tarazlı  münasibətlərin  formalaşmasında  da 

maddi  və  mənəvi  dünyanı şərti və  nisbi  olaraq bərabərləşdirir. 

Lakin  əksər  hallarda,  xüsusilə  inkişaf  etməmiş  cəmiyyətlərdə 

sadalanan  vasitələr  (maddi  və  mənəvi)  şəxslərin  həyat 

fəaliyyətindən  və  cəmiyyətdəki  mövqeyindən  asılı  olaraq, 

həmçinin  idrakın  inkişaf  formasından  irəli  gələrək,  qeyri-taraz 

olur.  İnsanlar  ya  maddi  aləmin,  ya  da  mənəvi  aləmin 

kasadlığından  öz  həyatlarında  və  baxışlarında  tarazlıq  yarada 

bilmirlər.  Maddi  və  mənəvi  aləm  arasında  tarzlığın 

mövcudluğu insanların fərdi xüsusiyyətləri və şəxsi xarakterləri 

ilə  də  asılı  olur.  Şəxslərdə  mənəvi  və  maddi  dəyərlər  öz 

statusuna,  bu  baxımdan  mövqeyinə,  yerinə  görə  “a”  və  “b” 

variantları olaraq bir-birini əvəzləyir. Yüksək düşünən insanlar 

daha  çox  mənəvi  vasitələrlə  yüklənirlər  və  etik-estetik 

düşüncələr  belələrində  üstünlük  təşkil  edir,  həyat  prinsipləri 

“a” variantı üzərində qurulur, “b” isə dəstəkverici istiqamət və 

vasitə  hesab  edilir.  Sokrat  tam  əmin  idi  ki,  insanın  mənəvi 

azadlığı  onun  ehtiyac  və  tələbat  azadlığı  ilə  birbaşa  üzvi 

asılılıqdadır;  bu  sonuncuya  isə  iki  yol  vardır;  bunlardan  biri 

insanın  özünün  bütün  ehtiyac  və  tələbatlarını  ödəyəcək 

dərəcədə  maddi  rifah  halını  yaxşılaşdırmasıdır.  İkinci,  onun 

bacarınca 

daha 

çox 


öz 

ehtiyac 


və 

tələblərini 

məhdudlaşdırmasıdır.  Sokrat  birinci  yolu  doğru  yol  hesab 

etmirdi, çünki  tələbat  var-dövlətdən  daha sürətlə  artır  və o,  nə 

qədər çox olursa, o qədər də insan zəifləşib nazilir, o qədər də 

mənəvi  cəhətdən  az  azad  olur,  həm  də  maddi  cah-cəlal  daimi 

deyil-insan çox tez-tez ondan məhrum olur; ikinci yol isə doğru 

yoldur,  ona  görə  ki,  məhrumiyyətə  alışmaq,  vərdiş  və  dözüm 

maddi  zənginlikdən  daha  möhkəmdir.  Az  ehtiyac  və  tələbata 



 

16

qane olmaq isə asandır.



1

 Sokrat burada həmçinin “nəfsə hakim 

olmaq” məsələsini əsas götürürdü və kamil düşüncədən istifadə 

edərək  aza  qane  olmağın  mümkünlüyü  barədə  fikir  bildirirdi. 

Bununla  da  o,  insanların  daha  daha  çox  mənəvi  varlıq  olması 

fikirlərini  önə  çəkirdi.  İnsanın  düşüncələrinin  özünə  hakim 

olması,  bu  baxımdan  da  nəfsini  cilovlaması  və  normalar  və 

hədləri  müəyyən  etməsi  bacarığının  olmasını  önə  gətirirdi. 

Burada iki dünya arasında tarazlıq məsələsində mənəvi aləmin 

daha  çox  məsuliyyəti  və  gücü  amili  üzə  çıxırdı.  Mənəviyyat 

zəngin  olarsa,  nəfsə  də  hakim  olmaq  olar  və  insan  öz  maddi 

aləmini  özünə  tabe  edər  və  tam nəzarətə sahib ola bilər. Bunu 

tənzimləyən  əsas  vasitə  isə  idrakdır,  yüksək  düşüncədir.  İdeal 

cəmiyyət və dövlət quruluşuna üstünlük verən, təfəkkürü daha 

üstün  tutan  qədim  yunan  alimi  Platona  (Plato)  görə  insan 

mənəvi, bu baxımdan zəkalı və siyasi varlıqdır. İnsanın bioloji 

varlığı isə onun görüşlərində ikinci dərəcəli yer tutur.  

Onu  da  qeyd  etmək  olar  ki,  kamil  insanlarda  etika  və 

estetikanın  (gözəlliyin)  ruhi  vəhdəti,  kompozisiyası  daha  çox 

“a”  prinsipini  formalaşdırır  və  “b”  prinsipinin  istifadəsində  də 

bu  birləşdirici  komponentlər  iştirak  edir.  “A”  prinsipi  məna 

olaraq bazanı təşkil edir, əksər şəxslər üçün ucadır, əlçatmazdır 

və  “b”-ni  idarə  edir.  “B”  isə  maddi  baza  kimi  “a”nın  formal 

mövcudluğuna  xidmət  edir.  Estetik  ideyalar  da  filosofların 

baxışlarında  mühüm  rol  oynayıb.  Çox  şeylərin  mənasını 

gözəllikdə  axtarıblar.  Bu  baxımdan  idealist  filosof  olan 

Sokratın şagirdi və tərəfdarı olan Platon (e.ə.427-347-ci illərdə 

yaşamışdır)  “gözəlliyi”  ali  ideyalardan  biri  hesab  edirdi. 

Gözəllik  ideyası  bütün  şeylərə  gözəllik  verir,  o,  nümunədir, 

modeldir, paradiqmadır. Ona görə də nemət ideyası hər şeydən 

ucadır,  o,  istər  dünyada,  istərsə  də  insan  həyatında  bütün 

gözəlliklərin  səbəbidir.

2

 Həyat  özü  yuxarıda  qeyd  edilənləri, 



                                                 

1

 Sipovski. B.D. Sokrat və onun dövrü (tarixi oçerk)-Bakı: Elm, 1995-88 s. Tərcümə 

edəni Aslan Aslanov. səh.40. 

2

 Mehdiyev. R.Ə. Fəlsəfə. Dərs vəsaiti. Bakı, “Şərq-Qərb”, 2010, 360 səh., səh.112.  


 

17

mənəviyyat  barədə  olan  məntiqi  mülahizələri  təcrübədə 



dəfələrlə  sübut  etmiş  və  etməkdədir.  Maddi  aləm  isə  yüksək 

idraka sahib olan şəxslər üçün yalnız bioloji mövcudluğu təmin 

etməkdən  ibarət  olur,  enerji  rolunda  çıxış  edir  və  bir  də 

müəyyən  ideyaların  reallaşması  və  təbliğində  vasitələr  kimi 

əhəmiyyət  daşıyır,  şərait  yetişdirici  vasitələr  fonunda  görünür. 

Buradan  haşiyə  çıxaraq  onu  da  qeyd  etmək  yerinə  düşər  ki, 

maddi  aləmin  kasadlığı  insanların  mənəvi  qabiliyyət  və 

istedadlarının,  keyfiyyətlərinin  səfərbər  olmalarının  qabağını 

kəsir,  imkanları  zəiflədir,  vasitələri  kəmiyyət  baxımından 

məhdudlaşdırır. Bu baxımdan hesab etmək olar ki, yaradıcılıq, 

quruculuq  üçün  maddi  vasitələr  (onun  yükləndiyi  maddi 

hissədə) taraz şəkildə hər bir düşüncə sahibində cəmləşməlidir. 

Qısa  olaraq  həm  də  onu  qeyd  etmək  olar  ki,  insan  həyatının 

bütöv  sisteminin  hər  bir  payı  (maddi  və  mənəvi  payı) 

ziddiyyətlərlə  dolu  olur,  daima  müsbət  və  mənfiliklərin 

mübarizəsi  həyata  keçirilir  və  bu  əksliklərin  mübarizəsi  və 

vəhdətindən  həyat  öz  forma  və  məzmununu  alır.  Həyat  xətti 

rəngarəngliklərdən  və  bu  rəngarənglikləri  formalaşdıran 

eyniyyət və fərqlilik məqamlarından və şəraitlərdən formalaşır.  

Bir  qədər  fərqli  düşünməyə  çalışan  (əsasən  müsbət 

istiqamətdə)  şəxslər  daima  orta  və  ortaq,  müştərək  mövqe 

axatrırlar  ki,  orta  və  ortaq  mövqelər  də  münasibətlərin 

tarazlaşması  xəttini  müəyyən  edən  koordinasiya  nöqtələrindən 

ibarət  olur,  balans  xəttini  müəyyənləşdirir.  Orta  mövqe  isə 

ortaqlığı (şərikliyi) şərtləndirir ki, müasir zamanın insanları da 

cəmiyyətdə  onların  vəzifə  və  öhdəliklərinin  ortaq  olduqlarını 

dərk  etməkdə  və  öz  fəaliyyətlərini  bu  istiqamətdə  qurmaqda 

borclu olduqlarını bir vəzifə olaraq qarşılarına qoymağı öhdəlik 

hesab  edirlər.  Orta  mövqe  (dayaq,  istinad  nöqtəsi)  daima 

hərkətləri  (mübarizə  və  fəaliyyət  zamanı)  ortaq  maraqların 

təmin edilməsinə səfərbər edir. Bu mövqe hərəkətlərin mərkəzi 

koordinasiya  nöqtələrini  müəyyən  edir  və  yeni  hərəkət 

istiqamətləri  üçün  səbəb  və  zərurəti,  bu  baxımdan  şərait  və 



Yüklə 4,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə